19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmişdir



Yüklə 75.14 Kb.
Pdf просмотр
tarix23.12.2016
ölçüsü75.14 Kb.

                                                                     

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir.

Həkim-psixiatrın  nümunəvi vəzifə

T Ə L İ M A T I

I. Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   həkim-psixiatrın   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Həkim-psixiatr vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 



Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarda),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada “psixiatriya” ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası 

üzrə ən azı 2 il əmək stajına malik  şəxs təyin edilir. 

3. 

Həkim-psixiatr   Azərbaycan   Respublikasının   qüvvədə   olan 



qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin  və 

vəzifədən azad edilir.

4. 

Həkim-psixiatr bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə tibb 



müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Həkim-psixiatr aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrdə,   təcili   və 

təxirəsalınmaz   hallarda   əhaliyə   müalicə-profilaktika   və   dərman     yardımının 

təşkilinin əsaslarını;

5.3.  öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın 

müasir metodlarını, neyrobiologiya və sübutlu təbabətin prinsiplərini;

5.4.  psixi sağlamlıq üçün bioloji, psixoloji və sosial faktorların rolunu;

5.5.   psixi   xəstəliklərin   epidemiologiyası,   etiologiya   və   patogenezi,   klinik 

simptomları, təbii gedişi və proqnozunu;

5.6   psixi   xəstəliklərin   ölkədə   qəbul   olunmuş   müasir   beynəlxalq 

klassifikasiyasını;

5.7.   farmakoloji   preparatların   dozalanma   rejimi,   tibbi   göstəriş   və   əks-

göstərişləri, əlavə təsirləri, digər preparatlarla qarşılıqlı təsirini;

5.8.  ən az bir 

konsultativ

/psixoterapevtik texnikanı;

5.9.  psixiatriya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə 

bağlı məsələləri;

5.10.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.11.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;



5.12.  əmək   qabiliyyətinin   müvəqqəti   itirilməsinin   ekspertizasını   və   tibbi-

sosial ekspertizanın aparılması qaydasını;

5.13.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.14.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.15.  həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını; 

5.16. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.17.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.18.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.19.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.

II. Vəzifə öhdəlikləri

6. 


Həkim-psixiatr   tibbi   praktikada   tətbiqinə   icazə   verilmiş   müasir 

profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə 

öz ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir.

7. 


Müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin 

individuallaşdırılmış aparılma taktikasını (anamnezin  toplanması, klinik-laborator 

tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir.

8.  


Mövcüd     qaydalara   və   standartlara   uyğun   olaraq   zəruri   müalicəni 

təyin   və   nəzarət   edir,   zəruri   diaqnostik,   müalicə,   reabilitasiya   və   profilaktik 

prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.

9.   Ayrı-ayrı   fərdlər,   ailələr   və   qruplar   üçün   psixoterapevtik   müdaxilələri 

təşkil edir və aparır.

10.   Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən 

asılı   olaraq   müalicə   planına   dəyişiklik   edir   və   əlavə   müayinə   metodlarının 

zəruriliyini müəyyən edir.

11.  Müalicə-profilaktika müəssisəsinin  başqa  bölmələrinin həkimləri  ilə 

yanaşı psixoloq, sosial işçi, psixiatrik tibb bacıları və digər ixtisas sahibləri ilə 

əməkdaşlıq edir və müalicə planı və müdaxilələrinin təhlili, dəyərləndirilməsi və 

təkmilləşdirilməsində öz ixtisası  üzrə məsləhət yardımı göstərir.

12.     Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

13.  Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və 

kiçik   tibb   heyəti   tərəfindən   təhlükəsizlik   texnikası   və   əməyin   mühafizəsi 

qaydalarına riayət edilməsinə nəzarət edir.

14.  Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin 

aparılmasında iştirak edir.

15.  Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.


16.  Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

17.  Sanitar-maarifləndirmə işini aparır.   Etik davranış qaydalarına riayət 

edir.   Xəstələrin   ehtiyac   və   problemlərinə   həssalıqla   yanaşır,   empatiya   nümayiş 

etdirir, onların ailə üzvlərinə, qəyyumlara və digər əhəmiyyətli şəxslərə xəstənin 

vəziyyəti və müalicənin gedişi barəsində məlumat və məsləhətlər verir.

18.   Lazım   gəldikdə   pasienti   başqa   mütəxəssislərə,   müəssisələrə   və 

psixososial xidmətlərə yönləndirir.

19.  Məhkəmə-psixiatrik, hərbi xidmətə yararlılıq və əmək qabiliyyətinin 

müvəqqəti itirilməsinin ekspertizasının  aparılmasında  iştirak edir və tibbi-sosial 

ekspertiza üçün zəruri sənədləri hazırlayır.

20.   Elmi   tədqiqatları   tənqidi   nəzərdən   araşdıraraq   öz   professional 

fəaliyyətində istifadə edir. 

21.  Müəssisə   rəhbərliyinin   əmr,   sərəncam   və   tapşırıqlarını   peşəkar 

səviyyədə və vaxtında icra edir.

22.  Qanunvericiliklə müəyyən edilmiş  müddətdə  işlədiyi istiqamət  üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

23.  Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

24.  Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına,   sanitariya-epidemioloji   rejimə   riayət   edir.   Tibb   müəssisəsinin 

fəaliyyətinə,   işçilərinə,   pasientlərə     təhlükə   yaradan   təhlükəsizlik   texnikası, 

yanğına qarşı və sanitariya qaydalarının pozulmasının  aradan qaldırılması  üzrə, 

rəhbərliyin   vaxtında   məlumatlandırılması   da   daxil   olmaqla,   operativ   tədbirlər 

görür.


III.

Hüquqlar

25.  Həkim-psixiatrın aşağıdakı hüquqları vardır:

25.1. klinik   müşahidə   və   müayinə,   anamnez   toplanması   və   klinik-

laborator tədqiqatların  məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz 

müəyyənləşdirmək; 

25.2.  müvafiq   qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması 

taktikasını müəyyən etmək; 

25.3. pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator 

diaqnostika metodlarını təyin etmək;

25.4.  diaqnostika   və   müalicənin   icazə   verilmiş   metodlarından   istifadə 

etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;

25.5.  zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi   üçün 

müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri və digər mütəxəssisləri cəlb 

etmək;


25.6.  müalicə-diaqnostika   prosesinin   təkmilləşdirilməsi,   özünün   əmək 

fəaliyyətinin   təşkilinin   və   şərtlərinin   yaxşılaşdırılması   üzrə   rəhbərliyə   təkliflər 

vermək; 


25.7.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, həvəsləndirilmə və 

tənbeh edilmə  üzrə rəhbərliyə təkliflər vermək;

25.8.  öz   vəzifə   öhdəliklərinin   icrası   üçün   zəruri   olan   informasiya 

materiallarını və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək 

istifadə etmək

25.9.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

25.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

26.  Həkim-psixiatr Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV.

Məsuliyyət

27.  Həkim-psixiatr aşağıdakılara görə məsuliyyət daşıyır:

27.1.  ona   həvalə   olunmuş   vəzifə   öhdəliklərinin   vaxtında   və   keyfiyyətli 

həyata keçirilməsinə

27.2.  öz   fəaliyyəti   üzrə   rəhbərliyin   əmr,   sərəncam   və   tapşırıqlarının, 

normativ-hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;

27.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

27.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və 

digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

27.5.  öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə;

27.6.  ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin 

yerinə yetirilməsinə;

27.7.  tibb   müəssisəsinin   fəaliyyətinə,   işçilərinə,   pasiyentlərə     təhlükə 

yaradan   təhlükəsizlik   texnikası,   yanğına   qarşı   və   sanitariya   qaydalarının 

pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması 

da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə;

28.  Həkim-psixiatr əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların pozulmasına  görə qüvvədə olan qanunvericiliyə əsasən,  təqsirin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə