Əməkdaşlıq prinsipi. “Müəllim-şagird” qarşılıqlı münasibətləri sistemində bu subyektlərin hər biri təlim prosesində tərəf müqabili kimi iştirak etməlidirlər. Əməkdaşlıq ilk növbədə təlim prosesinin kollegial və dinamik keçməsində öz əksini tapır. Əgər şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaradır: şagirdin özünə inamı artır, o öz fikrini çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləşdirir. Əməkdaşlıq prinsipi müəllimdən tələb edir ki, o, şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli, fəallaşdırıcı və ruhlandırıcı edir.
Riyaziyyat təlimində qabaqlayıcı təlim prinsipi.
İndi isə “ Qabaqlayıcı təlim prinsipi “ haqqında məlumat verək:
“Qabaqlayıcı təlim” prinsipi. Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazır-lanması məsələsini daha kəskin qoyur. Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini əks etdirməli və yeni nəslin yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır. Məktəb şagirdə baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda onda idraki fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır. Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən iş-ləməyi, düzğün istifadə və tətbiq etməyi öyrətməlidir.
Indi isə dialoji təlim prinsipi haqqında məlumat verək:
Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim prosesində bütün şagirdlərin müxtəlif nöqteyi-nəzərlərini və fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə, tədrisin məzmununu daha da zənginləşdirməyə imkan yaradır, nəticə çıxarma prosesinə müsbət təsir edir. Bu prinsiplərin həyata keçirilməsi şagirddə səmərəli həyat fəaliyyətinin formalaşması və onun aramsız dəyişən şəraitə uyğunlaşması üçün təsiredici zəruri bacarıqların əldə olunmasına şərait yaradır. Bütün bu prinsiplərin təlim prosesində ən dolğun şəkildə tətbiqi fəal (interaktiv) təlim metodları vasitəsilə mümkündür.