1. Bədbəxt hadisə nə deməkdir? Cavab



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix09.02.2017
ölçüsü0,49 Mb.
#7869
1   2   3   4   5   6

382.  Tam  yığılmış  perforatorun  elelktrik  detonatorunu  geofiziki  kabelin  mərkəzi  damarına  bağlayan 

zaman hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir? 



Cavab:  Detonatoru  bağlayan,  kabel  başlığı  tərəfdə  dayanmalıdır.  Perforatorun  lüləsi  qarşısında 

dayanmaq qadağandır. Perforatorun elektrik xəttinin, kabel başlığının elektrik xəttinə birləşdirən şəxsdən 

başqa quyu ağzında heç kim olmamalıdır.  

383.  Partlayış  işləri  zamanı  təhlükəli  zonanın  radiusunu  kimin  göstərişi  ilə  nə  vaxt  və  nə  neçə  metr 

azaltmaq olar? 



Cavab:  Perforatoru  quyuya  50  metr  buraxdıqdan  sonra  təhlükəli  zonanın  radiusunu  partlayış  işləri 

rəhbərinin göstərişi ilə 20 metrə qədər azaltmaq olar. 

384. Partlayış-atma işlərində partladıcı maşının düyməsini kim basmalıdır?  

Cavab: Karotajçı (partladıcının vahid kitabçası olan).                

385. Partladıcı maşının düyməsini basmazdan əvvəl hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir?   

Cavab:  Partlayış  edən  quyu  ağzında,  geofiziki  kabelin  hərəkət  zonasında  heç  kimin  olmadığına  əmin 

olmalı, partlayış etmə yerindən həmin sahələr aydın görünməlidir. 

386. Nasos-kompressor borularından (NKB) keçməklə partlayış-atma işləri apardıqda NKB-nın başmağı 

atılacaq perforasiya intervalından ən azı neçə metr yuxarıda olmalı, və nə ilə təchiz edilməlidir? 



24 

 

Cavab: NKB-nin başmağı qıfla təchiz edilməli, və başmaq atılacaq intervalın yuxarı hissəsindən ən azı 



10 metr yuxarı olmalıdır. 

387.  Uzunluğu  5  metr  olan  lübrikatorun  içərisinə  maksimum  neçə  metr  uzunluqda  perforator 

yerləşdirilməsinə icazə verilir? 



Cavab:  4,5 metr. 

388.  Lübrikator  ilə  işləyən  zaman  quyu  ağzına  neçə  metr  qalmış  maşınçı  qaldırma  əməliyyatını 

dayandırmalı və hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir?  



Cavab:  Quyu  ağzına  50  metr  qalmış  karotajçı  cihazı  saxlamalıdır.  Bu  zaman  karotajçı  quyuağzı 

meydançada  xəbərdaredici  qurğunu  (tələni)  nəzarətdə  saxlamalıdır.  Bundan  sonra  maşınçı  250 

metr/saatdan  az  olan  sürətlə  cihazı  qaldırır.  Cihaz  lübrikatora  daxil  olduqdan  sonra  karotajçının 

göstərişi  ilə  maşınçı  qaldırma  əməliyyatını  saxlayır.  Fontan  armaturasının  siyirtməsi  bağlanılır, 

lübrikator təzyiqdən azad edilir.  

389.  Lübrikatorla  işləyən  zaman  quyuya  buraxılacaq  perforatorun  (kabel  başlığı  və  yüklə  birlikdə) 

uzunluğu lübrikatorun uzunluğundan ən azı nə qədər qısa olmalıdır?               



Cavab:  0,5 metr.         

390.  Partlayış-atma  işlərində  üç  damarlı  geofiziki  kabeldən  istifadə  edilərsə,  kabelin    mərkəzi 

damarlarından  həm  cərəyan  ötürücü  həm  sıfır  xətti  kimi  istifadə    edərkən  mərkəzi  damarlar  hansı 

vəziyyətdə olmalıdır?  

Cavab:  İstifadə edilən damarlar kabelin gövdəsindən izolyasiya edilməlidir.  

391.  Gövdəli  perforatorlara  partladıcı  patronu  bağlayan  zaman  hansı  təhlükəsizlik  tələbinə  əməl  etmək 

lazımdır? 



Cavab:  Perforatorun gövdəsi qarşısında dayanmaq qadağandır. Perforatorun başlığı tərəfdə dayanmaq 

lazımdır. 

392. Yığılmış perforatoru quyu ağzına kimlər aparmalıdır? 

Cavab:  Dəstənin təlimatlandırılmış üzvüləri.                  

393. Tam doldurulmuş partlayış pakeri necə saxlanılmalıdır? 

Cavab:  Vertikal vəziyyətdə.          

394. Yol nəqliyyat hadisəsi zamanı PM daşıyan sürücü avtomobildən irəlidə və arxada “Giriş qadağandır”  

xəbərdaredici nişanı hansı məsafədə qoyulmalıdır?  



Cavab:  100 metr.          

395. Partlayış-deşmə aparatının tutulması zamanı Partlayış İşləri Rəhbəri nə etməlidir? 

Cavab:    Gəzişmədən  (bas-boş  etməli)  sonra  işi  dayandırmalı  Sifarişçiyə  və  Mədəngeofizika  İdarəsi 

rəhbərliyinə məlumat verməlidir. 

396. Torpedlərin maksimal temperaturda quyuda saxlanılma müddəti neçə saatdan çox olmamalıdır? 

Cavab:  5saatdan. 

397. DŞTV 150/800  detonasiya qaytanını bir-birinə dolamaq olarmı? 

Cavab:  Olmaz.            

398.  Partlayış-atma  işləri  aparmaq  məqsədi  ilə  yaradılmış  təhlükəli  zonada  yanacaq  materialları  və  ya 

işləyən aqreqat ola bilərmi?  



Cavab:  Olmamalıdır  

399.  Qoruyucu  kəmər  buraxılmış  quyuya  buraxılan  torpedin  diametri  kəmərin  diametrindən  ən  azı  nə 

qədər kiçik olmalıdır? 



Cavab:  10mm.             

400. Sərf anbarından partladıcı materialları dəstə üzvülərindən kim almalıdır? 

Cavab:  Partladıcının vahid kitabçasına malik olan karotajçı. 

401. Quyuda istifadə etmək üçün lazım olan PM-lar sərf anbarından hansı sənəd əsasında alınmalıdır?  

Cavab:  Tapşırıq vərəqə əsasında.     

25 

 

402. Bir quyuya neçə ədəd tapşırıq-vərəqə vermək olar? 



Cavab:  1ədəd.             

403. Bir anbardan digər anbara partlayıcı materiallar hansı sənəd əsasında buraxılır? 

Cavab:  Tapşırıq qaimə əsasında.     

404. Partlayıcı materialların anbardan alınması və anbara qaytarılması hansı kitabda qeyd olunur?   

Cavab:  2 nömrəli verilmə və qaytarılma kitabında.            

405.  Partlayış-deşmə  aparatının  quyuda  atıb-atmaması  məlum  deyilsə  quyuya  birinci  kim 

yaxınlaşmalıdır? 



Cavab:  Partlayış işləri rəhbəri.          

406.  Atılmamış  torpedi  temteraturu  100  dərəcədən  artıq  dərinlikdən  qaldıran  zaman  hansı  təhlükəsizlik 

tələblərinə əməl edilməlidir?  



Cavab:  Quyu ağzına 50 metr qalmış soyumaq üçün 30 dəqiqə saxlamaq lazımdır. 

407. Quyuda atılmamış perforatoru quyu ağzına qaldırdıqdan sonra ilk növbədə nə etmək lazımdır? 

Cavab: Elektrik detonatorunu perforatordan ayırıb, qısa qapanma etmək lazımdır. 

408. Quyuda atəş və ya partlayışdan etdikdən sonra partladıcı nə etməlidir?  

Cavab: Atəş maşını açarla söndürülməli, atəş maşını cərəyan mənbəyindən və kollektordan açılmalı, öz 

qutusuna qoyulmalı, qutunu isə daşınma yeşiyinə qoyub ağzını açarla bağlamaq lazımdır.  

409. Quyuda perfaratoru atmaq mümkün olmadıqda hansı təhlükəsizlik tələblərinə əməl etmək lazımdır? 

Cavab:  Atəş  maşını  açarla  söndürülməli,  atəş  maşını  cərəyan  mənbəyindən  və  kollektordan  açılmalı, 

yeşiyə  qoyulub  ağzı  açarla  bağlanılmalı,  perforator  təhlükəsizlik  təlblərinə  uyğun  sürətlə  quyu  ağzına 

qaldırılmalıdır. 

410. Quyuda partlayışın edilib-edilməməsi necə müəyyənləşdirilir?  

Cavab:  Mayenin  daşması  və  ya  udulması,  geofiziki  kabelin  titrəməsi,  səsin  eşidilməsi,  dövrənin  əlaqə 

sxemini yoxlamaqla. 

411. Partlayışdan sonra quyu ağzına birinci kim yaxınlaşmalıdır və neçə dəqiqədən sonra? 

Cavab:  5 dəqiqədən sonra parlayış işlərinə rəhbərlik edən şəxs.  

412. Quyuda partlayış etmək mümkün olmadıqda quyu ağzına neçə dəqiqədən sonra kim yaxınlaşmalıdır? 

Cavab:  15 dəqiqədən sonra partlayış işləri rəhbəri. 

413. Quyuda atmayan gövdəsiz perfarator quyu ağzına qaldırıldıqdan sonra ilk növbədə hansı əməliyyat 

yerinə yetirilməlidir? 



Cavab:  İlk  növbədə  detonator  perforatordan  ayrılmalı,    çıxarılmış  elektrik  detonatorunun  ucları  qısa 

qapaldılmalı, detonator qabına qoyulmalıdır.  

414.  Mərmili  və  kumulyativ  perforatorları  sinaqdan  çıxarmaq  üçün  istifadə  olunan  bunkerlərin  dərinliyi 

müvafiq olaraq ən azı nə qədər olmalıdır? 



Cavab:  2 və 1 metr.    

415.  Hansı  təzyiq  və  temperaturdan  sonta  quyuya  buraxılacaq  cihaz  və  geofiziki  kabel  mütləq  stentdə 

yoxlanılmalıdır?  



Cavab: Təzyiq 100MPa-dan və temperatur 180

0

 -dən artıq olduqda. 

416. PM-lar hansı üsullarla məhv edilir? 

Cavab:  Partlatma, yandırma, suda batırma, suda həll etmə. 

417. Quyuda istifadəyə yaramayan partlayıcı maddələri quyuda ləğv etmək olarmı? 

Cavab:  Olmaz.                    

418. Elektrodetonatorlar hansı üsulla məhv edilir? 

Cavab:  Partlatma üsulu ilə.         

419. Hansı hallarda detonatorları yandırmaq yolu ilə məhv edilməsinə icazə verilir? 

Cavab:  Heç bir halda detonatoru yandırmaq yolu ilə məhv etmək olmaz.   

420. Mərminin və ya torpedin məhv edildiyi çalaya ən azı neçə dəqiqədən sonra yaxınlaşmaq olar? 

26 

 

Cavab:  15 dəqiqən.    



421. Bir çalada eyni vaxtda neçə torped məhv etmək olar? 

Cavab:  1 ədəd.            

422. Partlayıcı materiallar kimin göstərişi ilə məhv edilməlidir? 

Cavab:  Müəssisə baş mühəndisinin və ya müəssisənin partlayış işləri rəhbərinin yazılı göstərişi ilə. 

423. Partlayıcı materialların məhv edilməsi aktı neçə ekzempilyar tərtib edilir?  

Cavab:   İki.                 

424. Partlayıcı materialların məhv edilməsi aktı harada saxlanılır?  

Cavab:  PM anbarında və  mühasibatlıq şöbəsində.  

425. Yandırma yolu ilə hansı partlayıcı materiallar məhv edilir? 

Cavab:  Partlatma yolu ilə məhv edilməsi mümkün olmayan partlayıcı maddələr və partladıcı vasitələr. 

426. Bir tonqalda ən çoxu neçə kq partlayıcı maddə yandırmaq olar? 

Cavab:  10 kq.               

427. Bir tonqalda ən çoxu neçə kq detonasiyaedici qaytan  yandırmaq olar? 

Cavab:  10 kq.               

428. Barıtlar necə məhv edilir? 

Cavab:  Eni 30 sm, hündürlüyü 10 sm-dən çox olmayan və araları 5 m-dən az olmayan cərgələrdə.  

429. Barıtları eyni vaxtda ən çoxu neçə cərgə məhv etmək olar? 

Cavab:  3 cərgə.           

430. Tüstülü barıtı suda həletmə yolu ilə məhv etmək olarmı? 

Cavab:  Olar, yalnız xüsusi qabda.           

431. Partlayıcı materiallar batırma yolu ilə necə məhv edilir? 

Cavab:  Açıq dənizdə. Bur şərtlə ki, üzən partlayıcı materialları dəniz səthindən yığmaq üçün əvvəlcədən 

tədbirlər görülməlidir  

432. Partayış pakerini quyuya buraxmazdan əvvəl quyun lüləsi nə ilə qəliblənməlidir(şablon edilməlidir)? 

Cavab:  Boş paker ilə.   

433. Partlayış pakerlərini quyuya buraxmazdan əvvəl quyunu boş pakerlə qəliblənməsində məqsəd nədir? 

Cavab:  Pakerin içərisinə mayenin keçb-keçməməsini yoxlamaq. 

434.  Doldurulmuş  partlayış  pakerinin  qapağını  bağlamazdan  əvvəl  hansı  təhlükəsizlik  tələbinə  əməl 

edilməlidir? 



Cavab:  Pakerin yivlərinə barıt tökülmüşsə əvvəlcə pakerin yivini təmizləmək. 

435. Partlayış pakerlərinə barıt neçə qram dəqiqliklə doldurulmalıdır? 

Cavab:  5 qram.          

436.  Mədən-geofiziki  işlərdə  işləyən  partladıcının  vahid  kitabçasına  malik  olan  şəxsin  ən  azı  neçə  yaşı 

olmalıdır? 



Cavab:  Ən azı19. 

437. Partladıcının vahid kitabçasına malik olan şəxsin biliyi xüsusi komissya tərəfindən ən geci neçə ildən 

bir yoxlanılmalıdır? 



Cavab:  2 ildən bir.        

438. Partladıcının vahid kitabçasına malik olan şəxsin biliyi kimin sədrliyi altında yoxlanılmalıdır? 

Cavab:   Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyini müfəttişinin 

sədrliyi altında.  

439. Partladıcı materiallar daşıyan avtomobillər neçə ədəd odsöndürənlərlə təchiz edilməlidir? 

Cavab:  2 ədəd.             

440. Doldurulmuş partlayış pakerinin quyuya maksimal buraxılma sürəti neçə metr/saatdır?   

Cavab:  3600 metr/saat. 

441. Torpedin quyuya maksimal buraxılma sürəti nə qədərdir? 

27 

 

Cavab:  1metr/san.      



442. Gövdəli perfaratorun quyuya maksimal buraxılma sürəti nə qədərdir? 

Cavab:  2 metr/san.    

443. Gövdəsiz perfaratorun quyuya maksimal buraxılma sürəti nə qədərdir? 

Cavab:  1 metr/san.     

444.  Perforatorun  reperdən  perforasiya  intervalına  qədər  maksimal  buraxılma  sürəti  ən  çoxu  neçə 

metr/saat olmalıdır? 



Cavab:  500 metr/saat.         

445. ПР-43, ПР-54 tipli perforatorların maksimal buraxılma sürətləri nə qədərdir?   

Cavab:  4000 metr/saat.                  

446. Atılmamış ПКС-80 tipli perforatorun quyudan maksimal qaldırılma sürəti nə qədərdir?   

Cavab:  1500 metr/saat.                

447. Atılmayan gövdəli partlayış-deşmə aparatının quyudan maksimal qaldırılma sürəti nə nədərdir? 

Cavab:  3600 metr/saat. 

448. Atılmayan  torpedin quyudan qaldırılma sürəti nə qədərdir?  

Cavab:  1000 metr/saat.              

449.  Sutkanın      qaranlıq      vaxtı      təhlükəli      zonanın    közərmə    lampaları    ilə    işıqlanması    neçə    lk 

olmalıdır? 



Cavab:    5 lk.                

450. Sutkanın qaranlıq vaxtı istiqamətləndirici rolikin bağlanma yerinin közərmə lampaları ilə işıqlanması 

neçə lk olmalıdır? 



Cavab:    50 lk. 

451. Sutkanın qaranlıq vaxtı asma rolikin közərmə lampaları ilə işıqlanması neçə lk olmalıdır? 

Cavab:    20 lk.              

452.  Sutkanın  qaranlıq  vaxtı  cərəyan  və  birləşdirici  kabellərin  keçdiyi  yerlərin  közərmə  lampaları  ilə 

işıqlanması neçə lk olmalıdır? 



Cavab:    20 lk. 

453.  Partlayış-atma  işləri  zamanı  sutkanın  qaranlıq  vaxtı  iş  yerlərini  təhlükəli  zonanın  daxilindən 

işıqlandırmaq olarmı?     



Cavab:    Olar.  Amma  bir  şərtlə  ki,  bu  zaman  işıqlanma  36V-dan  artıq  olmamalı,  lampalar  plafonun 

içərisində olmalıdır. 

454. Partlayış-atma işləri zamanı sutkanın qaranlıq vaxtı iş yerlərini (təhlükəli zonanı) 220V-projektorla 

işıqlandırmaq olarmı?    Olarsa necə?  



Cavab:  220V-projektorla  işıqlandırmaq  olar.  Amma  bir  şərtlə  ki,  bu  zaman  işıqlandırma  təhlükəli 

zonanın kənarından aparılsın və işıq şüaları birbaşa işçilərin gözlərinə düşməsin.  

455. Partladıcı maşının açarı kimdə olmalıdır? 

Cavab:  Partladıcının vahid kitabçasına malik karotajçıda.          

456. Əgər dəstədə iki partladıcı (karotajçı) olarsa partlayıcı materiallara cavabdehlik kim daşımalıdır? 

Cavab:  PM anbarından partlayıcı materialları alan partladıcı (karotayçı). 

457. Perforasiya işləri zamanı quyuda mayenin səviyyəsi necə olmalıdır?   

Cavab:  Quyu ağzına qədər maye ilə dolu olmalıdır. 

458. Partlayış-atma aparatları yığılmış yerdə hansı təhlükəsizlik nişanı asılmalıdır? 

Cavab:  “Təhlükəlidir”.      

459. Perforatoru quyuya buraxdıqdan sonra ildırım çaxarsa nə etmək lazımdır? 

Cavab: Perforatoru lazımı intervala buraxıb (əgər mümkündürsə) atmaq lazımdır

460.  Perforasiya  zamanı  fontan  olduqda siyirtməni  uzaqdan  bağlamaq  üçün  nəzərdə  tutulmuş  idarəetmə 

qolunun uzunluğu quyu ağzından ən azı neçə metr məsafədə olmalıdır?  



28 

 

Cavab:  6 metr.           



461. ПР tipli perforatorla nasos kompressor borularından buraxılmaqla perforasiya  etdikdə kabel başlığı 

və sonluğu ilə birlikdə perforatorun maksimum uzunluğu ən çoxu nə qədər olmalıdır?   Mərmilərin sayı 

nə qədər olmalıdır?  

Cavab:  Maksimal uzunluq 5,5 metr, mərmilərin sayı isə 50 ədəd olmalıdır. 

462.  ПР  tipli  perforatorla  istismar  kəmərində  perforasiya  etdikdə  kabel  başlığı  və  sonluğu  ilə  birlikdə 

perforatorun maksimum uzunluğu ən çoxu nə qədər olmalıdır? Mərmilərin sayı nə qədər olmalıdır?  



Cavab:  Maksimal uzunluq 30 metr, mərmilərin sayı isə 300 ədəd. 

463.  Özü  hərəkət  edən  “Azenmaş”  tipli  aqreqatlardan  istifadə  etməklə  quyuya  buraxılan  ПКС-80  tipli 

perforatorun maksimal uzunluğu (kabel başlığı, yük ilə birlikdə) nə qədər olmalıdır?  



Cavab:  8 metr. 

464.  Özü    hərəkət  edən  “Azenmaş”  tipli  aqreqatlardan  istifadə  etməklə  quyuya  buraxılan  ПК-105  tipli 

perforatorun maksimal uzunluğu (kabel başlığı, sonluğu ilə birlikdə) nə qədər olmalıdır?  



Cavab:   2,5 metr.         

465. Özü hərəkət edə “Azenmaş” tipli aqreqatlardan istifadə etməklə quyuya buraxılan ПР-43 və ПР-54 

tipli perforatolarrun maksimal uzunluğu (kabel başlığı, sonluğu ilə birlikdə) nə qədər olmalıdır?  



Cavab:   5,5 metr.         

466. Özü hərəkət edə “Azenmaş” tipli aqreqatlardan istifadə etməklə quyuya buraxılan ПКО-89С, ПКО-

73С tipli perforatoların maksimal uzunluğu (kabel başlığı, sonluğu ilə birlikdə) nə qədər olmalıdır?  



Cavab:  6,5 metr. 

467.  ПКС-80  tipli  perforatora  elektrik  detonatoru  perforatorun  yuxarı  hissəsində  bağlamağa  icazə 

verilirmi?  Bu necə edilir?     



Cavab:    İcazə  verilir.  Bunun  üçün  yığılmış  perforator  quyuya  buraxılır,  perforator  üzərində  olan  ən 

yuxarıdakı mərmi,  siyirtmədən bir az aşağı buraxılıb saxlanılır və detanator perforatora bağlanılır. 

468. ПР-43, ПР-54 tipli perforatorlar hansı təzyiq və temperatura hesablanıb?   

Cavab:  80 MПa təzyiqə və 150 dərəcə temperatura. 

469. ПКС-80 tipli perforatorlar hansı təzyiq və temperatura hesablanıb?   

Cavab: 80 MПa təzyiqə və 150 dərəcə temperatura. 

470.  Fontan  olduqda  siyirtməni  uzaqdan  bağlamaq  üçün  nəzərdə  tutulmuş  qol  hansı  təhlükəsizlik 

tələblərinə cavab verməlidir?   



Cavab:    İdarəetmə  qolunun  uzunluğu    6  metrdən  çox  olmalı,  həmin  yer  qoruyucu  lövhə,  həmçinin 

“açıqdır” və “bağlıdır” göstəriciləri ilə təchiz edilməlidir. 

471. Qazlı  quyularda partlayış-atma işləri aparmaq olarmı? 

Cavab:  Yalnız lübrikatorla olar. 

472. Partlayış-atma işləri zamanı sifarişçinin nümayəndəsi (geoloq) təhlükəli zonaya kimin müşayiəti ilə 

daxil ola bilər. Onun təhlükəli zonaya sərbəst daxil olmaq hüququ varmı?    



Cavab: Partlayış İşləri Rəhbərinin müşayiəti ilə daxil ola biər.  Yoxdur.   

473. Partlayış-atma işləri zamanı sifarişçinin nümayəndəsi (geoloq) hansı hallarda təhlükəli zonaya daxil 

ola bilər? 



Cavab:  Perforasiya  intervalınının  dərinliyini  dəqiqləşdirdikdə,  quyu  lüləsini  qəliblədikdə,  geofiziki 

kabelə nəzarət nişanlarını bağladıqda, perforator yığılb qurtardıqdan (detanator qoyulana qədər) sonra 

onu quyuya buraxmazdan əvvəl, perforatoru intervalda atıb quyudan çıxardıqdan sonra. 

474. Partlayış işləri rəhbəri yuxarı nəzarət orqanlarının nümayəndələrini hansı hallarda təhlükəli zonaya 

buraxmamalıdır? 



Cavab: Vəsiqələrini təqdim etmədikdə, elektrik detonatoru perforatora bağlanıldıqda, quyuda atılmayan 

perforatoru quyu ağzına qaldırdıqda. 

29 

 

475. Daşınma zamanı avtomobilin banının istənilən nöqtəsində ekvivalent dozanın gücü neçə mZv/saat-

dan çox olmamalıdır? 

Cavab:  2 mZv/saat.             

476.  Hansı  hallarda  radioaktiv  mənbəni  (ampulanı)  konteynerdən  əllə  götürüb  quyu  cihazına  qoymaq 

olar? 


Cavab:  Heç bir halda. 

477.  Hansı  hallarda  radioaktiv  mənbəni  (ampulanı)  konteynerdən  əllə  götürüb  quyu  cihazına  qoymaq 

olar? 


Cavab:  Heç bir halda.     

478. Radioaktiv mənbə RM anbarından hansı sənəd əsasında alınır? 

Cavab:  Tələbnamə.         

479.  Dəstə  bazaya  qayıtdıqda  radioaktiv  mənbəni  RM  anbarına  təhfil  vermək  mümkün  olmazsa  mənbə 

harada saxlanılmalıdır? 



Cavab:  Mühafizə olunan qaldırıcının banında.        

480.  Mənbələrin  müvəqqəti  saxlandığı    mühafizə    zonasının  xaricində  ekvivalent  dozanın  gücü  hansı 

həddən çox olmamalıdır? 



Cavab:   1mkZ/saat.    

481. RM-lərin xüsusiyyətlərindən asılı olaraq onlar neçə qrupa bölünür? 

Cavab:   3.                       

482. Nəqliyyat indeksi nə deməkdir? 

Cavab:  Konteynerdən 1metr məsafədə ekvivalent dozanın gücü.               

483. Radiasiya qablaşdırılmasının nəqliyyat indeksinin vahidi hansıdır?   

Cavab:   mR/saat.       

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin