2. Q. Lebonun “Kütlə psixologiyası” nəzəriyyəsi Kütlənin əlamətlər



Yüklə 39,5 Kb.
səhifə2/2
tarix25.11.2022
ölçüsü39,5 Kb.
#70414
1   2
MÜHAZİRƏ 9.

Kütlənin əlamətləri

Kütlə isə səbatsızdır. O, yalnız birgə kortəbii hərəkət anında mövcuddur. Onun artım meyli həm də gələcək məhvinin səbəbini təşkil edir: kütlə, sadəcə, özünün nəhəng dərəcələ artmış qüvvəsini tətbiq etməyə obyekti tapa bilmir. Kütlənin davranışınm irrasionallığı yalnız bütün qüvvənin bir istiqamətə yönəldiyi partlayış anında cəmləşə bilər. Sonra dayanıqlı hakimiyyət institutlarınm mövcud oduqları daha rasional varlığa qayıtmaq lazım gəlir. Bunlar dövlət apparatı, ordu, silki birliklər, yerli özünüidarə qüvvələri, nəhayət, rasional əsaslarla birləşmiş qruplardır (elmi müəssisələr, maliyyə korporasiyaları, istehsalat birlikləri). Emosiyaların partlayışı məntiqi, riyaziyyatı, texnoloji fənni, hüquq münasibətlərini sıxışdıra bilər, lakin heç bir qəzəb və heç bir heyranlıq onları ləğv edə bilməz. Gec-tez kütlənin vuruşunun yerini əsgərlərin, vergi müfəttişlərinin, həkimlərin və müəllimlərin nizamlı cərgələri tutur. İqtisadi özünütənzimin (bazar vasitəsilə) siyasi direktivlərlə əvəz edilməsi sosial münaqişələri ləğv etməmişdir. İnsanlar həm ətraf təbiətlə, həm də öz aralarmda təmasları davam etdirmişlər. Dövlət ailə və məişət normalarına qədər insanlarm həyatının tənzimlənməsinə dair maksimum mümkün hüquqları ələ keçirərək, cəmiyyəti suverenlikdən məhrum etməyə cəhd göstərdi. Lakin dövlət özü heç nə istehsal etmir. Bunu cəmiyyətdəki real vətəndaşlar edirlər. Deməli, bununla da vətəndaşlar bir-biri ilə münasibətlərini iqtisadi mənafelər zonasında aydınlaşdırmalı olurlar.
Bu bölmədə cəmiyyət haqqında söhbət daha çox hakimiyyət haqqmda söhbətə çevrilir. Bu labüddür, çünki böyük qrupların münaqişələri arasında ən ağır münaqişələrdən birini cəmiyyət və dövlət arasında münaqişə təşkil edir. Sosial quruluş və siyasi strukturlar davamlı mübarizə aparırlar. Dövlət cəmiyyəti suverenlikdən məhrum edərək, onun enerjisini siyasi hakimiyyətə yönətlməyə çalışır. Cəmiyyət isə özünrün yaradıcı potensiyası uğrunda çarpışaraq, dövləti xidmətlər formasma çevirməyə, hakimiyyətin səlahiyyətlərini son həddə qədər daraltmağa çalışır. Mübarizə dəyişən uğurla cərəyan edir, hərçənd tarixi perspektivdə görünür ki, ictimai suverenlik insanın və bəşəriyyətin yaradıcı inkişafının əsası kimi getdikcə daha böyük dəyər kəsb edir. Lakin belə bir fakt şübhə doğurmur ki, dövlətdə təcəssümünü tapmış hakimiyyət insanlığa, həqiqətə və mədəniyyətə qarşı ən ağır cinayətlərin mənbəyinə çevrilə bilər. Dövlət hakimiyyətinin heç nə ilə məhdudlaşdırılmayan zorakılığı həmişə milləti süquta aparır. O zaman zəif və xəstə cəmiyyət xarabalıqlar üzərində yaradıcı abadlaşdırmaya başlamaq imkanı qazanır.
Yüklə 39,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin