1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3.04 Mb.
Pdf просмотр
səhifə14/35
tarix16.07.2017
ölçüsü3.04 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

qabul, kənar şəklində deyiliş dialekt xüsusiyyəti hesab olunur 

və  ədəbi  tələffüzə  yaramır.  Orfoepik  qüsurların  bir  qismi  nitq 

prosesində  bəzi  saitlərin  uzun  və  ya  qısa  tələffüzü,  vurğunun 

düzgün qoyulmamasının nəticəsidir: baĢqa, bütün, büro, sifət, 



ədat,  daha,  oxu,  müxtəlif,  əsasən,  günorta  sözlərində  vur-

ğunun ilk hecaya salınması belə qüsurlardandır. Ədəbi tələffüz 

normalarının pozulması bir sıra alınma sözlərin kitab tələffüzü 


 

 

168 



ilə  (hərfi  tələffüzlə)  bağlı  olması  hesabınadır.  Məsələn: 

[Maskva], [intanasiya], [arfaepiya], [kankret], [fanetika], [arfa-

qrafiya]  və  s.  kimi  deyilməli  olan  sözlər  elə  yazıldığı  kimi  – 

Moskva, intonasiya, orfoepiya, kontakt, konkret, konfet, foneti-

ka, orfoqrafiya və s. şəklində səhv tələffüz olunur. 

Dilimizə məxsus söz və şəkilçilərin deyilişində də qüsurlar 

vardır:  vicdan-[vijdan],  uşaq-[uşax],  məqsəd-[məksət],  işləyir- 

[işdiyir], getsə idi- [getseydi] və s. Uşaqlar ailədən, radio və te-

leviziya  verilişlərindən,  bağçada  tərbiyəçilərdən,  məktəbdə 

müəllimlərdən  ədəbi  tələffüz normalarını eşidib mənimsəməli, 

mədəni  nitqə  verilən  tələbləri  öyrənməli,  danışıq  və  yazıda  öz 

aydınlığı, səlisliyi, intonasiya düzgünlüyü, lüğət tərkibinə görə 

zənginliyi  ilə  seçilən  formalara  yiyələnməlidirlər.  Beləliklə, 

gənc nəsildə  ədəbi  tələffüz normaları  əsasında danışmaq, oxu-

maq vərdişi yaranmalıdır. Bunun üçün valideynlər, tərbiyəçilər, 

müəllimlər  uşaqların,  şagirdlərin  nitqi  üzərində  birgə,  mün-

təzəm  işləməli,  nitqdəki  qüsurların  başvermə  səbəblərini  tapıb 

izah  etməli,  səhvləri  müxtəlif  üsul  və  vasitələrlə  düzəltməli-

dirlər. Valideynlərin, tərbiyəçilərin və istisnasız olaraq hər fənn 

üzrə müəllimlərin, diktor, aparıcı və aktyorların düzgün danışıq 

və  ifadəli  oxusu  etalon,  nümunə  kimi  təqdim  olunmalı,  kitab 

(hərfi)  oxusu  və  dialekt,  şivə  xüsusiyyətləri,  danışıq  dili  tələf-

füzü  daim  düzəlişə  məruz  qalmalı,  nitqin  intonasiyasının  zən-

ginlik  və  rəngarəngliyi nəzərdə  saxlanılmalıdır. Ədəbi  tələffüz 

vərdişlərinə  yiyələnmək  nöqteyi-nəzərindən  bu  formalar  çox 

əhəmiyyətlidir.  Orfoepik  qaydaların  müəyyənləşdirilməsində, 

əsasən,  fonetik  prinsipə  üstünlük  verilir.  Bu  prinsipə  görə  or-

foepik norma xalq danışıq dilinin ən işlək və daha çox yayılmış 

formasına əsaslanır. Məsələn: felin mürəkkəb şərt şəklinin he-

kayəsinə iki variantda rast gəlirik: alsa idi- [alsaydı], [alseydi]; 

gəlsə  idi  [gəlsəydi],  [gəlseydi]  və  s.  Amma  bu  formaların 

respublikamızın  əhalisinin  böyük  əksəriyyətinin  işlətdiyi  eydi 

variantı  -  [alseydi],  [gəlseydi]  orfoepiyada  norma  kimi  əsas 

götürülmüşdür. Başqa bir misal. Sonu a, ə saitləri ilə bitən çox-



 

 

169 



hecalı  sözlərə  saitlə  başlanan  şəkilçilər  artırıldıqda  sözün  so-

nundakı  sait  ahəng  qanununa  uyğun  qapalı  saitlərdən  birinə 

keçir:  meşəyə  [meşiyə],  alçaya-[alçıya],  işləyir-[işliyir],  başla-

yır-[başlıyır], gözləyəcək-[gözlüyəcək] və s. Xalqın böyük ək-

səriyyətinin  işlətdiyi  bu  tələffüz  şəkli  orfoepiya  baxımından 

məqbul  sayılır  və  norma  kimi  götürülür.  Nitqin  axıcılıq  və  rə-

vanlıq tələbinə görə bu halda səslər bir-birinə tələffüzcə yaxın-

laşır. Müəyyən fonetik məqam və şəraitdən asılı olaraq sait və 

samit səslərin deyilişi ilə bağlı tələffüz normaları nitq prosesin-

də  özünü  biruzə  verir.  Xüsusən,  samitlərin  cingiltiləşməsi, 

karlaşması, əvəzlənməsi və tələffüzdən düşməsi ədəbi tələffüz 

baxımından məqbul sayılır. Dilimizin orfoepiya və orfoqrafiya 

qaydaları bir-biri ilə qarşılıqlı əlaqədədir. Sözlərin bir qisminin 

yazılışı  ilə  tələffüzü  fərqlənmədiyi  halda  başqa  bir  hissəsinin 

yazılışı ilə tələffüzü uyğun gəlmir. 

ÇalıĢma.  Oxuyun,  uzun  tələffüz  olunan  saitləri  və  sonor 

samitləri  tapın,  onların  şeirin  rəvan  və  axıcı  oxunmasına  necə 

təsir göstərdiyini deyin:   

 

 Ay üzlü nigarım, kimə mehman olacaqsan? 



 Bir söylə, kimin şəninə şayan olacaqsan? 

 Şahlıq çətiri var başın üstündə bu axşam,  

 Ənbər çətirinlə kimə sultan olacaqsan? 

 Şəkər demərəm mən sənə, ondan da şirinsən,  

 Dilbər, necə bir bəxtəvərə can olacaqsan? 

 Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,  

 Ey abi-həyat, sən kimə canan olacaqsan?  

 

ÇalıĢma. Qoşa səsli sözləri müəyyənləşdirin, onların tələf-

füz formasını yazılı forması ilə müqayisə etmək üçün orfoqra-

fiya qaydalarına uyğun yazın, hansı halda düzgün səsləndiyini 

bildirin. 

Cəfər  Cabarlı  min  səkiz  yüz  doxsan  doquzuncu  ildə  ana-

dan  olmuş,  ilk  təhsilini  mola  yanında  almışdır.  Kiçik  yaşla-


 

 

170 



rından  bədi  ədəbiyata  həvəs  göstərmiş,  gənclik  ilərindən  cə-

miyyətdə  baş  verən  hadisələri  diqətlə  izləmiş,  təəcüblü  halara, 

öz dərin təsüfünü yedi-səkiz yaşlarından ağbirçək qadınlara da, 

ağsaqal, qarasaqal kişilərə də çatdırmış, təmiz, saf məhəbəti də, 

munis  hisləri  də  rəsam  kimi  daima  parlaq  boyalarla  vermiş, 

tərənüm  etmişdir. “Vəfalı Səriyə” pyesində cəmiyəti düşündü-

rən  qadın  problemlərini,  onların  taleinin  səciyəvi  cəhətlərini 

səhnədə  canlandırmışdır. Müəlim  kimi  izah etmiş, camata çat-

dırmış, şayələrə inanmamağa çağırmışdır.  

ÇalıĢma. Gəlqaz və tap sözlərində samitləri cingiltili və 

ya  kar  samitlərlə  əvəzləməklə  yeni  sözlər  yaradın.  Cingiltili, 

sonor və kar samitləri nəzərdən keçirin, hansı samitlə daha çox 

söz yarandığını söyləyin.  



ÇalıĢma.  Ud,  üz,  üzüm,  ütü,  süz  sözlərində  əvvəlcə  qa-

palı saitləri açıq saitlərlə, sonra dodaqlanan və incə saitlərlə elə 

əvəz edin ki, başqa sözlər alınsın.  

ÇalıĢma. Sözləri tələffüz edin. Hansı açıq saitlərin qapalı 

deyildiyinə  diqqət  yetirin:  ataya,  başlayır,  dəvəyə,  səsləyir, 

nəvəyə, xalaya,  

ÇalıĢma.  Hansı  sözlərdə  saitlərin  uzun  tələffüz  edildiyini 

göstərin,  səbəbini  izah  edin,  uzanan  saitlərin  altından  xətt  çə-

kin.  Onların  yanlış  tələffüz  formasını  göstərin:  əla,  mahiyyət, 

emal,  Rəna,  mötərizə,  ecazkar,  ehtiram,  etibar,  Balaxanı,  mö-

min, məcaz, möhkəm, məkan, qəbul, yəqin, yəni, Novxanı, şö-

lə, camaat, müalicə, mətbəə, müayinə, təbii, müəllim, Arif, ma-

neə, nümunə, Sabir, Kamil, Ədalət, Səxavət, təsir, hökumət, Tə-

ranə, Səlimə, namus, sakit, tacir, adət, məna, nazir, kabus, qadir. 



ÇalıĢma. Tələffüzü verilmiş sözləri düzgün şəkildə yazın: 

[e:tibar],  [sa:t],  [vaqonnan],  [ma:yinə],  [lo:ğa],  [sakqal], 

[No:xanı],  [işliyir],  [nöktə],  [buzo:],  [tüsdü],  [biboğlu], 

[nəniyə],  [hopbanmax],  [hətda],  [rək’qas],  [çəkiç],  [bıçax], 

[əlcəy], [asvalt].  

ÇalıĢma. Deyilişi ilə yazılışı fərqlənən samitləri və sözləri 

tapın, şairin nə üçün belə yazdığını izah edin:  



 

 

171 



 Heydərbaba, gəldim səni yoxluyam,  

 Bir də yatam qucağında yuxluyam, 

 Ömrü qovam, bəlkə bırda haxlıyam. 

 Uşağlığa deyəm bizə gəlsin bir,  

 Aydın günlər ağlar üzə gülsün bir. 

 

 Mən gördüyüm karvan köçün çatıbdı, 



 Ayruluğun şərbətini içibdi, 

 Ömrümüzün köçü bırdan keçibdi,  

 Köçüb gedib gedər-gəlməz yollara, 

 Tozu qonub bu daşlara, kollara.  

 

 Burda şirin xatirələr yatıblar, 



 Daşlar ilə başı başa çatıblar. 

 Aşnalığın daşın bizdən atıblar, 

 Mən baxanda qovzanırlar, baxırlar 

 Bir də yatıb yandırırlar yaxırlar.  (M.Şəhriyar) 



 

 

    SAĠTLƏRĠN TƏLƏFFÜZÜ ĠLƏ BAĞLI QAYDALAR 

 

Məlum olduğu kimi səslər dilin maddi əsasıdır. Dil iki cür 



təzahür edir və iki  cür dərk olunur:  danışılır və  deyilir,  yazılır 

və oxunur. Danışarkən səslər tələffüz olunur. 

Orfoepik normalara uyğun olaraq saitlər aşağıdakı şəkillər-

də tələffüz edilir:  



1. a saiti. 

a) a saiti bir sıra sözlərdə uzun tələffüz olunur: alim, Arif, 



Qabil, kabel, zalım, namus, katib, zabit, əmanət və s. Ahəng 

qanununa tabe olmayan ərəb-fars mənşəli sözlərdə bu halla çox 

rastlaşırıq.  Milli  sözlərimizin  tərkibində  uzun  tələffüz  olunan 

sait  səsli  sözlər  yoxdur.  Uzun  tələffüz  olunan  sait  səsli  sözlər 

alınmalardır. 


 

 

172 



b) Qoşa saitləri iki vahiddə yox, bir uzun [a:] kimi tələf-

füz olunur: saat -[sa:t], camaat-[cama:t], inşaat-[inşa:t], maarif-

[ma:rif]. 

c)  Öz  dilimizə  məxsus  barı  (ədat),  sarı  (qoşma),  narın 

(xırda, sifət), qarı (qoca, sifət) sözlərindəki səsi də uzadılır. 

2. e saiti. 

a)  e  saiti  bəzi  alınma  sözlərdə  bir  qədər  uzun  tələffüz 

olunur.  Bu  sözlərin  bir  qismi  latın  qrafikalı  əlifbaya  qədər 

apostrof işarəsi ilə yazılan sözlərdir: emal, elan, edam, nemət, 



memar, istedad, istefa və s. 

b)  Avropa  mənşəli  bir  qrup  söz  də  mənbə  dildə  olduğu 

kimi  müəyyən  qədər  uzun  tələffüz  olunur:  era,  epos,  etika, 

estetika, fonetika. 

c)  ea,  eo  sait  birləşməli  sözlərdə  e  saiti  i  ilə  əvəzlənir, 

qoşalıq  iy,  iya,  iyo  çalarında  tələffüz  olunur:  teatr-[tiyatr], 

okean-[akiyan],  realizm-[riyalizm],  teorem-[tiyarem],  fraze-

ologiya -[fraziyalogiya] və s. 

3. ə saiti. 

a) ə saiti bir sıra ərəb-fars mənşəli, eləcə də vaxtilə apost-

rofla yazılan sözlərin ilk hecasında uzun tələffüz olunur: Rəna, 

məĢuqə,  qəbul,  təmin,  təmir,  təlim,  məna,  dəvət,  mədən, 

təsir və s. 

b)  Qoşa  ə  ilə  yazılan  sözlər  bir  uzun  sait  kimi  tələffüz 

olunur:  mənfəət-[mənfə:t],  məətəl-[mə:təl],  təəccüb-[tə:cüb], 

təəssüf- [tə:süf] və s. 



4. ı saiti. 

a)  çoxhecalı  sözlərin  ilk  hecasında  ı  saiti  eşidilməz  də-

rəcədə zəif tələffüz olunur: qıfıl-[qfıl], qızartı-[qzartı]. 

b)  Cümlədə  sual  ədatları  işlənmədikdə  sual  məqamındakı 

sözlərdə  ı  saiti  bir  qədər  uzanır:  Kitabları  aldın?  İşdən  qa-

yıtdın? Yenə qalır? Çox qazanır? Qardaşı



5. i saiti. 

a)  i  saiti  alınma  sözlərdə  uzun  tələffüz  olunur:  Ġran,  şivə, 

nizə, əqidə, zinət, mərifət və s. 


 

 

173 



b) Azərbaycan dilinə məxsus bir neçə köməkçi söz azacıq 

uzun tələffüz olunur: idi, imiş, isə, ikən, ilə. 

c) Bir sıra sözlərdə qısa tələffüz olunur: kitab, inqilab, iş-

tirak,  ikisi,  məktəbimiz,  dirijor,  seminar,  orijinal,  universitet, 

univermaq və s. Təsadüfi deyildir ki, tələbələrimiz bu sözləri -

[məktəbmiz], [semnar], [orjinal], [unverstet], [inkşaf] və s. şək-

lində deməyə və yazmağa üstünlük verirlər. 

ç) Qoşa saiti ilə yazılan sözlərdə bir uzun sait kimi tə-

ləffüz olunur: bədii-[bədi:], təbii-təbi:] 

d)  Fars  dilindən  alınmış  bi-  ön  şəkilçili  sözlərdə  i  uzun 

tələffüz olunur: biçarə, biar, bixəbər, bisavad və s. 

e)  ı,  i,  u  saitləri  bir  sıra  sözlərin  vurğusuz  hecasında  zəif 

(qısa)  tələffüz  olunduğuna  görə  şagirdlər  və  tələbələrimiz  ya-

zıda da çox vaxt onları buraxırlar: hamısı- [hamsı], qızmar-[qz-

mar], ərizə-[ərzə], əsəbiləşmək-[əsəbləşmək], yubiley-[yubley], 

özünü-[ öznü], məktəbimiz-[məktəbmiz] və s. 



6. o saiti. 

a)  o  saiti  alınma  sözlərdə  bir  qədər  uzun  tələffüz  olunur: 

filoloq, texnoloq, geoloq və s. 

b)  Qoşa  o  saitli  sözlər  bir  uzun  o  ilə  tələffüz  olunur: 

zooloq-[zo:loq], zoopark-[zo:park]. 

c) ov səs birləşməsi ilə işlənən sözlərdə samiti deyilişdə 

düşür və o saiti bir qədər uzun deyilir: buzov-[buzo], Buzovna- 

[Buzo:na], buxov-[buxo:], dovğa-[do:ğa], dovşan-[do:şan], qo-

vun-  [qoun],  ovuc-[ouc],  oxlov-[oxlo],  novruz-[noruz],  alov-

[alo:], yovşan-[yo:şan], Novxanı-[No:xanı] və s. Alınma sözlə-

rin  orfoqrafiyasını  qismən  yaxşı  mənimsəməyən  şagird  və 

tələbələr  həmin  sözləri  ya  yazıldığı  kimi  tələffüz  edir,  ya  da 

tələffüz  etdikləri  kimi  yazırlar.  Onlar  belə  sözlərin  həm  or-

foqrafiyasını, həm də orfoepiyasını mükəmməl öyrənməklə or-

foepiya normalarına düzgün əməl etmiş olarlar. 

c)  Rus  dilindən  və  rus  dili  vasitəsilə  alınmış  sözlərin  vur-

ğusuz  hecasında  o  saiti  a  kimi  tələffüz  olunur:  komanda-

[kamanda],  komediya-[kamedya],  orkestr-[arkestr],  problem-



 

 

174 



[prablem],  proqram-[praqram],  konsert-[kansert],  olimpiya-

[alimpiya],  fontan-[fantan],  prokuror-[prakror],  mikroskop-

[mikraskop] və s. 

7. ö saiti. 

a) ö saiti samitindən əvvəl gəldikdə samitinin düşməsi 

hesabına uzun tələffüz olunur: mövsüm-[mö:süm], növbə-[nö:-

bə],  tövbə-[tö:bə],  lövbər-[lö:bər],  Şövkət-[Şo:kət],  kövrək-

[kö:rək] və s. 

b)  Yeni  əlifba  islahatından  sonra  əvvəllər  apostrofla  yazı-

lan  ərəb  mənşəli  sözlərdə  ö  səsi  uzanır:  [şö:bə],  [şö:lə],  [mö:-

təbər]. 


8. u saiti. 

a) saiti alınma sözlərdə uzun tələffüz olunur: aludə, asu-

də, Füzuli, Səbuhi, ümumi və s. 

b)  Bəzi  sözlərdə  ötəri,  çox  qısa  tələffüz  olunur:  quruluş-

[qurluş], qurultay-[qrultay], burun-[brun] və s. 

9. ü saiti. 

a)  ü  saiti  sual  bildirən  sözlərdə  sual  ədatı  işlənmədikdə 

uzanır: Sən gördün? Özün götürdün? Qonaqları ötürdün? 

b)  Bir  sıra  sözlərdə  qısa  tələffüz  olunur:  tüfəng,  bütün, 

qüsur, mürəkkəb. 

c)  ərəb-fars  mənşəli  sözlərin  ilk  hecasındakı  ü  saiti  ikinci 

hecada  işlənən  i  saitinə  təsir  edərək  onu  öz  səs  məxrəcinə 

gətirir: mühit-[mühüt], münbit- [münbüt], müdir-[müdür] və s. 

 

 

YANAġI GƏLƏN SAĠTLƏRĠN TƏLƏFFÜZÜ 



 

1)  Sözün  tərkibində  yanaşı  gələn  saitlər  aşağıdakı  kimi 

tələffüz olunur: 

a) üa, üə səs birləşmələrində ü saitinin tələffüzdən düşmə-

si  hesabına  a,ə  saitləri  uzun  tələffüz  olunur:  müasir-[ma:sir], 

müalicə-[ma:licə],  müavin-[ma:vin],  müayinə-[ma:yinə],  müa-

milə-[ma:milə], müəllif-[mə:llif], müəllim-[mə:llim], müəssisə-

[mə:ssisə], müəyyən-[mə:yyən]. 



 

 

175 



b)  ai,  əi,  oe, ue  səs  birləşmələri ilə  yazılan sözlər tələffüz 

zamanı yanaşı gələn saitlərin arasına y samitinin artırılması ilə 

deyilir:  ailə-[ayilə],  bais-[bayis],  dairə-[dayirə],  daima-[dayi-

ma], dair-[dayir], Nailə-[Nayilə], zəif-[zəyif], məişət-[məyişət], 

poema-[payema],  duet-[duyet]  və  s.  Şagird  və  tələbələr 

orfoepik  tələffüzün  təsiri  altında  belə  sözlərin  yazılışını  da 

orfoepik tələffüzlə yazaraq orfoqrafik səhvə yol verirlər. 

2. Açıq saitlə bitən çoxhecalı isimlərə yönlük hal şəkilçisi 

artırıldıqda bitişdirici samitindən əvvəlki açıq sait qapalı saitə 

keçir: anaya-[anıya], babaya-[babıya], nənəyə-[nəniyə], tələbə-

yə-[tələbiyə] və  s.  Bu hal  dialektlərdə  təsirlik hal şəkilçini qə-

bul  edərkən  də  müşahidə  edilir:  ananı-[anıyı],  nənəni-[nəniyi], 

xalanı-[xalıyı] və s. 

 

Sual və tapĢırıqlar: 

1. Ədəbi dilin normaları hansı  əsasda formalaşmışdır? Bu 

proses indi də davam etməkdədirmi? 

2.  Nitq  mədəniyyətinin  ədəbi  dil  normalarına  bağlılığını 

necə başa düşürsünüz? 

3. Fonetik norma nəyə əsaslanır? 

4. Orfoqrafiya və orfoepiya anlayışını necə başa düşürsünüz? 

5. Orfoepiya prinsipəri hansılardır? 

6. Orfoepik qüsurların əmələ gəlmə səbəblərini sadalayın. 

7. Eyni cinsli qoşa saitlərin və yanaşı gələn müxtəlif cinsli 

saitlərin  orfoepiyasında  hansı  prinsip  əsas  götürülür?  Nümu-

nələrlə fikrinizi izah edin. 

8.  Nitq  mədəniyyəti  və  üslubiyyatın  tədqiqat  obyektləri 

hansılardır? 

9. Şifahi nitqdə hansı vasitələrdən istifadə olunur? 

10.  Nitqin  ədəbi  dil  normalarına  uyğunluğunu  necə  izah 

edərsiniz? 

ÇalıĢma.  Mətndə  yazılışı  tələffüzündən  fərqli  sözləri  ta-

pın, altından xətt çəkin, sözün tələffüz şəklini deyin: 



 

 

176 



- Yox, mən heç yerə getməyəcəyəm! - Südabə ananın üzü-

nə baxmadan cavab verdi. 

-  Heyfsiniz,  müəllim  xanım!  Deyirlər  onlar  arvadlara, 

uşaqlara  da  rəhm  eləmirlər.  Kimdən  bir  az  şübhələnirlər,  bo-

ğazından asırlar....... 

Müəllim sakit və soyuqqanlı səslə: 

- Gör kimdir?- deyə oğlana müraciət etdi. İldırım yüyürüb 

qapını açdı. Çadraya bürünmüş bir qadın içəri keçdi, o, üzünü 

açdıqda müəllim analığı Zərintac xanımı gördü. Qadın göz yaş-

ları içində qızlığına dedi: 

-  Səhər  tezdən  gərək  buradan  çıxasan,  özünə  yazığın  gəl-

sin.  Deyir, onlar sənin  kimilərini  sorğusuz-sualsız asırlar.  İldı-

rım iri-iri açılmış gözləri ilə müəllimə baxırdı. 

Birdən müəllim: 

- Yox!-dedi. - Bu mümkün deyil! Mən heç  yerə getməyə-

cəyəm! 


- Deyən, Azərbaycan haqqında nəğmə öyrədirsiniz, xanım? 

-  Bəli,  ağa!  Bəs  siz  niyə  sinif  otağına  silahlı  əsgərlə 

girirsiniz?….... 

-  Sağ  olun,  uşaqlar!  Məni  yadınızdan  çıxarmayın.  Böyük 

oğlanlar olanda vətənimizin səadəti uğrunda mübarizə edin. 

- Bu, hansı Məşədi Tağının qızıdır? 

Bu qəribə sual hamını təəccübə saldı. 

- Şikayətin kimdəndir? 

-  Bax,  o  müəllimdən.  (İlyas  Əfəndiyev  "Xəncər"  hekayə-

sindən) 


ÇalıĢma. Verilmiş sözləri cümlələr daxilində antonim kimi 

işlədin: ağa-nökər, varlı-yoxsul, yaxşı-pis, gözəl-çirkin, az-çox, 

hamı-  heç  kim,  gəlmək-getmək,  oturmaq-durmaq,  ağlamaq-

gülmək, irəli-geri, aşağı-yuxarı. 



ÇalıĢma.  Bakı şəhər Təhsil  İdarəsinin əmrinə əsaslanaraq 

bir müəllimi direktor müavini vəzifəsinə təyin etmək haqqında 



sərəncam verin. 

 

 

 

177 



 

 

SAMĠTLƏRĠN TƏLƏFFÜZÜ ĠLƏ BAĞLI 



 QAYDALAR 

 

Samitlərin  müəyyən  fonetik  məqam  və  şəraitdə  öz  məx-



rəcindən  fərqli  şəkildə  tələffüzü  normativ  üslubla  əlaqədardır. 

Azərbaycan dilində kar və cingiltili samitlərin bir qismi heç də 

həmişə yazıldığı kimi tələffüz olunmur. 

1. b samiti. 

a)  b  samiti  çoxhecalı  sözlərin  sonunda  karlaşır:  kitab-

[kitap], corab-[corap], doşab-[doşap], məktəb-[məktəp] və s. 

b)  Alınma  sözlərin  ortasında  dominant  samitlərdən 

birincisi  karlaşır:  Abbas-[Apbas],  Cabbar-[Capbar],  təşəbbüs-

[təşəpbüs] və s. 



2. c samiti. 

a) samiti sözün sonunda karlaşır: çəkic, dinc, sinc, kərpic 

və s. 

b) cingiltili samitin qarşısında samiti kimi tələffüz olu-



nur:  əcdad-[əjdad],  gecdir-[gejdir],  səcdə-[səjdə],  vicdan-

[vijdan] və s. 

c)  c  samiti  "bacarmaq"  sözündə  ş  kimi  -[başarmax]  tələf-

füz edilir. 



3. ç samiti. 

ç  samiti  ilə  bitən  təkhecalı  sözlərdən  sonra  d,  t,  z,  s,  n 

samitləri  ilə  başlanan  şəkilçi  və  ya  söz  gəldikdə  ç  əvəzinə  Ģ 

deyilir:  qaçdı-[qaşdı],  keçdi-[keşdi],  içdi-[işdi],  biçdi-[bişdi], 

uçdu-[uşdu],  üçtəpə-[üştəpə],  üç  dənə-[üş  dənə],  heç  zaman-

[heş zaman], heç nə-[heş nə] və s. 

4. d samiti. 

a)  d  samiti  sözlərin  sonunda  karlaşır:  ad,  dad,  yad,  od, 

qanad, həsəd, məqsəd, armud, bulud və s. 

b)  təkhecalı  sözlərdə  karlaşır:  dörd-[dört],  kənd-[kənt], 

qənd-[qənt]. 


 

 

178 



5. f samiti. 

f  samiti  söz  ortasında  kar  samitdən  sonra  cingiltiləşir: 

məxfi [məxvi], lütfən-[lütvən], lütfkar-[lütvkar], Lütfi-[Lütvi]. 



6. g samiti. 

a) samiti sözün ortasında iki sait arasında y kimi tələffüz 

olunur: əgər-[əyər], igid-[iyit], məgər-[məyər], Nigar-[niyar]. 

b)  g  samiti  sözün  sonunda  karlaşır:  qəşəng-[qəşə(n)k], 

pələng-[pələ(n)k],  tüfəng-[tüfə(n)k],  əhəng-[əhə(n)k],  zəng-

[zə(n)k] və s. 



7. ğ samiti. 

ğ samiti sözün ortasında kar samitdən əvvəl səsinə keçir: 

bağça-[baxça], sağsağan-[saxsağan], ağça-[axça] və s. 



8. k samiti. 

a)  k  (ke)  samiti  sözün  ortasında  kar  samitdən  sonra 

cingiltiləşir: küskün-[küsgün], məskun-[məsgun], yetkin-[yetgin], 

əskər-[əsgər], seçki-[seçgi], ötkün-[ötgün], təşkil-[təşgil] və s. 

b) k (ke) samiti sözün sonunda səsi kimi tələffüz olunur: 

çürük-[çürüy], köpük-[köpüy], çörək-[çörəy] və s. 

c) k (ke) samiti ilə bitən sözlərdən sonra samitlə başlayan 

şəkilçi  və  ya  söz  gəldikdə  həmin  səs  y  samitinin  kar  qarşılığı 

kimi  tələffüz  olunur  (yazıda  x’  işarəsi  ilə  göstərilir):  küləklər-

[küləx’lər],  ipəkdən-[ipəx’dən],  kötükdə-[kötüx’də],  köpüklü-

[köpüx’lü]. 

ç)  Söz  ortasında  gələn  qoşa  k  samitlərindən  ikincisi  cin-

giltiləşir:  Məkkə-[Məkgə],  mütəkkə-[mütəkgə],  səkkiz-[sək-

giz], sikkə-[sikgə], təşəkkür-[təşəkgür]. 

d)  k  (ka)  samiti  alınma  sözlərdə  q  kimi  tələffüz  olunur: 

kadr,  tank,  kombayn,  yarmarka,  kommunist,  mikrob,  klub, 

kran, konfet. Qalın sait qarşısında k dilarxası, partlayan və kar 

vəziyyətdə  müəyyən  şərait  və  məqam  daxilində  yazılışından 

fərqli tələffüz olunur. 




Поделитесь с Вашими друзьями:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə