1. MƏKTƏb fiZİka eksperimentiNİn didaktik funksiyasi



Yüklə 20,73 Kb.
tarix11.01.2023
ölçüsü20,73 Kb.
#78895
Sual 1

1.MƏKTƏB FİZİKA EKSPERİMENTİNİN DİDAKTİK FUNKSİYASI


Fizika tədris fənləri içərisində ən çox əyanilik tələb edən fənlərdəndir.Məhşur pedaqoqlar Komenski,Uşinski,İmanov və s. didaktika məsələsini təhlil edərkən təlimin başlanğıc mərhələsi duyğu və hissiyata əsaslanmalıdır nəticəsinə gəliblər.Ona görə də fizikada əyanilik prinsipi tədrisin “qızıl qaydası” hesab olunur.Akademik R.İ.Kapitsa eksperimenti fiziki nəzəriyyə hesab edirdi.Söz əyaniliyi müşayət edəndə göstərilən nümayiş daha effektli olur.Söz müşahidələri ümumiləşdirir.Fizika elminin əsasları Qədim Misirdə yaradılıb,lakin yunanlar bu elmin nəticələrini praktikada tətbiq ediblər.Uşinski əyaniliyə təlimi asanlaşdıran,biliyi zənginləşdirən ,biliyin yaddaşma möhkəm qalmasını təmin edən vasitə kimi baxırdı.Fizikanın tədrisində canlı müşahidələrin həcmi genişlənməli və dərinləşdirilməlidir.Buna görə məktəb fizila eksperimenti tədris prosesində xüsusi əhəmiyyət kəsb edir.Fiziki hadisələrin süni şəkildə yaradılması fiziki eksperiment adlanır.Eksperiment sözü latınca sınaqdan keçirmək deməkdir.Bu anlayışı Qaliley elmə gətirib.
EKSPERİMENT-müəyyən şəraitdə tədqiq edilən hadisəyə nəzarət edib,onu idarə etmək üçün idrak metodudur.İdrak prosesində 3 əsas şərt var:hadisəni hiss edib qavramaq,onun mahiyyətini anlamaq,hadisənin təsəvvürümüzdə və realda olması arasındakı uyğunluğu müqayisə etmək.
Hər bir hadisənin öyrənilməsi müşahidədən başlayır.Məsələn,Qaliley borusunda ağırlıq qüvvəsi təcili ilə bağlı aparılan təcrübədə şagirdlər ağırlıq qüvvəsi təcilinin bütün cisimlər üçün eyni olması nəticəsinə gəlirlər.
Yüklə 20,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin