№22/2016 səh22-25 uot 663. 21/22. 004. 12



Yüklə 237.21 Kb.
Pdf просмотр
tarix07.07.2017
ölçüsü237.21 Kb.
növüXülasə

Qida məhsullarının texnologiyası                                          «Elmi xəbərlər məcmuəsi» 

 

№ 22/2016 



səh22-25 

 

UOT 663.21/22.004.12 

 

AZƏRBAYCANIN BƏZİ ÜZÜM MƏHSULLARININ (YERLİ İSTEHSAL 

MƏMULATLARININ) İZOBAR İSTİLİK TUTUMUNUN TƏDQİQİ 

Əliyev Alim Dəmir oğlu 

Azərbaycan Texnologiya Universiteti 

Gəncə şəhəri, Ş.İ.Xətai pr., 103 

alim@gmail.com 

 

Açar  sözlər:  izobar,  istilik  tutumu,  maye,  üzüm  məmulatı,  təcrübə,  temperatur,  istilik- 



dinamiki və köçürmə xassələri, istilik-fiziki xassələri, çaxır 

Xülasə.  Məqalədə  bəzi  üzüm  məhsullarının  müxtəlif  temperaturlarda  istilik  tutumu  tədqiq 

olunmuşdur.  Tədqiqat  nəticəsində  müəyyən  olunmuşdur  ki,  üzüm  məhsullarının  çeşidlərindən  

asılı olaraq onların istilik tutumu da müxtəlif olur. Buna həm də məhsulların tərkibindəki şəkərin 

və  spirtin  də  təsiri  böyükdür.  Həm  də  bu  təsirlərin  müxtəlif  temperaturlarda  araşdırılmasına 

xüsusi əhəmiyyət verilmişdir. 

Giriş.  Azərbaycanda  son  illərdə  üzüm  məhsullarına  böyük  maraq  göstərilir  ki,  bunun  da 

sayəsində  Azərbaycanın  bir  sıra  rayonlarında  üzüm  bağları  sürətlə  genişləndirilir.  Bu  bağlar 

əsasən yeniləşdirilmiş müasir üzüm sortlarının əkilməsi vasitəsi ilə həyata keçirilir. Bu məhsullar 

həm  keyfiyyəti,  həm  də  məhsuldarlığı  ilə  fərqlənirlər  ki,  bu  da  yeni  üzüm  məhsullarının 

yaradılması  və  istehsalını  zəruri  etmişdir.  Məhz  bu  səbəbdən  də  hazırda  istehsal  olunan 

məmulatların keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə onların istilik, dinamiki və köçürmə 

xassələrinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Tədqiqatın  aktuallığı.  Ədəbiyyatlardan  məlumdur  ki,  Azərbaycan  üzüm  məmulatları: 

xammal, material, hazır məmulatların istilik-fiziki və köçürmə xassələri müxtəlif temperaturlarda 

kifayət qədər öyrənilməmişdir. Hazırda yeni növ məhsullar da istehsal olunur ki, bu da onların 

öyrənilməsinə  ehtiyac  olduğunu  göstərir.  Üzüm  məmulatlarının  istehsal  proseslərinin  elmi 

cəhətdən əsaslandırılmış hesabı üçün çaxır məmulatlarının və üzüm məmulatlarının istilik, fiziki 

və istilik-dinamiki, eləcə də köçürmə xassələri haqqındakı bilgilər vacib əhəmiyyət kəsb edir. Bu 

biliklər  həm  də  çaxır  materiallarının  və  hazır  məmulatların  texnoloji  emal  olunması,  nəql 

etdirilməsi və düzgün saxlanılması üçün də mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycan  üzüm  məmulatları  digər  ölkələrin  üzüm  məmulatları  ilə  müqayisədə  kifayət 

qədər  geniş  öyrənilməmişdir.  Yalnız  son  zamanlarda  bu  məsələyə  diqqət  yetirilir.  Ədəbiyyat 

mənbələrindən məlumdur ki, empirik  asılılıqlar  göstərilən məhsulların istilik-fiziki xassələrinin 

kifayət  qədər  dəqiqliklə  çıxarılmasına  imkan  vermir.  Buna  görə  də  üzüm  məmulatlarının 

xassələrinin  təcrübi  yolla  müəyyən  olunması  xüsusi  aktuallıq  kəsb  edir.  Eləcə  də  üzüm 

məmulatlarının istilik-fiziki xassələri arasında əlaqənin yaradılması xüsusi maraq kəsb edir. 

Qida  məhsullarının  istilik-fiziki  xassələri  haqqında  etibarlı  məmulatların  alınması  üçün 

izobar istilik tutumunun öyrənilməsi də vacibdir. Bunun üçün təcrübə qurğusu quraşdırılmışdır. 

Bu qurğu məmulatların istilik-dinamiki və köçürmə xassələrinin atmosfer təzyiqində ölçülməsinə 

imkan verir. Bunun üçün qurğu aşağıdakı iki tələbə cavab verməlidir: elektrolitlərin xassələrinin 

öyrənilməsi imkanına malik olmalı və ölçmələrin aparılması tezliyi təmin olunmalıdır ki, bu da 

temperaturun təsiri altında qida məhsullarının tərkibinin dəyişməsi ehtimalını istisna edir. 


Qida məhsullarının texnologiyası                                          «Elmi xəbərlər məcmuəsi» 

 

 



 

№ 22/2016 

səh22-25 

 

Tədqiqatın  məqsədi.  Azərbaycanın  bəzi  üzüm  məmulatlarının  izobar  istilik  tutumunun 

temperaturdan asılı olaraq təcrübə yolu ilə öyrənilməsi, temperaturdan asılı olaraq izobar istilik 

tutumunun, məlumat qiymətlərinin cədvəlinin tərtib olunması. 



Tədqiqat obyekti. Azərbaycanın çaxırları: turş – Mədrəsəli, Al şərab, Şirvan; kəmşirin – 

Qaraşirə, Karvansaray, Qız qalası. 



Tədqiqatın  metodikası.  Nəzəri  tədqiqatlar,  ədəbiyyatlar  və  internet  resurslarında  verilən 

etalon  məmulatlara  və  formulalara,  təcrübi  tədqiqatlar  isə  Azərbaycan  üzüm  məmulatlarının 

monoton qızdırma üsulu ilə izobar istilik tutumunun təyin olunmasına əsaslanır. 

 

Materiallar və müzakirələr 

Son zamanlar Azərbaycanda yeni növ üzüm məhsullarının istehsalı onların öyrənilməsinə 

ehtiyac  olduğunu  göstərir.  Biz  bəzi  növ  məmulatlar  üçün  apardığımız  təcrübələr  və  onların 

nəticələrini əsaslandıracağıq. Bu məqsədlə biz aşağıdakı məmulatların öyrənilməsinə çalışmışıq. 

Azərbaycan çaxırları: Mədrəsə, Al şərab, Şirvan, Kəmşirin, Qaraşirə, Karvansaray, Qız qalası. 

Üzüm məhsulları, o cümlədən yuxarıda adları qeyd olunan çaxır növləri mürəkkəb kimyəvi 

tərkibə  malikdirlər.  yəni  onların  tərkibində  şəkər,  spirt,  su,  aşqar  (ekstrakt)  və  rəngləyici  

maddələr  vardır.  Tədqiq  olunan  məmulatlar  çoxkomponentli  qarışıqlardır.  İstilik-dinamiki  və 

köçürmə  xassələrinin  ölçülməsi  zamanı  həmin  məmulatlarda  istiliyin  təsiri  nəticəsində 

komponentlərin  strukturları  dəyişə  bilər.  Ona  görə  də  məmulatların  istilik-fiziki  xassələrinin 

təyinində ölçmələrin tezliyi mühüm əhəmiyyət kəsb edir. Həm də nəzərə almaq lazımdır ki, üzüm 

məhsulları  elektrolitlərdir.  Buna  görə  də  ölçü  cihazlarının  qızdırıcıları  maye  ilə  təmasda 

olmamalıdır. 

Təcrübələr 273-358 K temperaturda üzümün emal məmulatlarının,  yəni hazır məhsulların 

izotermik istilik tutumunun təyin olunması məqsədilə aparılır. İstilik tutumunun təyini üçün bir 

çox üsullar mövcuddur. Bu üsulların hər birinin həm üstünlükləri, həm də çatışmazlıqları vardır. 

Biz tədqiqatı daha münasib qurğudan istifadə etməklə aparmışıq. Bu məmulatların izobar istilik 

tutumunun  atmosfer  təzyiqində  ölçülməsi  üçün  monoton  qızdırma  üsulu  ilə  işləyən  təcrübə 

qurğusundan istifadə edilmişdir. 

Məhsulların istilik tutumunun ölçülməsi “ ИTMO” konstruksiyalı “ИT-C-400” istilik tutu- 

munu ölçən qurğusu vasitəsilə aparılmışdır. 

Üzüm  məhsullarının  izobar  istilik  tutumu  üçün  tədqiqatın  nəticələri  aşağıdakı  cədvəldə 

verilir. 

Təcrübələrin nəticələrindən görünür ki, temperaturun artması ilə üzüm məmulatlarının istilik 

tutumu da artır. Məmulatın tərkibində şəkər və spirtin miqdarı nə qədər çox olarsa, istilik tutumu 



C

p  

bir o qədər az olur. Belə ki, istilik tutumunun temperatur əmsalı turş çaxırlar üçün azdır. 

Cədvəl 1 

Turş çaxırların izobar istilik tutumu kC/(kq·K) 

Mədrəsəli 

Al şərab 

Sarvan 

T, K 


C

T, K 



C

T, K 



C

274 



3,145 

274 


3,022 

274 


3,219 

305 


3,620 

305 


3,478 

305 


3,698 

329 


3,278 

329 


3,860 

329 


4,084 

347 


4,171 

347 


4,157 

347 


4,374 

357 


4,319 

357 


4,307 

357 


4,491 

Qida məhsullarının texnologiyası                                          «Elmi xəbərlər məcmuəsi» 

 

 



 

№ 22/2016 

səh22-25 

 

Cədvəl 2 

Kəmşirin çaxırların izobar istilik tutumu, kC/K 

Qaraşirə 

Karvansaray 

Qız qalası 

T, K 

C



T, K 

C



T, K 

C



274 

2,291 


274 

2,174 


274 

2,184 


305 

3,338 


305 

2,741 


305 

2,743 


329 

4,722 


329 

3,291 


329 

3,293 


347 

4,061 


347 

3,818 


347 

3,811 


357 

4,244 


357 

4,094 


357 

4,091 


Turş çaxırların – Mədrəsəli, Al şərab və Sarvan çaxırlarının 

C

 



 

əyrixətli asılılıqları 



çökük əyrilərdir. Kəmşirin çaxırların – Qaraşirə, Karvansaray və Qız qalası çaxırlarının eyni 

asılılıqları isə qabarıq əyrilərdir. Bu asılılıqlar şəkil 1 və 2-də verilir. 

 

 

Şəkil 1 



Şəkil 2 

NƏTİCƏ 

1.  Üzüm məmulatlarının istilik-dinamiki və köçürmə xassələrinin ədəbiyyat məlumatlarının 

qısa  analizi  aparılmışdır.  Azərbaycan  üzüm  məmulatlarının  istilik-fiziki  xassələrinin 

ölçülməsi üsulları və tədqiqatın seçilməsi əsaslandırılmışdır. 

2.  6 növ Azərbaycan üzüm məmulatlarının (üzüm spirti və konyaklar) 274-358 K temperatur 

intervalında izobar istilik tutumu ölçülmüşdür. Alınmış (ölçülər nəticəsində) qiymətlərin 

ədəbiyyatlardakı məhdudiyyətlərlə müqayisəsi aparılmışdır. 

3.  Azərbaycanın  hazır  üzüm  məmulatlarının  istilik-dinamiki  və  köçürmə  xassələrinin 

dəyişməsi  qanunauyğunluğu  aydınlaşdırılmışdır.  Müəyyən  olunmuşdur  ki,  üzüm 

məmulatlarının  istilik-fiziki  xasusiyyətləri  əksər  hallarda  klassik  mayelərin  oxşar 

xassələrindən fərqlənir. 

Tədqiqatın elmi yeniliyi. İzobar istilik tutumunu ölçmək üçün təcrübə qurğusu yığılmış 

və təcrübə aparmaq üçün hazırlanmışdır. Məmulatların izobar istilik tutumu ilk dəfə ölçülmüş və 

istilik-

fiziki xassələri üçün empirik düsturlar alınmışdır. 



Tədqiqatın praktiki əhəmiyyəti.  Alınmış məlumatlar əsasında izobar istilik tutumunun 

cədvəli  tərtib  olunmuşdur  ki,  bu  da  üzüm  məhsullarının  emalı  üçün  texnoloji  proseslərin 

işlənilməsi və layihələndirilməsi üçün istifadə oluna bilər. 


Qida məhsullarının texnologiyası                                          «Elmi xəbərlər məcmuəsi» 

 

 



 

№ 22/2016 

səh22-25 

 

Ədəbiyyat 

1. 


  . .  И

  V  


 

 

 



 

 

 



 

 



 

, 2003, №2,  .20 



2. 

  . . 


 

 

 



 

 

 



 

 



.  Azərbaycan  Texniki  Universiteti.  Elmi  əsərlər,  Fundamental  elmlər.  2005, 

№1, cild IV (13), s.47 

3. 

 

. . 



 

   


 

 

 



Azərbaycan Milli Elmlər Akademiyası. Fizika İnstitutu, 2004, s.30 

4. Əliyev  A.D.  Üzüm  məhsullarının  (yerli  istehsal  məmulatlarının)  istilik-dinamiki  və  köçürmə  xassələrinin 

tədqiqi. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsi. Xəbərlər Məcmuəsi, 2014, №57, s.122 

5. 

  . . 


   

.  . 


, 1985,  .447 

6. 


 И. ., 

  . . И


 

 

   



 

 

 



   

 

 



 

 



 

, 2000, №5,  .43 

7. 

  . ., 


  . ., 

 

. ., 



 

. . 


 

 

 



  V  

 

 



 

 



 

 

   



.  . 

, 1975, 


. 8,  .246 

8. 


  . ., Ц

  ., 


  ., 

  . ., 


  . 

 

 



 

 



.  .: 

   


 

, 1984, 328  . 



 663.21/22.004.12 

 

 

 

ЫХ 



ЫХ 

 

 (

Ы  

Ы  



Ы) 

е  

  а

 о ы 

юче ые 

о а

 



 



   



 

 



 

е ю е. 

 

 

 



   

 

   



 

 

 



  (

 



 

 



   

 



 

 

 



 

.  И


 

 

 6-  



 

 



 (

 



 



)   

 

  274-358  . 



 

 

 



 

  - 



 

 

 



 

 

 



 



 

 



 

 

   



 

   


 

 



UDC 663.21/22.004.12 

RESEARCH OF THE ISOBAR THERMAL CAPACITY OF SOME GRAPE PRODUCTS 

OF AZERBAIJAN (LOCAL INDUSTRIAL PRODUCTS) 

Aliev Alim Damir 

Keywords: an isobar thermal capacity, a liquid, grape products, experiment, temperature, 

warmly dynamic and portable properties

 properties, 

wine 


Abstract.  The  brief  analysis  of  available  literature  data,  on  thermodynamic  and  transport 

properties (TPN) grape products. Choice of research and measurement methods of TPN grape products 

in Azerbai- jan. Measurements density, 6 grape products Azerbaijan (dry, semidry, wine, grape spirit, 

brandy)  in  the  temperature  range  274  to  358K.  Most  of  the  experimental  data  obtained  for  the  first 

time.  The  regularities  of  changes  in  the  thermodynamically  properties  and  grape  products  ready  in 

Azerbaijan established that the behavior of SCC in most wine products compare deviates from those of 



classical liquids. 

Redaksiyaya daxil  olma 

07.12.2015 Çapa  qəbul  

olunma  17.12.2015 

 

Document Outline

  • UOT 663.21/22.004.12
  • Materiallar və müzakirələr
  • NƏTİCƏ
  • Ədəbiyyat
  • УДК 663.21/22.004.12
  • RESEARCH OF THE ISOBAR THERMAL CAPACITY OF SOME GRAPE PRODUCTS OF AZERBAIJAN (LOCAL INDUSTRIAL PRODUCTS)

Каталог: yuklemeler
yuklemeler -> Kapak ve afiŞ tasarimi
yuklemeler -> 213 sayılı Vergi Usul Kanununun mükerrer 257 nci maddesi, 213 sayılı Vergi Usul Kanununun mükerrer 257 nci maddesi
yuklemeler -> Qoşakənd kənd tam orta məktəbinin c o ğ rafiy a müəllimi Habil Abbasovun
yuklemeler -> Trafik ve İlk Yardım Haftası
yuklemeler -> Veterinerlik parazitolojiSİ anabiLİm dali yüksek lisans programi-müfredat dersleri ve akts kredileri
yuklemeler -> Temel tip anabiLİm dallari lisansüSTÜ BİLİmsel hazirlik dersleri (2016-2017)
yuklemeler -> Eczacilik anabiLİm dallari lisansüSTÜ BİLİmsel hazirlik dersleri (2016-2017)
yuklemeler -> Laboratuvar kilavuzu
yuklemeler -> Moleküler biyoloji ve genetik böLÜMÜ ders biLGİ paketi
yuklemeler -> MÜNDƏRİcat– содержание contents «Elmi xəbərlər məcmuəsi»


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə