1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı


Naxçıvan Dövlət Universitetində internet aksiyası keçirilib



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix02.01.2022
ölçüsü2,01 Mb.
#1156
1   ...   5   6   7   8   9   10   11   12   ...   26
Naxçıvan Dövlət Universitetində internet aksiyası keçirilib

    Naxçıvan Müəllimlər İnstitutunda Xo-

calı faciəsinin 21-ci ildönümü  ilə əlaqədar

tədbir keçirilmişdir. 

    Tədbiri giriş sözü ilə institutun rektoru,

professor Oruc Həsənli açmışdır. 

    “Xocalı  faciəsi  insanlığın  faciəsidir”

mövzusunda məruzə edən Naxçıvan Müəl-

limlər İnstitutunun baş müəllimi Həsənəli

Eyvazlı  bildirmişdir  ki,  Xocalı  faciəsi

XX  əsrin  sonunda Azərbaycan  xalqının

başına gətirilmiş ən dəhşətli faciələrdəndir.

Etnik təmizləmə, soyqırımı həyata keçir-

mək məqsədini hədəf almış erməni van-

dalları Xocalıda qoca, qadın, uşaq demədən

heç kimə aman verməmiş, hətta cəsədləri

belə, təhqir etməkdən çəkinməmişlər. O

zamankı Azərbaycan rəhbərliyi bu faciənin

dünya ictimaiyyətinə çatdırılmasına laqeyd

qalmış, yalnız xalqımızın ümummilli lideri

Heydər Əliyevin siyasi qətiyyəti sayəsində

misli görünməmiş bu faciə dünya birliyində

tanıdılmışdır.

    Tədbirdə çıxış edən Yeni Azərbaycan

Partiyası institut ərazi ilk təşkilatının sədri

Tamara Baxşəliyeva vurğulamışdır ki, bu

gün  dövlətimizin  apardığı  məqsədyönlü

siyasətin nəticəsidir ki, Xocalı faciəsi bir

çox  dünya  dövlətləri  tərəfindən  tanınır.

Belə ki, bir sıra ölkələrin parlamentlərində

bu  soyqırımının  səbəbləri  və  nəticələri

müzakirə olunmuş, Xocalı faciəsi Ermə-

nistan  silahlı  qüvvələrinin  Azərbaycan

xalqına qarşı törətdiyi növbəti faciə kimi

qiymətləndirilmişdir. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin