1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Orfoepiyanın və orfoqrafiya ilə inteqrasiyası



Yüklə 108,01 Kb.
səhifə16/52
tarix24.01.2023
ölçüsü108,01 Kb.
#80382
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   52
orfoqrafiya və orfoepiya-1

19.46. Orfoepiyanın və orfoqrafiya ilə inteqrasiyası.
"İnteqrasiya" termini XX əsrin sonundan daha fəal istifadə olunmağa başlanmışdır. Zaman-zaman differensial yanaşmalar hissələrə bölünməni, ayrılmaları tənzimlədiyi kimi, inteqrasiya prosesləri də bütövləşmələrin, tamamlanmaların nəticəsi kimi meydana çıxmışdır. Belə olan halda, şagirdlər təlim prosesinin passiv iştirakçısı rolundan çıxıb, ətraf aləmin dərk edilməsində yaradıcı potensiala malik olurlar. Onlar təhsil pillələrində öyrənilən fənləri və onların əhatə etdiyi mövzuları ayrı-ayrı deyil, əlaqəli, inteqrativ şəkildə öyrənir, tədris prosesində dərsliklərdə verilən materiallara yaradıcı yanaşma imkanı qazanırlar. Hər bir fənn üzrə təlim prosesi müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı funkisiyalarının təmin olunması istiqamətində qurulur.
Fǝndaxili inteqrasiyanın orfoepiya və orfoqrafiyanın tədrisinə tətbiqi təlim nəticənin yüksəlməsinə şərait yaradır. Tədqiqatlar göstərir ki, ibtidai siniflərdə orfoepiya və orfoqrafiyanın tədrisi fonetika ilə inteqrasiya olunur. Bir sıra fonetik mövzuların başa düşülməsində də orfoepiya və orfoqrafiyaya dair məlumatların verilməsi mühüm əhəmiyyət kəsb edir.
Orfoepiya və orfoqrafiyanın inteqrativ tədrisi məhz danışıq səslərinin yazılışı və tələffüzünün vəhdətdə öyrənilməsini önə çəkir.
Orfoqrafiyanın fonetika ilə əlaqəli tədrisi fonetik prinsipə əsaslanır. Fonetik prinsipə görə söz necə deyilirsə elə də yazılır. İbtidai siniflərdə fonetikanın orfoqrafiya ilə əlaqəli tədrisi həmçinin orfoepiya ilə əlaqəni də tələb edir. Bu iki anlayış orfoqrafiya və orfoepiya heç də bir-birindən təcrid edilmir, biri digərini tamamlayır, düzgünlüyünü təmin edir. Çalışmalar üzrə işin təşkili zamanı da işin qarşılıqlı təkili səmərəli olur. Məsələn: 1. Sonu cingiltili samitlə bitən sözləri tapıb onların necə yazıldığını və tələffüz edildiyini izah edin.
Nümunə: qanad-qanat, çəkic-çəkiç,qonaq-qonağ, qarpız-qarpis və s. 2. Verilmiş mətndən yazılışı ilə deyilişi arasında fərq olan sözləri tapıb yazın. Nümunə: dostluq-dosluq. Dəftər-dəfdər, usta-usda, motor-mator və s.
3. Verilmiş suallara əsasən sözləri tapın, onların necə yazıldığı və tələffüz edildiyini yazılı şəkildə göstərin.
-Dağın aşağı hissəsinə nə deyilir?
-Şeir yazan adama nə deyilir?
4. Buraxılmış hərfləri əlavə edib köçürün.
A..tomobil, ağa.., bos..an, d..vlət, kərpi.., bayra.., dai..rə, sa..t, çəki.. və s Yaxud: "Belə yazılır. Bəs necə deyilir?" başlığına uyğun olaraq "Belə deyilir. Bəs necə yazılır?" başlığı ilə də tapşırıq vermək olar.
İbtidai siniflərdə orfoqrafiyanın fonetika ilə əlaqəli tədrisinin əhəmiyyətini aşağıdakı kimi səciyyələndirmək olar:
Orfoqrafiyanın fonetika ilə əlaqəli tədrisi həm fonetik mövzuların möhkəm mənimsənilməsinə səbəb olur, həm də şagirdlərin bir sıra orfoqrafik və orfoepik qaydalara yiyələnmələrinə imkan yaradır. Məsələn, qoşa saitli və qoşa samitli sözlərin yazılışı və tələffüzü üzərində iş apararkən şagirdlər sait və samit səslər haqqında daha geniş məlumat əldə edirlər və öyrənirlər ki sözün səs-hərf tərkibi həmişə bir-birinə uyğun gəlmir, yazıldığı kimi tələffüz olunmur.
Orfoqrafiyanın fonetika ilə əlaqəli tədrisi fonetik bilikləri möhkəmləndirir. Məsələn, ahəng qanunun öyrənilməsi şəkilçilərin düzgün yazılışını və tələffüzünü şüurlu mənimsəməyə şərait yaradır. Fonetikadan heca, vurğu haqqında biliklər sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını, vürğuya görə düzgün tələffüzü mənimsəməyə imkan yaradır.Orfoqrafiyanın fonetika ilə əlaqəli tədrisi yazı-oxu prosesində müəyyən çətinliklər törədən dialektizm, şivə xüsusiyyətlərini aradan qaldırmağa kömək edir. Məsələn, deyil sözü müxtəlif ləhcələrdə dəyil, dögül, döylü və s. kimi işlənir.


Yüklə 108,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin