1. Fəlsəfənin predmeti və funksiyaları


 İdrakın forma və metodları



Yüklə 444,16 Kb.
Pdf görüntüsü
səhifə21/27
tarix12.03.2022
ölçüsü444,16 Kb.
#53649
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
null (1)

16. İdrakın forma və metodları 

a)Hissi idrak v

ə onun formaları 

İdrak  prosesinin  ilkin,birinci  pilləsi  hissi  idrakdır.  Hissi  idrak  xarici  aləmin  cisim  və  hadisələrinin  insan  beynində  bilavasitə,  konkret  ifadəsindən  ibarət  psixi 

prosesdir.Hissiidrakın iki başlıca əlaməti vardır.  

Əvvəla, hissi idrak gerçəkliyin bilavasitə ifadəsidir. O, hiss üzvləri vasitəsilə xarici aləmdəki predmetlərlə tanışlıqdan başlanır. İnsan bələd olmadığı bir şeyi 

öyr

ənmək qərarına gəldikdə, hər şeydən əvvəl ona diqqətlə baxır, lazım gələrsə əli ilə ona toxunur, dadına, rənginə baxır və s.  



İkincisi, hissi idrak gerçəkliyin konkret ifadəsidir. Bu o deməkdirki,duyğu və qavrayış konkret insana məxsusdur. 

Hissi idrakın formaları duyğu, qavrayış və təsəvvürdür. 

D

uyğu  insan  idrakının,insan  şüurunun  ən  sadə  elementidir.  Duyğu  biliklərimizin  yeganə mənbəyidir,  duyğuların mənbəyi isə  obyektiv  reallıqdır.  Duyğu  predmetin 



ayrı-ayr, xüsusiyyətlərinin, tərəflərinin insan şüurunda ifadəsidir. 

Qavrayışpredmetin bütöv obrazıdır. Həm duyğu, həm də qavrayış ancaq predmetlə bilavasitə təmasda yaranır. 

T

əsəvvür  qavrayışa  nisbətən  daha  ümumidir.Təsəvvür  həmişə  yaradıcı  xarakter  daşıyır.Təsəvvür  əvvəllər  bizim  hiss  üzvlərimizə  təsir 



göst

ərmiş,qavranılmış,sonradan isə yaddaşımızda  saxlanılmış əşya və hadisələrin lazım olan vaxt şüurumuzda yenidən canlanmasıdır. 

 


Yüklə 444,16 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin