1. Ümumi məlumat Coğrafi mövqeyi: Şimali Afrikada, Aralıq dənizinin sahilində; Ərazisi



Yüklə 127.54 Kb.
Pdf просмотр
tarix31.10.2019
ölçüsü127.54 Kb.

1. Ümumi məlumat

Coğrafi mövqeyi: Şimali Afrikada, Aralıq dənizinin sahilində;

Ərazisi: 1,759,540 km

2

;



Torpaq sərhəd xətti: 4,348 km. (Əlcəzair ilə- 982 km., Çad ilə- 1,055 km., Misir ilə-

1,115 km., Niger ilə- 354 km., Sudan ilə- 383 km., Tunis ilə- 459 km.)



Sahil xətti: 1,770 km.

İqlim: sahil boyu - Aralıq dənizi iqlimi, dənizdən uzaqlaşdıqca - quru və isti iqlim

Təbii ehtiyatlar: neft, təbii qaz, gips

Kənd təssərrüfatı üçün yararlı torpaqlar: 4,700 kv. km.



Ətraf  mühitlə bağlı  problemlər: səhralaşma  və çox  məhdud  təbii  təmiz  su

ehtiyatları



Əhalisi: 6,310,434 nəfər (2009-cu il, iyul);

Əhalinin artımı tempi: 2.17% (2009)

Etnik  qruplar: bərbər  və ərəblər- 97%,  yunan,  maltalı,  italyan,  misirli,  pakistanlı,

türk, hindli və tunislilər- 3 % (1.5 milyon əcnəbi işçi)



Din: sünni müsəlmanlar - 97%

Dil: ərəb (dövlət dili), italyan, ingilis

Paytaxtı: Tripoli şəhəri (UTC+2);

İnzibati bölgü: 13 bölgə və ya 25 bələdiyyə;

Rəsmi dil: ərəb dili;

Pul vahidi: Liviya dinarı (l ABŞ dolları~1.21 Liviya dinarı (2008));

Milli bayram: İnqilab günü – l sentyabr (1969-cu il);

Müstəqillik: 24 dekabr 1951-ci il (İtaliya (1943), BMT-nin qəyyumçuluğu);

Azərbaycan  Respublikasının dövlət  müstəqilliyini  tanımışdır: 30 dekabr  1991-ci

il

Diplomatik əlaqələrin qurulma tarixi: 16 mart 1992-ci il



Dövlət quruluşu: Cəmahiriyyə

Paytaxt: Tripoli şəhəri (UTC+2);

İnzibati bölgü: 13 bölgə və ya 25 bələdiyyə- Əcdəbiyə, əl-Əziziyə, əl-Fatih, əl-Cəbəl

əl-Əxdar, əl-Cufra, əl-Xums, əl-Kufra, ən-Nuqat əl-Xəms, əş-Şati,  Ubari, əz-Zviyə,

Benqazi,  Dərnəh,  Ğidəmis,  Ğəryən,  Misrata,  Murzuq,  Səbha,  Sufəccin,  Sirt,

Tarabulus, Tərhunə, Tubruq, Yəfrən, Zlitən;



Müstəqillik: 24 dekabr 1951-ci il (İtaliya (1943), BMT-nin qəyyumçuluğu);

Milli bayram: İnqilab günü- l sentyabr (1969-cu il)

Konstitusiya: 11  dekabr  1969-cu  il tarixində qəbul  edilmiş,  02  mart  1977-ci  il

tarixində düzəlişlər  edilmişdir  (İnqilabın  lideri  M.Qəddafinin  müəllifi  olduğu  Yaşıl

Kitab  Liviya  Konstitusiyasının əsasını  təşkil  edir.  Yaşıl  Kitab  ilk  dəfə 1975-ci  ildə

nəşr edilmişdir).



Dövlət  başçısı: inqilab  rəhbəri  polkovnik  Muammar Əbu  Minyar əl-Qəddafi,  01

sentyabr  1969-cu  il  tarixindən  etibarən  (ümumxalq  seçkiləri  xalq  komitələrinin

iyerarxiyası vasitəsilə həyata keçirilir)

Hökumət  başçısı: Ümumxalq  Komitəsinin  Katibi  (Baş  Nazir) Əl-Bağdadi Əli

Mahmudi (hökumət başçısı Ali Xalq Kongressi tərəfindən seçilir)



Kabinet: Ümumxalq Komitəsi (Ali Xalq Konqressi tərəfindən yaradılır)

2

Qanunverici  hakimiyyət: birpalatalı  Ali  Xalq  Kongresi  (ümumxalq  seçkiləri  xalq

komitələrinin iyerarxiyası vasitəsilə həyata keçirilir)



Məhkəmə hakimiyyəti: Ali Məhkəmə

Siyasi partiyalar: mövcud deyil

Beynəlxalq  Təşkilatlarda  iştirakı: ABEDA,  AfDB,  AFESD,  AMF,  AMU,  AU,

CAEU, COMESA, FAO, G-77, IAEA, IBRD, ICAO, ICRM, IDA, IDB, IFAD, IFC,

IFRCS,  ILO,  IMF,  IMO,  IMSO,  Interpol,  IOC,  IOM, IPU,  ISO,  ITSO,  ITU,  LAS,

MIGA,  NAM,  OAPEC,  OIC,  OPCW,  OPEC,  PCA,  UN,  UNCTAD,  UNESCO,

UNIDO,  UNWTO,  UPU,  WCL,  WCO,  WFTU,  WHO,  WIPO,  WMO,  WTO

(observer)

Liviya Ümumdünya ticarət təşkilatına üzv olmaq məqsədilə müraciəti qəbul edilən 24

namizəd ölkədən biridir. Ölkə 2001-ci ilin dekabr ayında rəsmi müraciət etmiş və bu

müraciət  2004-cü  ilin  iyul  ayında  qəbul  edilmişdir.  Liviyanın  müraciətinin

incələnməsi  məqsədi  ilə İşçi  Qrupu  qurulacaqdır.  Liviyanın  üzvlük  müzakirələrinin

olduqca  uzun    sürəcəyi  təxmin  edilməkdədir.  Ölkənin  ÜTT-yə üzvlüyünün  şəffaflıq

mövzusunda əhəmiyyətli mərhələ keçəcəyini təmin edəcəyi məlumdur.



Liviya Ümumxalq Komitəsinin tərkibi

Əl-Bağdadi Əli əl-Mahmudi – Ümumxalq Komitəsinin Katibi (Baş Nazir);

Mubarak Abdullah Əl-Şamix – Ümumxalq Komitəsi Katibinin müavini;

Musa Məhəmməd Kussa – Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq üzrə Ümumxalq

Komitənin Katibi (XİN);

General Əbdül  Fəttah  Yunis əl-Abidi – Təhlükəsizlik-Daxili  İşlər  üzrə Ümumxalq

Komitənin Katibi;

Məhəmməd Mahmud əl-Hicazi – Səhiyyə və Ekologiya üzrə Ümumxalq Kom. Kat.

İbrahim Əli İbrahim – Planlaşdırma və Maliyyə üzrə Ümumxalq Komitənin Katibi;

Məhəmməd Əli əl-Huveyc – Sənaye,  iqtisadiyyat  və ticarət  üzrə Ümumxalq

Komitənin Katibi;

Əbdülkəbir  Məhəmməd əl-Fəxiri – Təhsil  və Elmi  Araşdırmalar  üzrə Ümumxalq

Komitənin Katibi;

Matuq  Məhəmməd  Matuq – Mənzil-Kommunal  Təsərrüfatı  və Tikinti  üzrə

Ümumxalq Komitənin Katibi;

Əli Yusif Zikri – Mədən və Sənaye üzrə Ümumxalq Komitənin Katibi;

Nuri  Dhaf Əl-Humaydi – Mədəniyyət  və İnformasiya  üzrə Ümumxalq  Komitənin

Katibi;


Əbdül Məcid Məbruk Əl-Qəud – Kənd təsərrüfatı, heyvandarlıq və dəniz ehtiyatları

üzrə Ümumxalq Komitənin Katibi;

Mustafa  Miftah  Bileyd Əl-Dursi – Gənclər  və idman  üzrə Ümumxalq  Komitənin

Katibi;


Məhəmməd Əli Zeydən – Nəqliyyat üzrə Ümumxalq Komitənin Katibi;

Mustafa  Məhəmməd Əbdül  Cəlil – Ədliyyə məsələləri  üzrə Ümumxalq  Komitənin

Katibi;

İmran İbrahim Əbu Kraa – Elektrik, su və qaz üzrə Ümumxalq Komitənin Katibi;



İbrahim əl-Zarruq əl-Şərif – Sosial məsələlər üzrə Ümumxalq Komitənin Katibi;

3

2. İqtisadiyyat

Liviya  iqtisadiyyatı əsasən  neft  sektorundan əldə edilən  gəlir  hesabına  inkişaf

etməkdədir.  Ümumi  daxili  məhsulun  20%-ni  təşkil  edən  qeyri-neft  sektorları

genişlənərək kənd təsərrüfatı məhsullarının emalı ilə yanaşı neft və kimya məhsulları,

dəmir,  polad  və alüminium  istehsalından  ibarət  olmuşdur.  İqlim  şəraiti  və torpağın

münbit 


olmaması 

ölkədə


kənd 

təsərrüfatı 

məhsullarının 

yetişdirilməsini

məhdudlaşdırır.  Bununla əlaqədar  Liviya  yeyinti  məhsullarının  75%-ni  idxal  etmək

məcburiyyətindədir.  Liviyada  iqtisadi  liberalizasiya  və iqtisadi  infrastrukturun

səviyyəsinin yüksəlməsi istiqamətində irəliləyiş əldə edilmişdir.

Liviya  22  avqust  2006-cı  il  tarixində “COMESA” – Şərqi  və Cənubi  Afrika

dövlətlərinin Ümumi Bazar Təşkilatına həqiqi üzv seçilmişdir.

Faydalı Qazıntılar: 1975-ci ildə Liviya neft ehtiyatlarını kəşf  etmişdir. Kəşf edilmiş

neft  ehtiyatlarına  görə

Liviya  Afrika  qitəsində

1-ci  və

neft  ixrac  edən

dövlətlər(OPEK)  sırasında  isə 5-ci  yeri  (Səudiyyə Ərəbistanı,  İraq,  Küveyt  və

Birləşmiş Ərəb Əmirliklərindən  sonra)  tutur.  Liviyanın  kəşf  edilmiş  neft  ehtiyatları

41,46 milyard barel təşkil edir(2008-ci ilə olan məlumata görə). Neftlə yanaşı Liviya

zəngin  təbii  qaz  ehtiyatlarına  malikdir  (1,419  trln.  kub.m).  Təbii  qaz  ehtiyatlarına

görə Afrika qitəsində 3-cü yeri tutur. Bundan başqa, Liviya dəmir filizi (3,5 milyard

ton,  dəmirin  möhkəmliyi  55-70%),  kalium    duzu,  fosfat  və gips  kimi  faydalı

qazıntılarla  zəngindir. 16  oktyabr  2007-ci  il  tarixində Liviyanın  paytaxtı  Tripoli

şəhərində bu  ölkənin  Milli  Neft  Şirkəti  ilə İtaliyanın  “Eni”  neft-qaz  şirkəti  arasında

kapital qoyuluşu 28 mlrd. ABŞ dollar təşkil edən 20 illik Saziş imzalanmışdır.

Ölkənin əsas iqtisadi göstəriciləri

Dövlət büdcəsi (2009): xərclər – 35,9 mlrd. ABŞ dolları;

,

gəlirlər – 35,08 mlrd. ABŞ



dolları təşkil edir.

ÜDM (PPP-alıcılıq qabiliyyətinin pariteti) – 92,32 milyard ABŞ dolları (2009);

ÜDM (rəsmi məzənnə ilə) – 60,61 milyard ABŞ dolları (2009);

Adambaşına düşən ÜDM (PPP) – 14600 (2009) ABŞ dolları;

ÜDM artımı: 4% (2009);

İnflyasiya dərəcəsi – 2 % (2009), 10,4 % (2008);

İşçi qüvvəsi:1.916 milyon (2008)

ÜDM-nin sektorlar üzrə bölügüsü (2009): Kənd təsərrüfatı: 4,2%; Sənaye:  77,9%;

Xidmət: 17,9%



İşçi  qüvvəsinin  sektorlar  üzrə bölgüsü  (2009): Kənd  təsərrüfatı:  17%;  Sənaye:

23%, Xidmət: 59%



Xarici borclar: $ 6,4 milyard ABŞ dolları (31.12.2009)

Xarici birbaşa investisiyalar (FDI - 31.12.2009): Ölkə daxilində – 13,65 mlrd. ABŞ

dolları; Ölkə xaricində – 6,9 mlrd. ABŞ dolları;



Qızıl-valyuta ehtiyatları: 89,74 mlrd. ABŞ dolları (31.12.2009)

Mübadilə kursu: $1 – 1,21 Liviya dinarı (2008)

Əsas sənaye məhsulları – neft, yeyinti, toxuculuq, əl işləri sənətkarlığı və sement;

Əsas  k/t  məhsulları – buğda,  arpa,  zeytun,  xurma,  sitrus,  tərəvəz,  araxis,  soya;

iribuynuzlu heyvan



4

Ümumi ticarət dövriyyəsi – 60,79 mlrd. ABŞ dolları (2009)

İdxal – 26,82 mlrd. ABŞ dolları (2009)

İxrac – 33,97 mlrd. ABŞ dolları (2009)

Xarici ticarətdə müsbət saldo 7,15 mlrd. ABŞ dolları təşkil etmişdir.



Əsas  idxal  malları – maşın  və nəqliyyat  avadanlığı,  yarım-fabrikat  malları, ərzaq,

istehlak məhsulu;



Ölkənin idxal üzrə tərəfdaşları (2008): İtaliya (22,2%), Almaniya (8,6%), Türkiyə

(6,1%), Tunis (5,8%), Cənubi Koreya (4,7%), Fransa (4,1%), ABŞ (4,1%);

Əsas tərəfdaşlar (>10%): İtaliya (19%), Yaponiya (12%);

Əsas ixrac malları – xam neft, neft məhsulları, təbii qaz, kimyəvi məmulatlar;

Ölkənin  ixrac  üzrə tərəfdaşları  (2008): İtaliya  (38%),  Almaniya  (12%),  Fransa

(7,4%), İspaniya (6,9%), ABŞ (6,4%), İsveçrə (4,6%);

Əsas tərəfdaşlar (>10%): İtaliya (38%), Almaniya (12%);

Azərbaycan  Respublikası  ilə ticarət  dövriyyəsinin  dinamikası  (mln.  ABŞ

dolları):

İllər


İdxal

İxrac


Saldo

Ticarət dövriyyəsi

2003

-

1,35



1,35

1,35


2004

-

-



-

-

2005



-

0,4


0,4

0,4


2006

-

0,03



0,03

0,03


2007

0,15


0,06

- 0,09


0,21

2008


2,77

33,9


31,13

36,67


2009

0,07


128,62

128,55


128,69

Mənbə:  Dövlət  Statistika  Komitəsi,  Dövlət  Gömrük  Komitəsi,  İqtisadi  İnkişaf

nazirliyi

Azərbaycandan Liviyaya əsas ixrac malları: qazoyllar (dizel yanacağı); digər

Azərbaycana  Liviyadan əsas  idxal  malları: plastik kütlələrdən  cod  borular  və

şlanqlar; plastik kütlədən fitinqlər; ilkin formalı digər vinilin polimerləri; digər

2009-cu  ildə Liviya  Cəmahiriyyəsinin  Azərbaycan  Respublikasının  ümumi  xarici

ticarət dövriyyəsindəki payı 0,62 faiz, o cümlədən idxalda 0,001 faiz, ixracda isə 0,88

faiz təşkil etmişdir.

2008-ci illə müqayisədə, 2009-cu ildə Liviya ilə xarici ticarət dövriyyəsi 2,51 dəfə, o

cümlədən ixrac 2,79 dəfə artmış, idxal isə 97,6 faiz azalmışdır.

İxracda  artım  qazoylların  (dizel  yanacağının) hesabına olmuşdur.  İdxalda  azalmanın

əsas səbəbi kimi isə plastik kütlədən fitinqlərin idxalındakı azalmanı göstərmək olar.

3. Xarici siyasət

1999-cu  ildən  Liviyanın  xarici  siyasətinin əsas  məqsədlərindən  başlıcası  Afrikanın

inteqrasiyasının  problemidir.  2002-ci  ildə keçirilən  Durban  Zirvə Konfransından

sonra  ölkə Lideri  Muammar Əl-Qəddafi  “Afrika  Dövlətləri  Birliyi”  qurmaq



5

məqsədilə bir  çox  şəxsi  təşəbbüs  göstərmişdir.  Afrikaya  yaxınlaşma  prosesi  ilə

birlikdə, Ərəb Liqasında qalmaq məsələsi çətinləşmişdir.

2007-ci  ilin  oktyabr  ayından  başlayaraq,  Liviya  Cəmahiriyyəsi  Afrika  ölkələri  ilə

əlaqələrini  daha  da  inkişaf  etdirmək  məqsədilə,  bu  dövlətlərdə fəaliyyət  göstərən

bütün  diplomatik  nümayəndəliklərinin  tərkibini  genişləndirmişdir.  Bunun  üçün

səfərbər olunmuş 440 nəfər diplomatdan, Tanzaniyadakı diplomatik büroya əlavə 16,

Seneqala 17, Mərkəzi Afrika Respublikasına 16, Cənubi Afrika Respublikasına isə 18

yeni diplomatın göndərilməsi nəzərdə tutulmuşdur.

2008-ci  ilin əvvəllərindən  başlayaraq  Liviyaya  dövlət  başçıları  səviyyəsində bir  sıra

səfərlər  həyata  keçirilmişdir.  2008-ci  ilin  7-8  aprel  tarixlərində Ukrayna  Prezidenti

Viktor  Yuşenkonun  Liviyaya  səfəri  zamanı  iki  ölkə arasında  müxtəlif  sahələrdə

əməkdaşlığa  dair  sənədlər  imzalanmışdır.  Eyni  zamanda  Ukrayna  Respublikası  ilə

Liviya  arasında  2008-2009-cu  illər  üçün  iqtisadi-ticari,  elm  və səhiyyə,  sənaye,

texnologiya  və neft  qaz  sahələri  üzrə Əməkdaşlıq  barədə proqram  imzalanmışdır.

Səfər  çərçivəsində həmçinin,  tərəflər  energetika,  enerji  ehtiyatları,  xüsusilə də nüvə

sahəsində əməkdaşlığın  genişləndirilməsi,  neft-qaz  sahəsində,  ilk  növbədə neft-qaz

yataqlarının  birgə kəşfi,  emalı  ixracı  sahələrində əməkdaşlıq  imkanları ətrafında

müzakirələr aparılmışdır.

2008-ci  ilin  16-17  aprel  tarixlərində Rusiya  Prezidenti  Vladimir  Putinin  Liviyaya

səfəri  Rusiya-Liviya əlaqələri  tarixində Rusiya  dövlət  başçısının  Tripoliyə ilk  səfəri

olmuşdur.  V.Putinin  Liviyaya  səfərinin əsas  məqsədi  SSRİ  vaxtından  qalmış

Liviyanın Rusiyaya olan 4,6 milyard ABŞ dolları məbləğində borclarının ödənilməsi

probleminin tənzimlənməsi olmuşdur. Liviya-Rusiya danışıqları bir sıra sənədlərin –

“İki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi

haqqında  Siaysi  Bəyannamə,  iki  ölkə arasında  çoxsahəli əməkdaşlığın  inkişaf

etdirilməsi haqqında Niyyət Bəyannaməsi, İnvestisiyaların qarşılıqlı cəlb edilməsi və

onların qorunması” haqqında hökumətlərarası Sazişlərin, eyni zamanda “Sirt-Benqazi

dəmir  yol  xəttinin  tikilməsi  haqqında  müqavilə”  (layihənin  smeta  dəyəri  2,2  mlrd.

avro həcmindədir), “Qazprom ilə Liviyanın Milli neft-qaz şirkəti arasında əməkdaşlıq

haqqında Memorandum”un imzalanması ilə nəticələnmişdir.

2008-ci  ilin  avqust  ayında  Liviyanın  Baş  Naziri Əl-Bağdadi Əl-Mahmudi  yerli  və

xarici  jurnalistlərin  iştirakı  ilə keçirdiyi  mətbuat  konfransında,  2003-cü  ildə kütləvi

qırğın  silahının  istehsalı  proqramının  həyata  keçirilməsini  dayandıran  Liviyanın

yenidən  “Nüvə Proqramı”  barədə son  zamanlarda  gəzən  şayələrə dair  açıqlama

vermişdir. Baş nazir Liviyanın yenidən “Nüvə Proqramı”na qayıdışı barədə səslənən

məlumatları  şayiə və cəfəngiyat  adlandırmış  və qeyd  etmişdir  ki,  “Sadəcə olaraq

Liviya  son  dövrlərdə dünyada  baş  verən  enerji  böhranını  və bunun  nəticəsində

yaranan iqtisadi –sosial və digər məsələləri nəzərə alaraq, dünyanın bir sıra dövlətləri,

o  cümlədən  Rusiya  ilə sülhməqsədli  Atom  enerjisi  sahəsində əməkdaşlığın  inkişafı

imkanlarını araşdırır”. O, qeyd etmişdir ki, artıq bir neçə ay ərzində iki ölkə arasında

bu sahədə əməkdaşlıq işlərinin formatı və onun inkişaf etdirilməsi barədə razılıq əldə

edilmişdir.  Hazırda  mütəxəssislər  tərəfindən  Liviya ərazisində elektrik  enerjisi

istehsal  edən,  bununla  yanaşı  dəniz  suyunu  duzsuzlaşdıran  Atom  Elektrik

stansiyasının tikilməsi və onun nüvə yanacağı ilə təmin olunması layihəsi üzərində iş

aparılır.



6

Liviyanın Rusiya ilə digər sahələrdə də əməkdaşlıq etdiyi bildirilmişdir. 2008-ci ildə

sentyabr  inqilabının  qeyd  edilməsinin  39-cu  ildönümü ərəfəsində Rusiya  Liviyada

Sirt-Benqazi  dəmir  yol  xəttinin  tikilişinə başlaması  haqqında  məlumat  verilmişdir.

Eyni zamanda Rusiya ilə Liviya arasında hərbi texniki sahələrdə də əlaqələrin inkişaf

etdiyi barədə məlumatlar yayılmışdır. Rusiyanın sabiq Prezidenti V.Putunun Liviyaya

səfəri  çərçivəsində iki  dövlətin  liderləri  arasında  keçirilən  danışıqlar  zamanı  hərbi

texniki  sahədə əməkdaşlığın  genişləndirilməsi  məsələsi  müzakirə olunmuş  və

Liviyaya  Rusiya  silahının  yeni  partiyasının  göndərilməsi  barədə razılıq əldə

edilmişdir. Əldə edilmiş razılığa görə Liviyaya 30 ədəd MİQ-29CMT və SU-30 MK

tipli qırıcı təyyarələrin, 6 ədəd YAK-130 tipli hərbi-təlim təyyarələrinin, 30 ədəd Mİ-

17,  Mi-35,  və KA-52  tipli  helikopterlərin,  həmçinin  5 ədəd  T-90C  tankın,  1 ədəd

böyük həcmli müasir sualtı qayığın, C-300PMY2 “Favorit”, “Top-Mİ”, “”Buk-M1-2”

tipli zenit qurğularının və “Qrad” raket sisteminin göndərilməsi nəzərdə tutulmuşdur.

2008-ci  ilin  avqust  ayının  30-da  İtaliyanın  Baş  Naziri  Silvio  Berluskoni  Liviyada

səfərdə olmuşdur. Səfər zamanı aparılan danışıqların məntiqi davamı olaraq iki ölkə

arasında  siyasi-iqtisadi-ticari,  elmi-mədəni-səhiyyə və digər  sahələri əhatə edən

“Dostluq və əməkdaşlığa dair Saziş” imzalanmışdır. Sazişin bəndlərinə uyğun olaraq,

yaxın  25  il ərzində İtaliya  öz  keçmiş  müstəmləkəsi  olan  Liviyaya  yetridiyi  zərərə

görə investisiya  şəklində 5  mlrd.  ABŞ  dolları  məbləğində pul  ödəyəcəkdir.  Hər  il

ayrılan  200  milyon  ABŞ  dolları  Liviyanın  infrastrukturun  inkişaf  etdirilməsi

layihələrinin həyata keçirilməsinə sərf ediləcəkdir.

Qeyd  etmək  lazımdır  ki,  Liviya  İtaliyanın  iqtisadi-ticari  və enerji  sahəsində ən

mühüm  şərikidir  və bu  sahədə əsas  rol  İtaliyanın  nəhəng  “ENİ”  neft-qaz  şirkətinə

məxsusdur.  Liviyadan  Apenin  yarımadasına  ixrac  olunan  neftin  25%-ni,  qazın  isə

33% -ni İtaliya idxal edir.

2008-ci  ilin  sentyabr  ayının  6-da  ABŞ-nın  Dövət  katibi  Kondaliza  Raysın  Liviyaya

səfəri  zamanı  M.Qaddafi  ilə keçirilən  görüşdə ikitərəfli,  regional, beynəlxalq  və hər

iki tərəf üçün maraq kəsb edən məsələlər müzakirə mövzusu olmuşdur. ABŞ Dövlət

Katibinin Liviyaya səfəri Liviya ABŞ əlaqələrinin inkişaf etdirilməsində yeni səhifə

açmışdır  və bu  tarixi  səfər  ölkələr  arasında  bütün  sahələrdə qarşılıqlı  fayda  verəcək

əməkdaşlığın  inkişafın  yeni  təkan  verəcək  mərhələsinin  başlanğıcı  olacaqdır.

Danışıqlar  zamanı  tərəflər  hər  iki  ölkədə diplomatik  missiyaların  Səfirlər

səviyyəsində fəaliyyət göstərməsi barədə razılıq əldə edilmişdir.

1953-cü ildə ABŞ-nın sabiq Dövlət katibi Con Foster Dalles Liviyaya səfər etmişdir.

Bundan  sonra  Liviyaya  ABŞ-dan  yüksək  səviyyədə heç  bir  səfər  həyata

keçirilməmişdir.

1969-cu  ildə Liviyada  inqilabi  yolla  hakimiyyətə gələn  Muammar  Qaddafinin  neft

sənayesini  milliləşdirmək,  daha  sonra  ABŞ  hərbi  bazalarının  ölkə ölkə ərazisindən

çıxarılması  barədə qəbul  etdiyi  qərardan  sonra  Liviya-ABŞ  münasibətlərində

gərginlik  yaranmağa  başlamışdır.  1980-ci  illərin əvvəllərində ABŞ-nı  o  dövrdəki

Prezidenti  R.Reyqan  Liviyanı  Fələstinlilərə etdiyi  yardıma  və İsrailə qarşı  tutduğu

sərt mövqeyə, bununla yanaşı İran-İraq müharibəsində İrana göstərdiyi yardıma görə,

həmçinin  beynəlxalq  terrorizmi  dəstəkləməkdə günahlandırılaraq  kəskin  tənqid

edilmişdir.


7

ABŞ-Liviya  münasibətlərindəki  gərginlik  1986-cı  ildə özünün ən  kulminasiya

nöqtəsinə çatmışdır.  Belə ki,  1986-cı  ilin  aprel  ayında  ABŞ-nın  hərbi  təyyarələri  və

gəmiləri  havadan  və dənizdən  Tripoli  və Benqazi  şəhərlərini  bombardman  etmişdir.

Çoxsaylı  insan  tələfatına  və dağıntılara  səbəb  olmuş  bombardman  nəticəsində Lider

və onun həyat yoldaşı yaralanmış, övladlığa götürdüyü qız həlak olmuşdur.

1988-ci  ildə ABŞ-nın  “Pan  American”  Hava  Yollarına  aid  Boinq  təyyarəsinin

Şotlandiyanın  Lokerbi

qəsəbəsi  üzərində

qəzaya  uğraması  Liviyanı  dünya

ictimaiyyəti tərəfindən  daha da təcrid etmişdir. 270 sərnişinin həyatına son qoymuş

bu  terror  aktında  təqsirli  bilinən  iki  liviyalının  ABŞ  və İngiltərəyə təslim  edilməsi

tələbinin Liviya hökuməti tərəfindən  yerinə yetirilməməsi ABŞ və İngiltərənin birgə

səyləri  ilə BMT  tərəfindən  bu  ölkəyə qarşı  beynəlxalq  embarqo  tətbiq  olunması  ilə

nəticələnmişdir.  Uzun  illər  blokada  şəraitində yaşayan  Liviya  yalnız  2002-ci  ildə

Lokerbi  üzərində qəzaya  uğramış  təyyarənin sərnişinlərinin  ailələrinə 2,7  milyard

məbləğində kompensasiya ödəməyə hazır olduğunu bildirmiş, bir il sonra isə Tripoli

ölə ərazisində terror  düşərgələrinin  ləğv  edilməsi  və kütləvi  qırğın  silahlarının

hazırlanması  və istehsalı  proqramının  dayandırılmasını  elan  etmişdir.  12  sentyabr

2003-cü  il  tarixində isə BMT  Təhlükəsizlik  Şurası  Liviyaya  tətbiq  olunan

sanksiyaların ləğv olunduğunu bəyan etmişdir.

2006-cı  ildə Liviya  ilə ABŞ  arasında  diplomatik əlaqələr  bərpa  olunmuş  və bu

dövrdən  başlayaraq,  ABŞ-nın  nəhəng  neft-qaz,  tikinti,  ağır  və yüngül  sənaye

müəssisələri,  yeyinti  və sərinləşdirici  içkilər  şirkətləri  Liviya  bazarına  daxil  olur.

2003-cü ildə Liviya ilə ABŞ arasında sıfır dərəcəsində olan ticarət mübadiləsi kəskin

surətdə inkişaf edərək, 2007-ci ildə 3,9 milyard ABŞ dolları təşkil etmişdir.

Artıq  ABŞ-nın  bir  sıra  nəhəng  neft-qaz  şirkətləri  Liviyanın  səhra  və dəniz  şelfində

geoloji kəşfiyyat və neftin ixracı üzrə tenderin qalibi olmuşdur.



4. İkitərəfli münasibətlər

Azərbaycan-Liviya əlaqələri  dövlətimizin  1991-ci  ildə öz  müstəqilliyini əldə etməsi

ilə yeni  bir  mərhələyə qədəm  qoymuşdur.  Böyük  Liviya Ərəb  Xalq  Sosialist

Cəmahiriyyəsi  30  dekabr  1991-ci  il  tarixində

Azərbaycan  Respublikasının

müstəqilliyini  tanımışdır.  Azərbaycanla  Liviya  arasında  diplomatik əlaqələr  16  mart

1992-ci il tarixində yaradılmışdır.

Liviyanın  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  ilə

əlaqədar

beynəlxalq  və regional  təşkilatlarda  Azərbaycanın  mövqeyini  daim  dəstəkləməsi,

Lokerbi  məsələsi  ilə əlaqədar  Liviya  üzərinə qoyulmuş  sanksiyaların dayandırılması

və tədricən  aradan  qaldırılması  istiqamətində beynəlxalq  təşkilatlar  çərçivəsində

göstərilən  səylərin  Azərbaycan  tərəfindən  dəstəklənməsi  iki  ölkə arasında  mövcud

olan dost münasibətlərin təzahürü kimi qiymətləndirilə bilər.

Hər  iki  dövlətin  birgə

səylərinin  nəticəsi  olaraq  ikitərəfli

əməkdaşlığın

genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.

BMT Baş Assambleyasında 2004-cü il və 14 mart 2008-ci il tarixində “Azərbaycanın

işğal  edilmiş ərazilərində vəziyyət”lə bağlı  qətnamənin  qəbul  olunmasına  dair

keçirilmiş  səsvermələr  zamanı  Liviya  tərəfi  Azərbaycanın  mövqeyini  dəstəkləmiş,


8

Baş  Assambleyanın  gündəliyinə “GUAM  ölkələrində münaqişələr”lə bağlı  42-ci

bəndin salınması məsələsi ilə əlaqədar 2006-cı ildə keçirilmiş səsvermələr zamanı  isə

bitərəf mövqe tutmuşdur.

Azərbaycanla  Liviya  arasında  dövlət  və hökumət  başçıları,  Xarici  İşlər  Nazirləri

səviyyəsində mütəmadi olaraq məktub mübadilələri aparılır.



Rəsmi əlaqələrin ardıcıllığı

1992-ci  ilin  mart  ayında Liviyanın  Maliyyə Naziri  Məhəmməd Əl-Buxarinin

başçılıq  etdiyi  nümayəndə heyəti  Azərbaycana  səfər  etmişdir.  Səfər  zamanı  iki  ölkə

arasında 

diplomatik

əlaqələrin 

yaradılması 

haqqında 

Protokol, 

Müştərək

Komissiyanın  təşkil  olunması  haqqında  Saziş,  iqtisadi,  elmi,  texniki  və mədəni

əməkdaşlıq  haqqında  Saziş,  ticarət  Müqaviləsi,  mədəni əməkdaşlıq  sahəsində Saziş,

hava  xəttinin  açılması  haqqında  Protokol  paraflanmışdır  (göstərilən  sənədlər  Liviya

tərəfindən 27 noyabr 1992-ci il tarixində təsdiq olunmuşdur).

Liviyanın  Bakıda  Səfirliyinin  (Xalq  Bürosu)  açılması  Azərbaycanla münasibətlərin

Liviyanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərdi. 1995-ci

ilin  aprel  ayında  Bakıda  Liviya  Səfirliyinin təsis  edilməsi  məqsədilə Liviyadan

Azərbaycana nümayəndə heyəti gəlmiş və həmin tarixdən etibarən Liviyanın Bakıda

Səfirliyi fəaliyyət göstərir.



1996-cı  ildə Liviyanın  Təhsil  Nazirinin  müavini  Məhəmməd Əl-Əsvadın  başçılıq

etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı iki ölkə arasında

tələbə mübadiləsi  və Azərbaycan  mütəxəssislərinin  çalışmaq  məqsədilə Liviyaya

göndərilməsi haqqında saziş imzalanmışdır.



1996-cı  ilin  mart  ayında Liviyanın  Beynəlxalq  İslam  Xalq  Rəhbərliyi  Təşkilatı  və

Qafqaz  Müsəlmanları  İdarəsinin  birgə təşəbbüsü  ilə Bakıda  müsəlman  dövlətlərinin

İslam məsələləri ilə bağlı konfransı keçirilmişdir.

1996-cı ilin payızında Liviyanın Beynəlxalq İslama Çağırış Cəmiyyəti Azərbaycanın

İslam  Tədqiqatları  Mərkəzi  ilə birgə Bakıda  "İslamda  insan  hüquqları  və azadlıq"

mövzusunda elmi simpozium keçirmişdir.

1997-ci  ilin əvvəllərində Liviya  tərəfinin  dəvəti  ilə Azərbaycan  Təhsil  Naziri

müavininin başçılığı ilə nümayəndə heyəti Liviyada səfərdə olmuşdur.



1997-ci  ilin  dekabr  ayında Liviyanın  Beynəlxalq  İslama  Çağırış  Cəmiyyətinin

köməkliyi ilə Azərbaycandakı məcburi köçkünlərə ərzaq, tibbi ləvazimat və s. ibarət

humanitar yardım göstərilmişdir.

2000-ci  ilin  06-10  may  tarixlərində Azərbaycan-Liviya əlaqələrinin  inkişaf

etdirilməsi  və iki  ölkə XİN-ləri  arasında  məsləhətləşmələrin  aparılması  məqsədilə

Azərbaycan  XİN-in  nümayəndə heyəti  Liviyada  səfərdə olmuşdur.  Səfər  Liviyanın

siyasi  dairələri,  kütləvi  informasiya  vasitələri  və ictimaiyyəti  tərəfindən  yüksək

qiymətləndirilmiş, ölkəmiz haqqında müsbət rəyin formalaşmasına səbəb olmuşdur.

2000-ci  ilin  16-20  noyabr  tarixlərində XİN-lərarası  məsləhətləşmələrin  davam

etdirilməsi  məqsədilə Liviya  Xarici Əlaqələr  və Beynəlxalq Əməkdaşlıq  üzrə

Ümumxalq Komitəsinin siyasi işlər üzrə köməkçi katibi (Xarici İşlər Nazirinin birinci

müavini)  Səad  Mustafa  Mucbirin  başçılıq  etdiyi  nümayəndə heyəti  Azərbaycanda

işgüzar  səfərdə olmuşdur.  Səfər  zamanı  S.N.Mucbir  Azərbaycanın  mərhum


9

Prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qəbul edilmiş, nümayəndə

heyətinin  Milli  Məclisin  Sədri  M.Ələsgərov,  Baş  Nazir  A.Rasi-zadə,  Xarici  İşlər

Naziri  V.Quliyev,  İqtisadiyyat  Naziri  N.Nəsrullayev,  Təhsil  Naziri  M.Mərdanov,

Xarici İşlər Nazirinin müavini X.Xələfov, Dövlət Neft Şirkəti Prezidentinin müavini

X.Yusifzadə və Qafqaz  Müsəlmanları  İdarəsinin  Sədri  Şeyxülislam  A.Paşazadə ilə

görüşləri  keçirilmişdir.  Görüşlər  zamanı  müxtəlif  sahələrdə Azərbaycan-Liviya

əməkdaşlığı məsələləri müzakirə olunmuşdur.

Azərbaycan  Prezidentinin 27  sentyabr  2003-cü  il  tarixli,  1342  saylı  Sərəncamı  ilə

Azərbaycan  Respublikası  ilə Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi

arasında  Müştərək  Komissiya  təsis  olunmuşdur.  Liviya  tərəfindən  bir  neçə dəfə

Müştərək  Komissiyaya  həmsədr  təyin  olunmuş  və 2000-ci  ilin  yanvar  ayından  bu

səlahiyyətlər  Liviya  Xarici Əlaqələr  və Beynəlxalq Əməkdaşlıq  üzrə Ümumxalq

Komitəsinin  mədəniyyət,  informasiya  və əməkdaşlıq  üzrə köməkçi  katibi  (Xarici

İşlər  Nazirinin  müavini)  Həssuna Əl-Şəvuşa,  daha  sonra  Liviya  Xarici Əlaqələr  və

Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq Komitəsinin Asiya və Avstraliya üzrə katibi

Məhəmməd Əl  Barraniyə həvalə edilmişdir.  Hal-hazırda  Komissiyanın  Azərbaycan

tərəfindən həmsədri Xarici İşlər Nazirinin müavini X.Xələfov təyin edilmişdir.

Azərbaycan  Respublikası  Prezidentinin 27  iyun  2005-ci  il  tarixli,  862  saylı

Sərəncamı  ilə Azərbaycanın  Misir Ərəb  Respublikasında  Fövqəladə və Səlahiyyətli

Səfiri  F.Bağırov  iqamətgahı  Qahirə şəhərində olmaqla,  eyni  zamanda  Azərbaycanın

Liviyada Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.



2006-cı  ilin  13  dekabr  tarixində Azərbaycan  Respublikasının  Misir Ərəb

Respublikasında və eyni zamanda AR-in Liviyadakı Fövqəladə və Səlahiyyətli Səfiri

F.Bağırov 

Tripolidə

Etimadnamə

Vərəqələrini 

Liviya 

Cəmahiriyyəsinin



Parlamentinin Sədri Məhəmməd Zinatiyə təqdim etmişdir.

2006-cı  ildə Azərbaycanın  Misir Ərəb  Respublikasındakı  Səfirliyinin  Tripolidə

nümayəndəliyi fəaliyyətə başlamışdır.



2006-cı  ilin  25-27  dekabr  tarixlərində Azərbaycan  Respublikası  Xarici  İşlər

Nazirinin  mavini  X.Xələfovun  başçılıq  etdiyi  nümayəndə heyəti  Azərbaycan

Respublikasının  Prezidenti  cənab  İlham Əliyev  tərəfindən  Böyük  Liviya Ərəb  Xalq

Sosialist  Cəmahiriyyəsinin  Lideri  Müəmmər Əl-Qəzzafiyə ünvanlanmış  məktubun

ünvan sahibinə çatdırılması və iki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması

məqsədilə Liviyada səfərdə olmuşdur.



2007-ci  ilin  28 fevral  tarixində Böyük  Liviya Ərəb  Sosialist  Cəmahiriyyəsinin

Xarici İşlər Naziri Ə.Şəlqam tərəfindən Azərbaycan Respublikasının Xİ Naziri cənab

E.Məmmədyarova  məktub  ünvanlanaraq,  1995-ci  ildən  Bakıda  fəaliyyət  göstərən

Liviya Xalq Bürosunun ölkənin xarici siyasət idarəsində aparılan struktur dəyişikliyi

və maliyyə çətinlikləri ilə əlaqədar bağlanması haqqında qərarın qəbul edildiyi qeyd

olunmuşdur.



2007-ci ilin 28 mart – 1 aprel tarixlərində Məhəmməd Peyğəmbərin mövludu günü

münasibəti  ilə Liviya  Cəmahiriyyəsinin,  Niger  Respublikasının  və “Beynəlxalq

İslama Çağırış Cəmiyyəti”nin birgə təşəbbüsü ilə Liviyanın paytaxtı Tripoli şəhərində

keçirilmiş elmi-praktiki konfrans və Niger dövlətinin Ağadis şəhərində cümə namazı

və rəsmi  dini  tədbirdə iştirak  etmək  məqsədilə Təşkilat  Komitəsinin  rəhbərliyinin

dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadənin



10

rəhbərlik  etdiyi  Azərbaycan nümayəndə heyəti  (nümayəndə heyətinə şərqşünas-alim

professor V.Məmmədəliyev daxil idi) Böyük Liviya Ərəb Sosialist Cəmahiriyyəsində

və Niger  Respublikasının  Ağadis  şəhərində səfərdə olmuşdur.  Ağadis  şəhərində

Şeyxülislam  Allahşükür  Paşazadə Liviya  İnqilabının  Lideri  Muammar  Qaddafi  və

Sudan  Respublikasının  Prezidenti  Ömər  Həsən Əl-Bəşir,  Niger  Respublikasının

Prezidenti  Məhəmməd  Tanca,  həmçinin,  “Beynəlxalq  İslama  Çağırış  Cəmiyyəti”nin

Sədri d-r Əhməd Məhəmməd Şərif ilə görüşlər keçirmişdir.



2007-ci  il  20  avqust  tarixində Mustafa Əl-Ğənnayi  Saleh  Liviyanın  Bakıdakı

səfirliyinə (Xalq bürosuna) yeni müvəqqəti işlər vəkili təyin olunmuşdur.



2007-ci ilin 11-13 noyabr tarixlərində Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin

Xarici  İşlər  nazirinin  müavini,  Liviya-Azərbaycan  hökumətlərarası  iqtisadi

komissiyasının  sədri  Məhəmməd Əl-Barraninin  başçılıq  etdiyi  nümayəndə heyəti

Azərbaycan  Respublikasına  səfər  etmişdir.  Nümayəndə heyətinin  tərkibinə Liviya

XİN-in  Asiya  ölkələri  İdarəsinin  rəis  müavini Əl-Həbib Əl-Dib  və Xİ  nazirinin

müavininin  katibi Əl  Mabruk Əl  Cabiri  daxil  olmuşdur.  Nümayəndə heyəti

Azərbaycana  səfəri  zamanı  Azərbaycan  Respublikasının  Baş  nazirinin  birinci

müavini  A.Şərifov,  Xarici  İşlər  naziri  E.Məmmədyarov,  Xarici  İşlər  nazirinin

müavini X.Xələfov, İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov, Mədəniyyət

və Turizm nazirinin müavini S.Məmmədəliyeva, Təhsil naziri M.Mərdanov, Səhiyyə

nazirinin  müavini  E.Ağayev  və Dövlət  Neft  Şirkətinin  Prezidenti  R.Abdullayevlə

görüşlər keçirərək, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat,

təhsil,  səhiyyə,  mədəniyyət,  sənaye,  kənd  təsərrüfatı  sahələrində əməkdaşlıq

istiqamətləri və perspektivlərini müzakirə etmişlər.



2008-ci  ilin  14-16  yanvar  tarixlərində Liviya  Cəmahiriyyəsinin  paytaxtında

keçirilmiş  “Demokratiya – ümumdünya  səviyyəsində”  adlı  XVI  Beynəlxalq

Konfransda  AMEA  Şərqşünaslıq  İnstitutunun  şöbə müdiri  Vilayət  Cəfərovun

başçılığı ilə institutun bir qrup nümayəndəsi iştirak etmişdir.



2008-ci  ilin  20-21  fevral  tarixlərində Azərbaycan  Respublikası  Xarici  İşlər  Naziri

Elmar  Məmmədyarovun  rəhbərlik  etdiyi  nümayəndə

heyəti  Liviya

Ərəb


Cəmahiriyyəsinə səfər etmişdir.

2008-ci  il  14  mart  tarixində BMT-nin  BA-nın  62-ci  sessiyasında  “Azərbaycanın

işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunmasına dair keçirilən

səsvermədə Liviya ölkəmizin mövqeyini dəstəkləmişdir.

2008-ci ilin 27 may tarixində Şamaxıda keçirilmiş “Azərbaycan Beynəlxalq Biznes

Konfransı”nda  iştirak  etmək  üçün  Liviya  nümayəndə heyəti  Azərbaycana  səfər

etmişdir.

2008-ci ilin 25-27 noyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə

Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi  arasında  Azərbaycan-Liviya

Müştərək  Komissiyasının  ilk  iclası  keçirilmişdir.  Liviya  nümayəndə heyətinin

rəhbəri, 

Müştərək 

Komissiyanın 

Liviya 

tərəfindən 



həmsədri, 

Liviya


Cəmahiriyyəsinin  Xarici Əlaqələr  və Beynəlxalq Əməkdaşlıq  üzrə Ümumxalq

Komitəsi Katibinin Asiya məsələləri üzrə müavini M.Ö.Əl-Bərrani səfər çərçivəsində

AR  Mədəniyyət  və Turizm  Naziri  cənab Əbülfəs  Qarayev,  ARDNŞ-in  Prezidenti

cənab  Rövnəq  Abdullayev,  AR  İqtisadi  İnkişaf  Naziri  cənab  Şahin  Mustafayevlə

ikitərəfli  görüşlər  keçirmişdir.  Görüşlərdə turizm,  neft  və qaz,  iqtisadiyyat


11

sahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə müzakirələr

aparılmışdır.

Noyabr  ayının  26-da  Azərbaycan-Liviya  Müştərək  Komissiyasının  hər  iki  tərəfinin

üzvlərinin  iştirakı  ilə geniş  tərkibdə ilk  iclası  keçirilmişdir.  Müştərək  Komissiyanın

Azərbaycan  tərəfindən  həmsədri  AR  Xarici  İşlər  Nazirinin  müavini  X.Xələfov

iclasda  çıxış  etmişdir.  Geniş  müzakirələrdən  sonra    Azərbaycan  Respublikası  ilə

Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi  arasında  Azərbaycan-Liviya

Müştərək Komissiyasının ilk iclasının Protokolu imzalanmışdır.

2009-cu  ilin  8-11  aprel  tarixlərində

ARDNŞ-in  birinci  vitse-prezidenti

X.Yusifzadənin  başçılığı  ilə ARDNŞ  nümayəndə heyəti  Liviya  tərəfinin  dəvəti  ilə

həmin ölkədə səfərdə olmuşdur. Səfər çərçivəsində Liviya Milli Neft Müəssisəsində

keçirilmiş  görüşlərdə iki  ölkə arasında  neft  və qaz  sahəsində əməkdaşlıq  məsələləri

müzakirə edilmişdir. Azərbaycan-Liviya Müştərək Komissiyasının Liviyalı həmsədri,

Liviya Cəmahiriyyəsinin Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq

Komitəsi  Katibinin  Asiya  məsələləri  üzrə müavini  M.Ö.Əl-Bərrani  AR  nümayəndə

heyətini qəbul etmişdir.

2009-cu ilin 21-22 aprel tarixlərində İslam Konfransı Təşkilatının (İKT) üzvü olan

ölkələrin  hüquq  mühafizə orqanlarının  rəhbərlərinin  Bakıda  keçirilən  ikigünlük  ilk

konfransında  Liviyanın Ədliyyə İşləri  üzrə Ümumxalq  Komitəsinin  katibi  Mustafa

Məhəmməd Abdulcəlilin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Mustafa  Məhəmməd  Abdulcəlil  İKT-nın  üzvü  olan  dövlətlərin  hüquq  mühafizə

orqanları rəhbərləri ilə birlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Konfrans Bakı bəyannaməsinin qəbulu ilə başa çatmışdır.

2009-cu  ilin  30  sentyabr  tarixində AR  Milli  Məclisi  Azərbaycan  Respublikasının

Böyük  Liviya Ərəb  Sosialist  Xalq  Cəmahiriyyəsində (Tripoli  şəhərində)  səfirliyinin

təsis edilməsi haqqında qanun(N 862-IIIQ) qəbul etmişdir.

2009-cu  ilin    13-15  oktyabr  tarixlərində İKT  üzv  dövlətlərin  mədəniyyət

nazirlərinin  Bakı  şəhərində keçirilmiş  VI  konfransında  iştirak  etmək  məqsədilə

Liviya  Cəmahiriyyəsinin    Mədəniyyət  və İnformasiya  üzrə Ümumxalq  Komitəsinin

Katibi  cənab  Nuri  Dhaf Əl-Humaydinin  rəhbərlik  etdiyi  nümayəndə heyəti

Azərbaycanda  səfərdə olmuşdur.  Tədbir  çərçivəsində Nuri  Dhaf Əl-Humaydi  İKT

üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları ilə birlikdə Prezident İlham Əliyev

tərəfindən qəbul edilmişdir.

2010-cu  ilin  07-09  mart  tarixlərində Tripoli şəhərində Azərbaycan  Respublikası

Hökuməti  ilə Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi  Hökuməti  arasında

Müştərək Komissiyanın ikinci iclası keçirilmişdir.

Azərbaycan  nümayəndə heyətinin  rəhbəri,  Müştərək  Komissiyanın  Azərbaycan

tərəfindən həmsədri X.Xələfov Liviyanın Ümumxalq Komitəsinin Katibi Əl-Bağdadi

Əli əl-Mahmudi  ilə görüşmüşdür.  Komissiyanın  iclası  çərçivəsində Azərbaycan-

Liviya biznes forumu keçirilmişdir.

2010-cu  ilin  22-23  aprel  tarixlərində Liviyanın  “Oilinvest  (Tamoil)”  şirkətlər

qrupunun  baş  direktoru  İsam  S.Zanatinin  başçılıq  etdiyi  nümayəndə heyəti

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ölkəmizdə və onun xaricində neft

qaz  sahəsində



əməkdaşlıq  perspektivlərini  müzakirə

etmək  məqsədilə

Azərbaycana səfər etmişdir.


12

2010-cu  ilin  05  may  tarixində Ağasəlim  Səmədağa  oğlu  Şükürov  Azərbaycan

Respublikasının  Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsində fövqəladlə və

səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.

5. Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Liviya Respublikası arasında imzalanmış sənədlər

1. Azərbaycan  Respublikası  ilə Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi

arasında  diplomatik əlaqələrin  yaradılması  haqqında  Protokol    (16  mart  1992-ci  il,

Bakı şəhəri),

2.  Azərbaycan  Respublikası  ilə Böyük Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi

arasında Müştərək Komissiyanın təşkil olunması haqqında Saziş (16 mart 1992-ci il,

Bakı şəhəri),

3.  Azərbaycan  Respublikası  ilə Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi

arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş (16 mart 1992-

ci il, Bakı şəhəri),

4.  Azərbaycan  Respublikası  və Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi

Hökumətləri arasında Ticarət  Müqaviləsi (16 mart 1992-ci il, Bakı şəhəri),

5.  Azərbaycan  Respublikası  ilə Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi

arasında Mədəni əməkdaşlıq sahəsində Saziş (16 mart 1992-ci il, Bakı şəhəri),

6.  Azərbaycan  Respublikası  ilə Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi

arasında hava xəttinin açılması haqqında Protokol (16 mart 1992-ci il, Bakı şəhəri),

7.  “Azərbaycan  Respublikası  ilə Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi

arasında  Azərbaycan-Liviya  Müştərək  Komissiyasının  ilk  iclasının  Protokolu”  (26

noyabr 2008-ci il);

8.  “Azərbaycan  Respublikası  ilə Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsi

arasında Azərbaycan-Liviya Müştərək Komissiyasının ikinci iclasının Protokolu” (08

mart 2010-cu il);

9.  “Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi  və Böyük  Liviya Ərəb  Xalq

Sosialist  Cəmahiriyyəsinin  Xarici Əlaqələr  və Baynəlxalq Əməkdaşlıq  məsələləri

üzrə Ümumxalq  Komitəsi  arasında  siyasi  məsləhətləşmələr  haqqında  Anlaşma

Memorandumu” (08 mart 2010-cu il);



13

10.  “Azərbaycan  Respublikası  Hökuməti  və Böyük  Liviya Ərəb  Xalq  Sosialist

Cəmahiriyyəsi  arasında  diplomatik, xidməti  və xüsusi  pasportlara  malik  şəxslərin

viza tələbindən azad olunması haqqında Saziş” (08 mart 2010-cu il);



Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu

Gövhər Baxşəli qızı Baxşəliyeva - qrupun rəhbəri

Jalə Fazil qızı Əliyeva

Məlahət İbrahim qızı İbrahimgızı

Məjlum Şükür oğlu Şükürov

6. Tərcümeyi-hallar

Böyük  Liviya Ərəb  Xalq  Sosialist  Cəmahiriyyəsinin  Lideri  Muammar Əbu

Minyar Əl-Qəddafi

Anadan olduğu tarix: iyun 1942

Anadan olduğu yer: Liviya Cəmahiriyyəsi, Sirt şəhəri

1956-61 – Sebha orta məktəbi (Fəzzan)

1963 – Liviya Universitetinin məzunu



1965 – Liviya Hərbi Akademiyasının məzunu

1 sentyabr 1969-cu il – Liviyanın Kralı I İdrisinin devrilməsini həyata keçirir

1969-77 – İnqilab Komandanlığı Şurasının Prezidenti

1977-79 – Baş Xalq Konqresinin Prezidenti

1979 – Rəsmi dövlət başçısı titulundan imtina edərək, Liviya

İnqilabının Lideri kimi tanınır və “qardaş rəhbər” müraciətini qəbul etmişdir



Xarici

Əlaqələr  və

Beynəlxalq

Əməkdaşlıq  məsələləri  üzrə

Ümumxalq

Komitəsinin Katibi (Xarici İşlər Naziri) Musa Məhəmməd Kussa

1949-cu ildə anadan olmuşdur.

1980-cı ilədək Liviyanın Avropadakı səfirliklərində çalışmışdır.

1980-cı  ildə Liviyanın  Böyük  Britaniyadakı səfiri vəzifəsinə təyin  edilmişdir.  Lakin

həmin il ölkədən qovulmuşdur.



1992-1994-cü illərdə Liviya xarici işlər nazirinin müavini vəzifəsində çalışmışdır.

1994-2009-cu illərdə Liviya Kəşfiyyat Agentliyinin rəhbəri vəzifəsində çalışmışdır.

2009-cu ilin 4 mart tarixində Liviyanın xarici işlər naziri vəzifəsinə təyin edilmişdir.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə