1 ƏLİ HƏSƏnov azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri



Yüklə 11.72 Mb.
Pdf просмотр
səhifə1/17
tarix10.07.2017
ölçüsü11.72 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ  
VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ 
 
1
ƏLİ HƏSƏNOV 
Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı  
siyasətinin mərhələləri 
 
ALİ HASANOV  
Azerbaycanlılara karşı etnik arındırma ve soykırımı  
politikasının aşamaları  
 
АЛИ ГАСАНОВ 
Этапы политики этнической чистки и геноцида 
против Азербайджанцев 
 
ALI HASANOV 
Stages of ethnic cleansing and genocide 
against the Azerbaijanis 
 
ALI HASSANOV 
Les étapes de la politique d’épuration ethnique et  
génocidaire contre les Azerbaïdjanais 
 
ALI HASANOV 
Etappen der ethnischen säuberungs-und genozid-politik 
gegen Aserbaidschaner 
 
فونسح يلع
  
نييناجيبرذلاا دض ةيعامجلا ةدابلااو يقرعلا ريھطتلا ةسايس لحارم
 
 
阿里·哈桑诺夫 
亚美尼亚对阿塞拜疆实施的种族清洗和大屠杀政策的各个阶段 
 
 
 
Bakı - 2017 

 
ƏLİ HƏSƏNOV 
 

Buraxılışa məsul:      Aslan Aslanov
  
Azərbaycan Dövlət İnformasiya                              
Agentliyinin (AZƏRTAC)  
                                            baş direktoru  
 
Elmi redaktor:          Elçin Əhmədov 
                               siyasi elmlər doktoru 
 
Ə.M.HƏSƏNOV. Azərbaycanlılara qarşı etnik təmizləmə və soy-
qırımı siyasətinin mərhələləri. (Azərbaycan, türk, rus, ingilis, fransız, 
alman, ərəb və Çin dillərində). Bakı, “Zərdabi LTD”, 2017, 400 s. 
 
Kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən 
məqsədyönlü  şəkildə  həyata keçirilən etnik təmizləmə, soyqırımı  və  təcavüz-
karlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılır. Erməni millətçilərinin təca-
vüzkar siyasəti nəticəsində  XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 
1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı  və etnik tə-
mizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir.
 
Kitabda 1918-1920-
ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımların Bakı, Quba, Şamaxı ilə 
yanaşı,  Şuşada,  İrəvan quberniyası  ərazisində, Zəngəzurda, Naxçıvanda, 
Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində 
on minlərlə azərbaycanlının qətlə yetirilməsı faktlara əsasən tədqiq edilir. 
Bununla yanaşı, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı  hərbi 
təcavüzü və işğalçılıq siyasətinin ağır  nəticələri araşdırılır, xüsusilə, XX əsrin 
sonunda ermənilərin  Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşə-
riyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. 
Kitabda Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və 
xəritələr, münaqişənin nizama salınmasına dair BMT Təhlükəsizlik Şurasının 
qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 
işğal olunmuş  əraziləri haqqında məlumatlar və fotolar da verilmişdir. Kitab 
xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu 
auditoriyası üçün nəzərdə tutulmuşdur. 
 
 
ISBN 978 9952 504 32 3 
© Həsənov Ə.M., 2017 
© “Zərdabi LTD” MMC, 2017 

AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ  
VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ 
 
3
 
 
 
MÜƏLLİFDƏN 
 
Azərbaycan xalqı son 200 il ərzində erməni millətçiləri-
nin davamlı olaraq etnik təmizləmə, soyqırımı  və  təcavüz-
karlıq siyasətinə  məruz qalaraq, öz tarixi torpaqlarından 
didərgin salınmış, qaçqın və  məcburi köçkünə çevrilmişlər. 
“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz 
məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə 
müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı 
həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. 
Təkcə XX əsrdə azərbaycanlılar  4 dəfə – 1905-1906-cı, 
1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqı-
rımı və etnik təmizləmələrə məruz qalmışdır. 
Son illərdə Ermənistanın  Azərbaycana qarşı  təcavüzü-
nün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan 
dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümu-
nələrinin, toponimlərinin ermənilər tərəfindən özününküləş-
dirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli  əsərlərin 
yazılaraq çap olunması çox əhəmiyyətlidir. Bu baxımdan bir 
sıra dəyərli  əsərlər yazılmışdır ki, bunun nəticəsində XIX 
əsrin sonu-XX əsrin  əvvəllərinə  qədər ermənilərin nəinki 
Qarabağ və  Zəngəzurda, hətta  İrəvanın özündə  də heç vaxt 
etnik çoxluq təşkil etmədikləri faktlarla sübuta yetirilmişdir. 
Səkkiz dildə oxuculara təqdim edilən “Azərbaycanlılara 
qarşı etnik təmizləmə  və soyqırımı siyasətinin mərhələləri” 

 
ƏLİ HƏSƏNOV 
 

adlı kitabın əsas məqsədi son iki əsrdə azərbaycanlılara qarşı 
erməni millətçiləri tərəfindən məqsədyönlü  şəkildə  həyata 
keçirilən etnik təmizləmə, soyqırımı  və  təcavüzkarlıq siya-
səti, eləcə də bu millətçi-şovinist siyasətin əsas mahiyyətinin  
öyrənilməsidir. Həmçinin XX əsrin 80-ci illərinin ikinci 
yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi 
iddiaları və işğalçılıq siyasəti, o cümlədən  1988-1993-cü il-
lərdə azərbaycanlılara qarşı etnik təmizləmə, dövlət terroriz-
mi  və soyqırımı siyasətinin sistemli şəkildə tədqiq edilərək 
ictimaiyyətə çatdırılmasıdır. 
Bununla yanaşı, Azərbaycan, türk, rus, ingilis, fransız, 
alman,  ərəb və Çin dillərində  nəşr edilmiş kitabın sonunda 
xarici dillərdə Azərbaycanın tarixinə dair sənədlər və xəritə-
lər, Ermənistanın Azərbaycana qarşı  təcavüzünün nəticələri 
əks olunan  fotolar da verilmişdir ki, bu da xarici siyasət 
problemləri ilə  məşğul olan institutlar və mütəxəssislər, 
həmçinin geniş oxucu auditoriyası üçün faydalı olacaqdır. 
İnanırıq ki, kitab müasir dövrdə Ermənistan-Azərbay-
can, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış 
olmaq istəyən hər bir tədqiqatçıda real təsəvvür yaradacaq. 
Xüsusilə, 25 illik müstəqillik tariximizdə Ermənistanın 
Azərbaycana təcavüzü ilə bağlı aparılan tədqiqatların kom-
pleks  şəkildə öyrənilməsi üçun mühüm mənbə rolunu 
oynayacaq.  
 

AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ  
VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ 
 
5
 
Azərbaycanlılara qarşı etnik təmizləmə  
və soyqırımı siyasətinin mərhələləri 
 
 
 
 
 
 
 
 
 
 
 

 
ƏLİ HƏSƏNOV 
 

 
Ermənilərin Azərbaycan torpaqlarına  
köçürülməsi 
 
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfin-
dən məqsədyönlü  şəkildə  həyata keçirilən etnik təmizləmə, 
soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin fa-
ciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhə-
lələrini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsə-
di azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli 
Azərbaycan  ərazilərində ermənilərin uydurduqları “Böyük 
Ermənistan” dövləti yaratmaq olmuşdur. Tarixi faktlar gös-
tərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan 
Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə  İrandan 
və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə 
XIX  əsrin  əvvəllərində başlanmışdır. Bu dövrdə regionun 
zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən 
çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türki-
yə  və  İrana qarşı müharibə apararkən “erməni amili”ndən 
siyasi alət kimi istifadə etmişdir. 
XIX  əsrin  əvvəllərində Qafqazdakı rus qoşunlarının baş 
komandanı P.D.Sisianov Gəncəni tutduqdan sonra 1805-ci il 
22 may tarixli, 19 nömrəli raportunda yazırdı ki, Qarabağ 
özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə  də  İra-
nın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və 
burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstər-
məliyik (11, s.16). Belə bir məqsəd tezliklə həyata keçirildi. 
1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general 
Sisianov arasında müqavilə imzalandı. Qarabağ xanlığı Ru-

AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ  
VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ 
 
7
siyanın tərkibinə daxil olan kimi P.D.Sisianov dərhal Qara-
bağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi 
Qafqazın digər  əyalətlərindən erməniləri bura köçürməyə 
başladı (2, s.271-272). 
Qarabağ  əhalisinin sayı  və etnik tərkibi haqqında  ətraflı 
məlumat verən mühüm sənəd olan və çar məmurları Yermolov 
və Mogilyovski tərəfindən tərtib edilən “Qarabağ  əyalətinin 
təsviri”nə görə, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, 
o cümlədən 15 min 729 azərbaycanlı  və 4 min 366 erməni 
ailəsi olmuşdur. Yəni, hələ 1823-cü ilə qədər Qarabağa köçü-
rülən ermənilərin hesabına  əyalətdə erməni ailələrinin sayı 
artıb 4 min 366-ya çatmışdır (11, s.17). Qarabağın dağlıq his-
səsində erməni  əhalisinin xeyli dərəcədə çoxaldılması XIX 
əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfin-
dən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 
1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-
Türkiyə müharibələrinin gedişində, həm də sonralar erməni-
lərin  İran, Türkiyə  və  Cənubi Azərbaycandan kütləvi surətdə 
Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsin-
də burada onların sayı ilbəil artmağa başladı. 
Çar Rusiyasının Qafqazı işğal etməsini N.N.Şavrov açıq 
söyləyir və bu məqsədlə həmin əraziyə ilk dəfə başqa millət-
lərin köçürülməsini yazırdı: “Biz müstəmləkəçilik fəaliyyəti-
mizə Qafqaza rus əhalisinin deyil, xaricilərin köçürülməsin-
dən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolo-
nistlərdən Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarında 
koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı  və 
müxtəlif imtiyazlar verildi” (27, s.63). 
Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha 

 
ƏLİ HƏSƏNOV 
 

sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. 
Ümumiyyətlə, 1828-1830-cu illər  ərzində Qarabağın dağlıq 
hissəsinə 200 mindən çox erməni köçürülmüşdür. Bu faktları 
N.N.Şavrov belə  təsvir edir: “1828-1830-cu illər müharibəsi 
qurtardıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə 
ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan 
Yelizavetpol və  İrəvan quberniyalarında, Tiflis, Borçalı, 
Axalsix, Axalkələk qəzalarının  ən yaxşı dövlət torpaqlarında 
yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatin-
dən çox xəzinə torpağı ayrılmış və habelə bu məqsədlə müsəl-
manlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı 
satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının 
dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və 
Göyçə gölünün sahillərində məskunlaşdırıldılar. Bunu da nəzə-
rə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min er-
mənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların 
sayı 200 min nəfərdən çoxdur” (27, s.63). 
Bu fakt onu göstərir ki, köçürülən ermənilər, əsasən ermə-
nilər yaşamayan və ya az erməni yaşayan  ərazilərdə yerləş-
dirildilər. Buradan belə məlum olur ki, XIX əsrin əvvəllərinə, 
xüsusilə Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Gəncə 
və İrəvan quberniyalarında ermənilərin sayı çox az olmuşdur. 
Beləliklə, Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar 
Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın 
müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində 
məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə olan bu 
himayədarlığı sonrakı illərdə də özünü göstərirdi. 
XIX  əsrin sonu-XX əsrin  əvvəllərində  Cənubi Qafqaza 

AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ  
VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ 
 
9
ermənilərin köçürülməsi davam etdirildi. Təkcə 1896-cı il-
dən 1908-ci ilədək - 13 ildə Zaqafqaziyaya 400 min erməni 
köçürülmüşdü. Bu barədə N.N.Şavrov yazır: “1896-cı ildə 
general-adyutant  Şeremetyev Zaqafqaziyada yaşayan ermə-
nilər haqqında məlumatında onların sayının 900 min nəfər 
olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 mil-
yon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermə-
nilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda Zaqaf-
qaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nə-
fəri diyarın köklü sakinləri deyil. Onları buraya biz köçür-
müşük” (27, s.63). 
Ümumiyyətlə, Qarabağın dağlıq hissəsinə ermənilərin 
köçürülməsi bölgədə demoqrafik vəziyyətə ciddi təsir gös-
tərdi. 1897-ci ildə  əhalinin siyahıyaalınması zamanı Qara-
bağda yaşayan 54 min 841 ailədən 29 min 350-nin azər-
baycanlı, 18 min 616-nın isə erməni ailəsi olduğu bildirilir. 
1917-ci ildə isə Qarabağda ermənilərin sayı  gəlmələrin he-
sabına artaraq ümumi əhalinin 46 faizini, azərbaycanlılar isə 
51 faizini təşkil etmişdir (11, s.19). 
1917-ci ilin “Kavkazski kalendar” məcmuəsinin yazdı-
ğına görə, Qarabağda 199 min azərbaycanlı (58,3 faiz) və 
142 min erməni (41,7 faiz) yaşayırdı. Göründüyü kimi, çar 
Rusiyasının himayəsi sayəsində süni surətdə ermənilərin 
mərhələ-mərhələ köçürülüb Qarabağda yerləşdirilməsinə 
baxmayaraq, azərbaycanlılar həmin torpaqların  əzəli sakin-
ləri olmaqla yanaşı, bütün dövrlərdə çoxluq təşkil etmişlər. 
“Kavkazski kalendar”ın salnamələrində verilən statistik 
məlumatlar sübut edir ki, Ermənistanın indiki ərazisində də 

 
ƏLİ HƏSƏNOV 
 
10 
əvvəllər azərbaycanlılar ermənilərdən xeyli çox olmuşdur. 
Məsələn, 1886-cı ildə  Gəncə (Yelizavetpol) quberniyasının 
Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kən-
di (45,7 faiz), 91-i kürd kəndi (27,8 faiz) və yalnız 81-i 
erməni kəndi (24,8 faiz) olmuşdur. 
1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi er-
mənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci ildə isə  Zən-
gəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mi-
ni (50,1 faiz) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8 faiz) 
erməni olmuşdur (15, s.23). Ermənistan Mərkəzi Statistika 
İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində 
göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər 
əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nə-
fərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əha-
linin 85,2 faizi) (14, s.25). 
Z.Korkodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuş “Sovet 
Ermənistanının əhalisi 1831-1931” kitabında da qeyd edilir ki, 
İrəvan quberniyasının  İrəvan, Eçmiədzin, Yeni Bəyazid, 
Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyası-
nın Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniya-
sının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış 
məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur. 
İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbay-
canlı olmaqla yanaşı, eləcə  də xanlığı idarə edən 40 nəfərin 
hamısı azərbaycanlılar olmuşdur (15, s.22). 
İrəvan quberniyasının 1920-ci ilədək Azərbaycanın tər-
kibində olan qəzalarında, xüsusilə İrəvan qəzasında azərbay-
canlı əhalinin sayı xeyli çox olmuşdur. Məsələn, qəzada olan 

AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ  
VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ 
 
11
99 min nəfərdən 62,6 mini azərbaycanlı (66 faiz), 36,4 min 
nəfəri erməni (34 faiz) olmuşdur (15, s.22). 
İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sür-
məli qəzalarında isə azərbaycanlılar əhalinin üçdəbirini təş-
kil etmişdir. 1916-cı il yanvarın 1-nə olan məlumata görə, bu 
ölkələrdə əhalinin etnik tərkibi yenə azərbaycanlıların xeyri-
nə çoxluq təşkil edirdi. İrəvan qəzasında 74,2 min nəfər və 
ya 48 faiz, Zəngəzur qəzasında 119,5 min və ya 53,3 faiz, 
Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 
45 min nəfər azərbaycanlı olmuşdur. Bu rəqəmlər əyani su-
rətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki 
Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar ək-
səriyyət təşkil etmişlər (15, s.23). 
Erməni millətçiləri XIX əsrin sonlarında - 1885-ci ildə 
Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 
1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yarat-
dılar. Bundan sonra ermənilərin “Böyük Ermənistan” yarat-
maq iddiaları yeni mərhələyə qədəm qoydu. 
 
XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara  
qarşı etnik təmizləmə və soyqırımı siyasəti 
 
Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib his-
səsi olan köçürülmə prosesi bütün XIX əsr boyunca davam 
etdirilmiş  və  nəticədə regionda demoqrafik vəziyyətə  təsir 
göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldıl-
ması onların XX əsrin  əvvəllərindən başlayaraq Azərbay-
cana qarşı  ərazi iddiaları  və  təcavüzkarlıq siyasətinin baş 
qaldırmasına səbəb olmuşdur. 

 
ƏLİ HƏSƏNOV 
 
12 
XX  əsrin  əvvəllərində erməni millətçiləri “Daşnaksüt-
yun” partiyasının proqramında irəli sürülən “Böyük Ermə-
nistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini ge-
nişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlı-
ları planlı surətdə doğma yurdlarından qovmaqla etnik tə-
mizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. 
Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, 
Qarabağda,  İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərə-
ləyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə 
dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansız-
lıqla qətlə yetirilmiş,  şəhər və  kəndlər yandırılmış  və dağı-
dılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbra-
yıl qəzalarında,  İrəvan və  Gəncə quberniyalarında azərbay-
canlılar yaşayan 200-dən artıq yaşayış  məntəqəsini viran 
qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaç-
qın və  məcburi köçkün düşmüşlər (5, s.14). Ermənilər                
200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoy-
madan qətlə yetirməklə  həmin  ərazilərdə çar Rusiyasının 
onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik 
təmizləmə aparmışlar. Belə ki, Birinci Dünya müharibəsi 
illərində də çarizmin himayəsinə sığınan ermənilər azərbay-
canlılara qarşı qırğınları davam etdirməyə başladılar. 
1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadi-
sələrindən sonra “Daşnaksütyun” partiyası  və Erməni Milli 
Konqresi daha geniş  fəaliyyətə başladılar. Eyni zamanda, 
V.Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz işləri 
üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan 
azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı  və  rəhbərinə 

AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ  
VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ 
 
13
çevrildi (3, s.34). Erməni silahlı qüvvələri tərəfindən 1917-ci 
ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə 
İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, 
Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış 
məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur. 
1918-ci ilin əvvəllərində, yəni, mart qırğını  ərəfəsində 
bilavasitə  Şaumyana tabe olan erməni silahlı qüvvələrinin 
sayı 20 minə yaxın idi. Bolşeviklərin, o cümlədən Leninin 
himayəsi altında  Şaumyan Bakı Kommunasının rəhbəri ol-
du. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı 
şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca 
isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək 
amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlə-
rində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbay-
canlı yalnız milli mənsubiyyətinə görə  məhv edildi. Həmin 
günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc 
azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı in-
sanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgən-
cələrlə və amansızlıqla öldürülmüşdür (4, s.176). 
Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk 
beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi 
qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, on-
lardan 35-i hazırda mövcud deyil (14, s.47). Erməni-daşnak 
dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə 
qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir 
daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhə-
rində kütləvi məzarlıqların aşkar edilməsi erməni vanda-
lizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 

 
ƏLİ HƏSƏNOV 
 
14 
1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu 
zamanı insanların hər cür zorakılığa məruz qalaraq qəddar-
lıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi 
şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən 
edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəh-
bərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman 
əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. 
Aparılan tədqiqatlar nəticəsində  məlum olmuşdur  ki,             
1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min 
nəfərə qədər yəhudi qətlə yetirilmişdir (19, s.26). 
Bundan  əlavə, Azərbaycanın yüzlərlə yaşayış  məntə-
qəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılmış və 
yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız 
qırğınlar törədilmişdir. Erməni daşnakları tərəfindən 1918-ci 
ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazi-
lərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetiril-
mişdir. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasın-
da 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər 
azərbaycanlı amansızlıqla öldürülmüşdür (8, s.25). 
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşa-
mış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və 
doğma torpağından didərgin salınmışdır. Bu rəqəmi Z.Kor-
kodyan özünün “Sovet Ermənistanının  əhalisi 1831-1931” 
adlı kitabında təsdiq edərək yazır ki, “1920-ci ildə sovet hö-
kumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq 
türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaç-
qın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 
596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur”    

AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ  
VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ 
 
15
(15, s.33). 1919-cu ilin son iki ayında İrəvan quberniyasının 
Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının 
isə bütün kəndləri məhv edilmiş,  İrəvan quberniyasında           
132 min azərbaycanlı qətlə yetirilmişdir (14, s.35). 
Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən 
törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdə-
mir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisin-
də, Zəngəzurda, Naxçıvanda,  Şərurda, Ordubadda, Qarsda 
və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəti-
cəsində on minlərlə azərbaycanlı  ən qəddar üsullarla qətlə 
yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından 
didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermə-
nilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məs-
cidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv 
edilmişdir. 
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti 
qurulduqdan sonra Fövqəladə  Təhqiqat Komissiyası yaradıl-
mış və ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlan-
mışdır. Hökumətin qərarı ilə hər il (1919-cu və 1920-ci il mar-
tın 31-də Ümummilli Matəm Günü kimi qeyd edilmişdir) mart 
ayının 31-nin Matəm Günü kimi qeyd edilməsi qərara 
alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu 
işi başa çatdırmağa imkan vermədi (5, s.8). Azərbaycan Xalq 
Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi 
vəziyyət 1918-ci il mayın 29-da İrəvan  şəhərinin ermənilərə 
siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci 
ildə Azərbaycan torpaqlarında - keçmiş  İrəvan xanlığının 
ərazisində Ermənistan Respublikası yaradıldı. 

 
ƏLİ HƏSƏNOV 
 
16 
Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib his-
səsi olan və bütün XIX əsr boyunca davam etdirilmiş köçü-
rülmə prosesi nəticəsində ermənilərin Qarabağın dağlıq his-
səsində süni surətdə çoxaldılması onların XX əsrin əvvəllə-
rindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təca-
vüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur. Er-
mənilərin ən böyük iddiası Qarabağı və Zəngəzuru ələ keçir-
mək idi. Ermənistan hökuməti işğal planlarını  həyata ke-
çirmək məqsədilə oraya silahlı qüvvələr göndərdi. Nəticədə, 
Qarabağ torpaqlarını  ələ keçirməyə can atan erməni silahlı 
qüvvələri yüzlərlə yaşayış məntəqəsini dağıtdı, minlərlə dinc 
azərbaycanlı əhalisini qəddarcasına məhv etdi. 
1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti 
Qarabağla  əlaqədar Azərbaycana qarşı  ərazi iddiası irəli 
sürdü. Bununla da, Qarabağın dağlıq hissəsinin Ermənistana 
birləşdirilməsi üçün ilk rəsmi cəhd edildi. Problemi dinc 
vasitələrlə  həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə 
təkliflərlə  çıxış etsə  də, daşnakların tutduğu mövqe bu 
təkliflərin həyata keçməsinə mane oldu. 
Ərazi bütövlüyünü qoruyub saxlamağı  və öz vətəndaş-
larının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi 
hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Res-
publikasının ərazi iddialarını qəti şəkildə rədd etdi. Azərbaycan 
parlamenti “Qarabağ” məsələsini müzakirə edərək separatçılıq 
hərəkatının qarşısını almaq üçün əməli tədbirlər həyata keçir-
məyə başladı. Bu məqsədlə Azərbaycan hökuməti 1919-cu il 
yanvarın 15-də Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzur qəzala-
rını Gəncə quberniyasından ayırıb, mərkəzi Şuşa şəhəri olmaq-
la həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğunu 

AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ  
VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ 
 
17
yaratdı və Xosrov bəy Sultanov general-qubernator təyin edil-
di. Azərbaycan hökuməti ona tapşırdı ki, orada qayda-qanun 
yaratsın və yerli hakimiyyəti təşkil etsin (8, s.27). 
Azərbaycan hökumətinin gərgin səyi nəticəsində            
1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin 
vasitəçiliyi ilə Azərbaycan və Ermənistan respublikaları ara-
sında müqavilə imzalandı (16, s.46). İmzalanan müqaviləyə 
görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o 
cümlədən də  sərhəd məsələləri danışıqlar yolu ilə  həll 
edilməli idi. Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə 
pozmuş  və Azərbaycan  ərazilərinə öz qoşunlarını göndərə-
rək azərbaycanlılara qarşı  dəhşətli qırğınlar törətmişdir. 
Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyə-
tinin mövcud olduğu dövrdə Ermənistanın Qarabağı diplo-
matik və  hərbi vasitələrlə  ələ keçirmək cəhdlərinin qarşısı 
qətiyyətlə alındı. Lakin Xalq Cümhuriyyətinin süqutunda da 
az rol oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan 
sovetləşəndən sonra yenidən ortaya atıldı. 
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün 
istifadə edən ermənilər 1920-ci ildə  Zəngəzuru və Azər-
baycanın bir sıra torpaqlarını Ermənistan SSR-yə daxil etməyə 
nail oldular. Bununla da, Naxçıvanın Azərbaycandan ayrı 
salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı 
dövrlərdə isə ermənilər Ermənistana verilmiş  Zəngəzurda və 
digər  ərazilərdə də  tarixən yaşamış azərbaycanlıların deporta-
siya edilməsi siyasətini daha da genişləndirdilər.  
Bu siyasətin davamı olaraq Azərbaycanın Qarabağ 
bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 
1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi  (18, 

 
ƏLİ HƏSƏNOV 
 
18 
s.152-153). Bu qərar sovet Rusiyasının himayəsi və iştirakı 
ilə  həyata keçirildi. Halbuki, keçmiş SSRİ  məkanındakı 
digər respublikalarda Qarabağda yaşayan ermənilərdən daha 
çox erməni yaşayırdı. Bundan başqa, Ermənistanda tarixən 
yaşayan azərbaycanlıların sayının Qarabağ ermənilərindən 
dəfələrlə çox olmasına baxmayaraq, Azərbaycan onlar üçün 
Ermənistandan milli-dövlət qurumu yaradılmasını heç vaxt 
tələb etməmişdi. 
Bununla yanaşı, DQMV yaradılan zaman Azərbaycanın 
1923-cü ilə  qədərki inzibati-ərazi bölgüsü kobudcasına 
pozulmuş  və  qəbul edilən qərara görə, Cavanşir, Qubadlı, 
Şuşa qəzalarının  əraziləri bölünüb DQMV yaradılmışdır. 
“Əsasnamə”yə görə,  Şuşa qəzasından  Şuşa, Xankəndi və 
115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəza-
sından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi DQMV-
yə verilmişdir (18, s.268-269).   
Nəticədə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan 
Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə bölünmüş və 
Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan 
məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məc-
bur edilmişdi. Eyni zamanda, bu muxtariyyət statusu Dağlıq 
Qarabağda tarixən  yaşayan azərbaycanlıların rəyi nəzərə 
alınmadan və onların hüquqları kobudcasına pozularaq 
həyata keçirilmişdi. 
Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün 
pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək 
ərazi iddiaları üçün bir vasitə olmuş  və elə o vaxtdan da 
Dağlıq Qarabağ termini meydana çıxmışdır. Muxtariyyətin 
yaradılması haqqında qəbul edilən dekretdə vilayət mər-

AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ  
VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ 
 
19
kəzinin Xankəndi olması göstərilsə  də, az sonra 1923-cü il 
sentyabrın 18-də Dağlıq Qarabağ vilayət partiya komitəsinin 
qərarı ilə Xankəndinin adı dəyişdirilib S.Şaumyanın şərəfinə 
Stepanakert adlandırıldı (18, s.187-188). Bununla da, Qara-
bağda Azərbaycanın tarixi yerlərinin, mahal, rayon və kənd 
adlarının dəyişdirilməsinin təməli qoyuldu. 
Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağ-
lıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, 
sosial və  mədəni məsələləri  əhatə edən muxtariyyətə malik 
olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya 
atmış, ancaq istəyinə nail ola bilməmişdir. Lakin bunun əvə-
zində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin 
“Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhali-
nin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi 
haqqında” qərarına  əsasən 1948-53-cü illərdə azərbaycanlı-
ların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf 
rayonlarından kütləvi  şəkildə deportasiya olunması  nəticə-
sində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın 
aran rayonlarına köçürülmüşdür (21, 22). 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə