72
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
Azərbaycanın Türkiyəyə ticari dəyərinə görə
10 əsas əmtəə qrupu və növü üzrə ixracı
Məhsullar
2006
2007
2008
2009
2010
Miqdarı
(ton)
Məbləği
(min $)
Miqdarı
(ton)
Məbləği
(min $)
Miqdarı
(ton)
Məbləği
(min $)
Miqdarı
(ton)
Məbləği
(min $)
Miqdarı
(ton)
Məbləği
(min $)
1.
Xam neft və
distilyatlar
297700
116210
1723
838804
625800
274462
---
---
64446
32968
2. Ağ neft və benzin
3.3
1565
13100
7223
10300
10298
15500
13444
3486
3474
3. Qazoyl (dizel,
min ton)
310
174468
182
112022
237300
208353
94
42955
78
46186
4. Sürtkü yağları
19914
8558
38657
13657
11061
5656
14536
4994
41548
17961
5.
Spirtlər və
törəmələri
9138
5516
6343
5061
6971
6555
3822
3392
10489
9050
6. Etilen polimerləri
35768
32908
18934
22882
28458
39274
5349
5539
19903
21509
7.
Xam mis və
alüminium
8693
15074
11069
20986
29061
58643
5010
3866
5286
7544
8. Emalsız dəri (min
ədəd)
1317
3110
928
985
690
1520
739
2025
1331
3877
9. Elek.enerjisi
(mln.kVt/s)
---
---
15
539
61
2125
126
4411
138
5329
10. Meyvə-tərəvəz
şirələri
2311
1527
429
704
82
443
505
1858
769
2168
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
İki ölkə arasında ticarət həcminin artmasına mane olan ən böyük əngəl
gömrük rüsumları və vergi yükünün ağırlığıdır. Gürcüstanla Türkiyənin
tətbiq etdiyi “ticari imtiyazlara dair dövlətlərarası anlaşma” (“
intercountry
adoption agreement on trade preferences”) bu problemdən çıxış yoludur.
Türkiyəyə idxal edilən Yunanıstan istehsalı olan polietilen Avropa Birliyi ilə
Türkiyə arasındakı gömrük birliyi anlaşması əsasında gömrük rüsumundan
azad olunduğu halda, Azərbaycandan idxal edilən polietilenden gömrük
rüsumu tutulur. Eynı şəkildə, Azərbaycana idxal edilən Rusiyada istehsal
olunmuş sement gömrük rüsumundan azad olunduğu halda, Türkiyədən
idxal edilən sementdən gömrük rüsumu alınır. Amma iki ölkə arasında
yuxarıda qeyd olunan anlaşma baş tutarsa, qarşılıqlı ticarət həcmi ən azı
2-3 dəfə artar, hətta gömrüklərdəki ləngidici prosedurlar böyük ölçüdə
aradan qalxar. Həmçinin, xüsusi gömrük güzəştlərinin tətbiq ediləcəyi
sənaye məhsullarının siyahısının hazırlanması və xüsusilə də, Türkiyədən
idxalında son dövrlər fasilələr yaranan məhsulların idxalının təşviqi, hər iki
73
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
ölkənin gömrük nümayəndələrinin iş adamları ilə mütəmadi görüşüb cari
vəziyyəti müzakirə etmələri vacibdir. Gömrük rüsumları ilə yanaşı, gömrük
rəsmiləşdirməsi, gömrük rejimlərinin seçimi və gömrük anbarlaşmasında
da güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı.
Yuxarıda istinad edilən ortaq icra planına əsasən Azərbaycanın və
Türkiyənin aidiyyəti qurumları tərəfindən iki ölkə arasında Preferensial
Ticarət Sazişinin imzalanması imkanları araşdırılacaq. İki ölkənin özəl
sektora aid qurumları və firmaları arasındakı iqtisadi və ticarət fəaliyyətindən
irəli gələ biləcək problemlərin mümkün qədər tez və ədalətli həlli üçün
İşçi Qrupu yaradılacaq. Azərbaycan-Türkiyə İş Şurasının yığıncaqlarının
mütəmadi olaraq ildə bir dəfə keçirilməsi məqsədilə hər iki ölkənin
müvafiq qurumları təşviq ediləcək, Azərbaycanda və Türkiyədə təşkil
olunan beynəlxalq sərgilərdə hər iki ölkənin firmalarının intensiv iştirakı
dəstəklənəcək, ildə bir dəfə ticarət heyətləri arasında qarşılıqlı tədbirlərin
təşkili təmin ediləcək.
19
Naxçıvan-İqdır sərhəd bölgəsində azad iqtisadi zonanın formalaşdırılması
istiqamətində iki ölkənin müvafiq qurumları arasında dialoq başlanmalıdır.
Bu, Naxçıvanın inkişafı ilə yanaşı, Türkiyənin depressiv iqtisadi rayonları
hesab edilən Qars və İqdır şəhərlərinin də inkişafına dəstək verər. Yeri
gəlmişkən, Ermənistanla sərhədlərin açılmasının tərəfdarlarının əsas
arqumentlərindən biri budur ki, bu proses Türkiyənin şərq rayonlarının
inkişafına gətirib çıxaracaq. Məhz buna görə Ermənistanla həmsərhəd
olan Türkiyənin Qars və İqdır şəhərlərinin iqtisadi problemlərinin həllində
Azərbaycan qardaş ölkəyə dəstək verməlidir.
Dostları ilə paylaş: