tarix01.01.1970
ölçüsü
#2104

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

SETERİS     10 mq örtüklü tabletlər 



CETERIS 

 

 

Beynəlxalq patentləşdirilməmiş adı: Cetirizine 

 

Tərkibi 

Aktiv maddə: setirizin dihidroxlorid - 10 mq. 

Köməkçi maddələr: laktoza,  mikrokristallik sellüloza, kolloidli silisum dioksid, maqnezium stearat, 

hidroksipropilmetilselluloza, titan dioksidi (E171), makroqol 6000. 



 

İstifadəsinə göstərişlər 

Seteris 6 yaşdan yuxarı  uşaqlarda və böyüklərdə mövsümi və daimi alergik rinit zamanı burun və gözdə 

yaranan allergik simptomların aradan qaldırılması  və xroniki idiopatik övrə zamanı yüksək effektivliyə 

malikdir. 



 

Əks göstərişlər 

Seteris aşağıdakı hallarda istifadə olunmamalıdır: 

- Böyrək çatışmazlığı olan pasientlərdə (kreatinin klirensi <10 ml/dəq olduqda); 

- Seterisin tərkibində olan aktiv və ya hər hansı bir köməkçi maddəyə qarşı hiperhəssaslığı olan pasientlərdə; 

- 6 yaşdan kiçik uşaqlarda. 

 

Xüsusi göstərişlər 

Seterisdən istifadə etdikdə aşağıdakı hallarda ehtiyatlı olmaq lazımdır: 

- Sidiyin retensiyası  probleminə (onurğa beyninin zədələnməsi/prostat vəzinin hiperplaziyası  nəticəsində)  

meylli xəstələrdə setirizinlə müalicə zamanı bu simptomların artma riski daha çoxdur. 

- Böyrək çatışmazlığı olan xəstələrdə preparatın qəbulundan öncə həkimlə məsləhətləşmək lazımdır; ehtiyac 

olarsa, preparat aşağı doza ilə təyin edilə bilər. Bu doza həkim tərəfindən təyin edilməlidir. 

- Epilepsiya xəstəliyindən  əziyyət çəkən və ya paroksizm riski yüksək olan xəstələrdə preparatı istifadə 

etmədən öncə həkimlə məsləhətləşmək lazımdır. 

Preparatın alkohol ilə (qanda alkoholun miqdarı 0,5 q/l) qarşılıqlı  təsiri haqqında kliniki tədqiqatlar mövcud 

deyil. Digər antihistaminlərin qəbulu zamanı oluğu kimi Seterisin də alkohol ilə birgə istifadəsi zamanı 

ehtiyatlı olmaq məsləhət görülür. 

Setirizin allergiya üçün dəri testinin nəticələrinə  təsir edə bilər, çünki allergik reaksiyalar antihistaminlər 

tərəfindən inhibə olunur. Allergiya testi etməzdən öncə  həkim xəstə  tərəfindən Seterisin qəbulu haqda 

məlumatlandırılmalıdır və müalicə  həkimi hansı  tədbirlərin görülməsinin lazım olduğu haqda məsləhət 

verməlidir.  

Seteris örtüklü tabletlər 6 yaşdan kiçik uşağlarda istifadə edilməməlidir. 



 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Əgər pasiyent son zamanlar reseptli və ya reseptsiz istifadə olunan dərmanlar qəbul edibsə  və ya qəbul 

etməyə davam edirsə, bu haqda həkim və ya əczaçını məlumatlandırmaq lazımdır. 

Setirizinin digər dərman vasitələri ilə qarşılıqı təsiri müəyyən edilməmişdir. 

 

Qida və içki ilə qarşılıqlı təsiri 

Seteris qida ilə birgə və ya qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik və laktasiya zamanı preparatı istifadə etmədən öncə həkimlə məsləhətləşmək lazımdır. 

Digər antihistamin preparatlar kimi Seterisin də hamiləlik zamanı istifadə edilməsi tövsiyə edilmir. Hamiləlikdə 

preparatın yanlışlıqla istifadəsi zamanı dölə hər hansı bir mənfi təsir müşahidə olunmasa da, istənilən halda 

preparatın istifadəsi dərhal dayandırılmalıdır. 

Setirizin ana südünə keçdiyi üçün laktasiya zamanı preparatın istifadəsi məsləhət görülmür. 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 

Tövsiyə olunan dozada preparatın istifadəsi zamanı  nəqliyyatı idarəetmədə  heç bir təsir və ya yuxululuq 

halları müşahidə olunmurƏgər  preparatın qəbulu zamanı nəqliyyat və ya potensial təhlükəli mexanizmlər 

istifadə edilirsə, doza miqdarını artırmaq məsləhət görülmür. Bundan əlavə, preparatı  qəbul edən  şəxsin 

orqaniziminin dərmanın qəbuluna reaksiyası müşahidə olunmalıdır.  


Həssas orqanizmə malik olan pasientlər tərəfindən mərkəzi sinir sistemini inhibə edən dərmanlarla və 

alkoholla birgə Seterisin qəbulu zamanı  orqanizmin hadisələrə cavab reaksiyalarının ləngiməsi və ayıqlığın 

azalması kimi halların baş verməsi mümkündür. 

Diqqət:  Preparatın  tərkibində laktoza var. Əgər pasientin şəkərə qarşı tolerantlığı yoxdursa, preparatı 

istifadə etmədən öncə həkimlə məsləhətləşmək lazımdır. 

 

İstifadə qaydası və dozası 

Seteris 10 mq örtüklü tabletlər 

6 yaşdan 12 yaşa qədər uşaqlar: 

5 mq (yarım tablet ) gündə iki dəfə  



12 yaşdan yuxarı yeniyetmələr və böyüklər: 

10 mq (bir tablet bütov halda) gündə bir dəfə  

Tablet 1 stəkan maye ilə qəbul edilməlidir.  

Əgər müalicə həkimi başqa cür təyin etməyibsə, qeyd edilən qəbul qaydalarına riayət edilməlidir. 

Yazılan təlimatlara riayət edilməsi prepartın təsir effektivliyini təmin edir. 

 

Orta və ya ağır böyrək çatışmazlığı olan xəstələrdə: 

Orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə gündəlik doza 5 mq, yəni yarım tabletdir. 

Ağır böyrək çatışmazlığından  əziyyət çəkən xəstələrdə doza həkim və ya əczaçı  tərəfindən müəyyən 

edilməldir. 

Böyrək çatışmazlığı olan uşaqlarda preparatın dozalanma qaydası həkim tərəfindən uşağın ehtiyacına uyğun 

olaraq təyin olunmalıdır. Dərman vasitəsinin təsiri çox güclü və ya çox zəif olduğu hallarda həkim və ya 

əczaçı məlumatlandırılmalıdır. 



 

Müalicənin davametmə müddəti 

Müalicə müddəti xəstəliyin müddətindən, gedişatından və formasından asılı olaraq həkim tərəfindən təyin 

olunmalıdır. 

 

Doza həddinin aşılması 

Seterisin yanlışlıqla yüksək doza ilə qəbulu zamanı dərhal həkimə müraciət edilməlidir. 

Doza həddinin aşılması zamanı simptomlar intensiv şəkildə artır. Çaşqınlıq, diareya, başgicəllənməsi, 

yorğunluq, başağrıları, halsızlıq, midriaz, dəridə qaşınma, narahatlıq, keyləşmə, yuxululuq, taxikardiya

tremor kimi simptomlar müşahidə edilə bilər. 

 

Seterisin qəbulu unudulubsa 

Dərmanın qəbulu yaddan çıxmış olarsa,  unudulmuş dozanı əvəz etmək məqsədilə preparat ikiqat dozada 

qəbul edilməməlidir. 

 

Müalicə dayandırıldıqda 

Seterislə bağlı hər hansı bir sual yarandıqda, həkim və ya əczaçıya müraciət etmək lazımdır. 

 

Əlavə təsirlər 

Digər preparatlar kimi Seterisin də istifadəsi zamanı bəzi pasientlərdə allergik reaksiyalar və angiödem (üzdə 

və boğazda şişkinlik) kimi əlavə təsirlər müşahidə oluna bilər. Bu kimi reaksiyalar preparatın ilk dəfə qəbulu 

zamanı və ya daha sonra yarana bilər. 



Tez-tez müşahidə olunan əlavə təsirlər (10 xəstədən birində): 

‐ Yuxululuq 

‐ Başgicəllənmə, başağrıları 

‐  Faringit, rinit (uşaqlarda) 

‐  İshal, ürəkbulanma, ağızda quruluq 

‐ Yorğunluq 



Bəzən müşahidə olunan əlavə təsirlər (100 xəstədən birində): 

‐ Oyanıqlıq 

‐ Paresteziyalar 

(dəridə qeyri-normal həssaslıq) 

‐ Abdominal 

nahiyədə ağrılar 

‐  Dəridə qaşınma və səpkilər 

‐ Yorğunluq, halsızlıq 



Nadir hallarda müşahidə olunan əlavə təsirlər (1000 xəstədən birində): 

‐  Allergik reaksiyalar, bəzi hallarda ağır allergik reaksiyalar (çox nadir hallarda) 

‐  Depressiya, hallüsinasiya, aqressiya, çaşqınlıq, yuxusuzluq 

‐  Qıcolmalar 

‐ Taxikardiya 

(surətli ürək döyünməsi) 

‐ Qaraciyər funksiyasının pozulması 


‐ Övrə 

‐ Ödem 


(şişkinlik) 

‐  Bədən çəkisinin artması 



Çox nadir hallarda müşahidə olunan əlavə təsirlər (10000 xəstədən birində): 

‐  Trombositopeniya (qanda trombositlərin sayının aşağı olması) 

‐  Səyrimə (adi spazm) 

‐ Özündəngetmə, diskineziya (hərəkətin pozulması), distoniya (qeyri-normal uzunmüddətli  əzələ 

yığılması), titrəmə, disgevziya (dadbilmənin pozulması) 

‐ Görmədə bulanıqlıq, akkomodasiyanın pozulması, nistaqm (göz almasının hərəkətinin pozulması) 

‐ Angiödem 

(üzdə və boğazda şişkinliyə səbəb olan ciddi allergik reaksiyalar), dəridə səpkilər 

‐  Sidiyin anormal ifrazı (gecə yuxu zamanı sidik kisəsinin qeydi-iradi boşalması, sidiyin ifrazı zamanı 

ağrı və çətinlik) 



Baş vermə tezliyi məlum olmayan əlavə təsirlər: 

‐  İştahanın artması 

‐  İntihar fikirləri  

‐ Amneziya, 

yaddaşın pozulması 

‐ Başgicəllənmə 

‐ Sidiyin 

retensiyası (sidik kisəsinin tam boşaltma qabiliyyətinin itməsi) 

Hiperhəssaslığın ilk əlamətləri müşahidə olunduğu anda Seteris ilə müalicəni dərhal dayandırmaq lazımdır.  

İçlik vərəqində qeyd olunmayan hər hansı bir əlavə təsir baş verərsə, həkim və ya əczaçı ilə məsləhətləşmək 

lazımdır. 

Əgər Seterisin qəbulu zamanı xəstədə yuxarıda qeyd edilən və ya edilməyən istənilən əlavə təsir müşahidə 

olunarsa, bununla bağlı müalicə həkimi ilə məsləhətləşmək lazımdır. 

 

Saxlanılma qaydası 

Uşaqların əlləri çatmayan yerdə saxlanılmalıdır. 

Karton qutu və blister üzərində qeyd olumuş yararlılıq müddəti bitdikdən sonra preparat istifadə edilməmlidir. 

Otaq temperaturunda saxlanılmalıdır. 

 

Buraxılış forması 

Hər qutuda 10 və ya 30 ədəd üzərində bölünmə xətti olan örtüklü tabletlər və içlik vərəqi olur. 



 

Marketinq üzrə səlahiyyətli sahibkar 

So.Se.PHARM S.r.l 

Via dei Castelli Romani, 22 

Pomezia (Roma), İtaliya 



 

İstehsalçı 

SPECIAL PRODUCT’S LINE S.p.A. 

Via Campobello, 15 

00040 Pomezia (Roma), İtaliya 



 

SPECIAL PRODUCT’S LINE S.p.A. 

Strada Paduni, 240 

03012 Anagni (Frosinone), İtaliya 



Yüklə

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin