1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)


ÇalıĢma.  Bir  tələbənin  ailə  tərkibi  haqqında  mənzil-istis- mar sahəsindən gətirdiyi arayıĢı



Yüklə 3.04 Mb.
Pdf просмотр
səhifə9/35
tarix16.07.2017
ölçüsü3.04 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

ÇalıĢma.  Bir  tələbənin  ailə  tərkibi  haqqında  mənzil-istis-

mar sahəsindən gətirdiyi arayıĢı təqdim edin. Arayış formasını 

olduğu kimi verin. 

NĠTQĠN  YIĞCAMLIĞI.  Mədəni  nitqin  keyfiyyətlərin-

dən  olan  yığcamlıq  müxtəsərlik  və  qısalıq  anlamındadır.  İn-

sanlar adi danışıqdan tutmuş mühazirə, məruzə, çıxışlara, eləcə 

də  bədii  əsərlərə  qədər  yığcamlıq  tərəfdarı  olub  uzunçuluğun, 

sözçülüyün  əleyhinədirlər.  Fikri  əhatə  etməklə  qısa  demək 

bacarığı bu da istedad əlamətidir. İstedadla bağlı olan yığcam-

lıq  söz  söyləyəndən  deyəcəklərini  ölçülü-biçili,  geniş  mətləb-

ləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaç-

mağı,  məlum  olanları  yenidən  xatırlamamağı,  başqalarını  yor-

mamağı tələb edir. Əbəs yerə deyildir ki, indi insanların vaxtını 

qiymətləndirmək, uzunçuluq  etməmək naminə  mühazirəyə  əv-

vəlcədən bir saat, məruzəyə on dəqiqəyə qədər, çıxışlara iki-üç 



 

 

112 



dəqiqə  vaxt  reqlamenti  planlaşdırılır.  Nitqin  yığcamlığını  hə-

mişə  vacib  amil  hesab  etmişlər.  Yığcam  nitq  insandan  dərin 

bilik, yüksək təfəkkür, aydın düşüncə, zəngin söz ehtiyatı tələb 

edir.  "Sözlər  az,  fikir  geniş,  məna  dərin"  olsun  deyən  sənət-

karlar da, "uzun sözün qısası" fikrini bəyan edən atalar sözü də, 

"uzunçuluq  eləmə"  kimi  xalq  tövsiyəsi  də  göstərir  ki,  vaxt 

almamaq, eyni fikri oxşar cümlələrlə təkrar eşitdirməmək üçün 

ən  yaxşı  üsul  fikri  qısa  və  aydın  ifadə  etməkdir.  Dəmir  seyf, 



cədvəl  Ģəkli,  taksi  maĢını,  qara  neft,  pensiya  pulu  və  s.  söz 

birləşmələrindəki dəmir, Ģəkil, maĢın, qara, pul sözləri artıq-

dır, axı seyf dəmirdən olur, taksinin maşın olduğu, neftin qara 

olması  hamıya  aydındır.  Yaxud,  "Məndə  ona  qarşı  məhəbbət 

var",  "ürəyim  fərəh  hissi  ilə  döyünürdü",  "Ta  qədimdən  yara-

dıcı  sənətkarlara  hörmət  var"  və  s.  cümlələrində  qarĢı,  hissi, 



ta, yaradıcı sözlərinin lüzumsuzluğu göz önündədir. Görəsən, 

yaradıcı  olmayan  sənətkar  varmı?  Ta  ədatı  uzaqlıq  bildir-

diyindən "ta qədimdən" işlətməyə ehtiyac yoxdur və s. Bu tipli 

cümlələrdə uzunçuluqdan irəli gələn bəzi sözləri atmaqla fikri 

yığcam  ifadə  etmək  mümkündür.  Dilə  yaxşı  bələd  olmayan 

adamların nitqində konkretlik və yığcamlıq kimi keyfiyyətlərin 

çatışmaması  təbiidir.  İndi  xarici  ölkələrə  yazışmalar,  göndə-

rilən məktublar, teleqramlar, Ali Məhkəməyə appelyasiya şika-

yətləri  çox  yığcam  verilir.  İnternet  saytlarında  artıq  cümlə  və 

təkrar fikirlər oxunmur. Bunları nəzərə almaq və yığcam yazıb 

danışmaq hamı üçün mədəniyyət forması, qanun-qayda əlaməti 

olmalıdır. 



NĠTQĠN SADƏLĠYĠ. Nitqin sadəliyi onun aydınlığından, 

asan,  anlaşıqlı,  təbii  və  düzgün  olmasından  asılıdır.  Sadə  nitq 

ümumxalq  danışıq  dili  elementlərindən,  bəsit  cümlələrdən,  el-

mi  və  ya  bədii  üslubdan  qaçmaq  anlamında  yox,  fikrin  asan 

qavranılmasına  kömək  edən,  əşya  və  hadisələrin  mahiyyətini 

yığcam  və  dəqiq  verən  ifadə  tərzi  kimi  başa  düşülür.  Dinlə-

yicilərin ümumi səviyyəsinə uyğun olmaqla hər cür qondarma, 

süni  ifadələrdən,  təmtəraqlı,  gurultulu,yalançı  pafosdan,  ger-



 

 

113 



çəkliyi  əks  etdirməyən  söz  birləşmələrindən  (vicdanın  böyük 

heykəli,  ölməzlik  zirvəsi,  şeirin  günəşi,  dağın  ciyəri,  kadr  po-

tensialı, horizontal xətt və s.) istifadə nitqin  sadəliyi  baxımın-

dan  məqbul  sayılmır.  Anlaşılmayan  və  ya  az  anlaşıqlı,  lakin 

konkretlik  və  təbiilikdən  uzaq  söz  birləşmələri,  mürəkkəb 

konstruksiyalar  anlaşılmazlıq  yaradır,  məfhumun  canlandırıl-

masını  mümkünsüz  edir  və  nitqin  asan  başa  düşülməsini 

çətinləşdirir. 



NĠTQĠN  MÜNASĠBLĠYĠ.  Nitqin  münasibliyi  üçün 

misallar  və  sitatlar  elə  seçilməlidir  ki,  konkret  dil  situasiyala-

rının, ədəbi üslubların, zəruri söz və ifadələrin işlədilmə qanu-

nauyğunluğu  nəzərə  alınsın.  ünsiyyətin  müxtəlif  sahələrinə 

xidmət edən funksional üslubların hər birinin özünəməxsus dil 

materialını  seçmə  və  işlətmə  üsulları  vardır.  Bədii  yazıda  dil 

elementlərinin uyğunluğu digər yazı növlərindən fərqlənir. Bə-

dii əsərdə yazıçı janrdan asılı olaraq yaratdığı obrazları dövrün 

həyat normalarını gözləməklə bədii ifadə və təsvir vasitələri ilə 

qələmə alır, xalqın sosial həyat şəraitini yeri gəldikcə frazeolo-

gizmlərlə,  atalar  sözləri  və  zərb-məsəllərlə,  şifahi  xalq  ədə-

biyyatı nümunələri ilə zənginləşdirir, əxlaqi-psixoloji faktorları 

ön  planda  bədii  sözün  qüdrəti  ilə  nümayiş  etdirir,  insanlarda 

kiməsə  nifrət,  kiməsə  məhəbbət  hissi  ilə  dolu  əsl  sənət  nümu-

nələri yaradır. Bu üslubda elmi terminlərə, hər növ neologizm-

lərə, dilin təmizliyini pozan yad-yabançı sözlərə, şablon, trafa-

ret  fikirlərə  az  rast  gəlirik.  Amma  işgüzar  (rəsmi-kargüzarlıq, 

rəsmi-əməli)  yazı  növlərində  standart  formalar  üstünlük  təşkil 

edir. Bunlar rəsmi sənədlərin pozulmaz forması kimi sabitliyini 

saxlayır. Nitq mübadiləsinin informasiya məqsədinə xidmət et-

məsi üçün natiqdən dil strukturuna bələdlik və savad, dilin ifa-

də vasitələrindən istifadə bacarığı, nitq vərdişi, materialın məz-

munu  və  həcmi  haqqında  aydın  təsəvvür,  dinləyici  və  ya  oxu-

cuya  veriləcək  məlumatın  zəruriliyi  tələb  olunur.  Bu  zaman 

nitqin  ünsiyyət  mühitinə  uyğunluğu,  dinləyən  və  ya  oxuyan-

ların anlama səviyyəsinə müvafiqliyi nəzərdə saxlanılır. Nitqin 



 

 

114 



münasibliyini  şərtləndirən  amillər  içərisində  aşağıdakılar  daha 

önəmlidir:  1)  Mövzunun  (fikrin)  məzmununa  uyğun  dil  mate-

rialının  seçilməsi;  2)  Dil  vasitələrinin  nitqin  məqam  və  şərai-

tinə uyğunluğu; 3) Nitq üslubundan asılı olaraq dil vasitələrinin 

məqsədəuyğunluğu;  4)  Dil  materialının  natiqin  şəxsiyyətinə, 

yaşına,  savadına,  dünyagörüşünə,  sənətinə  uyğunluğu.  Nitq 

prosesində  kimin  kimlə,  hansı  şəraitdə  (təklikdə,  yoxsa  audi-

toriya qarşısında, ya da ekran və ya efir vasitəsilə) informasiya 

mübadiləsi  aparması  gözlənilməli,  nitqin  məzmunu,  məqsədi, 

istiqaməti  aydın  olmalı,  natiqin  (müəllimin,  lektorun,  müha-

zirəçi,  məruzəçi  və  ya  çıxış  edənin) nəzəri və  praktik hazırlığı 

iştirak edənlərin, dinləyən və ya oxuyanların marağı dairəsində 

olmalıdır.  İctimai  yerlərdə  dövlət  əleyhinə  müəyyən  sirləri 

danışmaq,  dövlət  kəşfiyyat  işlərindəki  müəyyən  məlumatları 

açıqlamaq olmaz. Hərbi hissələrin nömrəsini,  yerini bildirmək 

də  bu  qəbildəndir.  Buna  görə  də  "N"  hərfi  ilə  hissəyə  işarə 

edilir.  Yaxud,  danışıqda  əxlaq  normalarına  görə  heç  kəs  öz 

arvadının  adını  yad  kişilər  arasında  çağırmır.  Ümumiyyətlə, 

azərbaycanlılar qadın-qız adlarını məclislərdə, ictimai yerlərdə 

kişilər arasında  çəkməyi düzgün saymırlar. Cavan gəlin və  ya 

ər  hətta  valideynlərinin  yanında  belə  "mənim  arvadım",  "mə-

nim ərim" ifadələrini işlətmir, başqalarının  yanında isə onların 

adlarını  çəkməyi  əxlaq  qaydalarına  görə  münasib  görmürlər. 

Dilçilikdə buna  tabu  deyilir. Elə bu səbəbdən A.Bakıxanovun 

"Kitabi-Əsgəriyyə"  əsərində,  Ə.Haqverdiyevin  "Xəyalat"  pye-

sində,  A.Şaiqin  "Məktub  yetişmədi"  hekayəsində  qadın  obrazı 

verilməmiş,  qadın  adı  çəkilməmişdir.  Keçmiş  əxlaq  norma-

larına görə kişi arvadının adını böyüklərinin yanında deyə bil-

məzdi, "uşaqların anası" və  ya "filankəsin qızı" (əgər tanınmış 

kişinin qızı idisə) deyə işarə edərdi. Bu hal başqa xalqlar üçün 

xarakterik  deyil.  Ruslar  "maya  jena",  fransızlar  "ma  fam"  de-

məkdən nəinki çəkinmirlər, əksinə, qürur duyurlar.  

Yaxşı danışmaq, sərt mənanı yumşaltmaq üçün evfemizm-

lərdən  də  istifadə  olunur.  "Yox"  əvəzinə  "xeyr";  "yalandır" 



 

 

115 



əvəzinə  "doğru  deyil",  "həqiqətə  uyğun  deyil";  "xoş  getdin" 

əvəzinə  "xoş  gəldin";  "demək"  əvəzinə  "buyurmaq";  "ölmək" 

əvəzinə "rəhmətə getmək", "ömrünü bağışlamaq" və s. kimi si-

nonim  söz  və  ifadələri  işlətməyə  üstünlük  verilir.  Nitqin  mü-

nasibliyi üçün formaca eyni, məzmunca müxtəlif olan sözlərə - 

omonimlərə yazılı nitqdə geniş yer ayrılır. Çünki şifahi nitqdə 

sözün  mənasına  daha  çox  fikir  verildiyi  halda  yazılı  nitq  həm 

forma, həm  də  məzmun  cəhətdən münasib  və  dəqiq  olmalıdır. 

Yazılışına  görə  müxtəlif,  səslənməyə  görə  eyni  olan  sözlər  - 



omofonlar  nitq  prosesində  səslərin  təhrifi  ilə  meydana  çıxır. 

Məsələn: Külək qapını aşdı (açdı) - O, baryeri aşdı. Şeirdə belə 

sözlər  ritm  və  qafiyə  xatirinə  omofon  şəklinə  salınır.  Aşıq 

şeirinin təcnis janrında qafiyələr cinas sözlər üzərində qurulur: 

 

Mən qurban eylərəm yara canımı, 



Götürüb doğraya, yara canımı. 

Alıb təpə-dırnaq yara canımı, 

Bilmirəm dərmanım, ay ana, ana. (A.Ələsgər) 

 

Şair "yara"  sözlərini cinas məqamında işlətmişdir. Birinci 

"yar" ismi  yönlük halda, ikinci "yarmaq" felinin arzu forması, 

üçüncü isə "əzik, xəstəlik" mənasında olan "yara" sözüdür. Be-

lə omofonlar həm fonetik-üslubi, həm də semantik- məntiqi cə-

hətdən fikri qüvvətləndirməyə xidmət edir. Dildə yazılışı eyni, 

səslənməsi müxtəlif olan sözlərə – omoqraflara isə həm yazılı, 

həm də şifahi nitqdə çox rast gəlirik: gəlin (isim) - gəlin (felin 

əmr  forması),  açar  (isim)-  açar  (felin  qeyri-qəti  gələcək  za-

manı),  bağlar  (isim,  cəm  halda)-  bağlar  (bağlamaq  feli  qeyri-

qəti  gələcək  zamanda)  və  s.  Belə  sözlər  mənasına,  vurğunun 

yerinə görə bir-birindən fərqlənir. Dildə mənanı daha dəqiq ifa-

də etmək baxımından sinonimlərin də rolu böyükdür. Müxtəlif 

məna  çalarlıqlarına  malik  anlayışları  bildirən  sinonimlər  ifadə 

formasına  görə  fərqlidir.    eləmək  -  ağ  yalan  danıĢmaq, 

əyləĢmək -oturmaq, dinləmək-eĢitmək- qulaq asmaq, yaĢlı-


 

 

116 



qoca-ağsaqqal,  qaçmaq-yüyürmək,  ölmək-gözlərini  əbədi 

yummaq-dünyasını  dəyiĢmək-dünyadan köçmək  və  s.  sino-

nimlər nitqdə danışıq şəraitindən, işlənmə məqamından, üslubi 

və subyektiv münasibətindən asılı olaraq danışanın və ya yaza-

nın fikrinə uyğun şəkildə öz ifadəsini tapır. 



NĠTQĠN  RABĠTƏLĠYĠ.  Nitq  prosesində  əgər  sözlər 

yerli-yerindədirsə,  cümlələr  düzgün  qurulmuşsa,  mövzu  rabi-

təli,  əlaqəli  şəkildə  şərh  olunursa,  deməli,  informasiya  verən 

ifadə  etdiyi  fikri  yaxşı  bilir,  onun  mahiyyətini  hərtərəfli  dərk 

edir.  Belə  vaxt  hadisənin,  faktın  izah  olunma  ardıcıllığı  mən-

tiqə  əsaslanır.  ümumiyyətlə,  ardıcıllıqla  şərh  olunan  material 

yaxşı  anlaşılır,  mənimsənilir.  Bunun  üçün  materialın  əsas  və 

ikinci dərəcəli məsələləri bir-birindən ustalıqla ayrılmalı, ikinci 

dərəcəlilərin  üzərində  çox  durmayıb  əsas  məsələnin  izahına 

keçmək vacibdir. Natiq əsas məsələnin üzərində xüsusi dayan-

maqla  onun  mahiyyətini  öz  sözləri,  düşüncəsi  və  üslubu  ilə 

rabitəli ifadə etməlidir. 



NĠTQĠN ORĠJĠNALLIĞI. Özünəməxsusluğu ilə seçilən, 

bir sıra məziyyətləri ilə fərqlənən nitq orijinal sayılır. Təbii ki, 

belə nitq bir konfransda, iclasda, toplantıda yalnız bir və ya iki 

nəfərdə alına bilər. Nitqin orijinallığı özünü nədə göstərir? 

1)  Şifahi  nitqdə  başqalarından  seçilən  fərdi,  bəzi  hallarda 

tələffüz  tərzində.  Natiq  cümlələrdəki  ayrı-ayrı  sözləri,  məqa-

mında ayrı-ayrı hecaları, məntiqi vurğunu çox aydın diksiya ilə 

tələffüz edir, söz və qrammatik formalarda orfoepik  normaları 

tam gözləyir, ucadan, lakin aramla, tələsmədən danışır, intona-

siya  çalarlarından,  sözlərin  avazlanmasından  məzmuna  uyğun 

bacarıqla bəhrələnir. 

2)  Mövzu  ilə  əlaqədar  sitatlardan,  poetik-üslubi  ifadələr-

dən,  aforizmlərdən,  atalar  sözləri,  zərb-məsəllərdən  bacarıqla 

istifadə olunmasında. Natiq fikirlərini aydın, ifadəli və maraqlı 

çatdırmaq üçün az işlədilən, lakin münasib formalardan yarar-

lanmaqla nitqini orijinal qurur. Bu zaman mühazirə, məruzə və 

ya  çıxışda  mövzunun  aktuallığı  nəzərə  tez  çarpır,  mövzunun 


 

 

117 



məzmunu  bütün  təfərrüatı  ilə  izaha  cəlb  olunur,  axırda  da  nə-

ticə çıxarılmaqla deyilənlər yekunlaşdırılır. Əlbəttə, mövzunun 

aktuallığını ön plana çəkməmişdən natiq öz dediklərinə diqqəti 

cəlb etmək məqsədilə bir atalar sözünü, məşhur bir şairdən bir 

beyt və ya bir misra şeir deyə bilər, yaxud mövzu ilə bağlı bir 

görkəmli  tarixi  şəxsiyyətdən,  dövlət  xadimindən  bir  sitat  gə-

tirməklə  fikrini  əsaslandıra  bilər.  Bədii  təsvir  vasitələri  də  nit-

qin  orijinallığını  təmin  etməyə  yönəldilə  bilər.  Əlbəttə,  bu  hal 

natiqin  savad  və  bacarığından,  aldığı  ixtisasdan,  bədii  sözün 

sirlərinə  bələdliyindən  asılıdır.  Bədii  əsərləri  müntəzəm  mü-

taliə  edən,  şair,  yazıçı  və  ya  söz  ustalarının  dilində  səslənən 

aforizm  və  hikmətli  sözləri  öyrənib  yaxşı  mənimsəmiş  şəxslər 

obrazlığa xidmət edən bədii təsvir vasitələrinə (ritorik suallara, 

məcazi  mənada  işlədilən  metafora,  metonimiya,  sinekdoxa, 

anafora, epifora və s. kimi təsirli və obrazlı ifadələrə) geniş yer 

verməklə öz nitqini bədii, daha yararlı və münasib edən orijinal 

üsullarla gözəlləşdirə bilir. 

 

Sual və tapĢırıqlar: 

1. Dəqiqlik hansı üslubun (bədii, publisistik, elmi, işgüzar 

və ya ailə-məişət) səciyyəvi xüsusiyyətidir? 

2. Sözləri düzgün tələffüz etmək nəyin göstəricisidir? 

3. Düzgün olmayan tələffüzün sözün mənasını dəyişdirdi-

yini xatırlayaraq bir neçə nümunə göstərin. 

4. Hansı nitq forması düzün hesab olunur? 

5. Hansı nitq təmiz hesab edilir? 

6. Nitqin təmizliyinin pozulmasına gətirib çıxaran səbəblər 

hansılardır? 

7. Bədii  əsərlərdə dialekt sözlərinə nə vaxt yer verilir? Bəs 

hansı məqamlarda dialektizmlərə yer verilməsi məqbul sayılmır? 

8. Məhəlli elementlərə, loru sözlərə, jarqonizmlərə, əcnəbi 

sözlərə  təmiz  nitqdə  rast  gəlmək  olurmu?  Əgər  rast  gəliriksə, 

belə nitqi necə adlandırırlar? 

9. Nitqin aydınlığını necə başa düşürsünüz? 



 

 

118 



10. Nitqin münasibliyi üçün əsas şərtlər hansılardır? 

ÇalıĢma.  Kiçik  bir  məqalə  yazın,  onun  giriş,  orta  (əsas) 

hissə və sonluğunun həcm nisbətini izah edin. 



ÇalıĢma.  Mətndəki  fonetik,  leksik  və  morfoloji  dialek-

tizmləri  göstərin.  Məhəlli  xüsusiyyətlərin  hansı  dialektə  aid 

olduğunu müəyyənləşdirin: 

…  Hamı  əsəbiləşmişdi,  hətta  cavanlardan  bir  neçəsinin 

çıxıb evlərinə getdiklərini görən Cəbo yenidən başladı və: 

-  Ə,  noldu  ə?  Bir  kişi  tapılmadı  mənim  maşınımı  yusun? 

Pul verirəm da bə, müftə yumayacaq ki? -dedi. 

Bu sözlərdən sonra Zalı Məmmədoğlu Cəbonu nə ilə, necə 

vurdusa onu çul kimi yerə sərdi və dedi: 

-  Ədə,  köpəyin  balası,  bu  kənddə  səni  tanımırlar  kimsən? 

Hansını deyim ə? Niyə belə qudurdun, bala? 

Və  Zalı  Məmmədoğlu  özünü  dədəsinin  üstünə  atan  Kam-

ranı görən kimi: - Ədə, qoduq, apar onu əvə, ayılsın, sonra bu-

raxın adam içinə. Bəsdir, adam qudurar ey, ta belə yox! İtin ba-

laları,  elə  bilirsiniz  camaatın  mənliyi-filanı  yoxdur?  Ə,  qanın 

da buları?! Dünənə kimi acından köpük qusurdunuz dana! Bir 

tikə, Allah yetirən çörəyi nə üçün adam balası kimi yemirsiniz 

ə, hi? 


Zalı  Məmmədoğlu  kənddə  montyor  işləyirdi  və  ailəsini 

namusla dolandıran kişilərdən idi; bir tikə çörəyi o, daşdan çı-

xarırdı,  əlindən  inni-cinni  qurtarmazdı:  pəncərələrə  şüşə  sal-

maq,  qapı-pəncərə  qayırmaq,  elektrik  avadanlıqları  təmirçisi, 

xolodilnik  ustası,  radiyo,  televizor,  bir  sözlə,  necə  deyərlər, 

Zalı belə Zalı idi. (Şamil Zaman. Qarabağları tərənnüm edirəm 

(Bakı, 2007, səh.83). 

NĠTQĠN  MƏNTĠQLĠYĠ.  Obyektiv  gerçəkliyi  doğru,  dü-

rüst  əks  etdirən  hökm,  fikir  məntiqə  əsaslandığı  üçün  məntiqi 



nitq adlanır. Məntiqə əsaslanaraq mülahizə və mühakimələrini 

düzgün  və  konkret  ifadə  edən  natiqin  nitqi  kommunikativ 

keyfiyyət  kimi  dəqiq  olur,  yəni  məzmun  insan  təfəkkürünün 

məhsulu kimi meydana gəlir. Məntiqilik şifahi xalq ədəbiyyatı 



 

 

119 



nümunələrində  -  əfsanə,  nağıl,  qaravəlli  və  təmsillərdə  şüurlu 

olaraq  pozulur,  söz  və  ifadələrin  semantikası  bilərəkdən  şişir-

dilir,  ya  da  kiçildilir.  Məs:  Yeddi  gün,  yeddi  gecə  yol  getdi; 

Koroğlu  yeddi  qazan  plovu  yedi;  Qırx  gün,  qırx  gecə  yatdı; 

Dərələrdən  sel  kimi,  təpələrdən  yel  kimi  keçdi;  Göydən  üç 

alma düşdü; Uçan xalçaya  mindi; Sehirli  papağı geyib  görün-

məz oldu; Yeddi  başlı  əjdahanın  canını aldı;  Zümrüd quşunun 

qanadına minib qaranlıq dünyadan çıxdı və s. Məntiqilik nitqin 

ən  mühüm  keyfiyyətidir.  Elmi  informasiya  məntiqə  əsaslanır, 

insanlar  onu  dərk  etməkdə  çətinlik  çəksələr  də,  fikrin  düz-

günlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur. 

NĠTQĠN  AHƏNGDARLIĞI.  Nitqin  ahəngdarlığı  deyi-

ləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlıq gözlənilməklə 

materialın alçaq tondan başlayaraq uca tona doğru yüksəlməsi, 

eyni  zamanda  avazın,  tempin  dəyişməsi,  dinləyiciləri  özünə 

cəlb  etmə  qabiliyyəti,  dilin  fonetik  imkanlarından  bəhrələn-

məklə cümlədə eyni köklü üzvlərin ardıcıl sıralanması və sadə 

fikirlərin  mürəkkəbə  doğru  faktlar  və  rəqəmlərlə  ahəngdar  ve-

rilməsi nəzərdə tutulur. 



NĠTQĠN ZƏNGĠNLĠYĠ. Zəngin söz ehtiyatına malik natiq 

yalnız  dilin  incəliklərinə  bələdlik  nəticəsində  öz  nitqini  rənga-

rəng  qura  bilir.  Nitqin  zənginliyinin  başlıca  amili  onda  dil 

vahidlərinin təkcə çoxluğu deyil, rəngarəngliyidir. Natiq öz fikir-

lərini  daha  münasib  sözlərdən  –  sinonimlərdən,  antonimlərdən, 

frazeoloji  birləşmələrdən,  ibarələrdən,  məcazların  müxtəlif 

növlərindən istifadə hesabına nitqini maraqlı qurur, onların asan 

dərk edilməsi ilə dinləyicilərə xoş təsir bağışlayır. Deməli, nitqin 

zənginliyi  dilin  ifadə  və  təsvir  vasitələri  hesabına  başa  gəlir. 

Nitqin zənginliyi dil strukturundan, xüsusən aktiv söz ehtiyatının 

kəmiyyət  və  keyfiyyətindən  asılı  olan  məsələdir.  Nitqin 

zənginliyi  bütün  üslublar  üçün  vacib  olsa  da,  bədii  üslubda  o 

daha  yüksək,  elmi  və  publisistik  üslublarda  nisbətən  aşağıdır. 

Səbəbi  də  onunla  izah  edilir  ki,  bədii  əsərlərdə  yazıçının  dilin 

bütün  laylarında  işlənən  sözlərdən  istifadə  etmək  hüququ  var, 


 

 

120 



amma  elmi  və  publisistik  üslublarda  mövzu  ilə  əlaqədar  sahə 

sözləri və terminlər çoxluq təşkil edir. Bədii əsərdə yazıçının söz 

ehtiyatı  zəngin  olduğu  üçün  o,  hadisələri  dəqiq,  incə,  ifadəli, 

obrazlı  və  orijinal  üsulda  ifadə  imkanına  malikdir.  O,  sözlərin 

leksik-semantik  zənginliyindən  tutmuş  intonasiya  və  ritm 

incəliklərinə qədər bütün dil vasitələrinə müraciət etməkdə azad-

dır. Nitqin zənginliyinin əsas əlaməti onda işlənən sözlərin tək-

rar  olunmadan  kəmiyyətcə  çoxluğudur.  Geniş  dünyagörüşünə, 

mükəmməl  savada,  daimi  mütaliəyə  malik  şəxsin  söz  ehtiyatı 

kəmiyyət  və  keyfiyyətcə  çox  zəngin  olur.  Söz  sənətkarlarının  - 

şair  və  yazıçıların  bədii  nitqinin  zənginliyi  məhz  bu  hesabadır. 

Biz tələbələrimizin, o cümlədən, gələcək məşqçi və fiziki tərbiyə 

müəllimlərimizin  zəngin  nitq  mədəniyyətinə  nail  olmasını, 

mədəni  və  savadlı  şəxs  kimi  yetişməsini  istəyiriksə,  onlara  ana 

dilimizdə radio-televiziya verilişlərini diqqətlə izləməyə, mütaliə 

etməyə  maraq  oyatmalı,  müxtəlif  vasitələrlə  –  disputlar,  bədii 

gecələr,  şair  və  yazıçılarla  görüşlər  keçirməklə,  sözlərin, 

ifadələrin,  cümlələrin  ifadə  tərzinə  diqqəti  yönəltməklə,  nitqin 

məziyyətlərini  mənimsətməklə  onların  söz  ehtiyatını  artırıb 

zənginləşdirməyə  çalışmalıyıq.  Bədii,  elmi,  kütləvi,  publisistik 

əsərlərin  müntəzəm  mütaliəsi  gənclərimizin  söz  ehtiyatını 

artırmaqla  onlar  üçün  ümumişlək  olmayan,  az  işlətdikləri 

sözlərin də nitqdə aktivləşməsinə səbəb olacağı şübhəsizdir. 

NĠTQĠN  ĠFADƏLĠYĠ.  Ġfadəlik  üslub  baxımından  ən 

uğurlu dil vasitələri tapıb işlətmək deməkdir. İfadəli nitq təkcə 

aydın,  düzgün,  səlis,  məntiqi  olmaqla  bitmir,  həm  də  təsirli, 

emosional, cazibəli formada öz  əksini tapır.  İfadəli  nitq ondan 

bəhrələnənlərin hisslərinə təsir edir, marağını artırır, çünki bu-

rada məntiq güclü olduğu kimi, ifadə tərzi də tutarlı söz, ifadə 

və ibarələrlə həm  zəngin, həm  də  ifadəlidir.  İfadəliyi  çox vaxt 

söz  sənətkarlarına  aid  edirlər,  axı  onlar  dilin  zəngin  söz  xəzi-

nəsinə,  onun  qayda-qanunlarına  daha  yaxşı  bələddirlər.  Onlar 

özlərindən  əvvəl  yaşayıb-yaratmış  sələflərinin  bədii  irsinə  də-

rindən yiyələnirlər, deyilmişləri təkrar etmədən orijinal fikirlə-


 

 

121 



rini  daha  emosional,  cazibəli,  mənalı  ifadə  etmək  bacarığı  nü-

mayiş  etdirirlər,  dilin  bütün  sisteminə  -  fonetika,  leksika,  se-

mantika, qrammatika, intonasiya və üslubiyyata hərtərəfli bələd 

olmaqla yeni dil vasitələri düzəldib işlədirlər. Elə buna görə də 

onların dili zəngin, obrazlı, ahəngdar və ifadəli nitq kimi  yeni 

nəslə,  özlərindən  sonra  gələn  sənətkarlara  gözəl  miras  kimi 

ötürülür.  İnsan  hisslərinə  təsir  göstərən,  onu  həyəcanlandıran, 

ruhunu pərvazlandıran, qəlbini ehtizaza gətirən, könlünü oxşa-

yan nitq ifadəlidir. Nitqin şüura təsiri dərəcəsinə görə şeir nəsrə 

nisbətən  daha  güclü  vasitədir.  Şeirdə  bədiilik  və  obrazlılıq 

yüksək,  daha  əyani  və  güclüdür.  İ.Nəsiminin,  M.Füzulinin, 

M.P.Vaqifin,  A.Ələsgərin,  M.Ə.Sabirin,  S.Vurğunun  şeirləri 

ifadəli  nitqin  gözəl  nümunələridir.  Bu  şeirlərdə  bədii  nitq  for-

ması zahirən çox sadə, leksikası, intonasiyası və sintaksisi ba-

xımından  çox  rəvan,  oynaq  və  səlisdir.  Bu  şeirlər  sanki  xalq 

musiqisi  ilə  harmoniya  təşkil  edir.  Nitqin  ifadəliyi  ünsiyyət 

mühiti  ilə  dilin  struktur  sahələri  və  üslub  sistemi  ilə  şərtləşir. 

İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bil-

məklə  onun  ifadəlik  imkanlarını  duyub  qiymətəndirməklə  əla-

qədardır.  Adi  sözlərdən  qurulmuş  epitet,  metafora,  meto-





Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə