1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3.04 Mb.
Pdf просмотр
səhifə30/35
tarix16.07.2017
ölçüsü3.04 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   35

ÇalıĢma.  Mətni  oxuyun,  hansı  terminlərin  işləndiyini 

göstərin  və  onların  hansı  elm  sahəsinə  aid  olduğunu  deyin. 

6.2.2 Oksigenin qanla nəqli Diffuziyanın köməyi ilə oksigenin 

qana keçməsindən sonra onun taleyi  hemoqlobinlə birləşmədə 



 

 

340 



olur.  Yalnız  oksigenin  0,3  həcm  %  qanda  həll  olur  (yaxud 

1,5% arterial qandakı oksigen), qalan hissəsi isə hemoqlobinlə 

birləşir. Oksigen hemoqlobinlə (Hb) birləşərək oksihemoqlobin 

əmələ  gətirir.  Hemoqlobin,  zülal  hissəsi  olan  qlobindən  və  4 

ədəd dəmir tərkibli hemdən ibarət mürəkkəb zülaldır. HHb onu 

göstərir  ki,  hemoqlobin  zəif  turşu  təsirlidir,  bərpa  olunmuş 

hemoqlobin  isə  oksihemoqlobinə  nisbətən  daha  zəif  turşudur. 

Arterial  qan  oksigenlə  96-97%  zənginləşir.  Bu  hadisə  çox  sü-

rətlə, 0,25-0,30 san. baş  verir (Rafiq Qayıbov.  İnsan fiziologi-

yası, Bakı, 2009, səh. 163) 



ÇalıĢma. Mətni oxuyun, onun hansı elm sahəsinə aid oldu-

ğunu aydınlaşdırın, bu sahəyə aid spesifik sözləri qeyd edin: 

3.  Hədəfi  nişan  almaqla  hərəkət  fəaliyyəti  minimuma  en-

dirilmiş  idman  növləri.  Belə  idman  növlərindən-kamandan  ox 

atmaq,  odlu  silahdan  güllə  atmaq,  pnevmatik  silahdan  güllə 

atmaq, bilyard oyunu, darts oyunu və s. misal göstərmək olar. 

4. Modellər üzərində yarışlar keçirilən idman növləri: Bu-

rada idmançılar hazırladıqları modelləri müəyyən qaydalar əsa-

sında  yarışlara çıxarırlar. Misal  olaraq-avio,  avto, raket,  qayıq 

modelizmi və s. növlərini göstərmək olar. 

5. Abstrak idrakın köməyi ilə rəqibə qalib gəlməklə xarakte-

rizə  olunan idman növləri. Belə  idman növlərindən-şahmat, da-

ma,  qalaqapı  və  digər  intellektual  idman  növlərini  qeyd  etmək 

olar (Nazim Məcidov. İdman nəzəriyyəsi, Bakı, 2009, səh. 20) 



ÇalıĢma. Yol verdiyiniz bir səhv hərəkətə (hadisəyə) görə 

izahat yazın. 

 

 

PUBLĠSĠSTĠK ÜSLUB 

 

Publisistik üslubu mətbuat və ya qəzet üslubu da adlandı-



rırlar. Publisistik üslub kütləvi və çox işlək üslubdur. Bu üslub 

mətbuat səhifələrində-qəzet və jurnallarda çap olunan müxtəlif 

növ  yazıları,  ictimai-publisistik  və  tənqidi  məqalələri  əhatə 

edir. Radio-televiziya verilişləri də bu üslubda aparılır. Verilişi 



 

 

341 



müəlliflər, redaktor və rejissorlar yazılı şəkildə hazırlayır, apa-

rıcılar həmin materialı oxuyub tanış  olduqdan sonra şifahi şə-

kildə dinləyici və tamaşaçılara çatdırırlar. Publisistika üslubiy-

yatın ən aktual, ən canlı janrıdır. Zamanın, əsrin, xalq həyatının 

bugünkü,  bu  saatkı  vəziyyətini  əks  etdirmək  və  irəli  sürdüyü 

vacib  suallara  cavab  vermək  publisistikanın  əsas  vəzifəsidir. 

Bu üslubda siyasi, sosial, iqtisadi məsələlər, həyatda baş verən 

müxtəlif  hadisələr,  faktlar  müəllif  dili  ilə  sadə  şəkildə  öz  ifa-

dəsini tapır. Qəzet və jurnallarda istehsalatla bağlı oçerklər, yol 

qeydləri,  səyahət  düşüncələri,  xatirələr,  məzəli,  gülməli  əhva-

latlar,  felyetonlar  da  dərc  olunub  oxucuların  ixtiyarına  verilir. 

Mətbuat üslubunda geniş oxucu kütləsi üçün anlayışlar, hadisə 

və əhvalatlar mənası aydın olan sözlər və ifadələrlə, imkan da-

xilində  sadə  cümlələrlə  ifadə  olunur,  fikirlər  təhkiyə  üsulunda 

çatdırılır. Burada məcaziliyə, obrazlığa əsasən yer verilmir, ter-

minlər az işlədilir. Publisistik üsluba aid qəzet materialları baş 

redaktorun,  məsul  katibin  müdaxiləsi  nəticəsində  nəşr  olunsa 

da, müxbirlər, ayrı-ayrı müəlliflər tərəfindən yazıldığından on-

larda ədəbi dil normalarından uzaqlaşma hallarına təsadüf olu-

nur. Məsələn: "Yeniyetmə stolüstü tennisçilər ölkə birincilərini 

Şəkidə müəyyən edəcəklər. Martın 1-dən 5-dək keçiriləcək ya-

rışda  müxtəlif  şəhər  və  rayonlardan  təxminən  120  tennisçi 

1992, 1994, 1995-ci  illər təvəllüdlü  və  daha kiçik  yaş qrupları 

üzrə mübarizə aparacaqlar"; "Yarışa qatılan Nicat Məmmədov 

mübarizəyə fin Samps Nisti üzərində qələbə ilə başlayıb"; "On-

lar  medal  yolunda  3  qələbədən  sonra,  yarımfinalda  hindistanlı 

gələcək  qalibə  yeniliblər"  və  s.  ("İdman"  qəzeti,  16  fevral, 

2010-cu il); "Yeniyetmə stolüstü tennisçilər" əvəzinə "Stolüstü 

tennis üzrə yeniyetmələr", "müxtəlif şəhər və rayonlar" əvəzinə 

sadəcə  "şəhər  və  rayonlar",  "120  tennisçi  1992,  1994,  1995-ci 

illər təvəllüdlü və daha kiçik yaş qrupları üzrə" əvəzinə "1992, 

1994,  1995-ci  illərdə  anadan  olmuş  və  daha  kiçik  yaş  qrupu 

üzrə 120 tennisçi" yazılsa idi, fikir daha dəqiq və düzgün ifadə 

edilmiş olardı. 



 

 

342 



Sual və tapĢırıqlar: 

1. Publisistik üslub nədir? 

2. Publisistik üslub bədii və elmi üslüblardan nə ilə fərqlənir? 

3. Qəzetlərdə şeir və hekayələr də nəşr olunur. Onları pub-

lisistik üsluba daxil etmək olarmı? Cavablarınızdan asılı olaraq 

səbəbini izah edin. 

4. Publisistik üslubda məcaziliyə, obrazlığa  yer  verilirmi? 

Fikrinizi əsaslandırın. 

5. Terminlərə qəzet səhifələrində niyə az yer verilir? 

6.  Nitqin  zənginliyi  dedikdə  nə  nəzərdə  tutulur?  Nitqin 

zənginliyi və ya kasıblığını necə müəyyənləşdirmək olar? 

7. Qəzet dilinin əsas keyfiyyəti nədir? Fikrin aydın ifadəsi-

nin ilkin şərti nə hesab olunur? 

ÇalıĢma. Mətni oxuyun, publisistik üsluba xas olan məqam-

ları göstərin. Bu nitq bədii və ya elmi üslubdan nə ilə fərqlənir? 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiya-

sı Beynəlxalq Aviasiya Federasiyasının (FAİ) qərarı ilə bu qu-

ruma fəal üzv qəbul edilib. Dünyada mülki və idman aviasiyası 

üzrə standartları və ictimai münasibətləri müəyyən edən bu təş-

kilata üzv olmuş Hava və Ekstremal İdman Növləri Federasiya-

sı Azərbaycandan FAİ üzvi olan ilk və yeganə qurumdur. Bey-

nəlxalq  Aviasiya  Federasiyasının  120-dən  çox  ölkənin  nüma-

yəndələrindən  seçilmiş  idarə  heyəti  var.  Xatırladaq  ki,  bu  ya-

xınlarda  Azərbaycan  idmançılarının  təmsil  etdiyi  buzadırman-

ma  üzrə  milli  komandamız  Dünya  kuboku  yarışlarının  birinci 

mərhələsində  42  kişi  və  26  qadın  idmançı  arasında  keçirilən 

yarışlarda sürətlə dırmanma üzrə kişilərdən ibarət komandamız 

18-ci,  qadın  idmançılarımız  isə  17-ci  yeri  tutublar.  Həmçinin 

yarışlar zamanı bu növ üzrə hakimlər üçün keçirilən seminarda 

federasiyamızın  nümayəndələri  Yaqub  Əsədov  və  Yevgeniya 

Nəcəfova  Beynəlxalq  Alpinizm  Federasiyasından  (İJİAA) 

hakim sertifikatları alıblar ("Olimpiya dünyası" qəzeti, 29 yan-

var -1 fevral 2010-cu il). 



 

 

343 



ÇalıĢma. Yuxarıdakı mətndə Avropa dillərindən gələn söz-

lərə görə statistik təhlil aparın, onların termin yoxsa ümumişlək 

sözlər olduğunu izah edin. 

ÇalıĢma. Verilmiş sözlərin mənasını aydınlaşdırmağa çalı-

şın, onların nə vaxt termin, nə vaxt beynəlmiləl söz kimi işlən-

mə  məqamlarını  izah  edin,  onlara  ən  çox  hansı  üslubda  rast 

gəldiyinizi deyin: snoubord, fristayl, tras, buzadırmanma, alpi-

nizm, sertifikat, taekvondo, missiya, çempionat, konfederasiya, 

vitse-prezident, liqa, korner, legioner, limit, turnir, matç, arena, 

debüt. 

ÇalıĢma. Məşqçi kimi ixtisasınıza uyğun məşğələlər keçir-

mək istəyirsiniz. Onun haqqında məlumat yazın. 



ÇalıĢma.  Uzaqda  yaşayırsınız:  Ailənizə  min  manat  pul 

göndərdiyiniz barədə teleqram vurun. 



 

 

RƏSMĠ-KARGÜZARLIQ ÜSLUBU 

 

Rəsmi-kargüzarlıq  üslubu  "əməli  üslub",  "rəsmi-əməli 



üslub",  "ictimai-siyasi  üslub",  "iĢgüzar  üslub"  adları  ilə  də 

işlənir.  Rəsmi  sənədlər,  təlimatlar,  qanunvericilik  aktları  və  s. 

rəsmi-kargüzarlıq üslubuna uyğun tərtib olunur, yazılır. Bu üslu-

bun  əsas  xüsusiyyəti  ifadə  düzgünlüyü,  fikir  dəqiqliyi  və  yığ-

camlıqdır.  Rəsmi  sənədlərin  dilində  artıq,  mətləbdənkənar 

sözlərə,  təkrarlara,  bədii  ifadələrə  yer  verilmir,  dəqiq  söz  və 

terminlər  işlədilir,  qrammatik  normalara  riayət  edilir,  ştamp 

xarakterli  standart  sözlərdən,  basmaqəlib  (trafaret)  ifadə  və 

cümlələrdən  istifadə  olunur.  Bu  üslub  öz  forma  və  məzmunu 

etibarilə  kütləvi  mahiyyət  daşıyır,  ixtisasından,  peşəsindən,  hə-

yatda tutduğu vəzifəsindən asılı olmayaraq insanlar əməli yazıla-

ra müraciət edirlər. Rəsmi-əməli üslub, adından göründüyü kimi, 

həyatın  praktik  tələbləri  ilə  bağlıdır.  O,  dövlət  və  ictimai 

idarələrin bir-biri ilə, vətəndaşların idarə, müəssisə və təşkilatlar-

la  əlaqəsini  təmin  edir.  Rəsmi-kargüzarlıq  üslubunu  inzibati-


 

 

344 



idarə  üslubu,  dəftərxana  üslubu  da  adlandırırlar.  Dəftərxana 

sənədləri  rəsmi  xarakterdə  olduğu  üçün  özünəməxsus  cəhətləri 

ilə seçilir. Bu üslubun onlarla sənəd növü vardır: qanun, fərman, 

sərəncam,  qətnamə,  viza,  nota,  ittihamnamə,  təlimat,  protest, 

etimadnamə,  hökm,  qərar,  göstəriş,  əmr,  akt  və  s.  Dövlət 

əhəmiyyətli  rəsmi  sənədlər  xüsusi  ayrılmış  adamlar  tərəfindən 

hazırlanır,  dövlət  başçısı  tərəfindən  imzalanır.  Rəsmi-

kargüzarlıq sənədləri yazışma məqsədi daşıyan (teleqram, anket, 

təliqə,  ərizə,  raport  və  s.),  müəyyən  faktı  təsdiqləyən  (vəsiqə, 

arayış, vəkalətnamə və s.), hər hansı hadisə və faktı əks etdirən 

(akt,  protokol,  müqavilə  və  s.)  və  iclas,  toplantı,  yığıncaq, 

konfransların  qərarları-protokol,  hesabat  və  s.  formasında  olur 

(14, səh. 4) Tələbə və məzunlarımıza lazım ola biləcəyini nəzərə 

alaraq  əməli  üslubun  tələblərini  özündə  əks  etdirən  əsas  rəsmi-

kargüzarlıq sənəd növlərini aşağıda əlifba sırası ilə veririk. 

 

 

1. AFĠġA 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 

27 may 2017 

Respublikanın xalq artisti, professor 



Məsum Ġbrahimovun  

iştirakı ilə Niyazi adına Azərbaycan Dövlət Filarmoniyası 

artistlərinin 

Xeyriyyə konserti 

Proqramda:  Azərbaycan  muğamları,  xalq  mahnıları  və 

bəstəkarların populyar musiqi əsərləri 

Əldə olunan vəsait Qarabağ Veteranlarının Yardım Fondu-

nun hesabına köçürüləcəkdir. 

Konsert saat 15.00-da Akademiyanın akt zalında olacaqdır. 

Biletlər foyedə satılır. 

*** 


 

 

345 



 

 

2. AKT 

 

"Akt"  latınca  "aktos",  "aktum"  sözündən  olub  "hadi-

sə",  "sənəd",  "cinayət  iĢi"  deməkdir.  Akt  məzmununa  görə 

cinayət  aktı,  dövlət  aktı,  bu  və  ya  digər  bir  faktı  açmaq  üçün 

tərtib edilən akt növlərinə bölünür. 

Mahiyyəti - hər hansı bir iş və  ya hadisəni qanuniləşdirib 

ona hüquqi sənəd statusu verməkdir. 



Məzmunu  -  Akt  imzaları  ilə  təsdiq  edilən  bir  neçə  nəfər 

tərəfindən  tərtib  edilir.  Müəyyən  bir  həqiqəti  üzə  çıxarmaq 

üçün  aktı  tərtib  edənlərdən  ibarət  komissiya  yaradılır.  Xüsusi 

təftiş komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim 

edilir. 

 

Aktın forması: 

1.  Aktın  birinci  səhifəsinin  sağ  tərəfindən  yuxarı  vəzifəli 

şəxsin təsdiq etdiyi qeyd verilir. 

2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə 

yazılır. 

3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın 

tərtib olunduğu yer göstərilir. 

4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı 

yazılır. 

5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir: 

6. Yoxlamanın  müddəti  həm  rəqəmlə, həm  də sözlə qeyd 

olunur. 


7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs 

göstərilir. 

8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər. 

 

 



 

 

 

346 



Nümunə: 

AKT 

 

Təsdiq edirəm: 

15 saylı məktəbin direktoru Həsənov H.Ġ. 

28 noyabr 2017-ci il 

20 noyabr Bakı, Yasamal rayonu 

 

Biz, aşağıda imza edənlər: filan vəzifə daşıyan İsmayılov İ., 



filan  vəzifə  sahibi  Əliyeva  G.,  filan  iş  sahibi  İbrahimov  H., 

Həmkarlar İttifaqı Komitəsinin sədri Əhmədov K. bu aktı tərtib 

edirik ona görə ki, həqiqətən binada (məktəbdə, sinifdə, həyat-

yanı sahədə və s.) otaq yağışdan sonra (yanğından, zəlzələdən, 

köhnəldiyindən)  uçmuş  (tökülmüş,  dağılmış),  10m

2

  sahəyə 



1000  (min)  manat  məbləğində  ziyan  dəymişdir.  Akt  həmin 

sahənin  təmir  olunmasına  pul  buraxılması  məqsədilə  tərtib 

olunmuşdur. 

Aktı tərtib etdilər: 

1. (imza) İsmayılov İ. - vəzifəsi 

2. (imza) Əliyeva G. - vəzifəsi 

3. (imza) İbrahimov İ. - vəzifəsi 

4. (imza) Əhmədov K. - vəzifəsi 

Üzləşmə lazım gələrsə əlavə yazılır: Aktla tanış edildi (edildilər) 

1. (imza) Göyüşov S. A. - vəzifəsi göstərilir 

2. (imza) Qocayev C. Ç. - kimliyi göstərilir. 

*** 


 

3. ANNOTASĠYA 

 

Annotasiya  latınca  "annotamik"  sözündən  olub  "qeyd 

aparmaq", "əlavə etmək" deməkdir. 

a)  Annotasiyanın  mahiyyəti-hər  hansı  bədii  və  ya  elmi 

əsər,  eləcə  də  dərslik,  dərs  vəsaiti,  məqalə,  tamaşa  və  s.  haq-

qında qabaqcadan müəllifin və ya işə məsul şəxsin məlumatını, 

işin məzmununu qısa şəkildə şərh etməkdir. 


 

 

347 



b)  Annotasiyanın  məzmunu  hissəsində  əsərin  müəllifi, 

janrı,  həcmi, məzmunu  haqqında məlumat  verilir. Annotasiya-

da əsərə (kitaba) qısaca rəy də verilə bilər. 

c) Forması. Vərəqin ortasında annotasiya sözü yazılır, ondan 

aşağıda  müəllifin  adı,  atasının  adı  və  soyadı  göstərilir.  Sonrakı 

sətirdə əsərin mövzusu, nəşriyyatın adı, nəşr ili, həcmi göstərilir. 



 

Nümunə: 

Annotasiya 

Nazim  Məcidov.  "İdman  nəzəriyyəsi".  Dərs  vəsaiti,  Bakı, 

2016-cı il, 110 səh.  

Pedaqoji  elmlər namizədi,  professor, Azərbaycan Respub-

likasının  əməkdar  müəllimi  Nazim  Məcidovun  dərs  vəsaiti 

giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısın-

dan  ibarətdir.  Müəllif  dərs  vəsaitinin  giriş  hissəsində  tədqiq 

etdiyi  mövzunun  aktuallığından,  tədqiqatın  məqsəd  və  vəzifə-

sindən, obyekti və materialından, işin metodlarından, yeniliyin-

dən, nəzəri və praktik əhəmiyyətindən bəhs edir. Vəsaitin birin-

ci fəslində filan …, ikinci fəslində filan … və üçüncü fəslində 

(adı göstərilməklə) filan … məsələlərdən əhatəli danışılmışdır. 

Nəticədə müəllif öz dəlil və sübutlarını konkret şəkildə yekun-

laşdırmışdır.  

Dərs  vəsaiti  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının 

ixtisasçı müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur. 

*** 

 

4. ARAYIġ 

 

ArayıĢ  türk  mənşəli  söz  olub  "arama",  "axtarma"  mə-

nasındadır.  Arayış  hər  hansı  bir  şəxsin  kimliyini  təsdiq  etmək 

və ya harada yaşaması, işləməsi, təhsil alması haqqında təşkilat 

(idarə,  müəssisə)  tərəfindən  verilən  rəsmi  sənəddir.  Təşkilat-

ların  bir-birinə  ünvanladığı  arayış  növü  də  vardır.  Arayışda 

müəyyən  bir  hadisənin  gedişi  və  ya  cinayət  xarakterli  bir 



 

 

348 



məsələ  də  öz  əksini  tapa  bilər.  Arayışın  kimə  və  nə  məqsədlə 

verilməsi mütləq göstərilməlidir.  

Arayışın  özünəməxsus  yazılma  forması  vardır:  Vərəqin 

yuxarı  hissəsində  ortada  böyük  hərflə  "Arayış"  sözü  yazılır. 

Vərəqin  sol  tərəfdən  üst  küncündə  idarənin  ştampı,  ştampın 

aşağı  sətrində  arayışın  nömrəsi  və  verildiyi  tarix  (gün,  ay,  il) 

qeyd  olunur.  Arayış  sözünün  altında  nisbətən  sağda,  ştampın 

yanından  mətnin  məzmunu  verilir,  axırdakı  sətirbaşında 

arayışın  təqdim  olunduğu  yer  göstərilir.  Sonda  arayışı  verən 

idarə  rəhbərinin  titulu,  soyadı  (bütöv  şəkildə),  adı  və  atasının 

adı (ixtisarla) yazılır, imza ilə təsdiqlənir və möhür vurulur. 

Nümunə: 

ArayıĢ 

ġ

T

AM

P ye

ri

 

Verilir  Ağayev  Məmmədhəsən  Qulam  oğ-

luna ona görə ki, həqiqətən o, Azərbaycan Dövlət 

Bədən  Tərbiyəsi  və  İdman  Akademiyası  “İdman 

təkmübarizliyi” fakültəsinin ikinci kursunda (qrup 

TA  16-6)  oxuyur.  Arayış  Qusar  rayon  Hərbi 

Komissarlığına təqdim etmək üçün verilir. 

ADBTĠA-nın rektoru: (imza) A.A.S. 

“Ġdman” fakültəsinin dekanı:(imza) A.A.S. 

*** 

Nümunə: 

ArayıĢ 

ġ

T

AM

P ye

ri

 

Verilir  Ağayev  Nadir  Həsən  oğluna  ondan 

ötrü ki, o, həqiqətən 18 dekabr 1999-cu ildə Bakı 

şəhəri,  Suraxanı  rayonunda  anadan  olmuş  və 

hazırda Suraxanı rayonu Z.Bünyadov küçəsindəki 

67 nömrəli evin 16-cı mənzilində yaşayır.  

Arayış Azərb. DBTİA-ya təqdim etmək üçün 

verilir. 

119 saylı mənzil-istismar sahəsinin 

rəisi: (imza) V.Ə.Alıyev 

Katib: (imza) L.Y.Mehdiyeva 

*** 


 

 

349 



5. BĠLDĠRĠġ 

 

BildiriĢ  əməli  yazıların  sadə  və  çox  işlənən  formasıdır. 

Anons,  bildiriĢ,  afiĢa,  reklam  və  s.  kimi  əməli  yazılar  elan 

xarakterlidir.  

Məzmun  və  məqsədinə,  eləcə  də  əhatə  dairəsinə  görə 

bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) 

haqqında  müəyyən  kollektivə  və  ya  ictimayyətə  əvvəlcədən 

verilən məlumat anlamındadır.  

Bildiriş  (elan)  yazılarkən  aşağıdakı  məqamlar  diqqət 

mərkəzində saxlanmalıdır: 

1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır; 

2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalı-

dır; 

3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir; 



4.  Tədbirin  keçiriləcəyi  yer,  ünvan  (ərazi,  bina),  lazım 

gələrsə  təşkilatın  yerləşdiyi  otağın  nömrəsi,  varsa  telefonu 

göstərilir; 

5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir

6.  Məlumatda  hər  hansı  bir  məsələ  gizli  saxlanıla  bilər. 

Bildiriş  respublika  və  ya  şəhər  miqyaslı  olarsa  qəzetdə,  radio 

və televiziyada da verilə bilər. 

 

Nümunə: 

 

BildiriĢ 

 

Tələbələrin nəzərinə! 

Azərbaycan 

Dövlət  Bədən  Tərbiyəsi  və  İdman 

Akademiyasının əyani şöbəsində II yarımilin dərsləri 15 fevral 

2017-ci il tarixdən başlanacaq. 

Tədris hissəsi 

*** 


 

 

 

350 



6. ELAN 

 

2017-ci  il  may  ayının  20-də  saat  11.00-da  akt  zalında  IV 



kurs tələbələrinin "Pedaqoji təcrübə"yə həsr olunmuş konfransı 

keçirilicək.  

Təcrübə rəhbərlərinin və tələbələrin iştirakı vacibdir. 

 

"Bədən tərbiyəsinin nəzəriyyəsi 

 və onun tədrisi metodikası" kafedrası 

*** 


 

7. ETĠBARNAMƏ 

 

Etibarnamə  ərəbcə  "etibar"  ("nəzərə  alma")  və  farsca 

"namə" ("məktub", "kağız") sözlərinin birləşməsindən  yara-

nıb,  "etibaretmə  sənədi"  mənasındadır.  Etibarnamə  bir  şəxsin 

bir işin icrasını başqa birisinə etibar etdiyini bildirən sənəddir. 

Bir şəxsin və ya bir idarənin adından iş görmək üçün verilən bu 

rəsmi  sənəd  müəssisənin  kadrlar  şöbəsində,  yaxud  dövlət 

notariusu tərəfindən təsdiq olunur. 

 

Nümunə: 

 

Etibarnamə 

 

Bakı Ģəhəri  

 

 

        20 dekabr 2016-cı il 

 

Mən,  Bakı  şəhəri  Binəqədi  rayonu,  S.S.Axundov  küçəsi, 

13 saylı binanın 56-cı mənzilində yaşayan, 2008-ci ildə həmin 

rayonun 36-cı polis bölməsi tərəfindən verilmiş VI-BC seriyalı 

6453421  saylı  şəxsiyyət  vəsiqəsinin  sahibi  Qaragözov  Nama-

zəli Xanış oğlu ADBTİA- nın Həmkarlar İttifaqı Komitəsindən 

mənə  çatacaq  60  manat  məbləğindəki  yardımı  almağı  Bakı 

şəhəri Yasamal rayonu, Azadlıq prospekti 158 nömrəli evin 46 



 

 

351 



saylı  mənzilində  yaşayan  qrup  yoldaşım  Abdullayev  Bəhram 

Güləli oğluna (Şəxsiyyət vəsiqəsi seriya AZE 01643538) etibar 

edirəm. 

Ġmza: N.X.Qaragözov 

28.01.2017 

 

N.X.Qaragözovun imzasını təsdiq edirəm. 



 

ADBTİA  kadrlar  şöbəsinin  müdiri:(imza)  Cəfərova  S.Ġ. 



29.01.2017-ci il 

*** 




Поделитесь с Вашими друзьями:
1   ...   27   28   29   30   31   32   33   34   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə