1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 81,03 Kb.
səhifə15/30
tarix07.04.2023
ölçüsü81,03 Kb.
#94294
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?

18. Kimyəvi silahlar.
Kimyəvi silahlar kütləvi qırğın silahlarından biri olub, zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Zəhərləyici maddələr, əhalinin əmək və qoşunların döyüş qabiliyyətinin zəifləməsinə, bəzi hallarda isə bütün canlıların məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən ibarətdir. Kimyəvi silahların əsas xüsusiyyətləri aşağıdakılardır:

  1. maddi sərvətlərə zərər vurmadan canlı qüvvələri məhv etmək;

  2. geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlama qabiliyyəti;

  3. zəhərlənmənin ani baş verməsi və nəticələrinin ağırlığı;

  4. istehsalının nisbətən ucuz başa gəlməsi və s.

Psixokimyəvi ZM – Bu zəhərli maddələr qrupuna Bi-Zet, DLT aid edilir. Bu maddələr adətən insanların psixologiyasına təsir göstərir, onlarda psixoloji ruh düşkünlüyü hissi yaradır, əsgərlər döyüşməkdən imtina edir, öz silahlarını atıb gedirlər.
Bi-Zet – iysiz, dadsız, ağ kristallik maddədir.
Toksiki xassələri: Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda ölüm halları ola bilər.
DLT- dimetilamid lizergin turşusu rəngsiz, dadsız və iysiz kristal maddədir. Suda yaxşı həll olur.
Toksiki xassələri: DLT kiçik dozalarda həzm sisteminə, aerozolları ilə nəfəs aldıqda, dəri və yara vasitəsi ilə qana keçdikdə insan psixikasına təsir göstərir. DLT ilə zəhərlənməni 3 fazaya ayırırlar – başlanğıc, psixoz, sonuncu. Başlanğıc faza hər şeydən əvvəl subyektiv hissiyyatlarla başlayır. İnsan orqanizminə DLT daxil olduqdan 15-20 dəq. sonra yorğunluq, həyəcan, baş gicəllənməsi, baş ağrısı, ürək nahiyəsində xoşagəlməz ağrılar, əllərin soyuması və titrəməsi əlamətləri baş verir.
Eyni vaxtda dərinin qızarması, yaxud solğunlaşması, istilik yaxud soyuqluq hissləri, tərləmə, güclü selik axması və ürəkbulanma əlamətləri müşahidə olunur. Göz bəbəkləri genişlənir, nəbz sürətlənir, tənəffüs isə zəifləyir. Başlanğıc faza dozanın miqdarından və DLT-nin orqanizmə daxil olma yollarından asılı olaraq 40 dəqiqədən 1,5 saata qədər davam edə bilər. Psixoz faza zəhərlənmiş insanın emosional əfvalının dəyişməsinə və özünü aparmasına təsir edir. Bəzi insanlarda əfvalın pis olması, vahimə hissi, iradənin zəifləməsi, depressiya, digərlərində isə yüksək hal-əhval, səbəbsiz gülüş, yersiz danışıqlar və aqressiv hərəkətlər meydana çıxır. Bu hisslər 5-8 saat davam edir. Sonuncu fazada somatik və vegetativ pozğunluqlar yox olur. Bu faza 16-18 saat, hərdən 1,5-2 sutkayadək davam edir. Psixoloji təsir edən minimal doza 0,0005 mq/kq.
İlk yardım: Hazırda psixokimyəvi zəhərləyici maddələrin orqanizmdə əmələ gətirdiyi biokimyəvi dəyişikliklər lazımi qədər öyrənilməmişdir. Əgər psixokimyəvi zəhərləyici maddələr mədəyədüşərsə, onu yaxşı yuduqdan sonra 10-15 qram aktivləşdirilmiş kömür verilir.

Ümumzəhərləyici maddələrə Sianid turşusu və sianxlorid aiddir.


Sinir iflicedici ZM – Zarin və zoman aiddir.
Dəridə yara əmələgətirən ZM – İprit və Lyuizit
Boğucu ZM – Fosgen, Qıcıqlandırıcı ZM – Adamsit aiddir.


Yüklə 81,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin