2. Təhsil fəlsəfəsinin elm sahəsi olaraq inkişaf mərhələləri. Təhsil fəlsəfəsinin tədqiqat aspektləri və tendensiyaları


Təhsil fəlsəfəsinin elm sahəsi olaraq inkişaf mərhələləri



Yüklə 26,24 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü26,24 Kb.
#37369
növüMühazirə
1   2   3
mövzu1.təhsil fəlsəfəsi

2.Təhsil fəlsəfəsinin elm sahəsi olaraq inkişaf mərhələləri.

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, təhsil fəlsəfəsinin elm sahəsi olaraq inkişafına nəzər salsaq, 1941-ci ildə ABŞ-da təhsil fəlsəfəsi cəmiyyəti, 1965-ci ildə Böyük Britaniyada təhsil fəlsəfəsi cəmiyyəti, 1990-cı ildə isə - Təhsilin demokratikləşdirilməsi sahəsində beynəlxalq konfrans, “Beynəlxalq Təhsil filosofları şəbəkəsi” adlı assosiasiya - birliyin yarandığını bir fakt kimi qəbul etmək olar. Bundan əlavə, fəlsəfənin inkişaf mərhələlərinə gəldikdə isə həmin mərhələləri müvafiq səciyyəvi xüsusiyyətləri ilə birlikdə aşağıdakı şəkildə göstərmək olar:

* Birinci mərhələ - 1940-1950-ci illərdə təhsil fəlsəfəsinin problematikasının müstəqil sahə olaraq deyil, ayrı-ayrı elementlərə əsasən fəlsəfə, psixologiya, pedaqogikada nəzəri tədqiqatlarda əksini tapması;

* İkinci mərhələ - 1950-1960-cı illərdən başlayaraq təhsil fəlsəfəsinin məzmun məsələləri barədə şüurlu şəkildə vəzifələrin qoyulması;

* Üçüncü mərhələ - 1960-1970-ci illər, fəlsəfi baxımdan əsaslandırılan və fəlsəfə-təhsil problematikasının müxtəlif aspektlərini aydınlaşdıran təhsil proqramlarının hazırlanması;

* Dördüncü mərhələ - 1980-1990-cı illər, paradiqmaların dəyişməsi, yenidən işlənib hazırlanması, refleksiya, metodoloji tədqiqat tiplərinin, təcrübənin layihələndirilməsinin konseptual sxemi olaraq müzakirə olunması, fəlsəfə - təhsil problematikasının şüurlu şəkildə ifadə olunması;

* Beşinci mərhələ - 1990-cı illər təhsil fəlsəfəsinin metodoloji, nəzəri və sosial əsaslarının sistemli şəkildə araşdırılmasının təşkili, ümumi biliklərlə ehtiva olunması;

* Altıncı mərhələ - XXI yüzilliyin əvvəllərində sosiologiya, refleksiv psixologiya və humanist pedaqogika çərçivəsində sosiomədəni və sosiotexniki aspektlərin qarşılıqlı təsir problemləri üzərində cəmləşmə.




Yüklə 26,24 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin