39. Maliyyənin id ed zəruruliyi məzmunu və mahiyyəti 40. Maliyyənin id ed əsas prinsipləri



Yüklə 21,67 Kb.
səhifə4/4
tarix04.03.2022
ölçüsü21,67 Kb.
#53396
1   2   3   4
maliyyə idarətməsi

Proqnozlaşdırma uzun müddətə idarəetmə obyektinin maliyyə vəziyyətinin dəyişdirilməsinə, işlənib hazırlanmasına yönəldilmişdir. Proqnozlaşdırmanın xüsusiyyəti maliyyə göstöricilərinin və idarəetmə obyektinin inkişafının variantlarını müəyyən edən parametrlərin işlənib hazırlanmasında alternativlikdən ibarətdir. Proqnozlaşdırmanın ən geniş yayılmış metodu – ekspert qiymətləndirilməsini nəzərə almaqla inkişafın bərqərar olmuş meylinin ekstropolyasiya (kənarlaşma) və səbəb–nəticə əlaqələrinin təhlili metodlarıdır.

Maliyyə proqnozlaşdırılması gələcəkdə müəssisənin mümkün maliyyə vəziyyətinin öyrənilməsində, müəyyən xərcləri maliyyələşdirərkən müəssisələrin zəruri sabitliyini təmin etmək üçün maliyyə sahəsindəki strategiyanın əsas istiqamətlərini işləyib hazırlamaqda ifadə olunur. Belə proqnoz hər şeydən əvvəl müəssisənin özü üçün əhəmiyyətlidir. Çünki, müəssisənin davam edən fəaliyyəti kapital cəlb edilməsini və müflisləşmənin qarşısının alınmasını tələb edir. Bununla yanaşı proqnoz anlayışından maliyyə planının tərtibi üçün zəruri olan hesablamaları, məsələn, məhsul həcminin reallaşdırılması proqnozunu, xərclərin miqdarı proqnozunu və s. hesablamaq üçün də istifadə edilir. Bu hesablamalara müəyyən çeviklik verir, dəyişən şəraitdən asılı olaraq düzəlişlər etməyə imkan verir.

Müəssisənin maliyyə vəsaitinin perspektiv proqnozu iqtisadi informasiyanın xarici istifadəçiləri üçün də əhəmiyyətə malikdir. Bunların sırasına kreditlərin vaxtında qaytarılmasında maraqlı olan banklar daxildir. Bu banklar ssuda borcu olan müəssisələri kreditləşmə prosesində maliyyə resursları ilə təmin edir. . Qərb ölkələrinin təcrübəsinə əsasən demək olar ki, banklarla müəssisələrin müflisləşməsini proqnozlaşdırmaq üzrə əhəmiyyətli işlər yerinə yetirilir.

Maliyyə proqnozlaşdırılması dəqiq plan üçün münasib hesab edilən illik və perspektiv maliyyə planlaşdırılması üçün əsas yaradır.




Yüklə 21,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin