1. İnformasiya təhlükəsizliyi anlayışı və əsasları


Səsin xarakteristikasına görə identifikasiya



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə60/63
tarix29.12.2021
ölçüsü0,89 Mb.
#48602
1   ...   55   56   57   58   59   60   61   62   63
muhazire.-informasiya-tehlukesizliyinin-esaslari

Səsin xarakteristikasına görə identifikasiya . Səs – sifət və ya barmaq izləri kimi hər bir 

insanın ayrılmaz əlamətidir. Rabitə vasitələrinin genişyayılması (stasionar və mobil telefon 

şəbəkələri, IP-telefoniya və s.) bu biometrik identifikatorun tətbiqi üçün böyük imkanlar 

açır;  bundan  başqa  səs  üzrə  tanıma  istifadəçilər  üçün  çox  rahatdır  və  onlardan  minimal 

səylər  tələb  edir.  İnsanın  nitqi  ayrıca  «səs  kadrlarına»  bölünür  (şəkil  8),  sonra  onları 

rəqəmsal  modelə  çevirirlər.  Bu  modelləri  «səs  izləri»  (voiceprint)  adlandırırlar  (barmaq 

izləri  ilə  analogiya).  Yaradılan  «səs  izi»  bazada  qeydə  alınır.  Səs  üzrə  identifikasiya 

kodunun  qurulması  üçün  olduqca  çox  sayda  üsul  vardır,  bir  qayda  olaraq  onlar  nitqin 

tezlik  və  statistik  xarakteristikalarının  müxtəlif  cür  əlaqələndirilməsidir.  İdentifikasiya 

zamanı  əvvəl  qeydə  alınmış  və  yeni  yaradılmış  «səs  izləri»  müqayisə  edilir.  Etibarlığı 

artırmaq  və  tanımanı  sürətləndirmək  üçün  çox  vaxt  istifadəçidən  əvvəlcədən 

razılaşdırılmış suallara cavab verməsi və ya parolu tələffüz etməsi xahiş edilir. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin