"3 alma" teas press Nəşriyyat evinə məxsus əmtəə



Yüklə 390.19 Kb.
Pdf просмотр
səhifə1/3
tarix26.07.2017
ölçüsü390.19 Kb.
  1   2   3

“3 alma” TEAS Press Nəşriyyat evinə məxsus əmtəə 

nişanıdır.

TEAS Press Nəşriyyat evi “3 alma” əmtəə nişanı ilə 

azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəl-

lim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar 

nəşr edir.

Məqsədimiz uşaqları maarifləndirmək, əyləndir-

mək və mütaliəyə həvəsləndirməkdir. Bunun üçün də 

dünyanın daha çox tanınmış uşaq ədəbiyyatı nəşriy-

yatlarının ən yaxşı kitablarını seçib onların Azərbaycan 

dilinə tərcümə və nəşr hüquqlarını almışıq. Əməkdaş-

lıq etdiyimiz nəşriyyatlar aşağıdakılardır:

“Hyperion Books” (ABŞ), “Capstone Books” (Bö-

yük Britaniya), “Clavis Books” (Hollandiya), “Andersen 

Press” (Böyük Britaniya), “Barefoot Books” (Böyük Bri-

taniya), “Amazon Publishing” (ABŞ), “Kids Can Press” 

(Kanada), “Pan Kitap” (Türkiyə), “Mavibulut Yayıncılık” 

(Türkiyə), “Çizmeli Kedi” (Türkiyə), “Penguin Young Re-

aders Group” (ABŞ), “Amber Books” (Böyük Britaniya), 

“Gemser Publications” (İspaniya) və s.

Adları aşağıda sadalanan kitablar Azərbaycan di-

lində ilk dəfə nəşr olunur. Bu kitablar təkcə oxucular 

üçün deyil, eyni zamanda ilk nəşrləri toplayan həvəs-

karlar üçün də dəyərlidir.

Beynəlxalq təhsil müəssisələri və tədris metodları 

ilə yaxından tanış olmağımız biliyin dərinləşdirilməsinə 

yönəldilmiş resursları müəyyənləşdirmək imtiyazına 

malik olmağımızın göstəricisidir. Nəşr etdiyimiz kitablar 

məktəb kitabxanalarının, eləcə də övladlarını ev oxu-

su materialı ilə təmin etmək arzusunda olan valideyn-

lərin sevincinə səbəb olacaq. 

TEAS Press Nəşriyyat evinin əsası 2013-cü ildə 

Azərbaycanda, Bakı şəhərində qoyulub. Redaksiya 

heyətimiz uşaqlar, yeniyetmələr, gənclər, eləcə də 

müəllimlər və valideynlər üçün bədii və elmi-kütləvi 

ədəbiyyatın nəşri və tədrisi üzrə beynəlxalq təcrübəyə 

malik mütəxəssislərdən ibarətdir.


2

Uşaqlar özləri oxumağa başlayana qədər vali-

deynlərinin onlara adətən nağıl kitabları oxumasını 

istəyirlər. Bu kitablar müxtəlif ola bilər: körpələr üçün 

oyuncaq-kitablar, qatlanan, şəkilli kitablar və s. Oxu-

duqları ilk kitab uşaqlarda oxu vərdişi yaradır – yazı-

lanlar soldan sağa oxunur, səhifələr də soldan sağa 

davam edir. Lakin vərəqlər sağdan sola çevrilir və 

hekayəni həm sözlər, həm də şəkillər vasitəsilə danış-

maq mümkün olur. Uşaqlar bu hekayələr vasitəsilə 

diqqətlə qulaq asmağı, sual verməyi, mülahizə yürüt-

məyi öyrənir. Bu, onların savadlı, yetkin insan olmaq 

istiqamətindəki ilk addımlarıdır.

Uşaqlar artıq müstəqil oxucu olanda özləri kitab 

seçməyə başlayır. Uşaqların ata-anaları ilə birgə tək-

rar-təkrar oxuduqları sevimli şəkilli kitablardan qazan-

dığı mütaliə təcrübəsi onlara öyrədib ki, oxumaqla 

çox şey öyrənmək olur. Kitablar təkcə mənəvi-əxlaqi 

dəyərləri deyil, həm də real həyatı öyrədir. Mütaliə 

onlara hekayədəki hadisələrin baş verdiyi zamanla 

öz dövrünü, personajlarla özlərini müqayisə etmək 

imkanı verir. Personajlar uşaqları bəzən güldürür, eyni 

zamanda kədər, məyusluq, qorxu və bir çox başqa 

insani hisslərlə üzləşməyi də öyrədir. Mütaliə edən 

uşaqlar real həyatda qarşılaşa biləcəkləri hallara 

hazır olur və çıxış yolu tapmaq üçün sərbəst qərar 

verməyə qadir olurlar. Yaxşı yazıçı hər şeydən öncə 

uşaqları əyləndirməyi, eyni zamanda onlara əsl insan 

olmağı öyrədir.

Bədii kitablar uşaqlarda dünya haqqında ge-

niş təsəvvür yaradır. Buna görə də onlar dərslərdə-

Bədii 

kitablar


3

ki müxtəlif mövzularla əlaqələndirilə bilər. Məsələn, 

“Elmer və begemotlar” sadəcə birgə yola getmək 

və problemin öhdəsindən gəlmək haqqında hekayə 

deyil. Burada təbii ehtiyatların məhdudluğu ucba-

tından real problemlə və təbii fəlakətlə üzləşərkən 

necə hərəkət etmək lazım olduğu öyrədilir.

“Qara köhlən” əsəri isə çox təsirli bir hekayədir. Bu 

əsər uşaqlara kraliça Viktoriyanın hakimiyyəti illərində 

Britaniyada insanların həyat tərzi haqqında məlumat 

verir və heyvanlara qarşı qəddarlığın ağır nəticələrin-

dən bəhs edir.

Sevimli Sevinc azyaşlı qızlar üçün cəlbedici per-

sonajdır, lakin “Oyunpozan” hekayəsində uşaqlara 

əlinə keçəni yeməkdənsə sağlam qidalara üstünlük 

verməyi öyrədir.

Əsas odur ki, biz uşaqların mütaliəsinin cəlbedici, 

əyləncəli və onların qavrama səviyyəsinə uyğun ol-

ması üçün əlimizdən gələni etməliyik. Əgər uşaq 10 

yaşında artıq oxu vərdişinə yiyələnibsə və oxumaq-

dan zövq alırsa, deməli, o, ömrü boyu yaxşı oxucu 

olacaq.

Aşağıdakı hekayələrin övladlarınızı ömürlük oxu-



cuya çevirəcəyinə əminik!

BƏDİİ  KİTABLAR

4


0+, plastik çanta, 120x230mm, 

3 kitab – 1 gəzinti kitabı + 1 hamam kitabı + 

1 yatmağa həvəsləndirən kitab (110x110mm)

Azyaşlı uşaqların 

hər zaman hər yerə apara 

biləcəyi sevimli kitab çantaları

Balaca şahzadələrimiz üçün 

qəşəng hədiyyə

Kitab çantaları

BƏDİİ  KİTABLAR

5


Sevimli balaca əjdaha və şirin, qəşəng dovşan bu 

cəlbedici seriyanın əsas qəhrəmanlarıdır. Sadə dildə 

yazılmış mətn və al-əlvan illüstrasiyalar uşaqları 

yatmağa həvəsləndirir.

Gecən xeyrə 

qalsın, əzizim!

www.3alma.az

www.teaspress.az

Bu seriyadan olan digər kitablar:

Gecən xeyrə qalsın, canım!

Şirin yuxular!

Tərcüməçi: Arzu Cəfərova

Azərbaycan dilində birinci nəşri

10 9 8 7 6 5 4 3 2 1

Bütün hüquqlar qorunur

© Gaby books, 2014

© TEAS Press Nəşriyyat evi, 2016

Uşaqları yatmağa  

həvəsləndirən 

kitab


Yatmağa həvəsləndirən kitab

Gecən


 

xeyrə


 

qalsın,


əzizim!

İllüstrator:  

Maurizia Rubino

9 789952 510249

ISBN 978-9952-510-24-9

GoodNightMyDarling_Cover_az.indd   1

6/9/16   17:11

Uşaqlar çimərkən bu kitabları suyun içində həm oxu-

yacaq, həm də əylənəcəklər! Eyni zamanda da çim-

məkdən zövq alacaqlar! Qarmon formasında olan 

bu kitabların bir tərəfi ndə sadə və əyləncəli hekayə, 

digər tərəfi ndə isə uşaqların ilk sözləri yer alıb!

Məstan  və  Toplan  gəzintiyə  çıxmağı  xoşlayır. 

Uşaqlar  da  onlarla  birlikdə  gizlənqaç  oynayırlar. 

“Məstan  haradadır?  Toplan  haradadır?”  –  deyə 

səhifələri çevirdikcə həm oxuyur, həm də əylənirlər!

Tərcüməçi: Arzu Cəfərova

Azərbaycan dilində birinci nəşri

10 9 8 7 6 5 4 3 2 1

Bütün hüquqlar qorunur

©

 Gaby books, 2014



©

 TEAS Press Nəşriyyat evi, 2016

Toplanla gəzintiyə çıxın və zövq alın!

Görün Toplan gizlənqaç oynamağı 

necə də çox xoşlayır!

İllüstrator:

Maurizia Rubino

TOPLAN


TOPLAN

www.3alma.az

www.teaspress.az

9 789952 510256

ISBN 978-9952-510-25-6

Woof_Cover_az.indd   1

6/9/16   16:07

Yatmağa həvəsləndirən kitablar seriyası

Hamam kitabları seriyası

Gəzinti kitabları seriyası

Gecən xeyrə 

qalsın, canım!

 

www.3alma.az



www.teaspress.az

Bu seriyadan olan digər kitablar:

Gecən xeyrə qalsın, əzizim!

Şirin yuxular!

Tərcüməçi: Arzu Cəfərova

Azərbaycan dilində birinci nəşri

10 9 8 7 6 5 4 3 2 1

Bütün hüquqlar qorunur

© Gaby books, 2014

© TEAS Press Nəşriyyat evi, 2016

Uşaqları yatmağa 

həvəsləndirən

kitab

Yatmağa həvəsləndirən kitab



Gecən

xeyrə


qalsın,

 canım!


İllüstrator: 

Maurizia Rubino

9 789952 510232

ISBN 978-9952-510-23-2

RABBIT_az.indd   1

6/9/16   16:06

Tərcüməçi: Arzu Cəfərova

Azərbaycan dilində birinci nəşri

10 9 8 7 6 5 4 3 2 1

Bütün hüquqlar qorunur

©

 Gaby books, 2014



©

 TEAS Press Nəşriyyat evi, 2016

Məstanla gəzintiyə çıxın və zövq alın!

Görün Məstan gizlənqaç oynamağı 

necə də çox xoşlayır!

MƏSTAN


www.3alma.az

www.teaspress.az

MƏSTAN

İllüstrator:



Maurizia Rubino

9 789952 510263

ISBN 978-9952-510-26-3

meow_Cover_az.indd   1

6/9/16   16:06

BƏDİİ  KİTABLAR

6


OYUNCAQ KİTABLAR

1+, 185x185 mm, 12 səhifə, rəngli, bərk üz qabığı

1+, 185x185 mm, 12 səhifə, rəngli, bərk üz qabığı 

Bax, gör mən nə yeyirəm!

Liesbet Slegers

Ətrafınıza diqqətlə baxsanız, 

çoxlu sürprizlər görə 

bilərsiniz.Qırmızı almanın 

içində yaşayan nədir? Bəs 

torpağın altındakı yuvada 

yaşayanı tanıyırsınızmı?

Balaca uşaqların baxıb gizli 

şəkilləri aşkar edə biləcəyi 

maraqlı və gülməli kitab. 

1 yaşından yuxarı uşaqlar 

üçün nəzərdə tutulmuş bu 

kitab onları əhatə edən aləmə 

baxışlarını formalaşdırır.

Bax, gör mən harda yaşayıram!

Liesbet Slegers 

Ətrafınıza diqqətlə baxsanız, 

çoxlu sürprizlər görə bilərsiniz. 

Anası balaca quşlara nə gətirir? 

O hansı heyvandır ki, pendir 

xoşlayır?

Balaca uşaqların baxıb gizli 

şəkilləri aşkar edə biləcəyi 

maraqlı və gülməli kitab. 

1 yaşından yuxarı uşaqlar 

üçün nəzərdə tutulmuş bu 

kitab onları əhatə edən aləmə 

baxışlarını formalaşdırır.

BƏDİİ  KİTABLAR

7


QATLANAN KİTABLAR

“Azyaşlı tədqiqatçılar” seriyası

2+, 210x220 mm, 34 səhifə, rəngli, bərk üz qabığı

1+, 210x250 mm, 10 səhifə, rəngli və karton kağız, 

bərk üz qabığı

Hər kəs əsnəyir

Anita Bijterboş

 

Yatmaq vaxtıdır! Pişik 



balası əsnəyir. Bax! Məncə, 

o yorulub. Bütün balaca 

heyvanlar əsnəyir. Bəs 

körpə uşaq? Körpə uşaq da 

əsnəyirmi? Buna şübhəniz 

varsa, körpəyə bu kitabı 

oxuyun.

Azyaşlı tədqiqatçılar üçün kəşf ediləsi sürprizlər və 



əlvan illüstrasiyalarla zəngin mükəmməl kitablar.

Bu kitablar uşaqları sadə və əyləncəli üsulla sehrli 

və maraqlı aləmə səyahətə aparır. Səhifələrin 

qatlanan hissələrinin hər iki tərəfi  rəngli 

illüstrasiyalardan ibarətdir.

BƏDİİ  KİTABLAR

8


ŞƏKİLLİ KİTABLAR

3+, 230x270 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

2+, 230x230 mm, 10 səhifə, rəngli, bərk üz qabığı

Şaxta baba üçün xüsusi 

hədiyyə

Honika P.Hitri



 

Yeni il axşamıdır. Tomi alacağı 

qəşəng hədiyyələri səbirsizliklə 

gözləyir... Birdən onun ağlına 

nəsə gəlir: “Şaxta baba bu gecə 

hamıya hədiyyə gətirir. Bəs 

ona kim hədiyyə alacaq?”

Şaxta babaya özəl hədiyyə 

vermək istəyən Tomi adlı 

balaca ayı balası haqqında 

maraqlı hekayəni oxuyarkən 

və lazımi təlimata əsasən 

Şaxta babaya Tomi kimi 

xüsusi hədiyyə hazırlayarkən 

uşaqlarla yanaşı valideynlər də 

bu kitabdan zövq alacaq.

Cavid Aya çıxır

 

Dania Florino



Hekayənin qəhrəmanı 2 yaşlı 

Caviddir. O, hər şeylə 

maraqlanır və onu əhatə edən 

aləmdə baş verənləri öyrənməyə 

can atır. Bir gün o, Ayı kəşf edir 

ona elə heyran olur ki, Ayı 

tutmaq istəyir. Deyəsən, bu, 

mümkün deyil, amma uşaqların 

fantaziyalarının da həddi-

hüdudu yoxdur.

Kitabın son səhifəsində oxucuları 

sürpriz gözləyir. Sadəcə həmin 

səhifəni oxuyub qurtaranda 

işığı söndürün, Ay və ulduzların 

sayrışmasını seyr edin!

Şaxta babaya

 

hədiyyə bağlaması



 

hazırlamaq üçün zərf

 

(zərfin içində



 

təlimata əsasən

 

2 vərəqdən



 

ibarət material)

BƏDİİ  KİTABLAR

9


4+, 254x203 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

Əgər Armadil 

restorana getsəydi... 

 

Elen Fişer



Sual-cavab formatında 

yazılmış maraqlı hekayə. Ayrı-

ayrı iqlim şəraitlərində yaşayan 

heyvanların qidalanma 

xüsusiyyətlərini əyləncəli və 

obrazlı dillə izah edən bu 

kitab uşaqlara qida zəncirləri, 

heyvanların qidalanması və 

təbii yaşayış məskənləri haqda 

biliklər aşılayır. 

3+, 203x203 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

3+, 254x203 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

Buqələmun Buqi

Melani Uat

Buqələmun Buqinin bir dərdi 

var. Digər buqələmunlar 

yaşıl, sarı və göy rəng alanda 

o, qırmızı, bənövşəyi və 

narıncı rəngdə olur. Bir gün 

kiçik buqələmunlar gəzintiyə 

gedərkən yolu azanda Buqi 

anladı ki, onu başqalarından 

fərqləndirən cəhət əslində, 

böyük üstünlükdür.

Qurbağa balasının 

ad günü arzusu

Conatan London

Qurbağa balası Froqi ad 

günündən əvvəlki gecə 

pəncərədən baxır. Ay bu gecə 

ona fərqli görünür və Froqi 

ürəyində arzu tutur. Görəsən, 

Froqinin arzusu yerinə 

yetəcəkmi? Bu əyləncəli hekayə 

uşaqlara səmimi ailə və dostluq 

münasibətlərini başa salır.

BƏDİİ  KİTABLAR

10


“Elmer” seriyası

3+, 240x275 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

3+, 240x275 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

Elmer və Uilbur

Devid MakKi

 

Elmer zarafat etməyi 



xoşlayır. Əmisi oğlu Uilbur da 

zarafatcıldır. Amma Elmer bu 

dəfə Uilburu yaxşıca yerində 

oturtdu... 

Elmer

Devid MakKi 



Meşədəki bütün fi llər eynidir, 

bircə Elmerdən başqa. O, 

dama-dama, alabəzək fi ldir. 

Bir gün dostumuz fərqli 

olmaqdan yorulur və nəticədə 

digər fi llərin gülüşünə səbəb 

olan macəralar baş verir.

Bu yaxınlarda britaniyalı yazıçı və illüstrator Devid 

MakKinin məşhur silsilə kitablarının 25 illiyi qeyd 

olundu. Uşaqlar dama-dama, alabəzək fi l Elmeri 

çox sevirlər. Hekayələrdə azyaşlı oxuculara dostluq, 

yardımsevərlik, mərhəmətlilik kimi hisslər aşılanır. 

Bu kitablar uşaqlar yatarkən oxumağa yaxşıdır. 

Balaca dostlarımız hekayələri dinləməkdən bezmir, 

valideynlərdən onları dəfələrlə oxumağı xahiş edirlər.

BƏDİİ  KİTABLAR

11


3+, 240x275 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

3+, 240x275 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

Elmer və begemotlar

Devid MakKi 

Fillərin qanı yaman qaralıb. 

Begemotlar gəlib onların 

çayına şərik çıxıb, çünki öz 

çayları quruyub. Fillər Elmerə 

şikayət edirlər ki, bəs, çayda 

izdiham yaranıb. Hər kəsin 

sevimlisi alabəzək fi l dərhal 

yola düzəlir ki, görsün, 

məsələnin həlli yolunu tapa 

bilir, ya yox. Əlbəttə ki, tapır...

Elmer və itmiş oyuncaq ayı

Devid MakKi

 

Bala fi l sevimli oyuncaq 



ayısını itirdiyi üçün ağlayırdı. 

Elmer ona kömək etmək 

qərarına gəlir və öz ayısını 

ona verir. Bəs bala fi lin 

oyuncaq ayısı haradadır? 

Elmer və bala fi l onu tapa 

biləcəklərmi?

BƏDİİ  KİTABLAR

12


Mo Uilyemsin kitabları

Mo Uilyems şəkilli kitab yaradıcıları arasında 

dünyanın bəlkə də ən məşhur müəllifi dir. Əslində 

o, bu şöhrətə layiqdir! Onun kitabları şən-şaqraq 

olmaqla yanaşı həm də uşaqların gündəlik həyatda 

yaşadıqları real hadisələri özündə əks etdirir. Monun 

personajları oxucunu da hekayədə iştirak etməyə

özünəməxsus şəkildə şərh verməyə cəlb edir. Bu da 

azyaşlılarda oxu vərdişi yaratmaqla yanaşı həm 

də onları əylənməyə sövq edir. Kitablar 3 yaşından 

yuxarı uşaqlar üçün nəzərdə tutulub.

“Göyərçin” seriyası

3+, 228x228 mm, 36 səhifə, rəngli, bərk üz qabığı

Göyərçin küçük saxlamaq 

istəyir!


Mo Uilyems

 

Göyərçin yenidən fərqli 



və gülməli bir macəra ilə 

qarşınızdadır. Bu dəfə də ağlına 

yerləşib ki, küçük saxlasın. 

Buna icazə verməyiniz üçün 

çoxlu səbəb göstərir. Lakin onu 

gözləyən böyük sürprizdən 

Göyərçin özü də xəbərsizdir.

3+, 228x228 mm, 36 səhifə, rəngli, bərk üz qabığı

Göyərçin buterbrod tapır!

Mo Uilyems

 

Göyərçin haradansa bir 



buterbrod tapır. O, elə 

həyəcanlıdır ki! Bilmir bu 

buterbrodu necə tıxsın. Elə 

bu zaman çox ağıllı, ac və 

balaca ördək balası peyda 

olur. Görəsən, Göyərçin öz 

buterbrodundan ona da bir az 

verəcəkmi?

BƏDİİ  KİTABLAR

13


3+, 304x228 mm, 34 səhifə, rəngli, bərk üz qabığı

Bala Dovşan

Mo Uilyems

 

Triksi (burada şərti olaraq 



Ayan adlandırılır), atası və 

Bala Dovşan məhəllədəki 

camaşırxanaya gedirlər. Geri 

qayıdarkən birdən Ayanın 

yadına düşür ki, oyuncağı 

yaddan çıxıb qalıb. Həyəcanlı 

macəra dramatik şəkildə dəyişir 

və gülməli sonluqla bitir.



“Fil və donuz balası” seriyası

3+, 165x228 mm, 62 səhifə, rəngli, bərk üz qabığı

3+, 165x228 mm, 62 səhifə, rəngli, bərk üz qabığı

Sənin başında quş var! 

Mo Uilyems

  

Cerald və Piqi yaxın dostdurlar. 



“Sənin başında quş var” 

hekayəsində Cerald dərk edir ki, 

başında bir dənə quşun olması 

dünyanın axırı demək deyil. 

Çünki ondan daha betər bir 

şey – başında iki dənə də quş ola 

bilər! Görəsən, Piqi darda olan 

dostuna kömək edə bilirmi?

Mən qonaqlığa dəvət almışam!

Mo Uilyems

 

Cerald və Piqi yaxın dostdurlar. 



“Mən qonaqlığa dəvət almışam” 

hekayəsində Piqi ömründə ilk 

dəfə qonaqlığa dəvət olunur. 

Bəs Piqi bu qonaqlığa nə 

geyinəcək? Qonaqlıq üzrə 

mütəxəssis Cerald ona necə 

kömək edəcəyini bilir... Görəsən, 

həqiqətən də bilirmi?

BƏDİİ  KİTABLAR

14


“Maks” seriyası

Xido Van Xeynektnin kitabları

2+, 210x220 mm, 18 səhifə, rəngli, bərk üz qabığı

2+, 210x220 mm, 18 səhifə, rəngli, bərk üz qabığı

Maks idman edir

Xido van Xeynektn

 

Maks idman etməyi xoşlayır. 



Bu gün Maksın bütün dostları 

ona qoşulur. O, idman 

hərəkətlərini göstərir, dostları 

da bir-bir təkrar edir. İdman 

etmək əyləncəli və faydalıdır! 

Gəlin Maks və dostlarının 

dünyasını birlikdə kəşf edək!

Maks və Ay

Xido van Xeynektn 

Maks Günəşi görəndə çox 

sevinirdi. Lakin Günəş 

yorulanda öz yerini Aya 

verirdi. Ay bütün gecəni işıq 

saçırdı. Buna görə də Maks 

rahat yata bilirdi.

Uşaqları yatmağa 

həvəsləndirən, Günəşlə Ay 

arasındakı münasibəti izah 

edən mükəmməl bir kitab.

Bu avropalı müəllif gözəl illüstrasiyalarına görə 

çoxlu mükafata layiq görülüb. Burada onun “Maks” 

və “Riki” seriyalarından olan kitabları təqdim 

edirik. Bu kitablara uşaqlar yatmazdan əvvəl onlara 

oxumaq üçün incə yumorla yazılmış əla hekayələr 

daxil edilib.

BƏDİİ  KİTABLAR

15


3+, 210x290 mm, 26 səhifə, rəngli, bərk üz qabığı

Riki


Xido van Xeynektn

 

Yer üzündə çoxlu müxtəlif 



dovşanlar var. Kök və arıq, 

hündür və balaca, ağıllı və 

səfeh, təmizkar və pinti... Amma 

hamısının iki uzun qulağı olur.

Rikinin sağ qulağı sallanırdı, 

o, düz qulaqdan başqa heç 

nə arzulamırdı. Axır ki, o, 

fərqliliyin əslində, bəzən daha 

yaxşı olduğunu öyrəndi.

4+, 210x290 mm, 26 səhifə, rəngli, bərk üz qabığı

4+, 210x290 mm, 28 səhifə, rəngli, bərk üz qabığı

Cəsur Riki

Xido van Xeynektn

 

Gecələr elə isti olurdu ki, hamını 



tər yuyub aparırdı. Riki çöldə – 

çadırda yatmaq istəyirdi.

– Sənin buna cəsarətin çatar? – 

deyə anası ilə atası soruşdu. 

– Əlbəttə, – Riki inadla dedi, – 

mənim buna cəsarətim çatar! 

Görəsən, bunun axırı necə 

olacaq?..

Riki babasının bağında

Xido van Xeynektn

 

Riki valideynləri ilə birlikdə 



nənə və babasına baş çəkməyə 

gedir. Onlar mənzilbaşına çatan 

kimi Riki birbaşa öz sevimli 

yerinə – bostana yollanır. 

Bura elə gözəldir ki! Babası 

ilə əvvəlcə torpağı şumlayırlar, 

sonra isə Riki ispanaq toxumu 

səpir və xırda tumların necə 

əmələ gəldiyini öyrənir.

“Riki” seriyası

BƏDİİ  KİTABLAR

16


4+, 210x290 mm, 28 səhifə, rəngli, bərk üz qabığı

Riki və Anni

Xido van Xeynektn

 

Riki Annini sevir, amma bunu 



ona deməyə çəkinir. Fikirləşir 

ki,  Anni onu bəyənməz. Riki 

özünü gah cəngavər, gah 

ağıllı, gah da güclü biri kimi 

göstərir ki, Anni onu bəyənsin. 

Lap axırda Riki və Anni 

dostlaşırlar və bir yerdə meşəyə 

yerkökü yığmağa gedirlər.

4+, 210x290 mm, 28 səhifə, rəngli, bərk üz qabığı

4+, 210x290 mm, 28 səhifə, rəngli, bərk üz qabığı

Rikinin ad günü

Xido van Xeynektn

 

Rikinin ad günüdür! O, lap 



tezdən qalxıb anası ilə birlikdə 

ad günü qonaqlığına hazırlıq 

görür. Riki təbrikə gələn 

dostlarının arasında Annini 

görmür… Bəs o haradadır? 

Ad günündə Rikini daha hansı 

sürprizlər gözləyir?

Rikinin küknar ağacı

Xido van Xeynektn

 

Yeni ilin gəlişinə az qalmışdı, 



amma hələ Rikigilin 

küknar ağacı yox idi. 

Valideynlərinin başı qarışıq 

olduğundan küknar ağacı 

ala bilməmişdilər. Riki təkid 

etdikdə əvvəlcə atası boyun 

qaçırmaq istədi, amma Riki əl 

çəkmədi və atası razılaşdı.

BƏDİİ  KİTABLAR

17


4+, 210x290 mm, 28 səhifə, rəngli, bərk üz qabığı

Cəngavər Riki

Xido van Xeynektn

 

Riki tez-tez öz sevimli 



məkanına – qoca palıd 

ağacının altına gedirdi. 

Riki burda gözlərini yumub 

xəyal qururdu və onun bütün 

xəyalları gerçək olurdu! 

Bu gün Riki xəyalında 

cəngavər olur. O, əsl orta əsr 

cəngavərləri kimi təhlükəli 

əjdahalarla qarşılaşır. 

4+, 210x290 mm, 28 səhifə, rəngli, bərk üz qabığı

4+, 210x290 mm, 28 səhifə, rəngli, bərk üz qabığı

Rikinin planı var

Xido van Xeynektn

 

Riki anasının ad günü üçün 



sürpriz planlaşdırır. Tezdən 

hədiyyə almaq üçün evdən 

çıxır. İstədiyi hədiyyəni alıb 

tez qayıtmaq fikrindədir. 

Amma deyəsən, bu o qədər 

də asan deyil. Yolda Rikinin 

başına nə iş gələcək?

Böyük qardaş Riki

Xido van Xeynektn

 

Rikinin ad günündən sonra 



anası və atası ona dedilər ki, 

tezliklə evə balaca bir körpə 

gələcək. Riki böyük qardaş 

olacaq! Riki çox sevinirdi, 

amma körpə hələ qış çıxandan 

sonra dünyaya gələcəkdi…

Nəhayət, yaz gəldi və alma 

ağacları çiçək açdı. Xoş bir 

yaz səhəri gözlənilən gün gəlib 

çatdı. Görəsən, Rikinin qardaşı, 

yoxsa bacısı doğulacaq? Bəlkə 

ikisi də birdən?

BƏDİİ  KİTABLAR

18


4+, 210x290 mm, 28 səhifə, rəngli, bərk üz qabığı

Riki və dostları

Xido van Xeynektn

 

Riki hər axşam meşədəki talaya 



gedirdi. Orada bütün dostları 

ilə – ağ, boz, qəhvəyi və qara 

dovşanlarla oynayırdı. Bir gün 

kənarda oturub yad bir dovşanın 

onlara baxdığını görən Riki 

dərhal onu da birlikdə oynamağa 

dəvət etdi. Görəsən Riki bütün 

dovşanları toplayıb birlikdə 

oynamağa nail olacaqmı?

4+, 210x290 mm, 28 səhifə, rəngli, bərk üz qabığı

4+, 210x290 mm, 28 səhifə, rəngli, bərk üz qabığı

Riki və Dələ

Xido van Xeynektn

 

Riki meşədə yerə tökülmüş 



şabalıdları yığanda bir dələ 

görür. Görəsən, o yatır, 

yoxsa xəstələnib? Riki dələnin 

başına nə gəldiyini öyrənmək 

üçün dostu Annini çağırır. 

Sonra onlar dələni  Rikinin 

anasının yanına aparırlar. O, 

dələyə baxır və dərhal ona nə 

olduğunu anlayır. 

Riki və toyuq Mia

Xido van Xeynektn

 

Riki ilə toyuq Mia çox yaxın 



dost idi. Bir gün Mia həmişəki 

görüş yerinə gəlmədi. Şübhəsiz 

ki, Riki çox narahat oldu. 

Adətən Mia toyuq hinində 

olurdu, amma bu dəfə orda 

da yox idi. Nəhayət, Riki onu 

həyətin o biri başında tapdı. 

Amma Mia özünü çox qəribə 

aparırdı… 

BƏDİİ  KİTABLAR

19


6+, 160x209 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

6+, 160x209 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

6+, 160x209 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

6+, 160x209 mm, 32 səhifə, rəngli, bərk üz qabığı

Rumpelstiltskin 

Erik Bleyr

  

Qorxmuş qız. Cırtdan. Acgöz 



kral... Bu üç əsas element sadə 

bir sehrlə unudulmaz hekayəyə 

çevrilib.

Balaca Qırmızı Toyuq 

Kristiana Counz

  

Üç tənbəl dost. Bir qoçaq 



toyuq. Bir parça çörək... Bu üç 

əsas element sadə bir ovsunla 

unudulmaz hekayəyə çevrilib.

Rapunzel


Krisitiana Counz

 

Uzun saçlı dilbər. Küpəgirən 



qarı. Hündür qala... Bu üç 

əsas element sadə bir ovsunla 

unudulmaz hekayəyə çevrilib.

Yatmış gözəl

Erik Bleyr

 

13 mələk. Gözəl şahzadə. Sehrli 



ovsun... Bu üç əsas element 

sadə bir sehrlə unudulmaz 

hekayəyə çevrilib.




Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə