20-ci sual. Tarixi tədqiqatda analiz
Tarixi tədqiqatın əsas metodlarını ilk növbədə tarixin idrakında abstraksiya, müqayisəli-tarixi metod, tarixi hadisələr arasında səbəb-nəticə əlaqələri arasında analiz və sintezin aparılması, tarixi hadisələrin tiploji təsnifatının aparılması tarixi-sistemli analiz, struktur-diaxron analiz və s. bu kimi metodlar təşkil edir. Hər bir əsas tarixi tədqiqat metodu özündə ümumelmi metodların bir sıra kompleks xüsusiyyətlərini, o cümlədən məntiqi prosedurları, məsələn məntiqi prosedura olan bu analogiya bir çox ümumelmi müqayisə metodlarının əsasını təşkil edir, yaxud ümumelmi müqayisə metodunun prinsipləri, əsasları üzərində tarixi tipologiyalaşdırma metodu işlənib hazırlanmışdır.)
Elmi-tarixi nəzəriyyə və konsepsiyalar yeni xüsusi tarixi metodların işlənib hazırlanması və artıq istifadə edilən metodların korrektliyini təyin etmək, o cümlədən adı çəkilən metodların köməyi ilə əldə edilən nəticələrin adekvatlığını qiymətləndirmək üçün əsas rol oynayır.
Tarixi tədqiqat prosesində əldə olunan kəmiyyət göstəricilərinin təhlil və analizini aparmaq üçün ölçü şkalaları tərtib olunur. Müxtəlif ölçü şkalaları çox vaxt tədqiq olunan obyekt haqqında dəqiqlik və məzmun baxımından eyni məlumatı vermirlər. Ona görədə məzmun və təyinatı baxımından fərqlənən belə şkaladakı kəmiyyət göstəriciləri üçün münasib riyazi işləmə, təhlil metodları tətbiq edilir.
Hər hansı bir əlamətə görə fərqlənən ölçü şkalalarının əsasən iki növü mövcuddur.
Ölçüsüz şkala. Mütləq şkalaların rəqəmləri qismində saysız ədədlər ola bilər. yəni şkalanın tədqiq edilən obyektin bu və ya digər yaxud hər hansı bir əlamətini əks etdirən ölçü kəmiyyəti onluq, yaxud ən kiçik ədədlər, (məsələn,- 0,0001) ola bilər. Belə şkala ilə istənilən riyazi əməliyyatın icrası mümkündür. Belə mütləq şkalalarla tarixçi yaxın-uzaq keçmişdə mövcud olmuş obyektlərin fiziki xüsusiyyətlərini araşdırarkən, məsələn çopper,çoppinq alətlərin ölçülkərini, mezolit dövrünə dair mikrolitik daş alətlərin xassələrini özündə əks etdirən kəmiyyət göstəricilərini araşdırarkən istifadə edəbilər. Belə bir şkaladan tarixçi köhnə ölçü çəki və uzunluq vahidlərinin müasir analoji ölçü vahidləri ilə nisbətini müəyyənləşdirərkən də, istifadə edə bilər. Tarixi tədquqatlar zamanı tez-tez tədqiqatçılar maliyyə göstəriciləri ilə də işləməli olurlar. Belə bir halla istər yeni və çağdaş dövr vətən, istərsə də Amerikan və Avropa ölkələriin tarixinin tədqiqi zamanı daha çox rastlaşmaq olur. Bu zaman özləşməli olduğumuz bütün maliyyə göstəriciləri ölçüsüz şkalalara aiddir.
İntervallı şkala. İnterval ölçü şkalasının kəmiyyət vahidləri. Ixtiyari şkalda eyni uzunluqdakı kəsiklər ola bilər. intervallı şkalada da mütləq şkalalarda aparıılması mümkün olan bütün əməliyatları icra etmək olar. Lakin bu zaman unutmaq olmaz ki, burada əsas mahiyyəti rəqəmlərn özündən daha çox elə şkalanın özü daşıyır, yaxud kəsb edir.
Dostları ilə paylaş: |