1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3.04 Mb.
Pdf просмотр
səhifə4/35
tarix16.07.2017
ölçüsü3.04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   35

Sual və tapĢırıqlar: 

1.

 



Yunan natiqlik sənətinin baniləri kimlərdir? 

2.

 



Aristotelin  hansı  əsərləri  vardır  və  bu  əsərlərdə  hansı 

məsələlərin həlli verilmişdir? 

3.

 

Roma natiqlik sənətinin nümayəndələri kimlərdir? 



4.

 

Siseronun  nitq  mədəniyyəti  məsələləri  ilə  bağlı  fikirlə-



rindən misallar gətirin.  

5.

 



Savadlı yazmaq şifahi, yoxsa yazılı nitq mədəniyyəti ilə 

bağlıdır?  

6.

 

Şərq natiqlik sənəti və Məhəmməd Peyğəmbər. 



7.

 

Azərbaycanda natiqlik sənətinin nümayəndələri kimlər-



dir?  N.Tusinin  əxlaqa  və  natiqlik  sənətinə  aid  əsərinin  adını 

deyin və ondan misallar gətirin.  

8.

 

Sədi Şirazinin nitqə aid fikirlərini sadələşdirib danışın.  



 

 

54 



ÇalıĢma. Mətni oxuyun, yunan və Roma natiqlik sənətinin 

banilərinin  idmana  olan  münasibətini  fiziki  mədəniyyətlə 

əlaqələndirib danışın.  

Bizim  eradan  əvvəl  776-cı  ildə  Yunanıstanda  idman  ya-

rışları  -  Olimpiya  oyunları  keçirilməyə  başlamışdı.  Yunanlar 

arasında böyük marağa səbəb olmuş bu yarışlar dörd ildən bir, 

qədim  yunanların  “Olimpiya  tanrısı”  adlandırdıqları  Zevsin 

şərəfinə keçirilirdi.  

Yunanıstan və Romanın böyük mütəfəkkirləri Sokrat, Pla-

ton, Demosfen, Siseron qocalana qədər gimnastika, atletika və 

üzgüçülüklə məşğul olmuşlar. Bu, onlara uzun ömür sürməyə, 

məhsuldar  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olmağa  imkan 

vermişdir.  Böyük  riyaziyyatçı  Pifaqor  idmanla  məşğul  olaraq 

güclü  atlet  kimi  ad  çıxarmış,  Olimpiya  oyunlarının  çempionu 

olmuş, buna görə də sağlığında heykəlini qoymuşdular. Müdrik 

Sokrat  fiziki  hərəkətlərlə  müntəzəm  məşğul  olaraq  bədənini 

idmanla  möhkəmlədərək  qışda  qarda  ayaqyalın  gəzirdi.  Onun 

bir  kəlamı  indi  də  bütün  dünyada  məşhurdur:  “Sağlam  yoxsul 

xəstə padşahdan xoşbəxtdir”.  

Olimpiya  oyunlarının  qalibləri  zeytun  (dəfnə)  budaqların-

dan  düzəldilmiş  tacla  təltif  edilir,  onların  şərəfinə  dövlət  bay-

rağı  qaldırılır  və  dövlət  himni  səsləndirilirdi.  Elə  müasir  döv-

rümüzdə də bu mərasim icra olunur.  

İdman millətin sağlamlığı  deməkdir. Sağlamlıq isə insana 

verilən ən böyük nemətdir. Millətimizin güclü, sağlam və mü-

barizələrdə  mətanətli,  əzmkar  və  dözümlü  olması  üçün  gənc-

lərin fiziki cəhətdən hazırlıqlı olması çox vacibdir.  

ÇalıĢma.  Tərcümeyi-halınızı  (avtobioqrafiyanızı)  öz  dia-

lektinizə  (şivənizə)  uyğun  tərtib  edin,  ədəbi  dildəkindən  fərqli 

dil faktlarını göstərin.  

ÇalıĢma.  Ədəbi  dilimizdəki  kimi  işlənməyən,  lakin  dia-

lektiniz  (ləhcəniz)  üçün  xarakterik  olan  bir  neçə  sözü  ayrıca, 

yaxud cümlələr daxilində yazın, onları orfoqrafik cəhətdən ədə-

bi dildəki qarşılığı ilə müqayisə edin.  



 

 

55 



ÇalıĢma.  Bir  tələbənin  müəyyən  səbəb  üzündən  Akade-

miyadan  xaric  olunması  haqqında  əmr  hazırlayın.  Əmrin  ya-

zılma formasını qısaca qeyd edin.  

ÇalıĢma.  Oxuyun,  bir  sıra  dünya  dillərində  milli  fərqin 

müxtəlifliyinə  fikir  verin,  dilimizi  bildiyiniz  dillərlə  səslən-

məsinə görə müqayisə edin: 

Roma imperatoru V Karl demişdir ki, ispan dili Allahla, al-

man dili düşmənlə, fransız dili dostlarla, italyan dili qadınlarla 

danışmaq üçün yaranmışdır. M.Lomonosov deyirdi ki, rus dili 

ispan  dilinin  əzəmətini,  fransız  dilinin  oynaqlığını,  alman 

dilinin möhkləmliyini, italyan dilinin zərifliyini, yunan və latın 

dillərinin zənginliyini və yığcamlığını özündə birləşdirir. Bizim 

fikrimizcə, V Karl və M.Lomonosov Azərbaycan dilini bilsəy-

dilər  deyərdilər  ki,  Azərbaycan  dilində  ispan  dilinin  əzəməti, 

fransız  dilinin  şirinliyi,  alman  dilinin  sərtliyi,  italyan  dilinin 

obrazlılığı  vardır.  Azərbaycan  dili  elə  incə  və  gözəl  dildir  ki, 

onunla  Avropa  dillərindən  fərqli  olaraq  Allahla  da,  dostla  da, 

düşmənlə də, qadınla da danışmaq mümkündür. O, üstəlik hələ 

ərəb  dilinin  dərinliyini,  fars  dilinin  şeiriyyətini  də  özündə 

birləşdirən musiqili dildir.  

ÇalıĢma.  Aşağıda  verilən  əlamətlərin  qarşısında  müvafiq 

saiti deyin: 

1)

 

İncə, dodaqlanan, açıq; 2) İncə, dodaqlanmayan, qapalı; 



3)  Qalın,  dodaqlanan,  açıq;  4)  Qalın,  dodaqlanan,  qapalı;        

5) Qalın, dodaqlanmayan, qapalı;  



ÇalıĢma.  Şeir  parçasını  oxuyun,  hansı  saitlərin  iştirak  et-

mədiyini müəyyən edin.  

 

Qışda dağlar ağ geyinər, yaz – qara, 



Sağ əlinlə ağ kağıza yaz qara. 

Əsər yellər, qəhr eyləyər yaz qara

Daşar çaylar, gələr daşlar çata-çat. (Aşıq Ələsgər) 

 

 


 

 

56 



 

 

DĠL, NĠTQ VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ 

 

Dil anlaşma, fikir mübadiləsi aparma, təsir göstərmə vasi-

təsidir. Nitq isə dilin şifahi və yaxud yazılı formada işlədilmə-

sidir. 


Nitq  dil  üzərində  qurulur.  Dil,  yəni  dilin  leksikası  sözlər 

kompleksindən  ibarətdir.  Dilin  əsas  vəzifələrindən  biri,  bəlkə 

də  birincisi  bizi  əhatə  edən  cism  və  hadisələrin  adlarını  bil-

dirməsidir.  Cism  və  hadisələrin  adları  sözlər  şəklində  təzahür 

tapır  ki,  onların  iştirakı  olmadan  fikir  formalaşdırmaq,  cümlə 

qurmaq,  yəni  nitqə  gəlmək  mümkün  deyildir.  Lakin  nitqə 

gəlmək,  fikir  söyləmək  üçün  hər  məqamda  ayrıca  götürülmüş 

bir  söz  və  ya  sözlər  qrupu  kifayət  etmir,  mütləq  həmin  sözlər 

və ya ifadələr dilin qrammatik quruluşuna (sintaktik əlaqələrə) 

uyğun  qurulmalıdır.  Dilin  əsas  vəzifələrindən  biri  də  məhz 

insanlar arasında əlaqə yaratması, cəmiyyətdə ünsiyyət vasitəsi 

olmasıdır.  Dilin  sonuncu  vəzifəsi  isə  fikir  ifadə  etməsidir.  İn-

sanın təfəkkür fəaliyyəti ilə bağlı olan dil ona öz düşüncələrini, 

fikir, arzu və istəklərini bildirmək üçün vasitədir. Dili olmayan 

xalqın varlığından, onun qurduğu cəmiyyətdən, dövlət qurulu-

şundan xəbər tutmaq olmaz.  

Dil  ictimai  hadisə  kimi  istehsalla  əlaqədardır,  istehsaldakı 

dəyişiklikləri özündə əks etdirməklə insanlar arasında ünsiyyət 

yaradır.  Söz  fikrin  tikinti  materialıdır,  bu  tikinti  materialı  əsr-

lərlə dildə qorunub saxlanılır, yeri gəldikcə ondan istifadə olu-

nur.  İstifadə  olunduqca  yeni-yeni  çalarlar  qazanır,  istifadə 

olunmazsa  arxaikləşir,  dilin  passiv  lüğət  tərkibində  saxlanılır, 

tamam unudulanları da olur. Məsələn, Əliağa Vahidin bir təcni-

sində deyilir: 

 

Vahid, demə, mən daimiyəm zövqü səfada



Mənsuri də yad etməliyik dari –fənadə. 

 

 

57 



Bu misrəi-nazi o demiş bir belə sadə, 

Yarəb, sən ona rəhmətin eylə ziyadə

Qəbr içrə onun ruhini lütfünlə fəraz et, 

“Naz et mənə, ey sevgili-canan, mənə naz et”. 

 

Səməd  Mənsurun  bir  beytinə  təsdis  adlanan  bu  şeirdə 



bizim  dövrümüzdə  yaşamış  şairin  işlətdiyi  zövqi-səfa,  dari-

fəna,  misrəi-naz,  rəhmətini  ziyadə  eylə,  qəbr  içrə,  lütflə 

fəraz  et  kimi  söz  və  söz  birləşmələri  müasir  gənclərə  heç  də 

tam aydın deyildir. XX əsrdə qəzəl janrında özünə böyük nüfuz 

qazandıran  Ə.Vahidin  bu  şeiri,  demək  olar  ki,  onunla  bir 

dövrdə  yaşamış  S.Mənsurun  bir  misrası  ilə  daha  çox  diqqəti 

cəlb edir. “Naz et mənə, ey sevgili canan, mənə naz et” misrası 

həm  anlaşıqlığına  görə,  həm  də  ağıla  və  qulağa  xoş  təsir  gös-

tərən  parlaq,  bəlkə  də  müdrik  fikir  kimi  şeiri  əsl  sənət  nü-

munəsinə  çevirmişdir. Elm,  təhsil ağlı,  istedadı,  müdrikliyi ci-

lalayıb  ona fikri  dərinlik versə  də, oxucuları,  dinləyiciləri cəlb 

etmək məqamında gözlənilməz ifadə tərzi, söz oyunu, epitetlər 

insana böyük zövq verir.  

ÇalıĢma.  Əruz,  mürəbbe,  rəməl,  vəzn,  rədif,  beyt,  bənd, 

səri, rəcəz, minsərih, epik, novella, oçerk, epopeya, qəsidə, qi-

tə,  rübai,  tuyuğ,  müxəmməs  sözlərini  müzakirə  edin.  Mənası 

aydın  olmayan  sözləri  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndən 

tapıb öyrənin. 

Dilimizin fonetik, leksik, qrammatik qaydalarının dərindən 

öyrənilməsi onların yazılı və şifahi nitqdə tətbiqini zəruri edir. 

Lakin  nitq  mədəniyyətinə  yiyələnmək  üçün  ilk  növbədə  dilin 

lüğət  tərkibinə  dərindən  yiyələnmək  əsas  şərtdir.  Uşaqlıq  il-

lərini xatırlayaq. Az söz ehtiyatına malik iki-üç yaşlı uşaqlar 3-

4  sözdən  ibarət  cümlələr  qura  bilir,  lakin  yarımçıq  cümlələrə, 

müxtəsər,  xəbər  əsasında  formalaşan  təktərkibli  və  şəxssiz 

cümlələrlə  danışmağa,  ən  çox  da  cavab  verməyə  çalışırlar. 

Məktəb  illəri  şagirdlərin  söz  ehtiyatını  sinifdən-sinfə  artırdığı 

kimi, onun cümlə  tiplərinin  də  sayını  artırır, öz üzərində  ciddi 


 

 

58 



çalışanlar mürəkkəb cümlələrin, cümlə konstruksiyalarının rən-

garəngliyini də tədris olunan fənn mövzularını nəql edərkən öz 

danışığında  və  inşa  yazılarında  təkmilləşdirib  artırırlar.  Dün-

yagörüşü  geniş, söz ehtiyatı zəngin,  sözlərin leksik  və məcazi 

mənalarını nitqində düzgün əlaqələndirməyi bacaran və dilimi-

zin  qrammatik  quruluşuna  dərindən  yiyələnən,  ədəbiyyat  əsas 

olmaqla digər fənlərdən də mövzuları yaxşı öyrənən, ilk növbə-

də, müəllimləri olmaqla böyüklərin çıxışlarını, radio-televiziya 

verilişləri aparıcılarının nitqini diqqətlə izləyənlərin danışığı öz 

məntiqliyi,  düzgünlüyü  və  rəvanlığı  ilə,  sərbəst,  rahat  ifadə 

olunması ilə diqqəti çəkir. Deməli, nitqin düzgünlüyü və aydın-

lığı,  səlisliyi  və  rəvanlığı,  fikrin  ardıcıllığı  və  məntiqliyi,  söz-

lərin  yerli-yerində  dəqiq  işlənilməsi  bir  daha  göstərir  ki,  nitq 

dilin əməli fəaliyyət formasıdır.  

Azərbaycanın  görkəmli  mütəfəkkirləri,  şair  və  yazıçıları 

nitqin  gözəlliyi,  təmizliyi,  təsirliliyi  və  s.  kimi  cəhətlərindən 

min  ildən  bəri  bəhs  etmələrinə  baxmayaraq  nitq  mədəniyyəti 

dilçilik  fənni  kimi  respublikamızda  yalnız  XX  əsrin  ortala-

rından  formalaşmağa  başlamışdır.  Keçən  əsrin  70-ci  illərində 

Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  Nəsimi  adı-

na  Dilçilik  İnstitutunun  nəzdində  “Nitq  mədəniyyəti”  şöbəsi 

açılmış,  ali  məktəblərin  filologiya  fakültələri  üçün  nitq  mə-

dəniyyəti  məsələlərinə  həsr  edilmiş  dərslik  və  dərs  vəsaitləri 

nəşr  olunmuş,  fənn  kimi  1986-cı  ildən  bəzi  ali  məktəblərin 

tədris planına daxil edilmişdir.  

Nitq  mədəniyyətində  nitqin  düzgünlüyü,  aydınlığı,  tə-

mizliyi,  sadəliyi,  münasibliyi,  rabitəliliyi,  ahəngdarlığı,  imkan 

daxilində ifadəliliyi və s. kimi keyfiyyətlər əsas götürülür. Nitq 

mədəniyyəti  düzgün  və  aydın  danışıb  yaza  bilməyi,  nitqdə 

müxtəlif  dil  vasitələrindən  məqamında,  eyni  zamanda  məqsə-

dəuyğun  şəkildə  istifadə  etməyi,  sözlərin  ədəbi  dilin  orfo-

qrafiya və orfoepiya qaydalarına uyğunluğunu öyrənir. Deməli, 

nitq  mədəniyyəti  dilin  lüğət  tərkibinə dərindən bələd olmaqla 

onun  fonetik  və  leksik  sisteminə,  qrammatik  quruluşuna  aid 



 

 

59 



müəyyənləşmiş normalara  yiyələnmək və  gündəlik ünsiyyətdə 

onlardan yararlanmaq deməkdir.  

Qrammatik  və  məntiqi  cəhətdən  düzgün  qurulmuş  cümlə-

lərdə ədəbi dilin fonetik normalarına praktik şəkildə yiyələnmə

vurğu və intonasiyanın gözlənilməsi bacarığı nitqin normativli-

yini  şərtləndirir. Azərbaycan dilçiləri nitq  mədəniyyəti fənni-



nin  məqsədini  ədəbi  dil  normalarının  danışıq  dilinə  tətbiq 

olunmasından,  dil  normaları  haqqında  sistemli  bilik  vermək-

dən,  nitq  üslublarının  işlədilmə  səviyyəsini  gözləməkdən, 

mədəni nitqin keyfiyyətlərini mənimsəməkdən, yazılı və şifahi 

nitqə aid normaların bir-birinə təsirin öyrənməkdən ibarət heab 

edirlər. Nitq mədəniyyətinə verilən tələblər aşağıdakı şəkildə 

sadalanır: 1) Dil vahidləri ifadə olunan fikrin məzmununa uy-

ğun seçilməli, onun dəqiq ifadəsinə xidmət etməlidir; 2) Fikrin 

daxili  məntiqi  əlaqəsini,  onun  komponentləri  cümlələr  və 

abzaslar arasında  ardıcıllığı  təmin etməlidir;  3) Natiq auditori-

yanın  səviyyəsini,  marağını,  hadisələrə  münasibətini  nəzərə 

almalı,  faktların  anlaşıqlı,  inandırıcı  olmasına  xüsusi  diqqət 

ayırmalıdır; 4) Nitqin həyat hadisələrini yanlış əks etdirməsinə, 

fakların  təhrif  olunmasına,  rəqəmlərin  şişirdilməsinə  yol 

verilməməlidir; 5) Nitqin emosionallığı, ekspressivliyi unudul-

mamalıdır  və  s.  (35,  səh.  14).  Ümumiyyətlə,  gözəl  nitq  bədii, 

canlı  dilin  qüdrəti  ilə  cəmiyyətin  ictimai-siyasi  və  mədəni 

həyatında, dünyagörüşündə, insanlara münasibətində, məişətin-

də  aparıcı  rol  oynamalı;  ədəbi  dilin  gözəlliyini  nümayiş  etdir-

məklə  insanlara  estetik  zövq  verməli,  eşidənlərə  güclü  təsir 

etməli, onların şüurunu, hisslərini natiqin istədiyi səmtə yönəlt-

məli, insanların hüququnu, haqqı, ədaləti, cəmiyyətin yaratdığı 

dəyərləri  müdafiə  edib  qorumalı,  vətənimizin  qəhrəmanlarının 

igidliyini,  xeyirxahlığını,  vətənpərvərliyini  təbliğ  etməli,  ölkə-

mizin yürütdüyü siyasi məqsədə xidmət etməlidir.  

Nitq mədəniyyətini mədəni nitq və dil mədəniyyəti anla-

yışlarından  fərqləndirmək  lazımdır.  Dildən  nitqdə,  ünsiyyətdə 

istifadə  olunur.  Nitq  mədəniyyətində  dil  və  nitq  münasibətləri 



 

 

60 



bacarıqla  həyata  keçirilir.  Nitq  mədəniyyətinin  inkişafı  və 

formalaşması ədəbi dilin düzgünlüyü və üslub aydınlığı ilə əla-

qədardır.  Nitq  mədəniyyəti  ədəbi  dil  normalarının  toplusu 

olub,  onların  qanunauyğunluğu,  formalaşması  və  onlara  yiyə-

lənmək haqqında elmdir.  

Nitq mədəniyyəti xalqın mədəni səviyyəsi ilə ölçülür. Mə-

lumdur  ki,  mədəni  səviyyə  xalqın  bütün  təbəqələrinin  öz  ana 

dilini bilməsi, ona qayğı göstərməsi, onu sevməsi ilə bağlıdır.  

Azərbaycan dili dövlət statusu alandan sonra dil üslubları da 

işlənmə  genişliyi  qazandı,  bədii  və  məişət  üslubları  ilə  yanaşı 

elmi,  publisistik  və  rəsmi-kargüzarlıq  üslubları  da  tam  hüquqlu 

dil  üslubları  kimi  inkişafının  yüksək  səviyyəsinə  qalxır.  Dilsiz 

nitq,  nitqsiz  mədəniyyətin  olmadığını  nəzərə  alsaq,  nitq 

mədəniyyəti  də  sürətlə  inkişaf  etməkdədir.  Nitq  mədəniyyəti 

1920-1970-ci  illərdə  ən  çox  dil  mədəniyyəti,  yazı  mədəniyyəti 

terminləri  ilə  ifadə  olunurdusa,  1970-ci  ildən  artıq  dilçiliyin 

müstəqil bir sahəsi kimi fəaliyyətə başlayır, 1978-1992-ci illərdə 

“Nitq  mədəniyyəti  məsələləri”  adlı  məcmuələr  nəşr  olunur. 

Hazırda tam orta məktəblərin 10-cu sinifləri üçün “Azərbaycan 

dili” dərsliyində nitq mədəniyyətinə xüsusi bölmə (rabitəli nitqin 

inkişafı ilə birgə) ayrılmışdır (Azərbaycan dili, Dərslik, Ümum-

təhsil məktəblərinin X sinfi üçün, Bakı, 2014, səh. 96-140).  

Ölkəmizdə  elmi-texniki  göstəricilərin  yüksələn  xətlə  in-

kişafı  və  yeni  insan  tərbiyəsi  normallaşdırılmış  dil  quruculu-

ğunu,  yəni  nitq  mədəniyyətinin  durmadan  yüksəlməsinə  mün-

bit şərait yaradır.  

Xalqımız yerində deyilmiş şirin sözü, gözəl söylənmiş nit-

qi, xüsusən məclis yaraşığı olan kəlamları həmişə yüksək qiy-

mətləndirmişdir. Əbəs yerə deyildir ki, bəlağətlə danışan adam-

lar haqqında xalq arasında “Şirin dil min evi yeyər, acı dil bir 

evi də yeyə bilməz”, “Söz var adamı dağa çıxarar, söz var dağ-

dan endirər”. “Şirin dili ilə adamın ağlını başından alır”, “Çox 

dilli-dilavərdir”, “Dilindən bal tökülür” deyirlər. “Xoş söz kö-

nül  açar,  ucuz  söz  qan  qaraldar”,  el  arasında  sözünün  yerini 



 

 

61 



bilənə,  gözəl-gözəl  danışana  “Şirin  dil  ilanı  yuvadan  çıxarar”, 

“De, dilinə qurban”, “Özünə də qurban, sözünə də”, yersiz da-

nışana, məqam gözləməyənə “Əvvəl düşün, sonra danış”, “Di-

lin qurusun”, “Nə özünü bilir, nə sözünü”, “Sözünü yeyəsən”, 

“Ağzının  qaytanı  yoxdur”,  “Ağzından  qan  iyi  gəlir”  demişlər. 

Danışan şəxs dilə, onun lüğət tərkibinə, qrammatik quruluşuna, 

funksional fəaliyyətinə, xalq danışıq üslubuna diqqət yetirməli-

dir. Natiqlik məharəti igidlik, qoçaqlıq, qəhrəmanlıq, müdriklik 

kimi  məziyyətlərə  bərabər  tutulmuşdur.  Aşıq  Qurbani,  Aşıq 

Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq 

Kamandar, Aşıq Pənah, Aşıq Əhliman Şirvanlı və başqalarının 

ifa etdiyi dastanlar, söylədikləri nağıllar dinləyicilərə xoş ovqat 

bəxş  edərdi.  Gözəl  danışıq  qabiliyyəti,  əgər  yalan  deyilsə 

adamın  qiymətini  artırır.  Bir  filosofdan  soruşdular:  “Nə  üçün 

çox qulaq asır, az danışırsınız?”. Dedi: “çünki Allah mənə iki 

qulaq verib, bir dil-ağız”, yən iki dinlə (eşit), bir din (de). Sözü 

əvvəl ağzında bişir, sonra danış. Bütün bunlar biz Azərbaycan-

lıların qədim zamanlardan sözə, sözün ecazkar qüdrətinə, nitqə, 

danışığa  yüksək münasibətini göstərir. Bir bayatıda “Məclisdə 

məqam  gözlə,  Hər  sözün  öz  yeri  var”  –deyə  sözün  məqamını 

gözləmək tövsiyə olunur. Belə  yanaşmaya atalar sözləri, zərb-

məsəllər  və  aforizmlərdə  də  rast  gəlirik.  “Dadlı  söz  dost 

qazandırar,  acı  söz  düşmən”,  “Danışan  dağı  aşar,  danışmayan 

yolu  çaşar”,  “İki  dinlə,  bir  söylə”.  Hər  bir  şəxsin  qanacaq  və 

mərifəti ağzından çıxardığı sözlərlə, danışığı ilə ölçülür.  

Nitq  mədəniyyəti nitq anlayışı ilə  çox vaxt  paralel  işlənsə 

də,  onlar  eyni  məzmun  kəsb  etmir.  Ümumxalq  səciyyəsi  daşı-

yan  dil  və  nitq  xalq  mədəniyyətinin  tərkib  hissələridir.  Xalqın 

mədəni  inkişafı  dildə  daima  yeni  söz  və  terminlərin  yaran-

masına səbəb olur. Mətbuatın, radio və televiziya verilişlərinin 

kütləviləşməsi  xalqımızın  nitq  mədəniyyətinin  yüksəlməsinə 

güclü təsir göstərir, yeni-yeni söz və terminlərin, xüsusən, alın-

maların hesabına dilimizin lüğət tərkibi zənginləşir. Bu sahədə 

elmi-texniki  və  idman  terminləri  çoxluq  təşkil  edir.  İnsanların 



 

 

62 



ümumi  mədəni  səviyyəsinin  inkişafı  hesabına  ədəbi  dillə  xalq 

danışıq dili arasında yaxınlaşma sürətlənir və bu prosesin nəti-

cəsi  olaraq  xalqın  nitq  mədəniyyətində  səlisləşmə  və  elmilik 

artır,  adi  məişət  çərçivəsində  qalmır,  nitq  forması  kimi  elmi-

kütləvi  üslubu  formalaşdırır.  Qədim  şifahi  xalq  ədəbiyyatı-

mızın nümunələrində “Oğul, sənə üç qızıl verim, yoxsa üç hik-

mətli söz öyrədim?” sualına “Qızıl sənin olsun, mənə hikmətli 

söz öyrət!” – cavabını almışlar. Bütün bunlar biz Azərbaycan-

lıların  ta  qədim  zamanlardan  sözə,  sözün  ecazkar  qüvvəsinə, 

danışıq qabiliyyətinə münasibətini parlaq şəkildə ifadə edir.  

 

Nitqə, gözəl danışığa qiymət verənlər həmişə bu fikirdə 



olmuşlar  ki,  danışıqda:  a)hər  söz  düzgün  və  aydın  tələffüz 

olunmalı; b) sözlər fikrə müvafiq seçilməli; c) artıq və lüzum-

suz söz və ifadələrə yer verilməməli; ç) sözlər cümlə daxilində 

düzgün  bağlanmalı;  d)  məntiqi  vurğular  öz  yerində  düzgün 

işlədilməli; e) uzun və qarışıq tipli cümlələr işlədilməməlidir.  

Ümumiyyətlə, kütlə qarşısında, auditoriyada tələbələr qar-

şısında çıxış  edən müəllim,  mühazirəçi  hər şeydən əvvəl  kon-

kret  şəraiti,  dinləyicilərin,  tələbələrin  bilik  səviyyəsini,  mara-

ğını  nəzərə  almalıdır.  Çıxış  edən  səs  tonu,  zahiri  hərəkətləri 

(mimikası,  jesti),  geyimi,  xoş  və  mülayim  rəftarı  ilə  seçil-

məlidir. O, hər bir sözü, ifadəni düzgün tələffüz etməli, öz mə-

qamına  görə  işlətməli,  məntiqi  vurğunu  təsirli  bir  vasitəyə 

çevirməlidir.  Aydınlıq  və  yığcamlıq  nitqin  əsas  məziyyətlə-

rindəndir. Natiq həyat təcrübəsinə istinad edərək dünyagörüşü, 

bacarığı,  mədəni  səviyyəsi,  dilin incəliklərini duymaq qabiliy-

yəti ilə seçilməlidir.  

Dil  olmasa  bir  xalqın  varlığından,  onun  qurduğu  cəmiy-

yətdən, dövlət  quruluşundan xəbər tutmaq olmaz. Dil  həm  cə-

miyyət  üzvləri,  həm  də  dövlətlərarası  münasibətləri  tənzim-

ləyən  başlıca  vasitədir.  Bədii  ədəbiyyat  nümunələri,  teatr  ta-

maşaları, kino əsərləri dillə bağlı olaraq yaradılır. Dil öz lüğət 

tərkibi,  frazeoloji  sistemi  və  qrammatik  quruluşu  ilə  özünü 

təcəssüm etdirir.  


 

 

63 



Dil  yalnız  nitq  prosesində  ünsiyyət  vasitəsinə  çevrilir. 

İnsanlar  arasında  ünsiyyətin  əsası  əmək,  ən  güclü  vasitəsi  isə 



dildir.  Cəmiyyət  dilsiz  yaşamaz,  buna  görə  də  ilk  insanlar  ic-

timai  əmək  prosesində  ünsiyyətin  vahid,  ümumi  və  əvəzsiz 

vasitəsi  olaraq  dili  yaratmışlar.  Dil  bir  xalqın  bütün  üzvləri 

üçün  anlaşılan  vahid,  dəqiq  qayda  –  qanunlara  malik  bir  va-

sitədir. Bir ölkədə müxtəlif şivə, dialekt və ya ləhcədə danışan 

adamlar  ümumxalq  dili  vasitəsilə  ünsiyyətdə  olurlar.  Dilin 

ünsiyyət vasitəsi olması o deməkdir ki, 1) dil vasitəsilə insanlar 

fikirlərini bir-birinə söyləyir və bir-birini başa düşürlər; 2) bir-

birinə  təsir  göstərirlər;  3)  öz  hiss-həyəcanlarını,  düşünüb  dərk 

etdiklərini  ifadə  edirlər  (Ə.Dəmirçizadə.  Azərbaycan  dilinin 

üslubiyyatı, Bakı, 1962, səh. 6).  

Dilsiz, dilin lüğət tərkibi olmadan nitq yarana bilməz. Di-

lin  lüğət  tərkibi  zənginləşdikcə,  nitqin  ifadə  vasitələri  çoxal-

dıqca nitq daha da kamilləşir, yeni məzmun çaları qazanır. Elə 

bu  mənada  dilsiz  nitq  yoxdur.  İnsan  öz  dünyagörüşü  və  savad 

dərəcəsinə uyğun olaraq dilə şüurlu münasibət göstərərək onun 

hazır  struktur  modellərindən  məqsədəuyğun  istifadə  nəticə-

sində öz nitqini qurur. Deməli, nitq yalnız dilin ifadə imkanları 

əsasında meydana gəlib formalaşır.  

Dilin  və  nitqin  quruluşuna  da  eyni  meyarla  yanaşmaq 

olmaz.  Dilin  quruluşu  onun  böyük  vahidi  cümlədə  öz  əksini 

tapır,  həm  də  o,  danışanın  iradəsindən,  fərdi  zövqündən  tam 

asılı deyil. Nitqin quruluşu isə cümlədən başlanır, cümlələr sil-

siləsini,  abzasları,  bütövlükdə  fikrin  tamamlanmasını  bildirən 

mətni  əhatə  edir.  Deməli,  dil  sisteminin  ən  böyük  vahidi  nitq 

sisteminin  ən  kiçik  vahidinə  bərabərdir.  Nitqin  quruluşu  danı-

şanın təhsil səviyyəsi ilə, dünyagörüşü, fərdi zövqü və s. kimi 

amillərlə bağlıdır.  

Nitqin formalaşıb kommunikativ funksiya daşımasında bir 

sıra fizioloji, psixoloji və ictimai səbəblər də iştirak edir. Dilin 

nitqə  çevrilməsi  çox  mürəkkəb  proses  olub  insanın  sosial 

həyatla, onun fiziologiyası və psixologiyası ilə sıx əlaqədardır. 



 

 

64 



Bunların qarşılıqlı əlaqəsi əsasında nitq axını təzahür edir. Hiss 

üzvləri,  eşitmə,  görmə  orqanları,  danışıq  üzvləri,  xüsusən  səs 

apparatı  və  şüurun  akkumlyatoru  rolunu  oynayan  baş-beyin 

normal  inkişaf  etməmişsə,  dinləmə,  anlama,  danışma,  oxu  və 

yazı prosesində müxtəlif qüsurlar meydana çıxır.  

Əgər insan hər hansı bir dildə danışıb yazırsa, obyektiv və 

subyektiv səbəbləri nəzərə  alaraq bu dildən istifadəetmə  üsulu 

onun nitq fəaliyyətidir. “Nitq, şəxsin müəyyən kollektiv üzvləri 

ilə  qarşılıqlı  əlaqə  saxlamaq  məqsədilə  dildən  istifadə  etmək 

bacarığıdır. Nitqin əsas məqsədi informasiya (məlumat, xəbər) 

mübadiləsi  yaratmaqla  informasiyanın  ötürülməsi  və  qəbul 

edilməsidir.  Lakin  bununla  yanaşı  nitq  informasiyanın  qeydə 

alınması və saxlanılması məqsədinə də xidmət edir” (M.Məhər-

rəmov. Psixologiya, Bakı, 1968, səh. 110).  

Dil  və  nitq  anlayışları  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olub 

bir-birini  tamamlasa  da,  onların  tətbiq  olunma  sahələri  fərq-

lidir. Dil mədəniyyəti anlayışı altında hər xalqın öz ana dilində 

fikirlərini  ifadə  edə  bilmə  bacarığı  nəzərdə  tutulur.  Hər  dilin 

özünəməxsus  fonemlər  sistemi,  zəngin  lüğət  tərkibi,  frazeo-

logiyası, sözlərin sintaktik əlaqə əsasında uzlaşma, yanaşma və 

idarə  olunması,  sabit  qrammatik  quruluşu  və  yazı  sistemi 

mövcuddur.  Dil  dəyişən,  inkişaf  edən  ictimai  hadisədir,  dil 

mədəniyyəti də  ona uyğundur, dəyişkəndir. Elm  və  texnikanın 

inkişafı  ilə  əlaqəli  dil  yeni  yaranan  söz  və  terminlər  hesabına 

zənginləşir.  Dil  ictimai  həyatda  qazanılmış  bilik,  bacarıq  və 

vərdişlərin  söz  və  cümlələrlə  ifadəsi,  fikir  mübadiləsinin  ən 

ümdə və mütləq vasitəsidir. Dilin bu xüsusiyyətini 16-cı əsrdə 

yaşamış italiyalı yazıçı Maki Avelli – “Dil insana öz fikirlərini 

açıq  bildirmək  üçün  yox,  gizlətmək  üçün  verilmişdir”  –  şək-

lində ifadə etmişdir. Öz dövrünün ən məşhur natiqi Taleyran da 

“Dil  fikri  açmaq  üçün  yox,  fikri  gizlətmək  üçündür”  deyirdi. 

İmam Həzrət Əli söyləyib: “İnsan öz dilinin altında gizlənibdir, 

danışmayınca  onun  ağıllı  və  ya  ağılsız  olması  bilinməz”. 

Xalqımızda belə bir deyim də var: “Dil insanın özüdür”. 



 

 

65 



Dil  daxili  qanunları  ilə  tənzimlənir,  yeni  milli  sintaktik 

konstruksiyalar yaranır, köhnə formaların bir qismi dilin passiv 

fondunda  keçir,  digər  qismi  isə  dildən  çıxır.  Cəmiyyətdə  baş 

verən  dəyişikliklər  dilə  də  təsir  göstərir.  Dilin  vəzifəsi  fikir 

mübadiləsi aparmağa, informasiyanı ötürmək və qəbul etməyə 

hesablanmış nitq axınına söz və ifadələri toplamaqdır. Əgər dil 

olmasaydı,  bəşəriyyətin  mənəvi  ruhu  sayılan  şifahi  və  yazılı 

ədəbiyyat  xəzinəsi,  bütün  dünyəvi  və  dini  ədəbiyyat  nümu-

nələri  yaranmaz,  təbiətin,  elmin,  texnikanın  sirləri  hər  xalqda, 

hər  əsrdə  yenidən  tədqiq  olunardı,  inkişaf  yerində  sayardı.  Bu 

xüsusiyyətinə  görə  dili  təbiətinə  görə  bəşəri,  xidmətinə  görə 

milli adlandırmaq yerinə düşür.  

Fikir  nitqlə  ifadə  olunur,  nitqdə  formalaşır.  Dil  və  nitq 

arasında əlaqə obyektiv zərurətdir, çünki dil öz varlığını nitqdə, 

nitq  isə  öz  mənbəyini  dildə  tapır.  Nitq  prosesi  olmasa  dil,  dil 

olmasa nitq prosesi təzahür edə bilməz. Nitq dilin inkişafı üçün 

zəmin  yaradır.  Dilin  lüğət  tərkibində  və  qrammatik  qurulu-

şunda  baş  verən  yeniləşmə  nitqdə  özünü  göstərir.  Nitqdə  baş 

verən  dəyişikliklər  dildəki  köhnə  sxemləri,  modelləri 

yeniləşdirir və bu yeniliklər dildə də öz əksini tapır. Hər hansı 

bir nitq bir şəxs tərəfindən söylənilir, başqaları tərəfindən din-

lənilir. Yazıçının, alimin, jurnalistin, radio-televiziya aparıcısı-

nın  nitqi  minlərlə,  milyonlarla  oxucunun,  dinləyicinin  mara-

ğında olur. Nitq prosesində hər kəs bacardığı şəkildə yazır, da-

nışır,  informasiya  verir.  Axı  nitqin  funksiyası  ünsiyyət  yarat-

maq;  məlumatı  çatdırmaq,  həmsöhbət  tapmaqdır.  Nitq  yalnız 

dil vasitəsilə ünsiyyətə xidmət edir.  

M.Füzuli  sözü,  nitq  qabiliyyətini  insana  verilmiş  misilsiz 

sərvət  adlandırmışdır.  Onun  adı  İbrahim,  ləqəbi  Əfzələddin, 

təxəllüsü  Xaqani,  nisbəsi  Şirvani  olan  şairin  “Qəsideyi-Şiniy-

yə”  (“şin”  hərfi  ilə  bitən)  qəsidəsinə  cavab  şəklində  yazdığı 

“Ənisül-qəlb”  (“Ürək  dostu”)  qəsidəsində  əxlaqi-tərbiyəvi  fi-

kirləri  öz  əksini  tapmışdır.  O  yazır  ki,  insanları  bir-birindən 

yalnız  dilləri  ilə  fərqləndirirlər.  Nitqlə  təfəkkür  arasında  sıx 



 

 

66 



əlaqə  görən,  nitqi  insanın  şüurlu  fəaliyyətinin  nəticəsi  sayan 

şair  dilin  ictimai  mahiyəti  barədəki  fikrini  bir  beytdə  belə 

ümumiləşdirmişdir: 

 

Eyləsən tutiyə təlim ədayi-kəlimat, 



Nitqi insan olur, amma özü insan olmaz. 

 

Başqa  bir  yerdə  “Heyvan  da  danışmazsa,  ona  insan 



deməzlər” misrasından da anlaşılır ki, dil insanı bütün canlılar-

dan  fərqləndirən  mühüm  ictimai-sosial  səbəbdir.  Şair  insan 

nitqinə şüurlu fəaliyyət kimi yanaşır.  

Bütün  bu  deyilənləri  ümumiləşdirib  demək  olar  ki,  dil  və 

nitq bir-biri ilə dialektik vəhdətdə olub bir-birini tamamlasa da, 

aralarında  müəyyən  fərqlər  də  vardır:  1)  Dil  həcmcə  nitqdən 

genişdir;  2)  Dil  ümumxalq,  nitq  fərdi  səciyyə  daşıyır;  3)  Nitq 

insan  fikrinin  ifadəçisidir,  təfəkkürü  formalaşdırır;  4)  Nitqin 

əsas  cəhəti  məzmunlu,  aydın,  mənalı,  təsirli  və  dəqiqliyidir;    

5) Dil işarələr sistemidir; 6) Dil ictimai-tarixi təcrübənin möv-

cudluğu,  nitq  fərdlərin  ünsiyyət  vasitəsi  kimi  dilin  hər  dəfə 

yenidən  işlədilməsidir,  saxlanması  və  verilməsidir.  Nitqə  ad-

landırmaq,  ümumiləşdirmək  və  kommunikativ  funksionallıq 

xasdır;  7)  Dil  ictimai,  ümumi,  nitq  isə  fərdi  hadisədir.  Nitq 

fərdin öz fikrini ifadə etmə, anlama və qavrama aktıdır; 8) Dil 

nitqə  nisbətən  sabit,  nitq  dilə  nisbətdə  dinamikdir;  9)  Dil  dil-

çiliyin, nitq psixologiyanın tədqiqat obyektidir (35, səh. 40). 

Nitq  milli  səciyyəlidir,  hər  bir  xalqın,  millətin  özünə-

məxsus nitqi, danışığı, tələffüz forması vardır. Xalqın psixoloji 

xarakteri, maddi yaşayış tərzi və mədəniyyəti dil ümumiliyi ilə 

bağlıdır.  Məhz  bu  cəhət  hər  bir  xalqı,  o  cümlədən  də  bizim 

xalqımızı,  onun  mədəniyyətini,  eləcə  də  nitq  mədəniyyətini 

başqa  xalqlardakından  fərqləndirir.  Azərbaycan  dili  nəinki 

Hind-Avropa  dillərindən,  eləcə  də  türk  dillərindən,  hətta  oğuz 

qrupuna  daxil  olan  Türkiyə  türkcəsindən,  türkmən  və  qaqauz 

dillərindən də fərqlənir. Dilimizin lüğət tərkibi, fonetik sistemi 



 

 

67 



və  qrammatik  quruluşu  min  ildən  artıqdır  ki,  müstəqil  inkişaf 

yoluna qədəm qoymuşdur.  

Azərbaycan  xalqı  öz  varlığını  ortaya  qoyandan  formalaş-

mağa başlamış və öz dilini də formalaşdırmışdır. Dövrdən asılı 

olaraq ərəb-fars sözləri ilə nə qədər yüklənsə də, VII-XI əsrlər-

də  yazıya  alınan  “Kitab-Dədə  Qorqud”,  XIII  əsrdə  Həsən-

oğlunun məlum qəzəlləri göstərir ki, ortaq əlifbadan, ərəb-fars 

söz və izafət tərkiblərindən istifadə etsək də, fərq özünü bütün 

dil qatlarında göstərir, nitqin ahəngi, ritmi, tempi, intensivliyi, 

məntiqi  vurğusu,  tembri,  sintaksisə  xidmət  edən  intonasiyası 

dilimizin  özünəməxsusluğunu  bütün  dünyaya  nümayiş  etdirir. 

Nitq  mədəniyyətinin  bu  xüsusiyyətləri  gənclərimiz  tərəfindən 

gözlənilir  və  uşaq  bağçasından  başlanan  təhsil  məktəbdə  da-

vam etdirilir, şagirdlər, sonralar tələbələr dilimizin normalarını 

mənimsəyir,  qəzet,  jurnal  səhifələrində,  internet  saytlarında, 

radio-televiziya  verilişlərində,  müxtəlif  dərslik,  dərs  vəsaitlə-

rində,  siyasi,  elmi,  bədii  kitablardan  dilimizin  qrammatik 

qaydalarını  mənimsəyirlər.  Sözlərin  fonetik  tərkibi,  düzgün 

orfoepiya və orfoqrafiyası, leksik-semantik mənası və cümlədə 

müəyyən  ardıcıllıqla  düzülüşü  hamı  üçün  eynidir.  Bu  da  tə-

biidir,  çünki  belə  olmasaydı,  dil  öz  əsas  vəzifəsini  –  ünsiyyət 

vasitəsi olmaq funksiyasını icra edə bilməzdi.  

Dilin leksik-semantik və sintaktik yaruslarında fərqli cəhət-

lərə  üslubla  bağlı  məqamlarda  yol  verilir.  Dram  əsərlərində 

dialoqlarda, şeirlərdə heca, qafiyə və vəzn xatirinə misranı təşkil 

edən cümlələrdə söz sırasının pozulması fərdi səciyyə daşıyır: 

 

Uyma hər zülfü qara sevgili cananə, könül, 



Bu vəfasızlar edərlər səni divanə, könül. 

...Vahidin ömrü bütün nazlı gözəllərlə keçib, 

Bu həqiqət sözü zənn eyləmə əfsanə, könül.  

 

Nəzmin  əsas  şərtinin  sözlərin  özünəməxsus  nizamla  dü-



zülməsi təşkil etdiyindən bu şeir parçasında ahəngdarlıq, ölçü 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə