3. Tam olaraq (Semantik adekvatlıq) amerika açmaq


Antediluvian (Nuh əyyamından qalma)



Yüklə 27,53 Kb.
səhifə6/7
tarix02.01.2022
ölçüsü27,53 Kb.
#41107
1   2   3   4   5   6   7
Antediluvian (Nuh əyyamından qalma) Bu ifadə qədim köklərə əsaslanır, on dördüncü əsrdən başlayaraq istifadə olunan bir deyimdir. Belə ki, mənası “tufandan öncəsinə aid”, “Nuh Nəbidən qalma” deməkdir. Qədimiliyi ilə seçildiyi üçün bir çox dil daşıyıcısı bunun mənasın bilməyə bilər. “Nuhun tufanı”, “Nuhun gəmisi”, “Nuhun dövrü” ifadələri bir çoxumuza artıq məlumdur. İfadənin əsas semantik mənası nəyinsə qədimliyini bildirmək, artıq zamanı keçmiş bir məfhumu vurğulamaq üçün istifadə olunur. Hər iki dildə bənzər xüsusiyyətlərdən biri də Nuh peyğəmbərlə bağlı olan hadisənin təsviridir Belə ki, həm İncildə, həm də Quranda bu ifadə ilə bağlı müəyyən fikirlərə rast gəlmək olur. İncildə Allah Nuhu hələ olmamış hadisələrdən xəbərdar edir. Nuh da imanı naminə bu xəbərdarlığa qulaq asaraq, ailəsinin qurtuluşu hesabına bir gəmi düzəltdi, imanı ilə dünyanın günahkar olduğunu göstərdi və saleh bəndələrin səadətinə qovuşdu. Qeyd olunur ki, Nuh gəmiyə minənə qədər insanlar yeyib-içir, evlənib, evləndirirlər, sonra isə tufan olur, Allahın varlığını qəbul etməyənlər həlak olurlar. Eyniylə Quranda bəhsi gedən Nuh peyğəmbərlə bağlı əhvalatda bir sıra nüanslar birləşir və oxşarlıq özünü göstərir. Ülul-əzm peyğəmbərlərin birincisi olan Həzrət Nuh İdris peyğəmbərin nəslindən idi. O, indiki İraq ərazisində yaşayırdı. Onun qəbiləsi bütpərəst idi. Onlar heyvan və insan şəklində olan bütlərə sitayiş edirdilər. Həzrət Nuh uzun müddət öz qəbiləsini Allaha ibadət etməyə cağırırdı. Ancaq əhalinin az hissəsi Nuhun fikirlərini qəbul edib, onunla razılaşırdı. Digərləri isə onu məsxərəyə qoyub lağ edirdilər. Nuh nə qədər çalışsa da öyüd-nəsihəti Allaha iman gətirməyən bəndlərində bir inam yaratmadı. Allah onları dəhşətli bir tufanla məhv edəcəyinin xəbərdarlığını verdi. Nuha gəmi düzəltməyi əmr etdi. Və gəmi hazır olandan sonra yer üzündəki hər heyvan cinsindən bir erkək, bir dişini gəmiyə yığmağını istədi. “ Allah-təala yer üzündə tufan yaradıb bütün canlıları qıracaq. Allaha iman gətirənlər sağ qalacaq. Xilas olmaq istəyirsinizsə, bütlərə sitayişdən əl çəkin, əks halda məhv olacaqsınız.” Nuh Allahın əmr etdiyi kimi quşlardan bir cüt tutub qəfəsə salır. Onlar üçün yem götürməyi də unutmur. Daha sonra özü də ailəsi və tərəfdarları ilə birlikdə gəmiyə minir. Əslində onunla birlikdə çox az adam iman gətirmişdi. Nuh dedi: “Gəmiyə minin! Onun (üzüb) getməsi də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” Gəmi onları dağlar qədər dalğaların qucağına alanda Nuh aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “Oğlum bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” O isə atasına cavabında belə dedi: “Mən bir dağa sığınaram, o da məni qoruyar.” Nuh dedi: “ Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs onun əzabından qoruna bilməz!” Və nəhayət dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu. (Allahdan bir əmr olaraq:) “Ey yer suyunu ud! Ey göy! (Yağışını) saxla” – deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: “ Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) oldular.” Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: “ Ey Rəbbim! Oğlum( Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!” (Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm. (Nuh) dedi: “ Ey Rəbbim! Bilmədiyim bir şeyi səndən istəməkdən sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”

Yüklə 27,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin