1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri



Yüklə 82,01 Kb.
səhifə10/46
tarix02.01.2022
ölçüsü82,01 Kb.
#43956
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   46
tarix kol

Erkən tunc dövründə (e. ə. IV minilliyin sonları — e. ə. III minilliyi əhatə edir və arxeoloji baxımdan “Kür — Araz mədəniyyəti” adlanır.) insanlar sıx yaşayış yerlərindən əkinçilik və maldarlıq üçün daha əlverişli olan vadilərə, dağ ətəklərinə yayılıb məskunlaşırdılar. Artıq e. ə. III minilliyin birinci yarısında toxa əkinçiliyi öz yerini xış əkinçiliyinə verməyə başlamışdı. Bununla bağlı olaraq iribuynuzlu heyvanlardan qoşqu vasitəsi kimi istifadə olunurdu. Xış əkinçiliyi dağətəyi bölgələrdə əkinçiliyin inkişafına yeni imkanlar açaraq əmək məhsuldarlığının yüksəlməsinə şərait yaradırdı. Düzən yerlərdə süni suvarma əkinçiliyi, dağətəyi və dağlıq yerlərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdı. Bu zaman buğdanın yumşaq növü, arpa, dan, noxud və kətan əkinləri üstün yer tuturdu.

Azərbaycanda erkən tunc dövründə ev maldarlığından köçmə, yaylaq maldarlığına keçid baş vermişdir. Əhalinin Alp çəmənliklərinin bol olduğu ərazilərə yayılması xüsusilə qoyunçuluğun inkişafı ilə bağlı idi.

Köçmə (yaylaq) maldarlığına keçilməsi ilə əlaqədar yalmz heyvandarlıqla məşğul olan qəbilələr meydana çıxırdı. Əkinçiliyin və maldarlığın bir birindən ayrılaraq müstəqil sahələr kimi fəaliyyət göstərməsi ibtidai icma cəmiyyətinin tarixində birinci ictimai əmək bölgüsü hesab edilir.

E. ə. III minillik ibtidai cəmiyyətin həyatında əmlak bərabərsizliyinin ilkin əlamətlərinin üzə çıxdığı və ilkin tayfa birliklərinin yarandığı dövr kimi də xarakterizə olunur. Bu dövrdə Azərbaycanın cənubunda kuti, lullubi tayfa birlikləri və Kür-Araz vadisində daha bir tayfa birliyi meydana çıxmışdı.




Yüklə 82,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin