1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3.04 Mb.
Pdf просмотр
səhifə8/35
tarix16.07.2017
ölçüsü3.04 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

 

Sual və tapĢırıqlar: 

1.  Mədəni  nitq  nədir  və  onun  qeyri-mədəni  nitqdən  fərqi 

nədədir? 

2. Daxili nitqin əsas xüsusiyyətləri hansılardır? 

3.  Ədəbi  dilə  yiyələnməyin  yüksək  mərhələsi  hansı 

nitqdir? Nə üçün? 

4.  Daxili  nitqdə  bütün  cümlə  üzvləri  yerli-yerində  işləni-

rmi? Fikrinizi nümunələr əsasında izah edin. 

5. Nitq mədəniyyətinin əsasını nələr təşkil edir? 

6. Qeyri-mədəni nitq dedikdə nə başa düşülür? 

7.  Savad  mədəni  və  qeyri-mədəni  nitqdə  nə  kimi  rol  oy-

nayır? 


8. Mədəni nitqi müəyyənləşdirən keyfiyyətlər hansılardır? 

9.  Məktəbdə  Azərbaycan  dili  fənninin  öyrənilməsində  və-

zifə nədən ibarətdir? 

10. Savadlı yazmaq şifahi, yoxsa yazılı nitqlə əlaqədardır? 

Nümunələr gətirməklə fikrinzi əsaslandırın. 

ÇalıĢma.  Verilmiş  sözlərin  hər  birinə  əvvəlcə  kəmiyyət, 

sonra  mənsubiyyət,  daha  sonra  müxtəlif  hal,  ardınca  xəbərlik 



 

 

102 



(şəxs)  şəkilçilərini  artırıb  sıra  ilə  yazın:  stadion,  meydança, 

matç, cığır, məşqçi, prezident, federasiya 



ÇalıĢma. Sözlərdən cümlələr düzəldib yazın: 

1) idman, zəngin, var, Azərbaycan, qədim, tarix, və 

2)  müharibə,  ölkəmiz,  on  minlər,  gətirmək,  insan,  fəla-

kət,Qarabağ 

3)  Laçın,  faciə,  ictimaiyyət,  də,  çatmamaq,  dünya,  hələ, 

Kəlbəcər 

4) intizamlı, vəzifə, borc, hər, olmaq, bir, və, deyirlər, tələbə 

5)  sonra,  dincəlmək,  bir,  qəbul,  çox,  və,  faydalı,  etmək, 

duş, az, məşq 

ÇalıĢma. ağrı, al, at, bel, boğaz, burun, dolu, düz, dil, inci, 

kök, qaş, qol, quru sözləri həm çoxmənalı, həm də omonim ola 

bilir.  Onları  əvvəlcə  omonim,  sonra  da  çoxmənalı  söz  kimi 

cümlələrdə işlədin. 



ÇalıĢma.  Səslərinin  sayı  hərflərinin  sayından  çox  olan 

sözləri seçib transkripsiyada yazın: 

Aynurə, cəmiyyət, çiçək, dostluq, ailə, xasiyyət, hökmdar, 

hovuz,  hövsələ,  müasir,  neftçi,  polad,  Faiq,  şlüz,  şeir,  qulaq, 

tövbə, üzrlü 

ÇalıĢma.  Vurğusu  son  hecaya  düşən  sözləri  göstərin: 

kamera,  Nəzirə,  gümüş,  qrafika,  söyüd,  güllük,  Asiya,  sanki, 

tirmə, barama, albalı 

ÇalıĢma.  Vurğusunun  yerini  dəyişərkən  mənası  dəyişən 

sözləri  tapın,  hansı  mənalarda  işlənə  bildiyini  misallarla  gös-

tərin:  Xəyyam,  əyin,  saqqal,  gəlin,  səpin,  ilmə,  bildir,  gəlir, 

güldür, süzmə, dondurma 



ÇalıĢma.  Ahəng  qanununa  tabe  olmayan  əsl  Azərbaycan 

sözlərini ayrıca yazın, nə üçün ahəng qanununa tabe olmadığını 

qeyd edin: güldan, ilan, çörək, ilmə, Türkan, hafizə, ilxı, metal, 

işıq, oyun, ilğım, afərin 



ÇalıĢma.  Qrupunuzda  xoşagəlməz  bir  hadisə  baş  vermiş-

dir.  Üç  nəfər  tələbənin  adından  akt  tərtib  edin.  Akta  verilən 

tələbləri göstərin. 


 

 

103 



 

 

NĠTQĠN ƏSAS KEYFĠYYƏTLƏRĠ 

 

Müasir  dövrümüz  gənc  nəslin  qarşısında  yüksək  nitq  mə-



dəniyyətinə  yiyələnmək  vəzifəsini  qoyur.  Dövlət  qurumların-

dan  dəfələrlə  narazılıq  eşidilmişdir  ki,  gənclərimiz,  xüsusən 

Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  Olimpiya  oyunla-

rında, dünya və Avropa çempionatlarında öz gücü, iradəsi, dö-

zümlülüyü ilə fərqlənərək medallar qazanmış tələbə və məzun-

ları efir və ekran qarşısında, dövlət başçısı Prezidentə məlumat 

verəndə öz uğurlu nəticələri haqqında olduqca sönük çıxış edir, 

4-5  cümlədən  ibarət  fikrini  gözəl,  rəvan,  səlis  dillə  ifadə 

etməkdə  çətinlik  çəkirlər,  yüksək  idman  nəticələri  ilə  bütün 

dünyanı heyran qoymuş  çempionlarımız öz rabitəsiz və sönük 

çıxışları  ilə  dinləyiciləri  çox  təəccübləndirirlər.  Doğrudanmı 

səlis, rəvan, gözəl danışmağı bacarmaq belə çətindir? Axı gözəl 

danışığa  yiyələnmək  həyatda  qazanılır  və  hər  kəsin  özündən 

asılıdır.  Hələ  eramızdan  əvvəl  yunan  və  Roma  natiqlik  mək-

təblərinin  görkəmli  nümayəndələri  Diogen  və  Demetriy  nitqin 

beş  keyfiyyətini  -  təmizliyini,  aydınlığı,  yığcamlığı,  məq-

sədəuyğunluğu və gözəlliyini əsas sayaraq mədəni nitqi müəy-

yənləşdirən məziyyətlərin həlledici olduğunu önə çəkirdilər. 



NĠTQĠN DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərə-

cədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni 

düzgün  nitq  formaca  və  məzmunca  düzgün  qurulmuş  nitqdir. 

Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara ria-

yət  etmək  azdır,  ədəbi  dilin  digər  normaları  da  nəzərdə  saxla-

nılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qu-

rulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulma-

malıdır.  Hadisələr,  faktlar,  onların  səbəb-nəticə  əlaqələri  bilə-

rəkdən  təhrif  olunmuş  şəkildə  dilə  gətirilməməli,  reallıqdan 

uzaqlaşma  hallarına,  yalan  məlumatlara,  layiq  olmayan  tərif-

lərə, nöqsanların ört-basdır edilməsinə yol verilməməlidir. De-


 

 

104 



məli,  düzgün  nitq  ifadə  olunan  fikrin  həqiqiliyindən,  doğru-

dürüstlüyündən  çox  asılıdır.  Tarixi  reallığı  düzgün  qiymətlən-

dirə  bilməyən  natiqin,  mühazirəçi,  məruzəçi,  icmalçının  çıxışı 

dil normalarına cavab versə də, düzgün nitq sayıla bilməz. Nit-

qin düzgünlüyü yalnız o zaman təmin oluna bilər ki, nitq söy-

ləyən  şəxs  bədii  təsvir  vasitələrindən,  sinonimlərdən,  obrazlı 

ifadələrdən, yeri gəldikcə atalar sözləri, zərb-məsəllərdən, afo-

rizmlərdən məqamında da bəhrələnsin. Deməli, nitqin düzgün-

lüyü  üçün  məntiqi  və  qrammatik  cəhətdən  düzgün  qurulmuş 

cümlələr  əsas  götürülməklə  ədəbi  tələffüz  qaydaları  gözlənil-

məli,  normal  diksiya,  nitq  fasilələri,  məntiqi  vurğu  nəzərdə 

saxlanılmalıdır.  Nitqi  ağırlaşdıran,  məzmunun  dinləyicilərə 

çatdırılmasını çətinləşdirən, həcmcə böyük, dolaşıq, təm-taraqlı 

cümlələr işlədilməməlidir. Nitqin düzgünlüyü natiqlə dinləyici-

lər arasında qarşılıqlı anlaşmanı təmin edir. Nitqin düzgünlüyü 

ədəbi dil normaları daxilində mümkündür. Kommunikativ key-

fiyyətə xidmət edən düzgünlük gerçəklik haqqında verdiyi mə-

lumata düz mütənasibdir. Düzgünlük anlayışı, əsasən, mövzuya 

aiddir. Mövzu dəqiq və konkret olarsa, natiq də öz fikrini dəqiq 

və yığcam qura bilər. Deməli, nitqin düzgünlüyü dedikdə cüm-

lələrin  qrammatik  cəhətdən  düzgün  qurulması,  sözlərin  yerli-

yerində  işlədilməsi,  fikrin  aydın,  dəqiq,  məntiqi  ardıcıllıqla  və 

ədəbi tələffüz normalarına uyğun ifadə olunması başa düşülür. 

NĠTQĠN  DƏQĠQLĠYĠ.  Dəqiqlik  nitqin  ilk  və  əsas  şərti-

dir.  Fikrin  aydın  izahı  dəqiq  düşüncənin  nəticəsidir.  Dəqiqlik 

və yığcamlıq nitqin əsas məziyyətləri kimi zəngin söz ehtiyatı 

hesabına  başa  gəlir.  Söz  ehtiyatı  zəngin  olan  adamın  nitqi 

dəqiq  ola  bilər.  Dəqiq  nitq  deyildikdə  sözlərin  ifadə  olunan 

fikrə  uyğun  seçilməsidir  ki,  bunlar  nitqin  mənasına,  məzmu-

nuna  münasib  olmaqla  fikrin  gerçəkliyi  əks  etdirməsinə  şərt 

sayılır.  Dəqiqlik,  bir  tərəfdən,  nitqin  gerçəklik  və  təfəkkürlə 

əlaqəsinin,  digər  tərəfdən,  fikrin  dil  vasitələri  ilə  düzgün 

verilməsinin  göstəricisidir.  Məlumdur  ki,  söz  anlayışa  uyğun 

yaranır və fikir ifadə edir. Əlbəttə, o, ifadə etdiyi fikrə uyğun 


 

 

105 



olmalıdır.  Nitqin  məntiqliyi,  ardıcıllığı,  izahın  uyarlığı  fikrin 

aydın  ifadəsinə  köklənmişdir.  Dəqiq  söz  işlətmə  dilin  leksik 

sistemində  olan sözlərin semantik  mənasını, sinonimliyi,  çox-

mənalığı, terminləri, müxtəlif funksional üslubları və qramma-

tik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkan-

larından  istifadə  edərək  lazım  olan  sözün  seçilib  işlədilməsi 

nitq  üçün  çox  vacibdir.  Dilimiz  respublikamızın  müstəqillik 

qazanması ilə, həqiqi mənada dövlət statusu almasından, bütün 

sahələrdə  qeyd-şərtsiz  tam  və  yeganə  ünsiyyət  vasitəsi  kimi 

hərtərəfli  işlənməyə  başlamasından  bəri  bədii,  elmi  və  publi-

sistik  yazıların,  mətbu  orqanların  dili  də,  radio-televiziya  ve-

rilişlərində, teatr tamaşalarında aktyor və diktorların, müəllim, 

şagird və tələbələrin nitqi də dəqiqləşmiş, düzgün işlədilməkdə 

sistem şəklini almışdır. 



NĠTQĠN AYDINLIĞI. Aydınlıq ifadə üsuludur, ifadə olu-

nan fikrin asan qavranılması üçün o, həmişə diqqət mərkəzində 

olur. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətlən-

dirilir.  Bunların  içərisində  aydınlıq  ən  vacib  üslubi  keyfiyyət 

kimi ön sırada durur. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin 

ilkin şərti sayılır. İnsan ifadə edəcəyi mövzu haqqında mükəm-

məl məlumata malik olub onu dərindən və yaxşı bilirsə, müvafiq 

dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini ma-

raqlı  qurar,  dolaşıq  cümlələrə  deyil,  sadə,  münasib  cümlələrlə 

deyəcəyi  faktları  ifadə  etməyi  bacarar.  Nitq  zamanı  aydınlığın 

pozulması bir sıra hallarla bağlıdır. Bura danışanın sözlərin mə-

nasını, işlənmə məqamlarını yaxşı bilməməsi, zəngin söz ehtiya-

tına  mükəmməl  yiyələnməməsi  daxildir.  Məsələn,  danışıqda 

belə cümlələr eşidirik: O, qapının zəngini çaldı. At ilxısında yax-

şı  atlar  vardı.  Sənə  müvəffəqiyyət  uğurları  arzulayıram.  Biz 

bunlara  müdaxilə  göstərməyə  çalışırıq  və  s.  "Aydın  nitq  aydın 

təfəkkürün,  düşüncənin  məhsuludur",  "Dili  dolaşıq  şəxsin  fikri 

də  dolaşıq  olur"  -  cümlələrinin  təsdiqinə  Ü.Hacıbəylinin  "O 

olmasın,  bu  olsun"  musiqili  komediyasında  Məşədi  İbadın  Rza 

bəyə  dediyi  bir  replikasında  aydın  görünür:  -  "A  kişi,  sən  elə 



 

 

106 



qəliz danışırsan ki, "Tarixi-Nadiri" yarıya qədər oxumuşam, mən 

başa  düşə  bilmirəm.  Bu  yazıqlar  haradan  başa  düşsünlər?  "Biz 

tələbələri ixtisaslarına aid idman ədəbiyyatını oxuyub öyrənmək-

lə,  izah  edib  misallar  gətirməklə  məhdudlaşmamağa  çağırırıq. 

Onlar siyasi, sosial, elmi, iqtisadi yenilikləri özündə əks etdirən, 

gündəlik  mətbu  orqanlarda  çap  olunan  publisistik  yazıları  da 

oxuyub təhlil etməli, biliklərini artırmağa xidmət edən bədii ədə-

biyyatla,  oçerklərlə,  həyatın  hər  sahəsinə  aid  müxtəlif  material-

larla  bir  vətəndaş  kimi  tanış  olmalıdırlar.  Nitqin  aydınlığı 

tələffüzlə  sıx  bağlıdır.  Dil  səsləri  öz  məxrəcində  deyilməsə, 

hecanın tələffüzdən düşməsi, normal intonasiyaya əməl olunma-

ması, bütün cümlələrin ya yüksək, ya da alçaq templə deyilməsi, 

idmanla  bağlı  çəki  dərəcələrinin  və  ya  rəqəmlərin  ardıcıl  və 

sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda buraxılması 

şəxsin savadı, dünyagörüşü, mütaliəsi ilə, söz ehtiyatının kəmiy-

yət  və  keyfiyyətcə  azlığının  nəticəsidir.  Sadalanan  nöqsanları 

aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır: 

1)  Nitqin  aydınlığına  nail  olmaq  üçün  danışılacaq  mövzu 

öncə ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır. 

2)  Material  fikirdə  və  ya  yazılı  qeydlərdə  sistemləşdiril-

məlidir. 

3) Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək 

sözlər məntiqi vurğu hesabına aydın nəzərə çarpdırılmalıdır; 

4) Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tə-

ləffüz  edilməli,  "bunun"  əvəzinə  "munun",  "gətirdi"  əvəzinə 

"gətdi",  "gəl  gedək"  əvəzinə  "gə  gedəy",  "ona  görə"  əvəzinə 

"oa gora", "nə üçün" əvəzinə "nöşün" və s. deyilməməlidir. 

5) Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə 

ifadə  olunan  nitqin  başa  düşülməsinə  (Diksiyanın  pozulması 

sözlərin, ifadələrin başa  düşülməsini, fikrin anlaşılmasını çətin-

ləşdirir) cəhd göstərilməlidir. Çıxış edənlər (mühazirəçi, məruzə-

çi, lektor, diktor, müəllim və başqaları) səsini, nəfəsini idarəetmə 

bacarığını  təkmilləşdirməli,  diksiya  ilə  bağlı  şivə  qüsurlarını 

düzəltməlidir, yəni nitqin səs mədəniyyətinə yiyələnməlidirlər. 



 

 

107 



NĠTQĠN  TƏMĠZLĠYĠ.  Mədəni  nitqə  verilən  tələblərdən 

biri də onun təmizliyi hesab olunur. Ədəbi dilin qaydalarından 

kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Nitqin təmizliyi 

digər  keyfiyyətlər  kimi  nitq  sahibinin  ümumi  mədəniyyəti, 

savadı və dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasib-

dir.  Nitqin  təmizliyinin  pozulmasının  bir  neçə  ümumi  səbəbi 

vardır: 

1.Nitqdə yerli dialekt və şivəyə məxsus dil vahidlərinə yer 

verilməsidir. Xalqın böyük hissəsi canlı danışıq dilində danışsa 

da, müəyyən qismi ya dialekt şəraitində yaşadığına görə, ya da 

uşaqlıq illərində ailəsinin, yaxud yaşayış  yerinin danışıq tərzi-

nin təsiri altında dialekt danışığına meylli olur. Onların danışı-

ğında əgər, asanlıqla, yenə, dərman, manat, şəkil, nə üçün, ola-

cağıq,  o  qədər,  lap  az,  sən  demə,  tamam,  qaldırmaq  əvəzinə 



əyərrəri,  hasannıxnan,  genə,  dərmən,  manıt,  Ģikil,  nöĢ, 

olacoux,  oxartanan,  cıqqana,  deməynən,  eyzan,  qalxızmağ 

kimi dialekt tələffüzlü sözlər işlənir. Dialektizmlərin ədəbi bə-

dii dildə işlədilməsinə yol verilir. Paytaxtdan uzaq bölgələrdən, 

xüsusən ucqar dağ kəndlərindən bəhs edən bədii əsərlərdə yerli 

koloriti  saxlamaq  xatirinə  yazıçı  dialekt  leksikasına  müəyyən 

qədər  yer  verir  və  təbiilik  üçün  belə  sözlərə  müraciət  edir. 

Bədii  əsərdə  yerli,  məhəlli  sözlərin  məqsədəuyğunluq  tələbinə 

görə obrazların nitqində işlədilməsi zəruridir. Dialektizmlər dil 

qanunları  əsasında  yaransa  da,  onların  hamısının  ədəbi  dili-

mizdə  işlənməsi  mümkün  deyildir.  Ədəbi  dil  seçmə  və  əvəz-

etmə  yolu  ilə  yarandığından  müxtəlif  bölgələrdəki  dialektizm-

lərin hamısı bura daxil ola bilməz. Dialekt sözləri bədii üslubda 

nə qədər zəruri sayılsa da, onlar elmi və publisistik üslublarda 

işlənmir,  nəsr  əsərlərində  yazıçının  öz  dilində,  təhkiyə  dilində 

yer alması da arzuolunmazdır. Nəzm əsərləri isə yüksək üslub-

da yazıldığından şairlər belə sözlərə bilərəkdən müraciət etmir-

lər.  Ümumiyyətlə,  dialekt,  şivə  sözləri  fikrin  hamı  tərəfindən 

asanlıqla  qavranılmasına  maneçilik  törədir.  Ədəbi  dildə  yazıb 

oxuyan,  dil  vasitələrinə  norma  kimi  yanaşan  oxucular  buna 


 

 

108 



ədəbilikdən kənar nitq vahidləri kimi yanaşırlar. Məsələn: "Ço-

ban quzuların saytalından bir neçəsini ayırdı". “Maşın keçala-



ta  çatanda  sürətini  azaltdı”  -  cümlələrindəki  saytal,  keçalat 

sözləri hər oxucuya və ya dinləyiciyə aydın olmadığından dilin 

təmizliyinə ziyan gətirir, onu korlayır. 

2.  Dilin  təmizliyini  pozan  ikinci  cəhət  alınma  sözlərin  lü-

zumsuz işlədilməsidir. Bəzi hallarda şifahi və yazılı nitqdə eh-

tiyac olmadan mənası çətin, anlaşılmayan alınma sözlərdən is-

tifadə nəticəsində mövzunun məzmununda nəzərdə tutulan fikir 

oxucu  və  dinləyiciyə  qaranlıq  qalır.  "köçürülmək"  əvəzinə 

"evakuasiya  edilmək",  "baxış  keçirmək"  əvəzinə  "monitorinq 

keçirmək",  "nüfuz"  əvəzinə  "prestij",  "vəzifə"  əvəzinə  "missi-

ya"  sözlərinin  işlənməsinə  doğrudanmı  böyük  ehtiyac  vardır? 

Kütləvi informasiya vasitələrində, mətbuat səhifələrində, müx-

təlif elm sahələrində  yazılmış əsərlərdə öz əksini tapan alınma 

sözlər  həddən  artıq  çoxdur  və  onlara  gün  ərzində  az  qala  hər 

yerdə rast gəlirik. Son illər alınma sözlər dilimizə iki istiqamət-

dən  -  türk  və  rus  dilləri  vasitəsilə  dünyanın  bütün  dillərindən 

siyasi, iqtisadi, elmi və digər sahələr üzrə keçir. Sahə üzrə alın-

malar daha çoxdur və onlar danışıq dilində az işlənsə də, bədii 

üslub  istisna  olmaqla  digər  üslublarda  bol-bol  istifadə  olunur: 

rassionalizm, abbreviatür, respondent, dispozisiya, monitorinq, 

prestij, akkumilyasiya, orator və s. 

3.  Nitqin  səlisliyini  pozan  amillər  içərisində  terminlər  də 

müəyyən  yer  tutur.  Lakin  terminlər  öz  sahəsində  işləndikdə 

zərurət  sayılsa da, bədii  üslubda  yaxud adi  danışıqda, çıxışlar-

da,  elmi  mövzudan  kənarda  anlaşılmazlıq  törədir.  Son  illərdə 

türk dilinə aid, yaxud türk dilinin təsiri ilə yaranan söz və ter-

minlər  təkcə  texniki  və  elmi  ədəbiyyatda  deyil,  bütün  sahələr-

də, hətta danışıq dilində də işləklik qazanmışdır: dəstək, bilgi, 



öncül,  durum,  anlam,  bölgə,  öncə,  olay,  yetərsay,  özəl, 

önəmli,  yaĢam,  tanıtım,  təpki,  öndər,  çağdaĢ,  dönəm, 

yüzillik və s. onlarla, yüzlərlə söz məna, səslənmə, tələffüz ba-

xımından münasib və ruhumuza yaxın olduğu üçün çox tezliklə 



 

 

109 



və  asanlıqla  ünsiyyət  vasitəsinə  çevrilmişdir.  Dilimizdə  kalka 

yolu  ilə  yaranmış  sözlər  də  çoxalmaqdadır.  Kalka  üsulu  de-

dikdə sözün milli, anlayışın uzun illər gəlmə dilə aid olması nə-

zərdə  tutulur.  Deməli,  başqa  dildən  gəlmiş  anlayışı  dilimizin 

milli bazasından istifadə edərək adlandırırıq. Bura açıqca, da-



bankeĢ, əyləc, soyad, soyuducu, sərinkeĢ, tozsoran, yelçəkər 

və s. kimi sözlər daxildir. 

4.  Nitqin  təmizliyini  pozan  amillər  içərisində  tüfeyli 

sözlərin  də  müəyyən  qədər  rolu  var.  Nitq  zamanı  cümlələr 

arasında  əlaqə  yaratmaq,  yaxud  işlədilməli  olan  zəruri  sözü 

düzgün  tapmayan  şəxs  boşluğu  doldurmaq,  fikrə  "körpü"  sal-

maq istəyəndə ya  yersiz fasilələr edir,  ya da mövzu ilə əlaqəsi 

olmayan  ara  söz  və  ya  cümlə  tipli  söz  birləşmələri  (deməli, 



zaddı,  Ģey,  adı  nədir,  hansı  ki,  baxanda  baxıb  görürük  ki, 

canım sənə desin və s.) işlətmək məcburiyyətində qalır. 

5.  Elmi  üslubda  işlədilməsi  məqbul  sayılmayan  söz qrup-

ları sırasına loru sözlər də daxildir. Ədəbi bədii üslubda işlənən 

bu sözlərə personajların nitqində və canlı danışıqda rast gəlirik: 



gop eləmək, goplamaq, zollamaq, ağzından nallamaq, güpə-

mək,  anqırmaq,  donquldanmaq,  burcutmaq,  qatıqlamaq, 

eĢĢək, heyvərə, qoduq, tülkü, sən qıfılla, qırıldatmaq, çərən-

ləmək, hırıldamaq və s. sözlər nitqdə rəqibini alçaltmaq, təh-

qir  etmək,  pis  münasibət  bildirmək  məqsədi  daşıyır.  Söyüşlər, 

qarğışlar,  ədəbsiz  və  qeyri-etik  sözlər  ictimai  yerlərdə  vulqar 

xarakterli  olduğundan  mətbu  əsərlərdə  nitqin  təmizliyi  baxı-

mından işlədilməsi caiz görülmür. 

6. Kobud sözlər sırasında jarqonlar da qeyd olunmalıdır. 

Süni ünsiyyət vasitəsi sayılan jarqon sözlər cəmiyyətdə müəy-

yən  qrup  insanlar  tərəfindən  düzəldilir  və  elə  onlar  tərəfindən 

də  başa  düşülür.  Jarqonlar  öz  fikirlərini  başqalarından  gizlət-

mək  və  ya  başqalarından  fərqlənmək  üçün,  konkret  bir  zümrə 

tərəfindən  işlədilən  elə  sözlərdir  ki,  onlar  adi  halda  müstəqil 

mənada  işlədilib  hamı  tərəfindən  anlaşılsa  da,  jarqon  səviyyə-

sində başqa cür mənalandırılır. Məsələn: iĢini bitirmək (öldür-


 

 

110 



mək), əriĢtəsini kəsmək (həbs etmək), Ģestyorka (satqın), hə-

rifləmək  (aldatmaq),  ütmək  (pulunu  əlindən  almaq),  baĢını 

qırxmaq (aldadıb almaq), atanda (ayıq ol, səni axtarırlar) və s. 

7.  Dilin  təmizliyinə  xələl  gətirən  söz  qruplarından  biri  də 



arqolardır. Fransız dilindən keçmiş bu termin altında məhdud 

dairədə  işlənib  başqalarının  başa  düşmədiyi  şərti  ifadə  və  ya 

söz anlamındadır: tələbələrin işlətdiyi "quyruq" "kəsir", "aka-

demik  borc"  mənasında,  müəllimlərin  işlətdiyi  "pəncərə" 

"dərslər arasında qalan boş vaxt, saat" mənasındadır. 

 

Sual və tapĢırıqlar: 

1. Dəqiq nitq dedikdə nə başa düşülür? 

2. Dəqiq nitq necə meydana gəlir? 

3. Nitqin dəqiqliyi üçün ölçü nədir? 

4. Nitqin düzgünlüyü hansı hallarda mümkündür? 

5. Düzgün nitq nə deməkdir? 

6.Düzgünlük  kommunikativ  keyfiyyətdirmi?  Nitqdə  kom-

munikativliyi necə başa düşürsünüz? 

7.Şifahi  danışıqda  və  ya  oxuda  kitab  tələffüzü  əsas  götü-

rülürmü? Kitab tələffüzü dedikdə nə başa düşülür? 

8. Bədii nitqin dəqiqliyi hansı şərtlərlə bağlıdır? 

ÇalıĢma.  Mətndən nitq normalarının köhnəlmiş göstərici-

lərini müəyyənləşdirib izah edin: 

Qoltuqçu malları  açıb  tökdü:  gözəl  firəng və  İstanbul  qu-

maşları şairi heyran qoydu. Bu adam Axalsıq paşasının nüma-

yəndəsi idi. Qoltuqçu sözə başladı: 

- Qardaşım, bu yollar yalnız əsgər deyil, ağır toplar və cəb-

bəxanalar  daşımaq  üçün  yapılmış.  Bu  gün  Tiflis,  yarın  Qara-

bağ, o biri gün isə İran və dövləti - Osmaniyyə torpaqları yəğ-

ma  olunacaq,  gavur  xəncəri  islamın  bağrına  soxulacaq…  Sü-

leyman  paşanın  mümməsili  uzun-uzadı  danışdı  və  bütün  xan-

lıqları ittihada və müqavimətə dəvət etdi. 

-  Əfəndim,  -dedi,  -səkkiz  il  əvvəl  yapılmış  Küçük  Qay-

narça müahidəsi mövcibincə Mosqovla hali sülhdə olduğumuz 


 

 

111 



məlumi- alinizdir. Müahidə bu altıillik şiddətli müharibənin bir 

sənədi olaraq bizi hala, bəzi təşəbbüsatdan məhrum qoyur.  

Bu əsnada qapı açıldı, nökər mehmandarın gəldiyini xəbər 

verdi.  Qafilə  tərpəndi.  Rus  zabitləri  əllərində  rus  çarıçasının 

İrakliyə  göndərdiyi  hədiyyələri  tutmuşdular.  Bu  hədiyyələr 

bayraq,  qılınc,  xirqə,  toppuz,  tac  və  fərmandan  ibarət  idi. 

(Y.V.Çəmənzəminli. "İki od arasında" romanından) 

ÇalıĢma.  Mətndəki  dialekt  xüsusiyyətlərini  ədəbi  dildəki 

fonetik, leksik və morfoloji qarşılıqları ilə müqayisə edin: 

Bir paccah öz vəzirinə der: "Bu şarabı içənnən soramı söy-

pət  eləsəx  şirin  olar,  işməmişdənmi  söypət  eləsəx  şirin  olar?" 

Vəzir der: "İndi deəmmərəm, vaxt ver fikirrəşim, sora deərəm". 

Bir-iki  günnən  sora  varellar  meşiyə  oya  gedellər,  göröllər  bu 

öydə işıx gəler. Şah der: "Ay vəzir, hərəmiz bir öyəmi gessəx, 

qonax  şirin  olar,  ikimiz  birinəmi  gessəx  şirin  olar".  Vəzir  der 

kin,  tək gessəx şirin  ollux. Çünki atalar def kin,  qonax qonağı 

söməz,  öy  yəsi  də  heç  hasını.  Tək  gessəx  yaxşıdı.  İndi  hərəsi 

bir  işığa  geder.  Kəndin  başındakı  işıxda  vəzir  geder,  qapıyı 

döyör (33, səh.380) 





Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə