5-ci sinif Softswitchi


Billinq və diaqnostika verilənləri



Yüklə 0,71 Mb.
səhifə8/33
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#43395
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
NGN 32-61

Billinq və diaqnostika verilənləri. S13000 MSCP-in şəbəkə elementləri tarif verilənlərini, statistika və trafik üzrə ölçmələrin nəticələrini formalaşdırır. Bu verilənlər xarici sistemlərlə sonrakı emal üçün əlverişlidir. Tarif verilənləri CDR–dən (çağrışlar haq-qında verilənlərin təfsilatı ilə yazılışı) ibarət fayllar şəklində təqdim olunur. Billinqin ststistik ölçmələrin və trafik verilənləri verilənlər faylında saxlanılır. Bu fayllar SI3000 MNS sistemində əlverişlidir ki, oradan da xarici billinq sisteminə və verilənlərin emalı sisteminə (məsələn, ftp üzrə), yaxud SI3000 CDR serverinə ötürülə bilər. Bu serverdə verilənlər real zaman rejimində (Radius protokolunu isti-fadə etməklə) verilənlər bazasında toplanır ki, bu da SOAP yaxud FTP protokollarının köməyi ilə billinq yaxud müxtəlif xarici sistemlər (portallar, xidmətlər provayderləri və s.) üçün əlverişlidir.

Bunlardan başqa, trafikin statistikası və ölçmələrin nəticələri həm də “işçi xarakteristikalarının idarə edilməsi”nin (Performance Manager) tətbiqi vasitəsilə SI3000 MNS sistemində daha çox operatorla təyin olunan formatda hesabat şəklində emal edilə və təqdim oluna bilər. Diaqnostika (Diagnostic) altsisteminin PT plan-laşdırılmış testləri periodik olaraq və yaxud tələb üzrə yerinə yetirilir və bütün CS tətbiqlərinin qəza vəziyyətləri haqda infor-masiya toplanmasını həyata keçirir. Qəza vəziyyətləri barədə SM-TP protokolunun istifadə olunması ilə О&М mərkəzinə məlumat verilir. SI3000 CS-in tətbiqi (telefon) proqram təminatı (Telephone Application) bütün nitq və multimediya rabitəsi xidmətlərini, eləcə də bütün digər istismar və texniki xidmətləri (О&М) təqdim edir. Proqram kommutatorunun ehtiyat tərəfində iş zamanı tətbiqi PT nəzarət nöqtələri mexanizmi ilə aktiv tərəfdə monitorinq aparır. Belə yanaşma ehtiyat tərəfin aktivləşəsinə zəmanət verir və bütün çağrışların idarə olunmasını saxlayır, bu zaman müəyyən olunmuş çağrışlar itgisi olmur. SI3000 CS tətbiqinin PT-in strukturası şək. 7.9 -da göstərilib.




Şək.7.9. SI3000CS tətbiqinin PT-in strukturu

Tətbiqin proqram təminatı dəqiq təyin olunmuş funksional səviyyələrdən və bloklardan ibarətdir:



  • protokolların PT-si- SI3000 CS-yə digər proqram kommutat-orları ilə yaxud müxtəlif protokollar (SIP, SIP-T, Н.323, M2UA /SCTP, M3UA/SCTP, IUA/SCTP, MGCP, H.248) vasitəsilə NGN şəbəkəsinin qurğuları ilə qarşılıqlı əlaqədə olmağa imkan verir.

  • siqnallaşmanın PT-si (Signaling Control)-abonent və birləşmə xəttlərinin siqnallaşma protokollarının idarə olunmasını həyta keç-irir, o çağrışların və xidmətolunma məntiqinin unifikasiya olun-muş (vahid şəklə gətirilmiş) idarəetmə interfeyslərini təmin edir;

  • birləşmə imkanlarının PT-si (Connectivity Control)- müxtəlif növ protokollara əsaslanan müxtəlif növ birləşmələrə (nitq, video, verilənlər) yaranma imkanları təmin edir. O bir neçə tərəflərlə birləşmə imkanlarını təmin edir, istifadə olunan informasiyalı tonal siqnalların yaxud səs məlumatlarının idarə olunmasını həyata keçirir. Eləcə də bu funksional səviyyədə media-server və konfer-ens-rabitə serverləri kimi xarici qurğularla birləşməyə imkan yaradır.

  • çağrışların baza idarəolunmasının PT-si (Basic Call Control) – birləşmənin yaradılması və çağrışların tullanması funksiyalarını təqdim edir. Çağrışların baza idarə olunmasının funksional səviy-yəsi abonent və birləşdirici xətlərin idarə edilməsinin funksional bloklarından ibarətdir.

  • əlavə xidmətlərin idarə edilməsinin PT-si (Supplementary Services) - əlavə standart xidmətlərin təqdim olunmasının müxtəlif funksiyalarını həyata keçirir (çağrışların adreslərinin dəyişdirilmə-si, çağrışların daşınmasını, konferens-rabitə və s.).

  • qeydetmə və tarifləşmənin PT-si (Registrationand Charging)- real zaman anında istənilən istifadəçi xidmətlərinin tarifləşməsini yerinə yetirir. O təqdim olunmuş xidmətlər haqqında vacib məlum-atlar toplayır və bu məlumatları təfsilatı ilə müxtəlif formatlarda kodlaşdırıla bilən CDR (Call Detailed Record) çağrışları haqda yazılı formaya gətirir. CDR yazılışı diskə köçürülür və tarifləşmədə və statistikanın aparılmasında istifadə olunur. Daşıyıcılarda infor-masiyaların güzgülü əks olunması mexanizmi tətbiqlərin bir vəziy-yətdən digərinə keçirilməsi, yaxud aparat təminatının imtinası zamanı verilənlərin itirilməsinin qarşısının alınmasına və müh-afizəsinə zəmanət verir. SI3000 CS proqram kommutatoru kon-struktiv olaraq iki aparat platformasında reallaşdırıla bilər: АТСА və МЕА.

Sual 42

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin