1. İdarəetməyə kibernetik yanaşma


MRPII-müəssisənin bütün istehsalat resurslarının səmərəli idarə edilməsinə yönəlmiş metodologiyadırının əsas funksionallıqları-4



Yüklə 355,95 Kb.
səhifə15/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   11   12   13   14   15   16   17   18   ...   60
esas

15. MRPII-müəssisənin bütün istehsalat resurslarının səmərəli idarə edilməsinə yönəlmiş metodologiyadırının əsas funksionallıqları-4

İstehsalatın idarə edilməsində kompüterdən ilk vaxtlarda əsasən çox zəhmət tələb edən məsələlərin həllində istifadə edilirdi. Belə məsələlərdən biri mürəkkəb və çoxnomenklaturlu istehsalatla xarakterizə olunan iri müəssisələrdə (korprosiyalarda) istehsalat proqramına uyğun material tələbatının hesablanmasıdır. Bu məsələnin bir mürəkkəbliyi də onun təqvimi xarakter daşımasıdır. Bütün tələbatları sifarişlərin içra vaxtları ilə uyğunlaşdırmaq lazımdır. Bu məsələni həll edən ilk sistemlər MRP (Material Requiriments Planning –Material tələbatlarının planlaşdırılması) adı ilə tanınırlar. Sonra isə, tədricən lokal məsələlərin həllinin avtomatlaşdırılmasından istehsalatın bütün funksiyalarını əhatə edən inteqrallaşdırılmış sistemlərin yaradılmasına keçid başlandı. Bu prosesin nəticəsində MRPII (Manufacturing Resourse Planning-İstehsalat resurslarının planlaşdırılması) adlanan sistemlər yaradıldı.

MRPII-müəssisənin bütün istehsalat resurslarının səmərəli idarə edilməsinə yönəlmiş metodologiyadır. O, müəssisənin fəaliyyətinin planlaşdırılması məsələsinin natural və pul vahidləri ilə həllini, «Əgər…onda nə olacaq» tipli suallara cavab verməklə müəssisənin imkanlarının modelləşdirilməsini təmin edir. Bu metodologiya bir necə qarşılıqlı əlaqəli iri funksionallığa əsaslanır

-Biznes planlaşdırma (Business Planning –BP);

-Müəssisənin ümumi fəaliyyətinin və satışın planlaşdırılması (Sales and Operations Planning-S&OP);

-İstehsalatın planlaşdırılması (Production Planning-PP);

-Məhsul buraxılışının qrafikanın qurulması (Master Production Scheduling-MPS);

-Material tələbatlarının planlaşdırılması (Material Require-ments Planning-MRP);

-İstehsalat güclərinin planlaşdırılması (Capacity Require-ments Planning-CRP);

-İstehsalatın operativ idarə olunması ücün müxtəlif sitstemlər, o cümlədən: sex səviyyəsində iş cədvəllərinin tərtib edilməsi (Shop Floor Control-SFC) və «düz-vaxtında» (Jast-in-Time-JIT) tipli axın istehsalı sistemləri.

MRPII-nin strukturu istehsalatın planlaşdırılmasının əsas funksiyalarının hamısını əhatə edir. Funksional modulların tərkibi və onlar arasındakı qarşılıqlı əlaqələr idarəetmə nəzəriyyəsi baxımından tam əsaslandırılıb. Həmin modullar planlaşdırma funksiyalarının inteqrasiyasını, o cümlədən, onların müxtəlif vaxta və məkana görə uyğunluğunu təmin edirlər. Göstərilən modullar dəsti izafi deyil, odur ki, o, sonrakı nəsil sistemlər ücün də saxlanır. Bundan əlavə, MRPII-nin funksional modullarının əsasını təşkil edən anlayışlar, metodlar və alqoritmlər uzun müddət ərzində dəyişilməz qalır və sonrakı nəsil sistemlərin elementləri kimi istifadə oluna bilər.

MRPII-nin hər bir planlaşdırma səviyyəsi planlaşdırmanın detallaşdırma dərəcəsi, planlaşdırma şəraiti, şərtlərin və məhdudiyyətlərin növü kimi parametrlərlə xarakterizə olunur




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin