1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3.04 Mb.
Pdf просмотр
səhifə7/35
tarix16.07.2017
ölçüsü3.04 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   35

 

Sual və tapĢırıqlar: 

1. Nitq mədəniyyəti tədris fənni və elm kimi dilçiliyin han-

sı sahələri ilə əlaqədardır? 

2. Nitq mədəniyyətinin leksikologiya ilə əlaqəsi nəyə əsas-

lanır? 

3.  Nitq  mədəniyyəti  ilə  üslubiyyatın  bir-birinə  yaxınlığını 



necə izah etmək olar? 

4.  Nitq  mədəniyyətinin  qrammatika  ilə  əlaqəsini  nədə 

görürsünüz? 

5.  Nitq  mədəniyyətini  üslubların  düzgünlüyünü  öyrənən 

fənn kimi xarakterizə etmək olarmı? 

6.  Nitq  mədəniyyətinin  etika,  estetika,  ədəbiyyat,  pedaqo-

gika,  psixologiya  və  fiziologiya  ilə  bağlılığını  ayrı-ayrılıqda 

izah edin.  



ÇalıĢma.  Şeiri oxuyun,  dilin  gözəlliyini xarakterizə edən, 

estetik duyğular oyadan məzmunun forma ilə vəhdətdə olduğu 

məqamları göstərin: 

 

Badi-səba, mənim dərdi-dilimi



Ol büti-zibaya dedin, nə dedi? 

Ahu-naləm asimanə yetdiyin,  

Gərdəni-minayə dedin, nə dedi? 

 

Düşüb ayağına sən o zalımın, 



Söylədinmi necəliyin halımın? 

Onun həsrətindən rəngi-alımın,  

Döndüyün heyvayə dedin, nə dedi? 

 


 

 

90 



Görsə idin varmı məni-bimarə

Nüsxeyi-hüsnündə onun bir çarə; 

Dildə iztirabə, təndə buxarə, 

Sərimdə sevdayə dedin, nə dedi? 

 

Qəm əlindən payi-bəstə olduğum



Hal-pərişan, dil-şikəstə olduğum, 

Bəstəri-möhnətdə xəstə olduğum, 

Gözləri-şəhlaya dedin, nə dedi? 

 

Sərasər fələyin şəmsü-mahına, 



Tamam yer üzünün qibləgahına, 

Zakirin əhvalın xublar şahına, 

Ağlaya-ağlaya dedin, nə dedi? 

(Q.Zakir) 

 

ÇalıĢma. Verilmiş sözləri oxuyun, onların tələffüz şəklini 

– orfoepiyasını transkripsiyada yazın: 

Gözlər,  qoymurlar,  ailə,  torpaq,  ağaclar,  unudulmayıb, 

sonra, atasından, adlamaq, gülmək, riayət 



ÇalıĢma. Orfoepiyası verilmiş aşağıdakı sözləri orfoqrafi-

ya  normasına uyğun yazın: 

[mayil], [feyil], [işdəx], [uşaxlıx], [qoun], [çəx-çəvir], [kət-

ti], [arfaepiya], [arfaqrafya]. 



ÇalıĢma. Mətndə fonetik normanın pozulduğu sözlərin al-

tından xətt çəkin,  qarşısında mötərizədə düzgün  variantını  ya-

zın. Sonra hər iki variantı müqayisə edib hansının daha yaxşı, 

düzgün səsləndiyinə münasibət bildirin.  

Dilimizdə  işlənən  “ədəbyat”  ərəb  dilindəki  “ədəb”  sözün-

dəndir. Mənası “zərifliy”, “gözəlliy”, “tərbiyyə”, “elim” və s. de-

məkdi, “hərif”, “yazı”, yəni həriflərdən ibarət yazı mənasındadı.  

“Ədəbyat”  sözünün  ayid  olduğu  sahələr  çoxdur.  Bədiyi 

ədəbyat  bədiyi  söz  sənəti  də  adlanır  və  incə  sənədin  bir  növü 

sayılır. Bədiyi ədəbiyyat öz varrığında sözə, həm də bədiyi sö-

zə  əsaslanır.  Yəni  bədiyi  ədəbiyat  həyətdə,  cəmiyətdə  rastlaş-


 

 

91 



dığımız,  şəhidi  olduğumuz  hadisələri,  əhvalatları  necə  varsa, 

eləncik  də  təqdim  etmir.  O,  hadisə  və  əhvalatları  bədiyi  söz-

lərin vasitəsilə bədiyi dillən, bədiyi lövhələrnən obrazlı şəkildə 

təsvir eləyir.  



ÇalıĢma. Avropa çempionatında qalib gəlmiş bir tələbəyə 

Prezident təqaüdü verilməsi haqqında Akademiyanın rektoruna 



xahiĢnamə ilə müraciət edin. 

 

 

NATĠQLĠK SƏNƏTĠNĠN SAHƏLƏRĠ 

 

Forma  və  məzmununa  görə  natiqlik  sənətinin  geniş  yayıl-

mış sahələri aşağıdakılar hesab olunur: 

1. İctimai-siyasi natiqlik. Bura: 1) Prezidentin inoqurasiya 

(andiçmə) nitqi; 2) Siyasi mövzuda məruzə; 3) Siyasi mövzuda 

çıxış (xarici ölkələrdə prezidentin çıxışı); 4) İcmal nitqi. Böyük 

məclislərdə  son  söz;  5)  Mitinqdə  çıxışlar;  6)  Siyasi  təbliğat-

çıların nitqi; Qanunvericilik layihələri; Parlament mübahisələri 

və  s.  İctimai-siyasi  nitq  siyasi-ictimai  əhəmiyyətli  hadisələri 

(prezident seçkisi, deputat seçkisi, yeni il ərəfəsində ölkə başçı-

sının xalqa müraciəti, Prezidentin hərbi hissələrdə ölkənin hər-

bi qüdrəti haqqında çıxışı və s.), müvafiq strukturlar qarşısında, 

toplantıda  hesabat  məruzəsi,  kütlə  və  ya  sahə  nümayəndələri 

qarşısında çıxış, eləcə də radio-televiziya vasitəsilə ölkə vətən-

daşlarına müraciət-çıxışları əhatə edir.  İstər Sovet hakimiyyəti 

dövründə,  istərsə  də  Müstəqillik  illərində  ulu  öndərimiz, 

ümummilli lider H.Ə.Əliyevin, hazırda Respublikamızın prezi-

denti möhtərəm İ.H.Əliyev cənablarının ölkənin daxili və xari-

ci siyasəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrlə bağlı 

çıxışları ictimai-siyasi nitqin ən dəyərli nümunələridir. 

2.  Diplomatik  natiqlik.  Diplomatik  natiqliyə  dövlət  başçısı 

və  ya  xarici  işlər  nazirinin  BMT-dəki  çıxışları,  mətbuat  kon-

franslarında siyasi məsələlərlə bağlı çıxışlar və diplomatik müsa-

hibələr  daxildir.  Diplomatik  nitq  öz  xarakteri,  forması  və 



 

 

92 



məzmununa  görə  ictimai-siyasi  nitqdən  ciddi  fərqlənmir.  Prezi-

dentin nitqi dövlətin taleyüklü problemləri ilə bağlı olduğuna gö-

rə  onda  beynəlxalq  səviyyəli  məsələlərin  qoyuluşu,  respub-

likanın mənafeyi baxımından münasibəti öz əksini tapırsa, xarici 

işlər naziri  BMT-də,  ayrı-ayrı ölkələrdə keçirdiyi  mətbuat kon-

franslarında öz ölkəsinin siyasi baxışını dünya birliyinə çatdırır. 



3.  Məhkəmə  natiqliyi.  Bura  hakimlərin,  prokuror,  vəkil, 

müttəhim və şahidlərin nitqi daxil edilir. Prokuror və hakimin 

nitqi  ittihamedici,  müttəhim  və  vəkilin  nitqi  müdafiəedici  xa-

rakterdə olur.  İttihamçıların nitqi  faktların dərin təhlilinə, dəlil 

və sübutlara əsaslanır, obyektivliyə, ədalətə əsaslanır, qanunun 

aliliyi müttəhimə inandırıcı şəkildə çatdırılır. Vəkilin çıxışı da 

dəlil  və  sübutlarla  müşayiət  olunmalı,  məhkəmə  prosesində 

qaldırılan  vəsadət  baş  vermiş  hadisənin  təhlili  nəticəsində  ha-

kimin hökmünə müsbət təsir göstərməlidir. Müttəhimin istər öz 

cinayəti  haqqındakı  çıxışı,  istərsə  də  özünü  müdafiə  nitqi  mü-

nasib  sözlər,  ifadələr,  cümlələrlə  öz  şərhini  tapmalıdır,  o,  nit-

qini  məntiqi  əsasda  qurmağa  çalışmalıdır.  Hadisənin  ədalətli 

çözümü  üçün  məhkəmə salonlarında  qanunların  keşiyində  du-

ran prokurorun da, ədliyyə sistemində çalışıb qanunun aliliyini 

qorumalı  olan  hakimin  də,  adamların  vətəndaş  hüquqlarını 

müdafiə  etməli  olan  vəkilin  də,  müttəhimin  də  nitqi  rabitəli 

olmalı, əsas fikrin açılmasına xidmət etməlidir. 

4.  Hərbi  natiqlik.  Hərbi  nitqə  aiddir:  a)  Həqiqi  hərbi  xid-

mətə çağırılmış gəncləri, əsgərləri ruhlandırmaq, müqəddəs ana 

vətənimizi  qorumaq,  xalqımızın  firavan  həyatını,  təhlükəsiz 

yaşamasını təmin etmək üçün hərbi komissarın, müdafiə nazi-

rinin  çağırış  nitqi;  b)  Əsgərlərin  hərbi  andı;  c)  Hərbi  nizam-

namənin şərhi; ç) Komandirlərin hərbçilər qarşısında çıxışı. 



5.  Akademik  natiqlik.  Akademiya  sistemində,  universitet 

və  müxtəlif  ali  məktəblərdə,  elmi  müəssisələrdə,  beynəlxalq 

konfrans,  simpozium,  treninqlərdə  edilən  məruzələr,  çıxışlar, 

oxunan  mühazirələr,  elmi  rəy  və  dissertasiya  müdafiəsində 

çıxışlar və s. akademik natiqliyə daxildir. Bu, elm adamlarının 


 

 

93 



müxtəlif  toplantılarda,  müdafiə  şuralarında,  müəllimlərin  ali 

məktəb  auditoriyalarında,  elmi-praktik  konfranslarda,  savadlı 

və  hazırlıqlı  aparıcı  və  diktorların  ekran  və  efir  qarşısında  et-

dikləri  nitqdir.  Nitqin  bu  növü  yaradıcı  xarakter  daşıyır.  Ziya-

lılar, alimlər, professor, dosent və baş müəllimlər öz araşdırma-

larını,  tədqiqatlarını  yazılı  (monoqrafiya,  dərslik,  dərs  vəsaiti, 

məqalə)  və  şifahi  (mühazirə,  məruzə,  çıxış,  məlumat)  vasitə-

lərlə  məntiqli,  ardıcıl,  dəlil-sübutlarla,  ümumiləşdirmələr,  nə-

ticələrlə oxucu və dinləyicilərə çatdırırlar. 

6. İctimai-məişət natiqliyi. Natiqliyin bu növündə yubiley 

tədbirlərində, bayramlarda, toylarda, şənliklərdə, ad günlərində, 

dəfn mərasimlərində və  s.  adamlar təbrik  nitqi  söyləyir, sağlıq 

deyir,  çıxış  edirlər.  Məişət  zəminində  söylənilən  bu  çıxış  – 

nitqlərdə  haqqında  söhbət  gedən  adamın  şəxsiyyətinə,  hadisə-

nin mahiyyəti və əhəmiyyətinə aid xoş sözlərə, obrazlı ifadələ-

rə, təntənəli qurulmuş cümlələrə, təriflərə, təbriklərə və başsağ-

lığı etiketlərinə geniş yer verilir. Natiqliyin bu növü iki forma-

da özünü göstərir: Birincisi, görkəmli şəxslərə 

 elm, təhsil və 



mədəniyyət  xadimlərinə,  yazıçı,  bəstəkar,  rəssam,  aktyorlara, 

əmək və müharibə veteranlarına, eləcə də əlamətdar tarixi gün-

lərə  həsr  olunmuş  tədbirlər;  ikincisi,  ailədə  dostlar,  yaxın 

adamlar və tanışlarla keçirilən ad günləri, yubiley şənlikləri. Bu 

tədbirlərin  forma,  keçirilmə  və  qeyd  edilmə  şəraiti  müxtəlif 

olur:  səsləndirilən  fikirlər,  rəylər,  nitqlər  öz  ifadə  tərzinə  görə 

bir-birindən fərqlənir. Öz dövrü üçün hadisə sayılan bir şəxsin 

yubiley  tədbirində  neçə-neçə  kollektivin  nümayəndələrinin  iş-

tirakı ilə keçirilən yığıncaqda müəssisə, ali məktəb rəhbəri özü, 

əgər birinci şəxsə həsr olunmuşsa həmin müəssisə, təşkilat, fe-

derasiya və ya konfederasiyanın mötəbər şəxslərindən biri giriş 

nitqi  söyləyir,  sonra  əvvəlcədən  müəyyənləşdirilmiş  səlahiy-

yətli şəxslərə təbrik üçün söz verilir, çıxışlar olur, xatirələr söy-

lənilir,  yubilyarın  əmək  fəaliyyətindən,  şəxsi  keyfiyyətləridən, 

xalq  və  dövlət  qarşısında  gördüyü  işlərdən  bəlağətlə,  haqlı 

təriflərlə söz açılır. Belə tədbirlər zamanı çıxışlarda ciddilik qo-



 

 

94 



runur, amma zarafatlara yol verilmir. Ailədə, dostlar, qohumlar 

arasında  keçirilən  yubiley  və  ad  günündə  şənliyin  səbəbkarı 

haqqında  ürək  sözləri  deyilir,  onun  mənəvi  və  iş  keyfiyyətləri 

qeyd edilir, ailədə mövqeyi və qayğıları xatırlanır. Bu tip təbrik 

və  çıxışlar  daha  səmimi  olur,  yada  salınan  hadisə  və  faktlar, 

səbəbkarın  xarakter  cizgiləri  incə  yumorla,  qanadlı  sözlər,  ob-

razlı  ifadələrlə  emosional  tərzdə  səsləndirilir.  Şadlıq  sarayla-

rında keçirilən toy mərasimlərində yaxşı seçilmiş masabəyinin 

nitqi daha təsirli, canlı və xoşagələn olur. Masabəyi toy məcli-

sinin marağına rəğmən məzəli əhvalatlar söyləyir, gəlin, bəy və 

onların  yaxınları,  eləcə  də,  ümumiyyətlə,  ata,  ana,  gözəl  qız, 

qadın,  məhəbbət  haqqında  bildiyi  şeirləri,  lətifələri  özünə-

məxsus yumorla musiqi sədaları altında xüsusi ahənglə ucadan 

səsləndirir.  Şadlıq  saraylarında  söylənilən  nitqlərdə  dilimizin 

bütün zənginlikləri, onun ifadəli dil vasitələri məclis əhlinin ru-

hunu  oxşamağa  yönəldilir.  Dəfn  mərasimlərində  söylənilən 

nitqlər həcmcə qısa və  yığcam olur. Məişət nitqinin bu forma-

sında monoton ifadə tərzi insanları düşündürən həyat və ölüm 

məsələlərinə,  təskinedici  və  təsəlliverici  sözlər  və  cümlələrlə 

hüznlü, qəmli, təsirli şəkildə insanlara çatdırılır.  

Natiqlik sənətinin digər sahələrindən dini natiqliyi (din xa-

dimlərinin  moizə  və  xütbələri,  "Quran"dan  ayə  və  surələrin 

oxunması,  "Quran"  tapşırma,  ehsan  və  süfrə  dualarının  oxun-

ması,  axund  və  mollaların  imamların  müsibətləri  haqqında 

çıxışları),  bədii  natiqliyi  (bədii  axşamlarda  şair  və  yazıçıların 

nitqləri;  şair,  yazıçı və  bəstəkarlar haqqında mühazirə, məruzə 

və çıxışlar),  səhnə  natiqliyi, ekran və  efir natiqliyini  qeyd  et-

mək olar (12, səh.129). 



Ekran  natiqliyi  kütləvi  informasiya  vasitələrindən  olan 

televiziya  verilişlərinə  aiddir.  Yazılı  və  şifahi  nitqin  xüsusiy-

yətlərini özündə əks etdirən bu nitq monoloji və dialoji forma-

larda  təzahür  tapır.  Televiziya  verilişlərində  nitqin  məzmunu 

təsvirlər və mətnlərlə tamaşaçılara canlı çatdırılır. Çoxmilyonlu 

auditoriya  üçün  səsləndirilən  bu  nitq  ədəbi  dilimizin  qay-



 

 

95 



dalarına, xüsusən də onun orfoepik normalarına cavab verməli, 

diksiya  baxımından  aydın  və  təbii,  effektivlik  baxımından  isə 

nümunəvi olmalıdır. 

 

Sual və tapĢırıqlar: 

1. İctimai-siyasi natiqlik hansı mövzularda öz ifadəsini tapır? 

2.  Son  bir  ildə  ölkə  prezidentinin  hansı  çıxışını  televi-

ziyada dinləmisiniz və bu çıxış əsasında ictimai-siyasi nitqi ne-

cə xarakterizə edə bilərsiniz? 

3.  Diplomatik  natiqliyi  ictimai-siyasi  natiqlikdən  fərq-

ləndirən nədir? 

4.  Məhkəmə  natiqliyində  ittihamçının  nitqi  nələrə  əsasla-

nır? Bəs müdafiə olunanın çıxışı? Haçansa məhkəmə iclasında 

olmusunuz  və  ya  haqqında  eşitmisinizmi?  Nələri  qeyd  etmək 

istərdiniz? 

5.  Həqiqi  hərbi  xidmətə  çağırılan  gənclər  qarşısında  hərbi 

komissarın  çıxışı  haqqında fikrinizi  izah edin.  O, nələri demə-

lidir? 

6.  Akademik  natiqliyi  sizə  mühazirə  oxuyan  müəllimlərin 



timsalında xarakterizə edin. 

7.  İctimai-məişət  natiqliyin  bir  növünü  imitasiya  edin. 

Nələrə yer vermək lazım olduğunu izah eməyə çalışın. 

8. Fonetik-orfoqrafik norma hansı nitq üçün əsasdır? 

9.  Şifahi  nitqdə,  əsasən,  hansı  cümlə  tiplərindən  istifadə 

olunur? 


10.  Cümlədə  eyni  köklü  üzvlərin  ardıcıl  sıralanması  nitq 

baxımından  nə  qədər  münasibdir?  Misallar  gətirin  və  fikrinizi 

izah edin. 

11. Ritorik suallardan hansı məqamlarda istifadə olunur? 

12. Emosional nida və ədatlara aid nümunələr göstərin. 

13.  Dil,  yoxsa  nitq  dəyişikliklərə  çox  məruz  qalır?  Son 

iyirmi ildəki dil dəyişikliklərini xatırlayın. 

ÇalıĢma. Aşağıdakı söz birləşmələrini cümlələrdə həm hə-

qiqi,  həm  də  məcazi  mənada  işlədin:  ağzına  su  almaq,  yoldan 



 

 

96 



çıxmaq, əl qaldırmaq, dərs almaq, boynuna qoymaq, atası yan-

maq, burnu göynəmək. 



ÇalıĢma.  Cümlələrdə  frazeoloji  birləşmələri  onlara  sino-

nim  olan  sözlərlə  əvəz  edin:  qulaq  asmaq,  özündən  çıxmaq, 

gözləri  kəlləsinə  çıxmaq,  bel  bağlamaq,  dünyasını  dəyişmək, 

gözləri  yolda  qalmaq,  burnunun  ucu  göynəmək,  tüstüsü  təpə-

sindən çıxmaq, atası yanmaq. 

ÇalıĢma.  Auditoriyaya  gətirilərkən  təlimin  texniki  vasitə-

sini ehtiyatsız davranışı hesabına korlamış bir tələbəyə töhmət 

hazırlayın.  

 

 

NĠTQĠN MƏDƏNĠ VƏ QEYRĠ-MƏDƏNĠ  

FORMALARI 

 

Mədəni nitq ədəbi dilə yaxşı yiyələnmiş şəxslərin işlətdiyi 

nitqdir.  Deməli,  ədəbi  dilə  mükəmməl  yiyələnmədən  mədəni 

nitqdən  danışmaq  olmaz.  Nitqin  mədəniliyi  ədəbi  dilin  qayda-

qanunlarını yüksək səviyyədə mənimsəməklə, dilimizin fonetik 

normalarını  gözləmək,  zəngin  söz  ehtiyatına  sahiblənmək,  bə-

dii dil vasitələrinə yiyələnməklə təmin olunur. Mədəni nitq ay-

dın, səlis, zəngin, ifadəli, yerli-yerində, qulaqlarda rəvan səslə-

nən,  oxuyarkən  göz  oxşayan,  məntiqi  cəhətdən  obyektiv  ger-

çəkliyə uyğun nitqdir. Bu nitqdə söz birləşmələri və cümlələr, 

sintaktik  konstruksiyalar  qrammatik  cəhətdən  düzgün  qurulur, 

natiqsə əxlaq qaydaları çərçivəsində təmkinli, soyuqqanlı, özü-

nə və sözünə arxayın şəkildə, lakin insanlara, hadisələrə, görü-

lən  işlərə  isti  münasibəti  ilə  seçilir.  Təbii  ki,  insanlarda  nitq 

mədəniyyətinə  yiyələnmə  eyni  dərəcədə  deyildir.  Bu,  insanın 

savadından,  mütaliəsindən  və  qavrayışından,  danışdığı  dilə 

yaxşı bələdliyindən,  yazılı və şifahi dilin normalarına mükəm-

məl yiyələnməsindən asılıdır.  

Nitq  mədəni  və  qeyri-mədəni  formalara  bölünür.  Burada 

da  orta  və  yüksək  səviyyəli  mədəni  nitqi  fərqləndirmək  olar. 

Dilimizin  fonetika,  leksika,  frazeologiya,  qrammatika  və  üslu-


 

 

97 



biyyat  bölmələrini  orta  məktəb  həcmində  öyrənmiş  məzunlar 

müstəqil  həyata  başlayarkən  orta  səviyyəli  mədəni  nitqlə  öz 

fikirlərini  ifadə  edə  bilirlər.  Onlar  müəyyən  məqamlarda  çıxış 

edirlər,  bəziləri  hətta  şeir,  məqalə,  hekayə  də  yazmağı  baca-

rırlar, öz dinləyicilərinə bəzi məsələlərlə əlaqədar məlumat çat-

dırırlar.  Orta  səviyyədə  olmasına  baxmayaraq  bu  nitqdə  fikir 

aydın, məntiqi cəhətdən düzgün qurulur. Orta səviyyəli mədəni 

nitqdə diksiya, tələffüz norma daxilində olur, yəni dialekt-şivə 

danışığı  səviyyəsindən  yüksəkdə  dayanır.  Yüksək  səviyyəli 

mədəni  nitqin  orta  səviyyəlidən  fərqi  təkcə  dil  normalarını 

gözləməklə  bitmir,  bu  nitq  həm  də  ifadəlidir,  obrazlı  və 

emosionaldır. Belə nitq sahibləri gələcəyin şairi, yazıçısı, alimi, 

siyasətçisi, diplomatıdır, ən "pis" halda natiqdir, masabəyi, söz 

ustasıdır.  Qeyri-mədəni  nitqdə  gözə  tez  çarpan  məddahlıq, 

yaltaqlıq  (bu  da  insandan  başqa  cür  istedad  tələb  edir)  ruhu, 

əzbərçilik xasiyyəti, tamahkarlıq, simasızlıq kimi qeyri-mədəni 

məziyyətlərdir.  Burada  şöhrət,  layiqsiz  ad-san  xatirinə  fikir 

şüurlu surətdə pozulur, qəbul olunmuş prinsiplər, nitq əlaqələri 

təhrifə  məruz  qalır.  Belə  nitqdə  aldatma,  böhtan,  xəbərçilik, 

lovğalıq  kimi  qeyri-etik  normalara  rast  gəlirik.  Əlbəttə,  bu 

zaman danışanın mədəni və ya qeyri-mədəni, savadlı və ya sa-

vadsız nitqini onun düzgünlüyü, səlisliyi və məntiqiliyi ilə mü-

əyyənləşdirmək də mümkündür. Savadlı adamların nitqini for-

ma və məzmununa görə iki qrupa bölürlər: 1) gözəl forması və 

məzmununa görə adamlara müsbət təsir göstərən nitq. Bu nitq 

forma və mündəricəsinə görə yüksək səviyyədə olub, fikrin ay-

dın  və  səlis  ifadəsi  ilə  seçilir:  2)  forma  və  məzmun  cəhətdən 

zəif,  təsir  dərəcəsi  aşağı  olan  nitq.  Bu  nitqdə  ardıcıllıq,  rəvan-

lıq,  axarlıq  dinləyiciləri  qane  etmir.  Bu,  çox  vaxt  savadsız-

lıqdan deyil, insanın daxili aləmi ilə bağlı natiqlik bacarığı ilə 

şərtləşir. Natiq nitqini ümumxalq danışıq dili əsasında qurarkən 

məntiqli  danışır,  buna  görə  də  dinləyicilərin  rəğbətini  qazanır, 

alqışlarla  qarşılanır,  xoş  sözlərlə  də  yola  salınır.  İ.Nəsiminin, 

Aşıq  Qurbaninin,  M.P.Vaqifin  (Hər  oxuyan  Molla  Pənah  ol-


 

 

98 



maz),  A.Ələsgərin,  C.Məmmədquluzadənin,  Ü.Hacıbəylinin, 

S.Vurğunun,  Əlağa  Vahidin,  müasir  dövrümüzdə  Xəlil  Rza 

Ulutürkün,  Zəlimxan  Yaqubun,  zəmanəmizin  böyük  siyasət-

çisi,  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin, 

prezident  İlham  Əliyevin  çıxışları  səlis,  elmi,  qrammatik  və 

məntiqi  baxımdan  savadlı,  təsirli  olduğuna  görə  örnək  kimi 

nəsildən-nəslə  ötürülür.  Xalq  hər  bir  şəxsə  öz  əməli  işinə  və 

nitq  qabiliyyətinə  görə  qiymət  verir.  Yaxşı,  gözəl  söz,  kəlam, 

dil nitq şəklində insanın qiymətini yüksəklərə qaldırır. Mədəni 

nitq  qeyri-mədəni  nitqdən  istifadə  olunan  zəngin  söz  ehtiyatı, 

dilin  daxili  qrammatik  quruluşunun  bütün  incəliklərinə  qədər 

gözlənilməsi ilə, intonasiyaya, xoş avaza, ritmə uyğun forması 

ilə seçilir. Belə nitq bir növ, yaradıcılıq işidir, gözəl bədii əsər 

səviyyəsində  yazılışdır,  muğamlarımız  kimi  hamının  ürəyin-

cədir. Dil normaları üçün ölçü olan yüksək mədəni nitq böyük 

istedad  və  mütəmadi  vərdiş  hesabına  yaranır,  məntiqli,  səlis, 

aydın danışığa istiqamət verir. Mədəni nitqin əsası ailədə, bağ-

çada,  daha  sonra  məktəbdə  qoyulur.  Uşaqların  mədəni  nitqi 

anadan, bağça tərbiyəçisi-müəllimdən, məktəb illərində oxu ki-

tablarından,ədəbiyyat  dərsliklərindən,  əlavə  bədii  oxu  vəsait-

lərindən,  hər  məktəbin  dil-ədəbiyyat  müəllimlərinin  verdikləri 

bilikdən, zəngin dil nümunələri ilə dolu radio-televiziya veriliş-

lərindən  qaynaqlanır,  onların  gərgin  zəhməti  hesabına  forma-

laşıb yaranır. Məhz bütün bunların sayəsində uşaqların söz eh-

tiyatı  artır,  düzgün  dil  vərdişləri,  mədəni  danışıq  adəti  forma-

laşır. Şəxsi ünsiyyət, təfəkkür tərzi, dünyagörüş, elmi təsəvvür-

lər də bu işdə əvəzsiz rol oynayır. Orfoqrafik və orfoepik nor-

malara  yiyələnməklə  sinifdə  müəllim  və  yoldaşları  qarşısında 

ifadəli oxu, ayrı-ayrı fənn mövzularını səliqəli və rəvan danış-

ma  uşaqların  mədəni  nitqinin  inkişafını  gündən-günə,  aydan-

aya,  ildən-ilə  stimullaşdırır,  müəllimlərinin  və  sinif  yoldaşla-

rının  gözəl  danışığını  yamsılamaq  hesabına  onların  düzgün 

tələffüz vərdişləri də, mədəni danışığı da,  yazı mədəniyyəti də 

(inşa yazılarda) təfəkkürlə bağlı olaraq yüksək səviyyəyə çatır. 



 

 

99 



Qrammatika  təlimi  dili,  dil  qanunlarının  tətbiqini  öyrədir.  İfa-

dəli oxu, şeirlərin əzbər söylənilməsi prosesində şagirdlərin nit-

qi  daha  da  püxtələşir,  səlisləşir,  həm  də  onların  elmi  və  bədii 

düşüncəsinin  formalaşmasına  öz  təsirini  göstərir.  Bu  vaxt  ana 

dili müəlliminin nitqi, pedaqoji ustalığı, rəvan oxusu, gözəl da-

nışığı,  şeirlər  söyləməsi,  nəcib  hərəkətləri,  geyimi,  mimika  və 

jestləri şagirdlərin nitqinin mədəniləşməsinə kömək olur, canlı 

nümunə kimi onların bədii və estetik zövqünün formalaşmasın-

da  mühüm  rol  oynayır.  Beləliklə,  ailədən,  bağçadan,  məktəb-

dən formalaşmağa başlanan nitq ədəbi əsərlərin, ifadəli oxu və 

rabitəli  yazının, müəllimlərin, mətbuatın, radio-televiziya veri-

lişlərinin kompleks köməyi ilə səlisləşir. Deməli, valideynlərin, 

müəllimlərin,  diktorların,  aparıcıların  gündəlik  və  saatlarla 

danışıq üsulu şagirdləri gözəl danışığa ruhlandırır. Məktəblilər 

fikrin  dəqiq  ifadəsi  üçün  sözləri  düzgün  seçməyə,  hər  sözün, 

ifadənin  məna  tutumunu  bilməyə,  onları  öz  yerində  işlətməyə 

çalışırlar. Mövzuya, mətnə uyğun lazımi sözləri seçib işlətmək, 

fonetik  normaları  gözləməklə  nitqin  təbiiliyinə,  axarlığına, 

gözəlliyinə xələl gətirən kitab tələffüzündən qaçmaq, cümlələri 

qrammatik  və  üslubi  cəhətdən  düzgün  qurmaq,  hər  sözün, 

ifadənin  ahənginə,  vurğusuna  fikir  vermək  mədəni  nitq  üçün 

əsas şərtlərdir. Gözəl şifahi nitq qabiliyyətinə yiyələnmək üçün 

aşağıdakı qaydaları öyrənib mənimsəmək olduqca vacibdir: 

1. Nəqli keçmiş zamanın düzəldilməsində iştirak edən -mış

4

 

şəkilçisi II şəxsin təkində -mı



4

 kimi tələffüz olunmalıdır,  yəni ş 

samiti tələffüzdən düşməlidir: Məsələn: oxumuşsan [oxumusan], 

yazmışsan - [yazmısan], gəlmişsən - [gəlmisən] və s. 

2.  II  şəxsin  cəmində  şəxs  (xəbərlik)  şəkilçisi  orfoqrafiya 

qaydalarına  görə  -sınız

4

  yazılır,  lakin  orfoepiya  normalarına 



görə  -sız

4

  şəklində  tələffüz  olunmalıdır:  oynayırsınız  [oyna-



yırsız],  gəlirsiniz  -  [gəlirsiz],  futbolçusunuz  -  [futbolçusuz], 

tələbəsiniz- [tələbəsiz] və s. 

3. Xəbərlik kateqoriyasının III şəxs tək və cəmində -dır

4

, -



dırlar

4

 orfoepiya normalarına görə -dı



4

, -dılar


4

 şəklində tələffüz 



 

 

100 



olunur,  yəni  r  samiti  deyilmir:  oyunçudur  -  [oyunçudu],  tələ-

bədirlər  -  [tələbədilər],  məşqçidir  -  [məşqçidi],  uşaqlardır  - 

[uşaqlardı] və s. 

4.  nb  samit  səs  birləşməsi  bir  çox  sözdə  tələffüz  zamanı 

mb səs birləşməsi kimi tələffüz olunur: şənbə [şəmbə], sünbül - 

[sümbül], zənbil - [zəmbil] və s.  

Şifahi  nitqi  gözəlləşdirən  amillərlə  yanaşı  onu  pozan  sə-

bəblər də vardır. Bu səbəbləri belə qruplaşdırmaq olar: 

a)  Dialekt  tələffüzü:  hansı  [ha:sı],  daha-  [da:],  mənim 

[mə:m], sahibini - [sa:bını] sabah - [saba], şəhər - [şə:r] və s. 

b)  fonetik  hadisələrlə  bağlı  tələffüz:  tapmaq  -  [tappağ], 

qazlar - [qazdar], doğru - [dorğu], bunun [munun], bu gün [bu 

günnəri],  bunlar  -  [bular],  nə  edək  -  [nağayrağ],  sevindi  - 

[söyündü], dalısınca - [dalıynan], öyrənmək [örgənməy], sonra 

- [so:ra], onlar - [olar], yemək - [yımax], bütöv - [bütöy], xəbər 

[xəvər],  [xavar],  həmən  -  [haman],  tüfəng  -  [tüəy],  tökmək  - 

[töhməx], yenə- [genə], məsləhət - [məslət], sənə - [sə:], xalq - 

[xalx], ona- [oya] və s. 

c) Ərəb mənşəli sözlərin tələffüzü: layihə - [lahiyə], rayihə 

-[rahiyə], məşhur - [məhşur], sürət - [surət] və s. 

ç)  fonetik  cəhətdən  oxşar,  mənaca  müxtəlif  sözlərin  diq-

qətsizlik  üzündən  tələffüzcə  qarışdırılması  və  ya  təhrif  olun-

ması:  müşahidə  -  [müşayit],  icra  -  [icarə],  məsul-  [məhsul], 

məhrum-[mərhum], rəğbət-[rəqabət], şəhid-[şahid] və s. 

d)  orfoepiya  normalarından  dialekt  tələffüzünə  keçilməsi: 

vaxt-vaxıt,  çünki-çünkinə,  qorumaq-qorunmaq,  görə-gora, 

amma-əmbə və s. 

e)  Adların  təhrif  olunmuş  şəkildə  tələffüzü:  Kəmalə  -

Kəmoş, Zərifə-Zəri-Zəroş, Qurban-Qubiş, Təranə-Təroş və s. 

ə) Tüfeyli, mətləbə dəxli olmayan sözlərin işlənməsi: belə 

deyək,  belə  deyək  də,  necə  deyərlər,  öz  aramızdı,  canım  sənə 

desin, onu da qeyd etmək olar ki, elə götürək bunu, məlum ol-

duğu kimi, yeri gəlmişkən deyim ki və s. 

f)  Qeyri-mədəni  nitqdə  ədəbsiz  sözlər,  söyüş  və  qarğışlar 

da özünə yer tapır. Bunlar dilçilikdə vulqarizmlər adlanır. Vul-


 

 

101 



qar sözlər dilin ən aşağı üslubi layını təşkil edir və bunların bö-

yük  əksəriyyəti  lüğətlərə  düşmür,  lakin  müəyyən  məqamlarda 

insanlar onları işlədirlər. Ədəbi dildə müəlliflərin təhkiyə dilin-

də  işlədilməsə  də,  bədii  surətlərin  daxili  aləmini  açmaq  üçün 

onlara müəyyən qədər  yer verilir. Məsələn: it oğlu, itin balası, 

eşşək, qoduq, heyvan, mürtəd, allah lənət eləsin və s. 

g) Mənanı sərt, kobud, lakin təsirli ifadə edən sözlər disfe-

mizmlər  adlanır.  Evfemizmlərin  əksi  olan  disfemizmlər  sino-

nimi olan sözlərdir, amma onlara ədəbi dilin bütün üslublarında 

deyil,  ən  çox  məişət,  qismən  də  bədii  üslubda  –  personajların 

nitqində  rast  gəlirik.  Məsələn:  "ölmək"  əvəzinə  "gorbagor  ol-

maq",  "cəhənnəmə  vasil  olmaq";  "getmək"  əvəzinə  "rədd  ol-

maq", "cəhənnəmə itilmək", "itilib getmək"; "get" əvəzinə "bas 

bayıra"; "baş" əvəzinə "kəllə" və s. ifadələri disfemizmlərdir və 

qeyri-mədəni nitq nümunələri sayılır. 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə