1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   18   19   20   21   22   23   24   25   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Təşkil olunmuş nitq.
Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə 
tutulur. Adından məlum olduğu kimi, əvvəlcədən planlaşdırılmış, nəzərdə 
tutulmuş nitqdir. Bu nitq üçün hazırlaşmaq, plan tutmaq, ədəbiyyat oxumaq, 
mövzunun əhatə edilməsi, fikrin ardıcıllığına nail olmaq üçün qeydlər aparmaq, 
ifadə olunacaq məzmunu dərk etmək, onun dinləyiciyə daha yaxşı çata bilməsi 
üçün münasib sözlər seçmək, cümlələr qurmaq, müvafiq söyləmə tərzi – 
intonasiyanı müəyyənləşdirmək və s. lazım gəlir. Məlumatı səthi, lüğət ehtiyatı 
zəif olan adamlar qabaqcadan hazırlaşmadan auditoriya qarşısında çıxış etməkdə, 
danışıq prosesində qurmaq istədikləri cümlələri tamamlamaqda, zəruri sayılan 
sözləri seçməkdə çətinlik çəkirlər. Bu zaman lüzumsuz fasilələrə yol verilir. Belə 
fasilələrdən can qurtarmaq üçün danışan çox zaman mətləbə heç bir dəxli 
olmayan tüfeyli söz və ifadələr (məsələn, demək olar ki, deməli, əsasən, necə 
deyərlər, zaddı, və s.) işlətməyə məcbur olur ki, bu da nitqin qırılmasına, diqqətin 
yayınmasına səbəb olur. Natiq belə bir vəziyyətlə qarşılaşmamaq üçün söyləyəcəyi 
fikri qeydlər şəklində yazıya köçürməli, sonra onu şifahi şəkildə ifadə etməlidir. Bu 
cür təşkil olunmuş nitqdə aşağıdakılar nəzərə alınmalıdır:
a) söhbətə maraqlı, cəlbedici, yığcam giriş verə bilmək; 
b) məzmun ilə bağlı faktlar, misallar, nümunələr toplamaq, onları nitqdə 
məqamına görə işlətmək;
c) nitqin məzmununu yazmaq;
ç) nitqi yaddaşına köçürmək, dəfələrlə məşq edib, söyləmək;
d)mövzunu dinləyicilərin qarşısında şərh etmək.
Natiq öz əməli fəaliyyətində “nəyi demək?”, “harda demək?”, “necə 
demək?” suallarına cavab tapmağa çalışmalıdır. “Nəyi demək?” sualı dinləyici 
üçün maraqlı, aktual olan məsələlərin, problemlərin şərhini, izahını nəzərdə tutur. 
Nitqin ikinci forması 
spontan,
yəni xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst 
söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, yeyin, 
tez, hazır, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Adamlar öz 
gündəlik fəaliyyətində rəy söyləmək, məlumat vermək, münasibət bildirmək, 
müəyyən məsələni izah etmək, aydınlaşdırmaq və s. formalarda danışmağa cəlb 
olunurlar. Belə nitq təşkil olunmuş nitqlə müqayisədə xeyli çətindir. Burada 
danışan ani vaxt ərzində fikirlərini cəmləşdirməli, nədən danışacağını, nələri qeyd 
edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür əsaslandıracağını, həmin 
məzmunu vermək üçün hansı formanı seçəcəyini, yəni nitqinə necə başlayacağını, 


fikrinin daha aydın, daha təsirli olması üçün hansı söz və ifadələri, cümlələri 
işlədəcəyini, nitqin intonasiyasını və s. özü üçün müəyyənləşdirməlidir. Spontan 
nitqdə dil vahidləri, faktlar sərbəst şəkildə, dilin təbii axını nəticəsində yaranır, 
onlardan ən yararlısı, asanı işlənilir. Nitqin bu şəklində məzmun və forma, demək 
olar ki, eyni zamanda, paralel şəkildə yaradılır. Spontan nitqdə danışanın həyat 
təcrübəsi, dünyagörüşü, zəngin müşahidələri, təbiətinin coşqun və rəvanlığı, fikri 
istedadı və hazırcavablığı böyük əhəmiyyət kəsb edir. 
Nitq şəraitindən asılı olaraq spontan danışıq eyni adam üçün həm asan, həm 
də çətin ola bilər. Küçədə, işdə, evdə və s. yerlərdə suallara cavab verməkdə, 
söhbətlərdə iştirak etməkdə elə bir çətinlik özünü göstərmir. Lakin başqa şəraitdə, 
məsələn, qəflətən radio və ya televiziya verilişləri üçün müsahibəyə cəlb 
olunduqda, ictimai yerlərdə çıxışa, söz deməyə dəvət edildikdə danışan adamın 
gərginliyi istər-istəməz bir qədər artır, fikri fəallığı intensiv şəkil alır. O, həm fikrini 
cəmləşdirməli, deyəcəklərini rabitələndirməli, müsahibinə (və ya müsahiblərinə) 
çatdıracağı əsas fikri müəyyənləşdirməli, həm də onu daha münasib, daha təsirli 
dil vahidləri ilə ifadə etməli olur. Spontan nitq dilin təbii və canlı danışıq 
formasıdır. 
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra 
növləri vardır: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin