1(104)-192/2016 Сурят


Апеллйасийа шикайятляринин дялилляри



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix26.02.2017
ölçüsü0,54 Mb.
#9784
1   2   3   4   5
Апеллйасийа шикайятляринин дялилляри:  

    


 Апеллйасийа  шикайятляри  онунла  ясасландырылмышдыр  ки,  təqsirləndirilən  şəxsə 

qarşı  irəli  sürülən  ittiham  saxta  və  əsassızdır.İbtidai  istintaq  orqanı  şəxsə  qarşı  irəli 

sürdüyü  ittihamda  mənimsənilməsi  iddia  olan  əmlakın  təqsirləndirilən  şəxsə  etribar 

edilib edilmədiyini hərtərəfli araşdırmadan sonda bu nəticəyə gəlmişdir ki, guya həmin 

əmlak  müdafiəm  altında  olan  şəxsə  etibar  edilmişdir.  Halbuki,  qeyd  edilən  pul  İlkin 

MMC-nin mülkiyyətində idi onunla bağlanan müqavilə əsasında onun gördüyü işlərin 

müqabilində  onun  hesbına  köçürülmüşdür.  Yəni  həmin  pul  vəsaiti  İlkin  MMC-nin 

mülkiyyəti  idi  və  onun  üzərində  sərəncam  vermək  hüququ  da  həmin  müəsissəyə 

məxsus  idi.  Belə  olan  halda  təqsirləndirilıən  şəxsə  qarşı  “ona  etibar  edilmiş  özgə 

əmlaknı  talamaqla”  bağlı  verilən  ittiham  ağılabatan  deyildir.    Cinayət  işinin 

materiallarından  göründüyü  kimi  təmir  işləri  aparılan  22  saylı  tam  orta  məktəbin 

direktoru  Seymur  Ələkbərov  məktəbdə  təmir  işlərinin  aparılması  ilə  bağlı  aktı 

imzalamış məhz bundan sonra təqsirləndirilən şəxs həmin sənədə yekum olaraq imza 

atmışdır.  Məhkəmə istintaqı zamanı ifadə verən Ziyəddin İbrahimov ifadəsində qeyd 

etmişdir  ki,  O  22  saylı  orta  məktəbin  direktoru  ilə  məktəbə  getmiş  o  gedən  zaman 

həqiqətən  də  orada  təmir  işləri  aparılmışdır.  Həmin  məktəbdə  təmir  işlərinin 

aparılması  eyni  zamanda  təhsil  şöbəsində  aparılan  2012-ci  il  tarixli  yoxlama  aktında 

da  öz  əksini  tapmıpşdır.  Bundan  başqa  Seymur  Ələkbərovun  istər  ibtidai  istintaq 

zamanı  istərsə  də  məhkəmə  istintaqı  zamanı  ifadəsində  qeyd  etmişdir  ki,  ona  söz 

vermişdilər  ki,  məktəbin  təmiri  üçün  ilkin  MMC-yə  ayrılmış    pul  ona  çatmalı  idi. 

Ziyəddin  İbrahimovda  ifadəsində  qeyd  etmişdir  ki,  o  gedən  zaman    artıq  məktəbdə 

təmir işləri aparılırmış və o məktəb direktoru ilə birlikdə akt tərtib edib işləri məktəb 

direktoruna təhvil vermişdir. Məktəb direktoru da bildirib ki, Ziyəddin İbrahimov ora 

gələn zaman təmir işləri aparılmış və aparılan təmir işlərinə görə pul ona verilməli və 

eyni  zamanda  həmin  pulla  başqa  otaqlarda  tikməli  idi.  Göründüyü  kimi  əslində  22 

saylı orta məktəbdə təmir işləri aparılmışdır. İbtidai sitintaq zamanı verilən ifadələrdə 

guya  Məhəmməd  Bağırovun  otağında  məktəb  direktorları  və  Ziyəddin  İbrahimovun 

olması  faktı  məhkəmə  istintaqı  zamanı  öz  təsdiqini  tapmamışdır.  Belə  ki,məhkəmə 

istintaqı  zamanı  dindirilmiş  Seymur  Ələkbərov  məhkəmə  istintaqı  zamanı  ifadəsində 

bildirmişdir 

ki, 

Məhəmməd 



Bağırovun 

otağında 

Ziyəddin 

İbrahimovla 

görüşməmişdir.  Bundan  başqa  22  saylı  orta  məktəbdə  olmuşam,  orada  təmir-tikinti 

işləri  aparılırdı.-Tikinti  üçün  ayrılan  pulu  necə  xərcləndiyini  bilmirəm.  Nemət 

Həsənov  adlı  şəxs  də  məhkəmə  istintaqı  zamanı  verdiyi  ifadəsində  guya  Məhəmməd 

Bağırovun    otağnda  Məhkəmə  istintaqı  zamanı  isə  Forma-2  sənədinə  Ziyəddin 

müəllim  maarifin  qabağında  maşının  kapotunun  üstündə  qol  çəkdirdiyini  bildirdi.  

Məmmədov  Ziyafəddin  Muradxan  oğlu  da  məhkəmə  istintaqı  zamanı  verdiyi 

ifadəsində qeyd etdi ki, 22 saylı orta məktəbdə təmir işləri gedib və o gedib onu təhvil 

götürüb  ancaq  kim  tərəfindən  aparıldığını  bilmir.  Bundan  başqa  şahid  öz  ifadəsində  

bildirir  ki,  37  saylı  orta  məktəbin  direktoru  bildirmişdir  ki,  həmin  məktəbdə  təmir 


 

33

işləri gedir. İbtidai istintaq zamanı verdiyi  ifadəsində  isə  ümumiyyətlə  təmir  işləri 



aparılmadığını bildirir. Bütün qeyd edilənlərə əsasən hesab edirik ki, əslində məhkəmə 

istintaqı  zamanı  verilən  ifadələr  daha  doğrudur.  İbtidai  istintaq  zamanı  verilən 

ifadələrdən görünür ki, həmin ifadələr eyni olmaqla yanaşı eyni müstəntiq tərəfindən 

alınan  sözbəsöz  eyni  olan  iфадялярдир.  Bundan  başqa,  təqsirləndirilən  şəxsə  qarşı  irəli 

sürülən ittihamlardan biridə onun guya 10 yanvar 2008-ci il tarixdən 27 may 2013-cü il 

tarixədək  Kəlbəcər  rayon  Təhsil  şöbəsinin  müdiri  vəzifəsində  işləyərkən  vəzifəli  şəxs 

kimi  xidməti  vəzifələrinin  icrası  ilə  əlaqədar  özü  və  üçüncü  şəxslər  üçün  qanunsuz 

üstünlük  əldə  etmək  məqsədi  ilə,  «Təhsil  haqqında»  Azərbaycan  Respublikası 

Qanunun,  Azərbaycan  Respublikası  Təhsil  nazirinin  «Ümumtəhsil  məktəblərində  və 

internat  tipli  təlim-tərbiyə  müəssisələrində  pedoqoji  kadrların  işə  qəbul  edilməsi 

qaydaları»  haqqında  23  avqust  1994-cü  il  tarixli  521,  «Pedeqoji  kadrların  yenidən 

hazırlanması»  haqqında  27  oktyabr  1995-ci  il  tarixli  428  və  «Pedeqoji  işçilərin  işə 

qəbul prosesinin tənzimlənməsi barədə» 14 yanvar 2002-ci il tarixli 45(s) №-li əmr və 

sərəncamlarının  tələblərini  yerinə  yetirməyərək,  rayon  ərazisində  fəaliyyət  göstərən 

orta və tam orta təhsil müəssisələrinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirməli, 

pedoqoji  kadrların  uçota  alınmasına,  onların  işə  qəbuluna,  məktəb  direktorlarına 

verilmiş  səlahiyyətlərin  düzgün  icrasına  nəzarət  etməli,  işçinin  işə  qəbulu  zamanı 

təqdim  etdiyi  diplomun  tədris  müəssisələrinə  konkret  sorğular  verilməsi  yolu  ilə 

yoxlamalı,  sorğulara  Təhsil  Nazirliyi  və  aidiyyəti  tədris  müəssisələrindən  müvafiq 

rəsmi  cavablar  alındıqdan  sonra  işə  qəbul  prosedurlarını  aparmalı,  vaxtı  ilə  əmək 

fəaliyyətinə  başlamış  pedeqoji  kadrların  təhsil  sənədlərini  (diplomları)  bir  daha 

araşdırılmalı  olduğu  halda,

 

öz  qulluq  səlahiyyətlərindən  qulluq  mənafeyinə  qəsdən 



zidd  olaraq  istifadə  edib,  rəhbəri  olduğu  təhsil  şöbəsinin  tabeçiliyində  olan  orta 

ümumtəhsil  məktəblərində  işə  qəbul  olunmaq  üçün  ona  müraciət  etmiş  şəxslər 

qarşısında  saxta  nüfuz  qazanmaqdan  ötrü,  istintaqa  məlum  olmayan  müddətdə, 

naməlum şəxs(lər) tərəfindən möhür əksləri skaner qurğusu vasitəsilə qrafik proqram 

təminatından  istifadə  edilməklə  bilə-bilə  yalan  məlumatlar  daxil  edilməklə  qanunsuz 

olaraq  hazırlanmış  saxta  rəsmi  sənədlər  əsasında  qeyd  olunan  normativ  sənədlərin 

tələblərinə  əsasən  araşdırmayıb,  müvafiq  ixtisasa  və  heç  bir  təhsilə  malik  olmayan 

qeyd  edilən  şəxslər  tərəfindən  keyfiyyətsiz  tədris  aparılmaqla,  dövlət  büdcəsindən 

təhsilin maliyyələşdirilməsi üçün ayrılmış külli miqdarda, yəni 1722581,81 (bir milyon 

yeddi yüz iyirmi iki min beş yüz səksən bir) manat məbləğində vəsaitin qanunsuz əmək 

haqqı  kimi  həmin  şəxslərə  verilməsinə  şərait  yaratmaqla,  nəticədə  təhsil  sistemini 

nufuzdan  salan  qeyd  edilən  hərəkətləri  ilə  hüquqi  şəxsin  hüquqlarına  və  qanuni 

mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla 

əməli  ağır  nəticələrə  səbəb  olmuşdur.  Bu  iş  üzrə  təqsirləndirilən  şəxsə  Cinayət 

Məcəlləsinin  308.2-ci  maddəsi  ilə  иттищам  irəli  sürülmüşdür.  Cinayət  işinin 

materiallarında  təqsirləndirilən  şəxsin  özü  və  üçüncü  şəxslər  üçün  qanunsuz  üstünlük 

etməsini  görmək  mümkün  deyildir.  Belə  ki,  özü  üçün  hansı  üstünlük  əldə  etməsi 

bundan  başqa  üstünlük  əldə  etdiyi  üçüncü  şəxslərin  dairəsi  və  onların  üstünlüyünnün 

nədən  ibarət  olması  verilən  ittihamdan  görünmür.  Qanunsuz  üstünlük  əldə  etmə 

məqsədi öz qulluq səalhiyyətlərindən sui-istifadə etmə yolu ilə dövlətin və ya ayrı –ayrı 

şəxslərin əmlakını qanunsuz və əvəzssiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə 

keçirmək ilə qazanac əldə etmək istəməsində, özünün və yaxınlarının maddi xarakterili 

müəyyən  öhdəliklərdən  azad  olmağa  nail  olmasında,qeyri-əmlak  xarakterli  mənfəət 


 

34

əldə  etmədə,habelə  qanunsuz  olaraq  hər  hansı  imtiyazın  və  ya  güzəştin  əldə 



olunması  istəyində  və  s.ifadə  oluna  bilər.  Göründüyü  kimi  həmin  əmlak  müəllimlərə 

əvəzssiz  olaraq  deyil    əmək  haqqı  şəklində  verilmişdir.  Əmlakın  əvvəsiz  olaraq 

verilməsi qənaəti ilə razılaşmaq mümkünsüzdür. İttihamın məzmunundan belə qənaətə 

gəlmək  olur  ki,  guya  təqsirləndirilən  şəxsin  həmin  diplomların  saxta  olduğunu  bilib 

həmin diplomlar əsasında fəaliyyət göstərən müəllimlərin keyfiyyətsiz təhsil verəcəyini 

bilib və təhsil sisteminin nüfuzdan düşməsini arzu edib. İttiahmdan görünən budur ki 

bütün  qeyd  edilənlərin  edilməsində  bir  məqsəd  olub  saxta  nüfuz  əldə  etmək.  Çünki 

Cinayət  Məcəlləsinin  308.2-ci  maddəsi  qəsdlə  törədilən  cinayətlər  kateqoriyasına 

aiddir.  Məhəmməd  Bağırov  birinci  bilə  bilməzdi  həmin  diplomlar  saxtadır  çünki  bu 

xüsusi  bilik  tələb  edən  məsələdir  deməli  əməlin  ictimai  təhlükəli  olduğunu  bilə 

bilməzdi,əməlin ağır nəticələrini qabaqcadan görə   bilməzdi çünki müəllimlərin saxta 

diplomlara malik olduğunu və savadsız olduqlarını bilmirdi. Belə olan halda əmlakın 

əvəzsiz  olaraq  müəllimlərə  verməklə  dövlətin  mənafeyuinə  agır  nəticələrə  səbəb  olan 

zərər  vurmağı  arzu  edə  bilməzdi.  Bütün  qeyd  edilənlərlə  yanaşı  cinayət  işinin 

materiallarından  göründüyü  kimi  həmin  diplomlarla  fəaliyyət  göstərən  müəllimlərin 

çoxu  təqsirləndirilən  şəxsdən  öncə  olan  təhsil  şöbəsinin  müdiri  tərəfindən  işə 

götürülmüşdür.  Eyni  zamanda  işin  materiallarından  görünür  ki,təqsirləndirilən  şəxs 

həmin  diplomların  yoxlanması  istiqamətində    müəyyən  hərəkətlər  etmişdir.  Bunlarla 

yanaşı  cinayət  işinin  materiallarından  görünür  ki,  Təhsil  nazirliyi  tərəfindən  verilən 

məktubadan  görünür  ki,kadr  çatışmamazlığı  ilə  əlaqədar  müəllimlərin  müqavilə 

əsasında  işə  götürülməsinə  icazə  verilmişdir.  Götürülən  müəllimlərdə  müqavilə 

əsasında  məktəb  direktorları  tərəfindən  işə  götürülmüşdür.  Bütün  qeyd  edilənlərələ 

yanaşı  ibtidai  istintaq  zamanı  keçilən  dərslərin  keyfiyyətsizli  ilə  bağllı  hər  hansı  bir 

araşdırma  aparılmayıb.  Müdafiə  tərəfi  hesab  edir  ki,təqsirləndirilən  şəxsin  əməlində 

Cinayət  Məcəlləsinin  308.2-ci  maddəsinin  tərkib  əlamətləri  yoxdur.  Bundan 

başqa,təqsirləndirilən  şəxsə  qarşı  irəli  sürülən  ittiham  ondan  ibarətdir  ki,  guya    o 

Kəlbəcər  rayon  Təhsil  şöbəsinin  müdiri  vəzifəsində  işləyərkən  vəzifəli    şəxs  kimi  

xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük 

əldə  etmək  məqsədi  ilə,  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  «Ümumtəhsil 

müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi»  haqqında 26 avqust 2008-

ci  il  tarixli  1019  və  11  may  2011-ci  il  tarixli  795  nömrəli  əmrlərin  tələblərini  yerinə 

yetirməyərək  ümumitəhsil  məktəblərinə  işə  qəbul  Təhsil  Nazirliyi  tərəfindən 

mərkəzləşdirilmiş  qaydada  müsabiqə  yolu  ilə  həyata  keçirilməsi  nəzərdə  tutulduğu 

halda,  həmin  tələbləri  yerinə  yetirməyərək  öz  qulluq  səlahiyyətlərindən  qulluq 

mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  edib,  rəhbəri  olduğu  təhsil  şöbəsinin 

tabeçiliyində olan orta və tam orta məktəblərə işə qəbul olunmaq üçün müraciət etmiş 

şəxslər qarşısında nüfuz qazanmaqdan  ötrü 2011-ci ildə Tağıyeva Ləman Ziyafət qızı 

və digərlərinin   126 saylı orta və tam orta məktəblərinə müxtəlif  fənnlər üzrə müəllim 

və  digər  pedoqoji  işçi  kimi  təyin  edilmələri  üçün,  Təhsil  Nazirliyi  tərəfindən 

mərkəzləşdirilmiş  qaydada  həmin  vaxtlarda  keçirilmiş  müsabiqələrdən  kənar,  həmin 

məktəblərin  direktorlarına  verdiyi  tapşırıq  əsasında  göstərilən  təyinatların 

aparılmasına  nail  olmaqla,  dövlətin  təhsillə  bağlı  apardığı  siyasətinə  xələl  gətirən, 

təhsil sistemini nufuzdan salan həmin əməlləri ilə vətəndaşların hüquqlarına və qanuni 

mənafelərinə,  eləcə  də  dövlətin  qanunla  qorunan  mənafelərinə  mühüm  zərər 

vurmuşdur.    Yuxarıda  qeyd  etdiyimiz  kimi  əslində  təhsil  nazirliyi  tərəfindən  verilmiş 


 

35

məktublardan  göründüyü  kimi  kadr  çatışmamazlığı  ilə  bağlı  müsabiqədən 



kənar  müəllim  götürülməsinə  icazə  verilmişdir.  İttihamda  mühüm  zərərin 

vurulmasından söz açılsa da onun nədən ibarət olması göstərilməmişdir. Qeyd edilən 

müəllimlərin diplomları saxta olmayıb onların verdiyi dərslərin keyfiyyətsizliyi barədə 

hər hansı bir sübut təqdim edilmədiyindən hesab  edirik ki, bu epizod üzrə də verilən 

ittiham  saxta  və  əsassızdır.  Bundan  başqa  o  Kəlbəcər  rayon  Təhsil  şöbəsinin  müdiri 

vəzifəsində işləyərkən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və 

üçüncü  şəxslər  üçün  qanunsuz  üstünlük  əldə  etmək  məqsədi  ilə,  Azərbaycan 

Respublikasının  05  iyun  2001-ci  il  tarixli  «Sağlamlıq  imkanları  məhdud  şəxslərin 

təhsili  (xüsusi  təhsil)  haqqında»  Qanununa  əsasən  xüsusi  təhsilin    təşkilinin  -  xüsusi 

təhsil  müəssisələrində  və  bölmələrində  təhsil  alma,  eyni  zamanda  müvafiq  təhsil 

müəssisəsi  vasitəsi  ilə  evdə  təhsil  alma  formalarının  müəyyən  edildiyi  və  həmin 

Qanunun  28.2-ci  maddəsində  yalnız  xüsusi  təhsil  müəssisələrində  və  bölmələrində 

çalışan şəxslərin əmək haqqına 50% əlavə edilməsinin nəzərdə tutulduğu halda,

 

həmin 



normativ  sənədin  tələbləri  yerinə  yetirməyərək  öz  qulluq  səlahiyyətlərindən  qulluq 

mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  edib,  rəhbəri  olduğu  təhsil  şöbəsinin 

tabeçiliyində olan orta məktəblərin sağlamlıq imkanları məhdud olan şagirdlərlə evdə 

fərdi  qaydada  tədris  aparmış  müəllimlərinin  qarşısında  nüfuz  qazanmaqdan  ötrü, 

aidiyyəti  məktəb  direktorları  tərəfindən  həmin  müəllimlərin  əmək  haqqına  50  faiz 

əlavə olunmaqla müvafiq tarifləşmə cədvəlinin təqdim edilib sonradan təhsil şöbəsinin 

mühasibləri  tərəfindən  həmin  əlavənin  hesablanmasına  göstəriş  verərək,  2011/2012-ci 

il tədris ilində Kəlbəcər rayonu 1 saylı orta məktəbin müəllimi Zeynəb Məmişovaya və 

digərlərinə  müəyйян  məbləğdə    əmək  haqqına  50  faiz  əlavənin  ayrılmasına  nail 

olmaqla, nəticədə dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsi üçün külli miqdarda, 

yəni  165506,2  manat  (bir  yüz  altmış  beş  min  beş  yüz  altı)  manat  ziyan  vurmuşdur. 

Cinayət  işində  olan  məktubdan  görünür  ki,,  50  faizin  verilməsi  üçün  əsas  Təhsil 

Nazirliyinin  28.01.2009-cu  il  tarixli  46-17-505/16  nömrəli    Sumqayıt  şəhər  Təhsil 

Şöbəsinə verilmiş məktub olmuşdur. Həmin məktubdan görünür ki, evdə təhsil xüsusi 

təhsil  müəssisəsi  hesab  edilir  və  həmin  dərsləri  keçən  şəxslərin  maaşına  əlavə  olaraq 

aldığı məvacibin 50 faizi əlavə verilməlidir. Göründüyü kimi ortada bir məktub var və 

həmin  məktubu  əsas  götürüb  qeyd  edilən  əlavə  verilmişdir.  Xüsusi  Təhsil  haqqında 

qanunun  8-ci  maddəsinin  tələblərindən  görünür  ki,  xüsusi  təhsil  alma  formaları 

göstərilmiş və həmin təhsil  xüsusi təhsil müəsissələrində xüsusi şərait yaradılan umumi 

təhsil  müəssisələrində  həyata  keçirlir.  Həmin  qanun  9-cu  maddəsinə  əsasən  xüsusi 

təhsilin  alma  formalarından  biri  kimi  evdə  təhsilin  təşkilin  nəzərədə  tutulmuşdur. 

Göründüyü  kimi  evdə  təhsil  xüsusi  təhsil  alma  formalarından  biridir.  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  10  may  2002-ci  il  tarixli  77  saylı  qərarında  evdə 

təhsilin  təşkili  qaydaları  öz  əksini  tapmışdır.Həmin  qərarın  20-ci  bəndində  göstərilir 

ki,  Müəllimin  əmək  haqqı  tabelik  qaydasında.rayon  təhsil  şöbələri  tərəfindən  yerinə 

yetrilən  proqram  materialları  əsasında  təsdiq  olunmuş  satvakaya  uyğun 

ödənilir.Göründüyü  kimi  əslində  evdə  təhsilə  görə  müəllimlərə  əlavə  olaraq  əmək 

haqqı ödənilir və yerinə yetrilən proqram materiallarına uyğun ödəniş aparılır. Bütün 

qeyd edilənlərə əsasən hesab edirik ki, təqsirləndirilən şəxsin həmin məbləği ayrıması 

ilə  bağlı  qəsdən  dövlətin  mənafeyinə  ziyan  vurması  əsassızdır.  İttiham  tərəfi  qeyd 

edilən xüsusatları araşdırmadan şəxsə qarşı saxta ittiham irəli sürmüşdür. Belə ki, evdə 

təhsil  verən  müəllimlərə  əmək  haqqı  ödənilməli  olduğu  halda  bununla  bağlı 



 

36

qanunvericiliyi 



araşdırmadan 

həmin  müəllimlərə  ödənilən  əmək  haqqının 

ödənilən  50  faizdən  çox  və  az  olmasını  müəyyənləşdirmədən  qulluq  mənafeyinə  və 

səlahiyyətlərinə ziddi olaraq şəxsə qarşı əsassız ittiham irəli sürülmüşdür.Həmin əmlak 

əslində  xəstə  uşaqlara  müəllimlər  tərəfindən  tədris  edilən  dərslərin  müqabilində 

verilmişdir. Yəni əvəssiz olaraq kiməsə verilməmişdir.  Bundan başqa göründüyü kimi 

xüsusi təhsilin formalarından biri olan evdə təhsil ilə bağlı əmək haqqı 50 faiz olmasa 

belə  dərs  deyən  müəllimlərə  ödənilməli  idi.  Lakin  ibtidai  istintaq  zamanı  nə  də 

məhkəmə  istintaqı  zamanı  həmin  məbləğin  miqdarının  müəyyənləşdirilməsi 

yönümündə  hər  hansı  bir  addım  atılmamışdır.  Müdafiə  tərəfi  hesab  edir  ki,  həmin 

məbləğin  konkretləşdirilməsi  verilən  ittihamın  mahiyyəti  baxımından  mühüm 

əhəmiyyət kəsb edirdi. Belə ki,Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə bağlı cinayət 

təqibi  məhz  mühüm  zərərin  vurulmasından  sonra  yarandığından  hesab  edirik 

müəllimlərin  almalı  olduğu  məbləğin  dəqiqləşdirilməsinə  ehtiyac  vardır.  Digər  bir 

epizod  «Büdcədən  maliyyələşdirilən  müəssisələrdə,  təşkilatlarda  çalışmış,  özlərindən 

asılı  olmayan  səbəblərə  görə  iş  yerindən  məhrum  olmuş  və  işlə  təmin  olunmamış 

məcburi  köçkünlərin  sosial  müdafiəsi  üzrə  əlavə  tədbirlər  haqqında»  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  06  aprel  2010-cu  il  tarixli  58  nömrəli  qərarına 

əsasən,  işgaldan  öncə  büdcə  təşkilatlarında  işlədiyini  təsdiq  edən  (əmək  kitabçası, 

əmək  kitabçasında  işlədiyi  dövrü  təsdiq  edən  möhür,  şahidlik  aktı  və  sair)  sənədlər 

təqdim  edildikdə  əmək  haqqına  20%  əlavənin  ödənilməsinin  nəzərdə  tutulmasına 

baxmayaraq,  həmin  qanunun  qeyd  olunan  tələblərini  yerinə  yetirməyərək  öz  qulluq 

səlahiyyətlərindən  qulluq  mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  edib,  ayrı-ayrı 

şəxslər  qarşısında  nüfuz  qazanmaqdan  ötrü  Kəlbəcər  rayonu  işgal  olunanadək 

rayonun  büdcə  təşkilatlarında  işlədiyini  təsdiq  edən  göstərilən  müvafiq  sənədlər 

olmadan,  rəhbəri  olduğu  təhsil  şöbəsinin  tabeçiliyində  olan  55  (əlli  beş)  məktəbdə  

müəllimə əmək haqqına əlavə kimi 59106,0 manat məbləğin, verdiyi tapşırıq əsasında 

rayon  təhsil  şöbəsinin  mühasibləri  tərəfindən  hesablanmasına  və  dövlət  büdcəsindən 

qanunsuz  olaraq  külli  miqdarda,  yəni  114295  manat  (bir  yüz  on  dörd  min  iki  yüz 

doxsan beş) manat ziyan dəymişdir. Bununıa bağlı qeyd etmək istəyirik ki, məhkəmə 

istintaqı  zamanı  təqdim  edilən  sənədlərdən  görünür  ki,  əlavə  verilən  müəllimlərin  bir 

coxunun  əmək  kitabçası  və  fakt  təsdiqinə  dair  məhkəmə  qətnaməsi  əsasında  onların 

maaaşlarına  əlavə  hesablanmışdır.  Həmin  müəllimlər  qanun  əsasında  əlavə  almış  və 

onların Ümumilikdə əmək haqqına ödənilmiş məbləğin cəmi-27, 528 manat təşkil edir. 

İttiham aktında qeyd edilir ki, guya təqsirləndirilən şəxs mühasiblərə göstəriş verərək 

onların  maaşalarına  20  faiz  əlavəninin  ödənilməsinə  nail  olmuşdur.  Ibtidai  istintaq 

zamanı  Sahib  Muxtarov  ifadəsində  qeyd  etmişdir  ki,  “Büdcədən  maliyyələşdirilən 

müəssisələrdə,  təşkilatlarda  çalışmış,  özlərindən  asılı  olmayan  səbəblərə  görə  iş 

yerindən  məhrum  olmuş  və  işlə  təmin  olunmamış  məcburi  köçkünlərin  sosial 

müdafiəsi  üzrə  əlavə  tədbirlər  haqqında”  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  06  aprel  2010-cu  il  tarixli  58  nömrəli  qərarından  məlumatı  olmuşdur. 

Kəlbəcər  rayon  Təhsil  şöbəsinin  tabeliyində  olan  ümumtəhsil  məktəblərininin 

direktorları tərəfindən  məktəblər üzrə 20 % alan şəxslərin ümumi sayıhısı tarifikasiya 

cədvəlində  göstərilərək  təsdiq  edilməsi  üçün  Kəlbəcər  rayon  Təhsil  şöbəsinə 

göndərilmiş, Təhsil şöbəsinin müdiri Məhəmməd Bağırov tarifikasiya cədvəlini təsdiq 

etdikdən  sonra  hesablanması  üçün  mühasibatlığına  göndərmiş,  mühasibatlıq 

tərəfindən adları qeyd edilən şəxslərin əmək haqqına əlavə olaraq 20% hesablanmış və 


 

37

tərəfindən 



qanunauyğunluğu  yoxlandıqdan 

sonra 


imzalanmış, 

o, 


tarifkasiyanı  imzalandıqdan  sonra  isə  Təhsil  şöbəsinin  müdiri  Məhəmməd  Bağırov 

tərəfindən  təsdiq  olunmuş,  nəticədə  ümumtəhsil  məktəbləri  üzrə  bəzi  müəllimlərin 

əmək haqqına 20% əlavə ödənilmişdir.Göründüyü kimi 20 faiz əlavəni aлmaq hüququ 

olan  şəxslərin  siyahısı  məktəb  direktorları  tərəfindən  traifkasiyada  göstərilir  sadəcə 

Təhsil  Şöbəsinin  müdiri  tərəfindən  imzalanır.  Qeyd  edilənlərə  əsasən  hesab  edirik 

ki,təqsirləndirilən şəxsin əməlində qeyd edilən epizod üzrə Cinayət Məcəlləsinin 308.2-

ci maddəsinin tərkib əlamətləri yoxdur. Bundan başqa təqsirləndirilən şəxsə qarşı irəli 

sürülən  ittihamda  qeyd  edilir  ki.”eləcə  də    Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  2003-cü  il  14  may  tarixli  67  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  «Dövlət 

büdcəsindən  maliyyələşən  təlim-tərbiyə  və  təhsil  müəssisələrinin  yaradılması, 

genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları»na, Təhsil Nazirliyinin 12 

sentyabr  2003-cü  il  tarixli  187  nömrəli  əmri  ilə  təsdiq  edilmiş  «Ümumtəhsil 

məktəblərinə qəbul və şagirdlərin yerdəyişməsinin tənzimlənməsi haqqında» əmrinin, 

həmçinin  31  avqust  2005-ci  il  tarixli  46-01-4209/16  nömrəli  və  15  sentyabr  2005-ci  il 

tarixli  46-14-4534/16  nömrəli  təlimat  xarakterli  məktublarının  tələblərini  yerinə 

yetirməyərək,  öz  qulluq  səlahiyyətlərindən  qulluq  mənafeyinə  qəsdən  zidd  olaraq 

istifadə  edib,  rəhbəri  olduğu  təhsil  şöbəsinin  tabeçiliyində  olan  orta  və  tam  orta 

məktəblərin  direktorlarının  qarşısında  nüfuz  qazanmaqdan  ötrü,  rayonun  18,  31,  41, 

53,  57,  70,  73,  81,  85,  86  və  96  saylı  məktəblərinin  yerləşdiyi  ərazilərdən  kənarda  - 

digər  rayonların  ərazilərində,  maddi-texniki  bazası  zəif,  lazımı  avadanlıqlarla  təchiz 

edilməmiş  sinif  otaqları,  ixtisaslı  pedoqoji  kadrları  və  müəyyən  olunmuş  normada 

şagird kontingenti olmayan, habelə başqa məktəblərdə təhsil almış və məcburi köçkün 

olmayan yerli rayon sakinlər hesabına

 

cəmi 87 (səksən yeddi) sinif komplekti formal 



olaraq  rəsmiləşdirilməklə,  2011/2012-ci  dərs  ilində  38  sinif  üzrə  153740,0  manat, 

2012/2013-cü  dərs  ilində  33  sinif  üzrə  118803,0  manat  olmaqla,  nəticədə  dövlət 

büdcəsindən  ümumilikdə  272543  manat  (iki  yüz  yetmiş  iki  min  beş  yüz  qırx  üç) 

manat,miqdarında  ziyan  vurmuşdur.  Hesab  edirik  ki,  bu  ittihamda  saxta  və 

qanunsuzdur.  Qeyd  edilən  sinif  komplektlərinin  yaradılması  Təhsil  nazirliyinin 

əmirlərinə  uyğun  olmadığı  göstərilmişdir.  Yaradılan  sinif  komplektləri  İcra 

Hakimiyyətinin  Sərəncamları  əsasında  yaradılır  və  həmin  sərəncamlardan  da 

göründüyü  kimi  Kəlbəcər  rayonu  məcburi  köçkün  rayonu  olduğundan  orada 

yaradılan  məktəblərin  maddi  texniki  bazasında  olan  çətinliklərin  nəzrə  alınması  öz 

əksini  tapmışdır.  Bundan  başqa  sərəncam  imzalandıqdan  sonra  təsdiq  edilməsi 

sərəncamın  sonunda  qeyd  edildiyi  kimi  Təhsil  Nazirliyindən  xahiş  edilir.  Əgər 

yaradılan sinif kompenetləri Təhsil Nazirliyinin  məlum əmrinə zidd idisə onda nədən 

təsdiq  edilirdi.  Yəni  göründüyü  kimi  sinif  kopenentlerinin  yaradılması  İcra 

Hakimiyyətinin sərəncamı ilə yaradılır və təqsirləndirilən şəxsin sinif yaratmaqla bağlı 

səlahiyyəti  yoxdur.  O  yalnız  sərəncamdan  irəli  gələn  məsələləri  yerinə  yetirməkdə 

səlahiyyətlidir. Məhkəmə hökmündə də qeyd edilir ki, sinif kompenetlərinin çoxu İcra 

hakimiyyətinin      sərəncamı  əsasında  yaradılsa  da    bəziləri  isə  sərəəncamdan  kənər 

yaradılmışdır. Artıq yaradılan kompenetlər və onların sayı xərclənən vəsaitin miqdarı 

verilən  ittiham  baxımından  mühüm  əhəmiyyət  kəsb  etməsinə  baxmayaraq  birinci 

instansiya  məhkəməsi  həmin  məbləği  və  sininf  kompenetlərin  miqdarını 

göstərməmişdir.  İşdə  olan  yoxlama  aktından  görünür  ki,  təqsirləndirilən  şəxs 

işləmədiйи  dövrdə  də  verilən  sərəncamlarda  da  sinif  kompenetlərini    artıq  olduğu 



 

38

göstərilmişdir.  Əslində  isə  sərəncamda  qeyd  edilənlərdən  artıq  sinif  kompeneti 



yaradılmamışdır. Digər ittiham ondan ibarətdir ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti 

başçısının 31 oktyabr 2011-ci il tarixli 93  nömrəli və 23 oktyabr 2012-ci il tarixli 223 

nömrəli  sərəncamlarının  tələblərini  yerinə  yetirməyərək,  rəhbəri  olduğu  təhsil 

şöbəsinin  tabeçiliyində  olan  orta  məktəblərin  direktorlarının  qarşısında  nüfuz 

qazanmaqdan ötrü öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq 

istifadə edib, qeyd olunan normativ sənədlərlə ümumtəhsil məktəblərinin şəbəkəsində 

nəzərdə  tutulmuş  sinif  komplektlərinin  sayından,  ümumtəhsil  məktəblərin  yerləşdiyi 

ərazidən  kənar  ərazilərdə  (filiallarda)  artıq  sinif  komplektləri  formalaşdırmaqla, 

2011/2012-ci dərs ilində ümumilikdə  37250 manat (otuz yeddi min iki yüz əlli) manat,

 

 



ziyan dəymişdir. Bu ittiham da aydın deyildir belə ki, təqsirləndirilən şəxsin qanunsuz 

etdiyi  əslində  verilən  ittihamda  aydın  göstərilməyib.  Belə  ki,  yaradılan  sinifin  sayı  və 

ondan artıq saxlanılan sinifin sayı dəqiq  göstərilmir və buna görə də həmin məsələni 

dəqiqləşdirmək  çətinlik  yaradır.  Qeyd  edilənlərlə  yanaşı  təqsirləndirilən  şəxsin 

ümumiyyətlə sinif komonenti yaratmaqla bağlı səlahiyyətli deyil yuxardıa qeyd edildyi 

kimi  İcra  Hakimiyyəti  Başçısının  sərəncamı  əsasında  yaradılır  Təhsil  Nazirliyi 

tərəfindən  təsdiq  edilir  və  Müaliyyə  nazirliyi  tərəfindən  təsdiq  edilmiş  siniflər  üzrə 

əmək  haqqı  buraxılır.  Belə  olan  halda  təqsirləndirilən  şəxsin  qeyd  edilən  cinayəti 

törətməsi mümükünsüzdür. Digər ittihamda qeyd edilir ki,bundan əlavə «Ümumitəhsil 

məktəbinin  Nümunəvi  Nizamnaməsi»  haqqında  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  13  yanvar  2011-ci  il  tarixli  qərarının,  Təhsil  Qanununun  və  Təhsil 

Nazirliyinin  27  iyun  2000-ci  il  tarixli  46-17-2602/16  nömrəli  məktubunun  tələblərinə 

əsasən  ümumitəhsil  məktəblərində  sinif  şagirdlərinin  sayı  20  (iyirmi)  nəfər  olmaqla 

müəyyən edildiyi halda, həmin tələblərə əməl etməyərək, öz qulluq səlahiyyətlərindən 

qulluq  mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  edib,  rəhbəri  olduğu  təhsil  şöbəsinin 

tabeçiliyində  olan  orta  və  tam  orta  məktəblərin  direktorlarının  qarşısında  nüfuz 

qazanmaqdan  ötrü,  rayon  təhsil  şöbəsinin  tabeliyində  olan  ayrı-ayrı  ümumtəhsil 

məktəblərinin  ibtidai  siniflərində  şagirdlərin  sayı  20  nəfərdən  az  olduğu  halda, 

2011/2012-ci dərs ilində Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeçiliyində olan  həmçinin 

«Ümumi  təhsil  pilləsinin  dövlət  standartı  və  proqramları  (kurikulumları)»  haqqında 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  03 iyun 2010-cu il tarixli 103 nömrəli 

qərarı  və  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  01  mart  2012-ci  il  tarixli  309 

nömrəli  əmrinin  tələblərinə  əsasən,  eyni  bir  sinifdə  şagirdlərin  sayı  30  nəfərdən  çox 

olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə otağın ölçüsü imkan vermədikdə, həmin 

sinif üzrə ikinci paralel sinifin təşkil edilməsi nəzərdə tutulmasına baxmayaraq, həmin 

tələblərə  əməl  etməyərək  rəhbəri  olduğu  təhsil  şöbəsinin  tabeçiliyində  olan  orta 

məktəblərin  direktorları  qarşısında 

nüfuz  qazanmaqdan 

ötrü, 

öz 


qulluq 

səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Kəlbəcər rayon 

Təhsil  şöbəsinin  ümumtəhsil  məktəblərində  sinifdə  şagirdlərinin  sayı  30  nəfərdən  az 

olduğu  və  sinif  otaqlarının  ölçüləri  imkan  verdiyi  halda,  2011/2012-ci  dərs  ilində 

Kəlbəcər  rayon  12  saylı  məktəb  üzrə  artıq  komplektləşdirilmişdir.  2012-ci  il  tarixdə 

həyata  keçirilən  malliyə  yoxlma  aktında  da  göstərilmişdir  ki,  təhsil  nazirliyinin 

əmrinin tələblərinə əməl etməyərək sinif komoeneneti yaradılmasında şagirdlərin sayı 

nəzərə  alınmayıb.  İcra  Hakimiyyəti  başçısının  sərəncamlarında  bu  məsələyə 

toxunulmuş  və  Təhsil  Nazirliyi  tərəfindən  də  həmin  sərəncamda  göstərilən  məsələlər 

təsdiq  edilmişdir.  Bununla  da,  Bağırov  Məhəmməd  Yusif  oğlu  Azərbaycan 



 

39

Respublikası  CM-nin  179.3.2,  308.2  və  313-cü  maddələrində  nəzərdə  tutulan 



cinayət  əməllərini  törətməmişdir.  Одур  ки,  щюкмцн  М.Баьырова  аид  щиссядя  ляьв 

едилмясин,  М.Баьыровун  ямялиндя  ъинайят  тяркиби  олмадыьыныдан  ЪПМ-нин  40.1.2-ъи 

маддясиня ясасян барясиндя бяраят щюкмцнцн чыхарылмасыны хащиш етмишдир.  

 

 



                        


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin