7. Travmatik üzülmə travmadan sonrakı (posttravmatik) visseral patologiyaların aşağıdakı təsnifat vahidlərindən hansına aid edilir? A) travma ilə patogenetik əlaqəli ikincili orqan patoloji dəyişikliklərə
B) travmadan öncə əmələ gəlmiş xəstəliklərə
C) travma ilə patogenetik əlaqəli birincili orqan patoloji dəyişikliklərə
D) travma ilə yanaşı gedən patologiyalara
E) travma ilə patogenetik əlaqəli ümumi sindromlara
8. Variantlarda göstərilənlərdən hansı ikincili pnevmoniyalara aid edilmir? A) hipostatik pnevmoniyalar
B) atelektatik pnevmoniyalar
C) toksiko-septik pnevmoniyalar
D) interkurrent pnevmoniyalar
E) aspirasion pnevmoniyalar