11-33, 11-59, 11-34, 11-35, 11-36, 11-37 23 yaşlı dahi



Yüklə 46,5 Kb.
səhifə2/3
tarix26.12.2016
ölçüsü46,5 Kb.
#3454
1   2   3
- Tofiq Quliyev, Qara Qarayev Asəf Zeynallı barədə nə danışırdılar?

- Tofiq Quliyev deyirdi ki, Asəf müəllimi çox sevirdik. Asəf müəllim hara gedirdi, onun dalınca gedirdim. Fəxr edirdim ki, onun tələbəsiyəm.



- Ən yaxın dostları kimlər idi?

- Ən yaxın dostları aktyor Hüseynqulu Sarabski, həkim Fuad Əfəndiyev, dirijor Əşrəf Həsənov, bəstəkar Səid Rüstəmov, violençel çalan Ələkbər Daşdəmirov olub. Bülbül ilə çox yaxın idi, "Ölkəm" romansını demək olar ki, Bülbülə həsr edib. Cəfər Cabbarlı ilə münasibəti olub. Asəf onun əsərlərinə musiqi yazırdı və teatrda tamaşaya qoyurdu.



- Bəstəkar olaraq hansı ilklərə imza atıb?

- Təhsil ala-ala əsərlər yazırdı. Azərbaycanda romans, uşaq süitası janrlarının banisi Asəf Zeynallıdır. Skripka üçün əsəri də ilk dəfə o yazıb. 1928-1931-ci illər onun yaradıcılığının ən gözəl illəridir. "Fraqmentlər süitası" simfonik əsərini o dövrdə yazır. Leninqrada konsertə gedirlər, onun da əsərləri çalınır, eyni zamanda əsərlərinə dirijorluq da edir.



- Eşitdiyimə görə, Asəf Zeynallı o dövrdə tarı müdafiə edənlərdən biri olub. Buna görə onun üçün hansısa problemlər yaranıbmı?

- Elədir, Asəf o zamanlar tarı çox tərifləyib. Hətta "Tarın müdafiəsi" adlı məqalə də yazıb və burada tarı ləğv etmək istəyənlərə ciddi etirazını bildirir. Xalq Komissarlığına gedir və çıxış edir. Evdə ailəsi də qorxur ki, gedərsən sənin üçün pis olar. Amma əmim heç kimin sözünə baxmır, gedir. Anam rəhmətlik danışırdı ki, o müdafiədən gələnə qədər nə çəkdik, bir Allah bilir. Amma çıxışı çox yaxşı keçir. Onu da deyim ki, 1937-ci ilə qədər yaşasaydı, yəqin repressiya qurbanı olardı.



- Nəyə hirslənərmiş?

- Düzgünlük olmayanda əsəbiləşirmiş. Ailəyə çox mehriban adam olub. Dərbənddə bizim üzüm bağlarımız olub. Qızları (bacılarımı) aparırdılar ora. Ələkbər Daşdəmirova yazdığı məktubda əmim deyirdi ki, qızlara baxıb elə sevinirəm. Anam danışırdı ki, o pianinoda çalanda kimsə mane olurdusa əsəbiləşirdi. Qapını bağlayırdıq ki, uşaqlar mane olmasın.



- Musiqidən kənar nə ilə məşğul olurmuş?

- İdmanla məşğul olur, çimərliyə gedib üzməyi sevərmiş. Universitetə girmək, dil, fəlsəfə öyrənmək istəyirmiş. "Musiqi nəzəriyyəsi" kitabının 3 müəllifindən biri idi.



- Bəs ölümünə səbəb nə idi?

- 1932-ci ildə Bülbül əmimə deyir ki, gəl gedək Qarabağa, orada xalq mahnılarını nota alaq. Mən oxuyum, sən nota al. Əmim getmək istəmir, çünki vaxtı yox idi. Teatrda əsərlərə musiqilər yazırdı. Həm də ictimai işlərlə məşğul idi. Sonra onu konservatoriyadan Qarabağa göndərirlər, onlarla birlikdə Bülbül də gedir. 50-dən çox xalq mahnısını nota alırlar. Ordan qayıdanda yolda xəstələnir, qarın yatalağına tutulur. Gəlir xəstəxanaya, amma xəstəxanadan çıxmır.



- Bülbül onunla Qarabağdaki səfərindən nə danışıb?

- Heç nə demirdi. Bircə onu deyirdi ki, nəsə yeyib, ona toxunub.



- Son günlərini necə xatırlayırdı ailəniz?

- "Bakı" simfoniyasını yazmaq istəyirdi. Fraqmenti yazmışdı, qalmışdı simfoniya. Xəstəxanada olduğu zamanlarda divara notlar yazırmış, soruşanda deyirmiş ki, bu mənim simfoniyam olacaq.



- Ölümündən sonra nənəniz...

- Nənəm çox pis keçirib onun vəfatını. Bacılarım deyirdi ki, onun vəfatından sonra səs sala bilmirdik. Nənəm qoymurdu. Xeyli vaxtdan sonra, qardaşım doğulanda nənəm təskinlik tapdı. Amma 1942-ci ildə dünyasını dəyişdi. Hələ anam danışırdı ki, dostları onun ölümünə inanmırdı. O, rəhmətə gedəndən sonra Hüseynqulu Sarabski özünü saxlaya bilmirdi, elə hey ağlayırdı. Asəf gənc qızların da sevimlisi olub. Kövkəb Səfərəliyeva (Milli Konservatoriyanın nəzdində Musiqi məktəbinin direktoru) ilə yaxın dost olublar. Hətta deyilənlərə görə Kövkəb xanımın ondan çox xoşu gəlib, sevib Asəfi.



- Elə mən də onu soruşmaq istəyirdim ki, Asəf müəllimin istədiyi xanım olub?

- Kövkəb xanım, Marqarita Yepifanova, Xurşid Ağayeva, daha bir çox xanımların Asəfdən ötrü ürəyi gedirdi. Amma Kövkəb xanım onu istəyirdi. Ona görə də heç bir zaman evlənmədi. Asəfin vəfatından sonra bizə tez-tez gələrdi. Asəfə gəldikdə isə Leninqrada konsertə gedəndə bir rus qızından xoşu gəlmişdi. Nənəm o qızla evlənməsinə icazə vermirdi.




Yüklə 46,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin