10 yanvar 2017-ci il, çərşənbə axşamı 5



Yüklə 309.61 Kb.
Pdf просмотр
tarix26.05.2017
ölçüsü309.61 Kb.

10 yanvar 2017-ci il, çərşənbə axşamı

5

 

ˆ

Qədim zamanlardan bugünümüzədək cəmiyyət və 



dövlət həyatında baş verən ictimai-siyasi transformasiya 

hadisələri dövlət idarəçilik institutlarının fəaliyyətində 

dərin məzmun dəyişikliyinə, o cümlədən siyasi idarəetmədə 

iştirakçılıq dairəsinin davamlı olaraq genişlənməsinə 

səbəb olmuşdur. Bu proseslərin gedişində parlamentarizm 

ənənələrinin yaranması dövlətin idarə olunmasında bütün 

maraqlı tərəflərin iştirakını stimullaşdırmışdır. 

Eyni zamanda, bu ənənə dialoq 

və əməkdaşlıq mühitində mövcud 

fikir ayrılıqlarının fəal müzakirəsinə 

imkan yaratmış, siyasi idarəetmədə 

güclər arasında balans formalaşdır-

mışdır. Beləliklə, ilkin parlamentarizm 

prinsipləri sonrakı yüzilliklər boyu 

özünün təkamül prosesində müxtəlif 

istiqamətli siyasi-ideoloji baxışların 

formalaşması üçün təməl rolu oyna-

mışdır.  

Proto-parlamentar quruluşlar hələ 

eramızdan əvvəl qədim Yunanıstanda, 

Romada, Mesopotamiyada mövcud 

olmuşdur. Həmin quruluşlar birbaşa 

xalq tərəfindən seçilməsə də, siyasi 

hakimiyyətdə məsuliyyətli idarəetmə 

təcrübəsinin formalaşmasına yol 

açmışdır. Daha sonrakı dövrlərdə 

bu təsisatlar təkmilləşmiş idarəetmə 

institutları kimi hakimiyyət bölgüsündə 

siyasi mövqelərini gücləndirmişlər. 

930-cu ildə İslandiyada yaradılmış 

Altinq (Ümumi Yığıncaq),  1215-

ci ildə İngiltərədə Böyük Azadlıq 

Xartiyasının (Magna Carta) qəbul 

edilməsindən sonra yaranan parlament, 

1278-ci ildə Fransada təsis olunmuş 

Paris parlamenti kral hakimiyyətinin 

məhdudlaşdırılmasında önəmli rol 

oynayaraq dar miqyasda da olsa, de-

mokratiya ideyalarının yayılmasına və 

təşəkkül tapmasına səbəb olmuşdur. 

Həmin dövrlərdə dövlət 

idarəetməsi ilə əlaqədar baş verən 

transformativ dəyişikliklər təkcə Av-

ropa məkanı ilə məhdudlaşmamışdır. 

İctimai-siyasi yaşamında passionarlığı 

ilə seçilən türklər də təkcə zəngin 

mədəni irsi ilə deyil, eyni zamanda, 

qədim dövlətçilik tarixləri ilə Avra-

siya məkanının böyük bir hissəsində 

dərin tarixi iz qoymağı bacarmışlar. 

Yuxarıda qeyd olunan təsisatlara oxşar, 

bəzi hallarda onların fəaliyyət və təsir 

dairəsindən daha geniş olan strukturlar 

qədim və orta əsr türk dövlətlərində də 

yaradılmışdır. Qədim türk dövlətçilik 

tarixində mühüm ictimai-siyasi təsir 

imkanlarına malik olan “Gənəşək” 

həmin təsisatların bizə məlum olan ən 

ilkin nümunəsidir. “Gənəşək” – müasir 

Azərbaycan türkcəsində və bir sıra 

türk dillərində işlədilən söz olmaqla, 

“gənəşmək” felindən yaranmışdır 

və günümüzdə də “məsləhətləşmək, 

müzakirə açmaq, çözümü daha geniş 

arenaya çıxararaq ümumi, yekdil rəyə 

gəlmək” mənasında işlədilir.  

Klassik türk dövlətçiliyinin for-

malaşdırdığı bir dəyər kimi bu təsisat 

siyasi idarəetmədə kollektivçiliyi, 

toplumsal iştirakı təşviq edirdi. Ka-

ğanlar bir çox qərarları ali hakimiyyət 

səviyyəsində Gənəşək ( məşvərət ) 

keçirdikdən sonra qəbul edirdilər. Gö-

ründüyü kimi, böyük imperiyalar yarat-

mış və idarə etmiş türk hökmdarları da 

öz iradələrini mütləqiyyətçilik əsasında 

həyata keçirən tiranlar kimi çıxış etmir, 

əksinə, idarəetmə işlərində bir qayda 

olaraq gənəşəyə üstünlük verirdilər. Bu 

isə qəbul olunmuş qərarların praq-

matikliyini təmin edir, məsuliyyətli 

idarəetmə ənənəsini formalaşdırır və 

türk dövlətçiliyini inkişaf etdirirdi.

Tarixi mənbələrdə türk dövlət 

məclisləri barədə ilkin məlumatlar Bö-

yük Hun imperiyası dönəminə təsadüf 

edir. Həmin dövr üçün kifayət qədər 

mükəmməl idarəetmə sistemi  olan bu  

imperiyada dövlət əhəmiyyətli bütün 

məsələlər qurultaylarda (“kurultay”) 

müzakirə olunurdu. Qurultaylar kağan 

tərəfindən hər il üç dəfə çağırılırdı. 

Yeni hökmdarın seçilməsi də həmin 

qurultaylarda həyata keçirilirdi. Bu 

yığıncaqlara şahzadələrlə yanaşı, 

imperiyanın nüfuzlu şəxsləri, hərbi və 

mülki vəzifə sahibləri, ağsaqqallar da 

qatılırdı. Gənəşəyin sosial modeli kimi 

çıxış edən qurultaylar, eyni zamanda, 

mülki problemləri araşdıran təsisat 

funksiyasını yerinə yetirirdi.

 Türklərin ictimai, siyasi, mənəvi 

həyatının universal nizamını yaradan, 

adət, ənənə və davranışlar toplusu olan 

“Törə” üç əsas mənbədən – xalqdan, 

qurultaydan və kağandan qaynaqla-

nırdı. Törəyə əsasən Qurultay çağır-

maq kağanın əsas vəzifələrindən biri 

hesab olunurdu. Hunlar və Göytürklər 

dönəmində Qurultayın qanunverici-

lik səlahiyyətləri o qədər güclü idi 

ki, kağan tərəfindən qəbul olunan 

qərarlar yalnız Qurultayın razılığı ilə 

qüvvəyə minirdi. Şübhəsiz ki, mühüm 

siyasi qərarların hökmdar tərəfindən 

təkbaşına deyil, tədbirli dövlət adam-

larının iştirakı ilə ortaq bir strategiya 

müəyyənləşdirilməsindən sonra qəbul 

olunması əski türklərin geniş bir regi-

onda geopolitik nüfuz qazanmasına və 

qüdrətli dövlətlər qura bilməsinə zəmin 

yaratmışdır.   

Cəsarətli qərarları ilə Avrasiya 

tarixinin sonrakı gedişinə yön vermiş, 

əcdadı Çingiz xandan sonra Avrasiya-

da ən böyük əraziləri fəth etmiş Əmir 

Teymurun (Teymurləngin) müasir 

anlamda parlamenti və hərbi şuranı 

əvəz edən Gənəşəyi var idi. Tarixdən 

məlumdur ki, dövlət və ordu rəhbərləri 

“Gənəşək”də toplaşıb müzakirələr 

aparır, məsləhətləşir, son qərarı 

qəbul etmək üçün hökmdara müvafiq 

tövsiyyələrini verirdilər. Qədim türk 

dövlət məclislərindən biri də “Toy” 

adlanırdı. “Kitabi-Dədə Qorqud” 

dastanında da bəhs olunan “Toy” oğuz 

türklərinin önəmli siyasi, hərbi, inzibati 

məsələləri müzakirə etdiyi bir toplantı 

idi.


Oxşar funksiyaları həyata 

keçirən təsisatlar sonrakı dövrlərdə 

“Seçilənlər Məclisi”, “İxtiyarlar 

Məclisi”, “Məşvərətçi Şura”, “Di-

vani-Humayun” adı altında türk 

dövlətlərində siyasi hakimiyyətin 

aparıcı elementləri olmuşlar. Məsələn, 

orta əsr türk dövlətlərindən olan Ağqo-

yunlu dövlətində mühüm ictimai-siyasi 

məsələlər sarayda fəaliyyət göstərən 

Böyük Divanda müzakirə edilir və 

orada yekun qərar qəbul edilirdi. Os-

manlı imperiyasında parlament tipli ilk 

məclis kimi tanınan “Məclisi-Ümumi” 

1877-ci ildə fəaliyyətə başlamışdı. 

İctimai-siyasi müzakirələrin 

aparıldığı platforma kimi çıxış edən bu 

təsisatlar türk insanının sosiallaşma-

sında, dövlət idarəetmə təcrübəsinin 

zənginləşməsində əvəzsiz rol oy-

namışdır. Bir sözlə, həmin toplum-

sal qurumlar sosial-siyasi düşüncə 

sisteminə həlledici təsir göstərərək 

türklərin ictimai yaşam tərzinin tərkib 

hissəsinə çevrilmişdir. Həmin quruluş-

lar müasir anlamda bütün demokratik 

xüsusiyyətləri özündə cəmləşdirməsə 

də, hələ o zamanlarda türklərin şüu-

runda, dövlət idarəçilik təcrübəsində 

demokratik dəyərlərin üstün yer tutdu-

ğunu göstərir.  

Yüzilliklər boyu davam edən 

bu ənənələr türklərin XX əsrin 

əvvəllərində demokratik, hüquqi 

dövlət quruculuğu istiqamətində 

səylərinə mənəvi güc vermişdir. Milli 

cümhuriyyətimiz qurulmazdan öncə, 

hələ 1906-cı ildə Əlimərdan bəy 

Topçubaşov, İsmayıl xan Ziyadxanov, 

Əbdürrəhim bəy Haqverdiyev kimi 

tanınmış Azərbaycan ziyalıları çar 

Rusiyasının ilk parlamentinə – Birin-

ci Dövlət Dumasına seçilmiş və bu 

qurumda Azərbaycan xalqının milli-

mədəni hüquq və azadlıqları uğrunda 

mübarizə aparmışlar. Bu görkəmli 

şəxsiyyətlərin əldə etdikləri parlamen-

tarizm təcrübəsi, universal dəyərlər, 

müasir parlament mədəniyyəti barədə 

müfəssəl bilikləri az sonra yaranacaq 

milli parlamentimizin həmin təcrübə 

və dəyərlər əsasında fəaliyyətinə imkan 

yaratmışdı.

Şərqdə ilk parlamentli respub-

lika kimi tanınan Azərbaycan Xalq 

Cümhuriyyətinin qurulması türk 

dövlətçilik tarixinin önəmli siyasi 

hadisəsi olmaqla, türk parlamentarizmi 

ənənələrini daha da zənginləşdirmişdir. 

Zaqafqaziya Seyminin Müsəlman 

Fraksiyasında təmsil olunan 

azərbaycanlı üzvlər 1918-ci ilin 28 ma-

yında keçirilmiş iclasda Azərbaycanın 

müstəqilliyini elan etdilər. Zaqafqaziya 

Müsəlman Şurası özünü Azərbaycan 

Milli Şurası adlandırdı və növbəti gün  

keçirilən Milli Şuranın tarixi iclasında 

Azərbaycanın İstiqlal Bəyannaməsi 

qəbul edildi. Beləliklə, dünyanın türk 

coğrafiyasında ilk parlamentli respubli-

kanın bünövrəsi qoyuldu. 

Mürəkkəb daxili və beynəlxalq 

şəraitdə yaranan və fəaliyyət göstərən 

milli parlamentimiz qısa müddət 

ərzində demokratik cümhuriyyətin 

zəngin qanunvericilik bazasını 

formalaşdırdı. Azərbaycan Xalq 

Сümhuriyyətinin beynəlxalq səviyyədə 

tanınması istiqamətində milli par-

lamentimiz ciddi səylər göstərdi. 

Azərbaycan Xalq Cümhuriyyəti 

bolşevik Rusiyasının hərbi müdaxiləsi 

nəticəsində süquta uğrasa da, bu 

müddət ərzində dövlətçilik və par-

lamentarizm ənənələrimizi daha da 

zənginləşdirdi, müsəlman Şərqində 

müasir parlament mədəniyyətinin 

özülünü yaratdı, xalqımızın azadlıq 

hərəkatı tarixində silinməz izlər qoydu.

Orta Asiya və çar Rusiyası 

ərazisində yaşayan türk xalqları da 

milli-mədəni müstəqillik hüquqları 

uğrunda davamlı mübarizələrini məhz 

parlamentarizm prinsipləri əsasında qu-

rurdular. 1905-ci ildə Daşkənddə təsis 

olunmuş özbək, tatar, qazax, qırğız, 

türkmən və başqırd fəallarının təmsil 

olunduğu Türküstan Müsəlmanları 

Konqresi türk xalqlarının hüquq 

və azadlıqlarının təmin edilməsi, 

onların mədəniyyətinin qorunması 

istiqamətində mühüm işlər görmüşdür.

Türkiyə Cümhuriyyətinin quru-

cusu Mustafa Kamal Atatürkün səyi 

ilə 1920-ci ildən fəaliyyətə başla-

yan Türkiyə Böyük Millət Məclisi  

(TBMM) Osmanlı imperiyasının 

süqutundan sonra regionda yaranmış 

mürəkkəb geostrateji vəziyyətdə türk 

millətinin və dövlətinin bütövlüyünün, 

suverenliyinin təmin edilməsində 

önəmli addımlar atmışdır.

Sovet İttifaqı dönəmində qanun-

vericilik səlahiyyətlərini Ali Sovet adlı 

qurum həyata keçirirdi. Azərbaycan 

SSR-lə yanaşı, Mərkəzi Asiyanın türk 

dövlətlərində də fəaliyyət göstərən 

həmin qurumlar dövrün ideoloji 

məqsədlərinə xidmət etsə də, parla-

mentarizm tariximizin bir hissəsidir. 

Suverenliyimizin böyük 

təhlükələrlə üzləşdiyi dönəmdə siyasi 

hakimiyyətə qayıdan ümummilli lider 

Heydər Əliyevin 1993-cü il iyunun 

15-də müstəqil Azərbaycan Respub-

likasının  Ali Sovetinə sədr seçilməsi 

milli parlamentarizm tarixində 

keyfiyyətcə yeni dönəmi başlatdı. 

Məhz bu dövrdən sonra ölkə parlamen-

ti xaotik siyasi məkan görüntüsündən 

uzaqlaşaraq sağlam müzakirələrin 

aparıldığı, ölkənin ictimai-siyasi, 

sosial-iqtisadi həyatına dair önəmli 

qanun layihələrinin qəbul olunduğu ali 

qanunverici orqana çevrildi.

Bu gün dövlət hakimiyyətinin apa-

rıcı qollarından biri kimi, Azərbaycan 

Respublikasının Milli Məclisi 

hüquqi dövlət quruculuğu və milli 

dövlətçiliyimizin möhkəmləndirilməsi 

üzrə fəaliyyətini uğurla davam etdirir. 

Müasir parlamentarizm prinsipləri 

əsasında fəaliyyət göstərən Mil-

li Məclis dövlətimizin beynəlxalq 

miqyasda mövqelərinin güclənməsi 

və parlamentlərarası əlaqələrin 

dərinləşdirilməsi istiqamətində önəmli 

nailiyyətlərə imza atmaqdadır. 

Hazırda Azərbaycan Respublika-

sının Milli Məclisi Parlamentlərarası 

İttifaqın, Avropa Şurası Parlament 

Assambleyasının, ATƏT Parlament 

Assambleyasının, MDB Parlament 

Assambleyasının, Qara Dəniz İqtisa-

di Əməkdaşlığı Təşkilatı Parlament 

Assambleyasının, GUAM Parlament 

Assambleyasının, Avronest Parlament 

Assambleyasının, İslam Konfransı 

Təşkilatı Parlament Məclisinin tam-

hüquqlu üzvüdür. Bu kimi beynəlxalq 

parlamentar qurumlar dünya parlamen-

tizmi təcrübəsinin öyrənilməsi və pay-

laşılması, eyni zamanda, milli maraqla-

rımızın beynəlxalq səviyyədə müdafiə 

olunması baxımından əhəmiyyətli 

siyasi platformaya çevrilmişdir.

Türk respublikalarında və muxtar 

qurumlarında fəaliyyət göstərən 

parlamentlər müasir türk parlamenta-

rizminin dəyərli siyasi nümunələridir. 

Azərbaycan Respublikasının 125 

nəfərlik Milli Məclisi, 550 nəfərlik 

Türkiyə Böyük Millət Məclisi 

(TBMM), 2 palatadan və 154 üzvdən 

ibarət olan Qazaxıstan Parlamenti, 120 

üzvdən ibarət Qırğızıstan Ali Şurası 

(Joqorku Keneş), 250 nəfər üzvü olan 

iki palatalı Özbəkistan Ali Məclisi, 125 

üzvdən ibarət Türkmənistan Məclisi 

müstəqil türk dövlətlərinin qanun-

vericilik səlahiyyətlərini qabaqcıl 

beynəlxalq təcrübə əsasında həyata 

keçirir, hökumətlərin formalaşmasını 

və onların fəaliyyətinə nəzarəti təmin 

edir. Həmin orqanların fəaliyyətində 

türk dövlətləri arasında qarşılıqlı 

əməkdaşlığın genişləndirilməsi və 

ortaq maraqların beynəlxalq müstəvidə 

müdafiə olunması xüsusi yer tutur.

Çoxşaxəli əməkdaşlığın daya-

nıqlı platforması kimi çıxış edən 

ümumtürk qurumları suveren türk 

respublikaları arasında münasibətlərin 

strateji müttəfiqlik səviyyəsinə 

yüksəldilməsində önəmli rol oynayır-

lar. Türkdilli Dövlətlərin Əməkdaşlıq 

Şurası, TÜRKSOY, Türk İşbirliyi 

və Koordinasiyası Agentliyi kimi 

təşkilatlar ictimai-siyasi sferadan 

mədəni, ortaq tarixi dəyərlərin tanıtı-

mına qədər geniş diapazonlu fəaliyyəti 

ilə dərin əməkdaşlığın əsasını forma-

laşdırır. 

Bu qurumlardan biri də Türkdilli 

Dövlətlərin Parlament Assamble-

yasıdır (TÜRKPA). Türk parlamen-

tarizminin dəyərli siyasi nümunəsi 

olan TÜRKPA 21 noyabr 2008-ci 

ildə İstanbul şəhərində “Dolmabaxça 

Sarayı”nda Azərbaycan, Qazaxıstan, 

Qırğızıstan və Türkiyə respubli-

kalarının parlament rəhbərlərinin 

imzaladığı Sazişlə təsis olunmuşdur. 

TÜRKPA-nın təsis sənədlərində qeyd 

olunduğu kimi, qurumun əsas məqsədi 

parlamentlərarası əməkdaşlığın 

keyfiyyətcə yeni mərhələsi hesab olu-

nan parlament diplomatiyası vasitəsilə 

türk respublikaları arasında siyasi 

dialoqun daha da inkişaf etdirilməsini 

və türk dövlətlərinin yaxınlaşmasını 

təmin etməkdən ibarətdir. 

Tarix, mədəniyyət və dil 

ümumiliyinə əsaslanaraq, türk-

dilli ölkələr və digər regional si-

yasi subyektlər arasında faydalı 

və bərabərhüquqlu əməkdaşlığı 

təşviq etmək, tərəfdaş ölkələrin 

qanunvericiliklərinin təkmilləşdirilməsi 

istiqamətində məsləhətləşmələr 

aparmaq TÜRKPA-nın əsas fəaliyyət 

istiqamətləridir. O cümlədən, mədəni 

irsin, tarix, incəsənət, ədəbiyyat və 

digər sahələrdə ümumtürk dəyərlərinin 

qorunmasına və gələcək nəsillərə 

ötürülməsinə yönəlmiş fəaliyyətləri 

dəstəkləmək, TÜRKPA üzvü olan 

ölkələrin qanunvericiliklərinin uyğun-

laşdırılması üzrə tövsiyələr vermək və 

tərəflər arasında siyasi, sosial-iqtisadi, 

mədəni, humanitar, hüquqi və digər 

sahələrdə əlaqələri dərinləşdirmək də 

TÜRKPA-nın fəaliyyət çərçivəsinə 

daxildir.

 Digər tərəfdaş ölkələrin 

parlamentləri və beynəlxalq təşkilatlarla 

yeni əlaqələrin qurulması və mövcud 

münasibətlərin inkişaf etdirilməsi 

TÜRKPA-nın fəaliyyətində mühüm 

yer tutur. Bu gün artıq TÜRKPA 

Parlamentlərarası İttifaqın, İslam Konf-

ransı Təşkilatının Parlament İttifaqının 

müşahidəçilik statusuna malik tamhü-

quqlu üzvü kimi önəmli beynəlxalq 

struktura çevrilməkdədir.  2008-ci ildə 

bağlanmış TÜRKPA haqqında İstanbul 

Sazişi,  2009 və 2011-ci illərdə  qəbul 

olunmuş TÜRKPA-nın Bakı və Astana 

bəyannamələri, 2011-ci ildə İstanbul 

Sazişinə əlavə və dəyişikliklər edilməsi 

ilə bağlı imzalanmış Protokol, hər il 

keçirilən plenar sessiyalar TÜRKPA-

nın son 8 ildə zəngin hüquqi bazasının 

və qarşılıqlı əməkdaşlıq mexanizminin 

formalaşdığını göstərir.

Bugünkü siyasi gerçəkliklər 

şəraitində qlobal müstəvidə təsirli 

siyasi mövqe formalaşdırmağın əsas 

yolu etibarlı müttəfiqlik yaratmaqdan, 

dəyişkən geopolitik situasiyalarda 

ortaq maraqların zədələnməsinə 

imkan verməməkdən keçir. Xüsusilə, 

regionumuzda baş verən mürəkkəb 

geosiyasi proseslər türk respublikala-

rını daha çevik diplomatik gedişlərlə 

siyasi, iqtisadi, mədəni maraqların 

və dəyərlərin qorunmasına yönələn 

ortaq strategiya qurmağa sövq edir. 

Bu çərçivədə türk dövlətləri ikitərəfli 

və çoxtərəfli əməkdaşlığı beynəlxalq 

müstəviyə yüksəltmək istiqamətində 

önəmli addımlar atmışlar.  

22 dekabr 2016-cı ildə  

Türkiyə, Qazaxıstan və Qırğızıstan 

parlamentlərinin sədrləri ilə Bakı-

da görüşən Prezident İlham Əliyev 

TÜRKPA-nın fəaliyyətinə daim 

yüksək qiymət vermiş, bu qurumun 

türk respublikaları arasında diploma-

tik, mədəni, parlamentar əməkdaşlığa 

verdiyi töhfəni vurğulamışdır:  

“Türkdilli ölkələr həm ikitərəfli, həm 

çoxtərəfli formatda, həm də BMT, 

İƏT və digər beynəlxalq təşkilatlar 

çərçivəsində əməkdaşlıq edir, qarşı-

lıqlı fəaliyyətin möhkəmləndirilməsi 

üçün səylər göstərir, hansısa türkdilli 

ölkənin təmsil olunmadığı beynəlxalq 

təşkilatda digər türkdilli dövlət onun 

mövqeyini dəstəkləyir və həmrəylik 

nümayiş etdirir”. Türk dövlətləri 

tərəfindən belə bir universal strateji 

platformanın müəyyənləşməsi müasir 

dövrümüzdə olduqca əhəmiyyətlidir. 

Çünki ümumtürk coğrafiyasına 

getdikcə artan geopolitik maraq, türk 

respublikalarının üzləşdiyi regional 

və qlobal təhdidlər, türk dövlətlərinin 

sərhədləri ətrafında mövcud münaqişə 

ocaqları bu əməkdaşlığın daha praq-

matik məzmun və keyfiyyət almasına 

zərurət yaratmışdır. Bu baxımdan, 

digər ümumtürk strukturları kimi, 

unikal parlamentlərarası platforma 

funksiyasında çıxış edən TÜRKPA-

nın da malik olduğu vasitələrdən daha 

səmərəli şəkildə istifadəyə ehtiyac 

vardır.


Türk respublikaları ilə 

əməkdaşlığın dərinləşdirilməsini xarici 

siyasətinin prioritet istiqamətlərindən 

biri kimi müəyyən edən Azərbaycan 

türk birliklərinin formalaşmasına 

hər zaman dəstək göstərmiş, bir çox 

hallarda bu prosesin təşəbbüskarı kimi 

çıxış etmişdir. Ölkə rəhbərliyinin və 

səlahiyyətli dövlət qurumlarının təmsil 

olunduğu nümayəndə heyətlərinin türk 

respublikalarını və onların müva-

fiq orqanlarını özündə birləşdirən 

birliklərdə, zirvə toplantılarında fəal 

iştirak etməsi Azərbaycanın ümumtürk 

ideallarına sadiqliyinin, türk coğra-

fiyasında konstruktiv əməkdaşlıq və 

dialoq mühitinin yaranmasına davamlı 

dəstəyinin təzahürüdür.

 Bu dəstəyin tərkib hissəsi kimi di-

namik xətlə inkişaf edən Azərbaycan-

-TÜRKPA əlaqələri artıq yüksək 

səviyyəli parlamentar əməkdaşlıq 

nümunəsinə çevrilmişdir. TÜRKPA-da 

təmsil olunan Azərbaycan Respublikası 

Milli Məclisinin üzvlərindən ibarət 

nümayəndə heyəti qurumun fəaliyyət 

strategiyasının və planlarının hazırlan-

masında yaxından iştirak edir. 

2016-cı ilin 22 dekabrında Ba-

kıda TÜRKPA Katibliyinin mənzil-

qərargahının açılışı bu qurumun və 

eləcə də ölkəmizin tarixində əlamətdar 

hadisədir. Mərasimdə Azərbaycan 

Respublikası Milli Məclisinin sədri 

Oqtay Əsədov, Türkiyə Böyük  Millət 

Məclisinin spikeri İsmayıl Kahraman, 

Qazaxıstan Parlamenti Məclisinin və 

TÜRKPA-nın fəaliyyətdə olan sədri 

Nurlan Niqmatulin və Qırğızıstan 

Joqorku Keneşinin (Ali Şurasının) 

sədri Çınıbay Tursunbekovun iştirakı 

türk respublikaları arasında parlamen-

tar əməkdaşlığın yüksək səviyyədə 

olduğunun göstəricisidir. Bu fakt həm 

də Azərbaycanın və onun paytaxtının 

ümumtürk coğrafiyasında vacib siyasi 

mərkəzə çevrildiyini göstərir.

Türk respublikalarının 

parlamentləri arasında əməkdaşlığın 

unikal platforması olan TÜRKPA – 

parlamentar qurumlarla əlaqələrin 

genişləndirilməsinə yönəlmiş sistemli 

fəaliyyəti ilə yanaşı, türk coğrafiya-

sında vətəndaş cəmiyyəti institutları 

arasında səmərəli dialoqun aparılma-

sına da öz töhfəsini verir. TÜRKPA 

tərəfindən müntəzəm olaraq icti-

mai, siyasi, mədəni mövzulara dair 

təşkil olunan tədbirlər, konfranslar, 

müxtəlif formatlı ictimai müzakirələr 

bu təşkilatın fəaliyyət çərçivəsinin 

yalnız parlamentlərarası əməkdaşlıqla 

məhdudlaşmadığını göstərir. Eyni za-

manda, TÜRKPA regionda və dünyada 

sülhün, sabitliyin, universal dəyərlərin 

qorunmasını daim diqqət mərkəzində 

saxlayaraq qlobal müstəvidə 

mədəniyyətlərarası və dinlərarası 

dialoqun intensivləşməsinə də davamlı 

dəstəyini göstərir.

Göründüyü kimi, türk parlamen-

tarizmi tarixində yeni səhifə açan 

TÜRKPA gənc regional təşkilat olmasına 

baxmayaraq, türk dövlətlərinin milli 

maraqlarının və türk xalqlarının ortaq 

dəyərlərinin beynəlxalq müstəvidə  

qorunması və təbliği missiyasını uğurla 

həyata keçirməkdədir. Türk respub-

likaları tərəfindən fəaliyyətinə verilən 

hərtərəfli  dəstək  nəticəsində  TÜRKPA 

– parlamentlərarası əməkdaşlığın daha da 

dərinləşdirilməsinə və türk parlamentariz-

mi təcrübəsinin daha da zənginləşməsinə 

yol açacaq, Türk Dövlətləri Birliyi 

siyasətinin əsas dayaqlarından biri 

olacaqdır.



Türk parlamentarizm  

ənənəsi və TÜRKPA

Cavanşir FEYZİYEV, 

Milli Məclisin deputatı,  

TÜRKPA nümayəndə heyətinin üzvü, fəlsəfə doktoru

 

ˆ

Uca Yaradan Şahbuza bənzərsiz təbii sərvətlər 



bəxş edib. Onların arasında dərman bitkilərinə, dəmlənərək 

çay kimi içilən çiçək və güllərə xüsusi maraq vardır. Elmi 

mənbələrdə göstərildiyi kimi, Şahbuz dağları dərman 

bitkilərinin, güllərin, çiçəklərin növ tərkibinə görə çox 

zəngindir.

Süfrələrimizi bəzəyən nemətlərdən 

ən çox seviləni çaydır, – desəm, yanıl-

maram. O çay ki, onu yayın istisində də, 

qışın soyuğunda da dərdimizə dərman 

bilirik. Ürəyimizi sərinlətmək, yor-

ğunluğumuzu çıxarmaq, hövsələmizi 

sakitləşdirmək üçün arzuladığımız ilk 

nemət də çay olur. Çaya bu qədər vur-

ğunluğumuzdan irəli gəlir ki, qapımızı 

döyən qonaqlarımıza da elə yeməkdən 

əvvəl çay təklif edirik. Evimizdə qonaq 

otağı ayrı olduğu kimi, qonaq üçün 

çay dəsti də xüsusi və gözoxşayan 

olur. Bəzəkli stəkana güldən, çiçəkdən 

dəmlənmiş çay süzüləndə ətri, rəngilə 

gözümüzü, könlümüzü oxşayır. İçəndə 

isə dərdlərimizə dərman olur. 

Dünyagörmüşlər deyirlər 

ki, sirrinə-sehrinə bələd olduğu-

muz bitkilərdən dəmlənən çayı 

süfrələrimizdən əskik etməsək, uzunö-

mürlü, sağcanlı olarıq. Dərman bitkiləri 

ilə məşhur olan Şahbuz bəlkə buna 

görə uzunömürlülər diyarı da adlandı-

rılır. Muxtar respublikanın ərazisində 

olan 250-dən çox bitkinin 160 növü bu 

rayonda bitir. Onların sirrinə-sehrinə 

vaqif olmamaq mümkün deyil. Hələ 

sovet dönəmində də Şahbuzun dərman 

bitkilərinin sorağı dünyaya yayılmışdı.

İllərlə şəfalı bitkilərdən çay, 

məlhəm, mürəbbə, şərbət hazırlayan 

Şövkət nənə ilə söhbətimiz də güllər 

barədə oldu. Yəqin ki, bu qədər gülün-

çiçəyin, otun-alafın sirrinə-sehrinə 

bələd olmağın özü də bir sirr-sehrdir. 

Ömrünü-gününü türkəçarədə istifadə 

olunan məlhəmlər hazırlamağa həsr 

edən Şövkət nənədən soruşdum; 

– Necə bilmisiniz ki, hansı 

çiçəkdən çay dəmlənər, başqa birindən 

mürəbbə bişirilər, şirəsi çəkilər, şərbət, 

gülab hazırlanar? 

Ağbirçək gülümsəyərək: – Bunda 

nə var ki? – dedi və əlavə etdi: – Ata-

anamız, nənə-babamız dərdinə dərmanı 

elə öz evinin qənşərində, həyətində, 

dağında, dərəsində axtarıb tapıb. Dava-

dərman adı bilməyən insanlar bir-birinin 

dərdinə çarə etmək üçün çəmənin 

çiçəyinə, gülünə, torpağın yetirdiyi, bi-

tirdiyi nə varsa, ümidlərini onlara bağ-

layıblar. Nəsil-nəsil bu istək, bu inanc, 

bu sevgi təbiətin sirrini öyrənməkdə 

bir açar olub. Rəngarəng güllərdən, 

çiçəklərdən, müxtəlif otlardan, 

bitkilərdən vədəsində yığmaq, qışda 

istifadə etmək həvəsi bu yurd yerində 

hamıda olub. Təbiətin nazənin gözəli 

olan bitkilər mart ayından torpaqdan 

baş qaldıraraq ta qar yerə düşənə kimi 

yurd-yuvamızı bəzəyir. Qız-gəlinlər 

onların adını tutub dağda, dərədə, 

çəməndə, düzdə ətək salıb çobanyastı-

ğını, kəklikotunu, qara yarpızı, nanəni, 

solmazçiçəyini təzə-tər dəstə-dəstə bağ-

layıb gün tutmayan yerlərdə qurudar, 

qış üçün hazırlayarlar. Elə ki qış gəldi, 

yazda, yayda, payızda çəmənlərdən, 

dağlardan, yamaclardan minbir həvəslə 

yığıb qışa tədarük etdiklərimizlə 

dəmlənən çay çiçəklərdən, meyvələrdən 

bişirilən mürəbbələrlə ləzzətlə içilər. 

Doğrudan da, Şövkət nənənin 

dediyi kimi, Şahbuzun əlçatmayan, 

ünyetməyən qayalarından insan 

sevgisi ilə süfrələrimizə “qonaq 

gələn” nemətlər içərisində doqquzdon, 

həmərsin, yemişan mürəbbələrinin bir 

ayrı dadı olur. 

Dünyanı yorub-yortmuş ağbirçəklə 

söhbətimiz zamanı bir də dedi ki, qızım, 

torpaq insan üçün ana qoynudur. Ya-

xındakı bulağın başında bir iydə ağacı 

var. Oyulmuş koğuşuna torpaq dolub 

bərkimişdi. Həmin torpaq üstündə bitən 

bənövşəni görsəydin, onda təbiətin nəyə 

qadir olduğunu, torpağın nəfəsindən 

doğulan gözəlliklərin sirrini-sehrini sən 

də öyrənməyə çalışardın. Sevgi, istək 

olmadan nəinki gülün, çiçəyin, torpa-

ğın, ağacın, bitkinin dilini öyrənərsən, 

xasiyyətini bilərsən, heç balaca bir uşa-

ğın da könlünü ala bilməzsən. Qızılgü-

lün məhəbbət, dəfnə yarpağının şöhrət, 

palıdın güc, qüdrət, zeytunun sülh rəmzi 

olduğunu da bilməzsən. 

Aqil insanın söhbətindən anladım 

ki, torpağın “qılığına girmədən” onun 

sirrini öyrənə bilməzsən. Axı çəməni 

də, çiçəyi də torpaq yetirir. Ona görə də 

torpağın qədir-qiymətini bilməlisən ki, 

onun sərvətlərinə sahib olasan. 

Qışın gəlişini bildirən soyuq 

günlər indi təbiətə bir ayrı ahəng bəxş 

etdiyi kimi, evimizə, könlümüzə də 

yeni bir ab-hava gətirib. “Qol-boyun” 

olub yurdumuza keşik çəkən dağların 

zirvəsində “yallı” gedən dumandan, 

çəndən təbiətə təzə bir libas biçildiyi 

kimi, istəyimiz də dəyişir. Təbiətin 

bu vədəsində çiçəklərdən ocaq üstə 

dəmlənən çayın ayrı bir ləzzəti olur. 

İndi dağ kəndlərimizdə yaşayan insan-

ların süfrələrini məxməri çaydan daha 

çox bəzəyən belə çaylar, yəqin ki, hamı 

tərəfindən arzulanandır.

Allı-güllü yaylaqları ilə hər yerdə 

tanınan Şahbuz dağlarının, dərələrinin 

dərdə dərman bitkilərini, otlarını, 

çiçəklərini nənələrimiz, babalarımız 

“Tanrı payı” adlandırırlar. Qiymətli təbii 

sərvətlərimizi tanıtmaq, qədrini bilmək 

üçün hər birimiz təbliğatçı olmalıyıq. 

Dövlət tərəfindən də bu istiqamətdə 

görülən işlər sahib olduqlarımızın qədir-

qiymətini bir daha artırır. 

Bu il Naxçıvan şəhərində göycə, 

çörək, bal və başqa festivalların 

keçirilməsi, həmin mərasimlərdə bütün 

rayonların iştirakının təmin olunması 

bir daha onu göstərir ki, torpağımı-

zın sinəsində dəfinələr yatır. Olanı-

mızın qədrini bilmək, təbliğ etmək 

üçün keçirilən festivallara çıxarılan 

nemətlərin tədarükündə, hazırlanmasın-

da, sərgilənməsində, sözsüz ki, ayrı-ayrı 

insanların çox böyük əməyi, rolu olur. 

Onlar yaşadıqları yurd yerinin təbiətinə 

vurğun və bələd olduqlarına görə 

harada yaxşı gülün, çiçəyin açdığını, cır 

armudun, həmərsinin, doqquzdonun, 

yemişanın yetişdiyini, baltutarların ol-

duğunu çox yaxşı bilirlər. Əgər günlərin 

bir günü muxtar respublikamızda 

dərman bitkilərindən hazırlanmış çay 

festivalı keçirilərsə, yəqin ki, o tədbirdə 

qantəpər, çobanyastığı, kəklikotu, qara-

qınıq, zirə, damotu, solmazçiçəyi, qara 

yarpız, dazotu, qarapodium, mərmərik, 

həmərsin, ayıdöşəyi, səhləb, dağ nanəsi, 

ögey ana, ağ və sarı boymadərən, 

gicitkən, yemlik, baldırğan, boyaqotu, 

şirinbiyan və digər dərman bitkiləri, 

onlardan hazırlanan çaylar hər kəsin 

diqqətini cəlb edər. 

Dünyanın hər üzünü görmüş 

ağbirçəklərimizin, ağsaqqallarımızın 

fikrincə, təndir, ocaq üstdə qayna-

yan su ilə dəmlənən çay insanı çox 

dərdin bəlasından qoruyar, həmişə saf 

və gümrah saxlayar. Sözsüz ki, ocaq 

çayının tamı da bir ayrı cür olur. Ona 

görə də qapımızı döyən qonaq-qaraya 

indi daha çox matah olan gül-çiçək 

çayı verilməsi qonaqpərvərliyimizin 

göstəricisidir. Bəlkə də, dünyada yalnız 

azərbaycanlılara məxsus keyfiyyətdir ki, 

evində, süfrəsində yaxşı olan nə varsa, 

böyük həvəslə, istəklə qonağına bəxş 

edir...


Bu gün Şahbuz şəhərində dərman 

bitkilərini istehsal edən “Farma 

Şah” müəssisəsi fəaliyyət göstərir. 

Müəssisədə hazırda onlarсa dərman 

bitkiləri qablaşdırılaraq satışa çıxarılır. 

Birdəfəlik dəmləmə, kapsul, bəkməz və 

40 qramlıq paketlər şəklində qablaşdı-

rılan və  minbir dərdin dərmanı olan bu 

məhsullara Naxçıvanda olduğu kimi, 

respublikamızın başqa regionlarında 

da ilboyu böyük tələbat var. Gündəlik 

istehsal gücü 800 qutudan artıq olan 

“Farma Şah” bu tələbi ödəmək üçün 

növbəti mövsümə ciddi hazırlaşır. 

Şahbuz dağlarında yabanı halda bitən 

qiymətli dərman bitkilərinin emalını 

və paketlənməsini həyata keçirən bu 

müəssisədə həm də xeyli rayon sakini 

işlə təmin olunub. 

Güllərin, çiçəklərin dilini bilən 

insanlar onları qaydasınca dəmləməyin 

də vacib olduğunu deyirlər. Bu da bir 

hikmətdir. Çölün-çəmənin dilini bilənlər 

deyirlər ki, çobanyastığını nə bir gün 

tez, nə də bir gün gec yığmaq olmaz. 

Kölgədə qurudularsa, ondan dəmlənən 

çay çox dadlı olar. Çay kimi dəmlənən 

qara yarpız da öz dadı-tamı ilə sevilir. 

Səhləb, dəvədabanı, ayıpəncəsi, 

solmazçiçəyi, nanə, baldırğan, qaraqı-

nıq və onlarca belə bitkilərlə yanaşı, 

yazda ətri aləmə yayılan, yığılıb 

qurudulan qızılgül ləçəklərinin də çay 

dəmləmələrində istifadə olunması 

elimizə məxsus adətdir. Bu qədər bitki-

nin, gülün-çiçəyin dilini bilən insanların 

yaşadığı yerdə hər bir işi görmək olar. 

Bunun üçün insanlara hərtərəfli dövlət 

dəstəyi göstərilir və lazımi şərait ya-

radılır. Deməli, qalır təşəbbüs göstərib 

istehsal müəssisələrini yaratmaqla yur-

dumuzun təbii sərvətlərindən istehsal 

olunan  dadlı-tamlı nemətləri alıcılara 

çatdırmaq. 



Şəhla NƏBİYEVA, 

Şahbuz rayonunda nəşr olunan  

“Oğuz səsi” qəzetinin redaktoru

Yurdumuzun təbii nemətləri: pürrəngi, yoxsa gülrəngi çay... 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə