17
Nağıllar necə toplanmalıdır
Hər bir folklor janrının toplanması məsələsi çox önəm-
lidir. Belə ki, toplanmış mətnin zərər görməməsi, orijinallı-
ğının pozulmaması lazımdır. Nağılların toplanmasında aşa-
ğıdakı xüsusiyyətlərə özəlliklə fikir verilməlidir:
Nağıllar toplanarkən onun hansı bölgədən olmasına
qadın, kişi, yaşlı, uşaq, gənc olmasına fərq qoymadan topla-
nılmalıdır. Kənd, şəhər nağılları eyni dərəcədə əhəmiyyət
daşıyır. Çünki hər iki bölgənin xüsusiyyətləri, məişəti, dün-
ya görüşü, inancı bu nağıl mətnlərində eyni dərəcədə öz ək-
sini tapmışdır. Önəmli olan doğru söyləyicini tapmaqdır.
Bundan başqa, nağılın variantlarının tapılıb toplanması da
önəmlidir. Qeyd edim ki, nağılın doğru tədqiqatı məhz
onun çoxvariantlı mətnləri üzərində mümkün olur.
Nağıl toplandığı zaman diqqət yetirməli olduğumuz
başqa bir xüsusiyyət isə onun orijinallığının, dil-üslub xüsu-
siyyətlərinin olduğu kimi saxlanmasıdır. Bununla da nağı-
lın hansı bölgədən toplanmasını müəyyənləşdirməklə yana-
şı, dilin zənginliyinin də qorunub saxlanması mümkün ola-
caqdır. Daha sonra nağıl toplandığı zaman söyləyicinin adı,
soyadı, məsləyi, yaşı, yaşadığı bölgə, nağılı eşitdiyi şəxs
haqqında mümkünsə məlumat almaq, nağılın qeydə alındı-
ğı tarix, toplandığı ərazi və s. kimi məlumatlar əldə edilmə-
lidir. Bu, nağılların daha doğru və tutarlı şəkildə arxivlən-
məsinə şərait yaradacaqdır.
Ev tapşırığı: Tələbələr seminar dərsi üçün ən az iki na-
ğıl mətni toplamalıdırlar.
18
Nağıl və folklorun digər janrları
Bəzi folklor janrları var ki, nağıl ilə bənzərlik təşkil
edir. Bu mətnlər nağıllardan çox da fərqlənmir. Ancaq hər
bir janrın özünəməxsus xüsiyyətləri vardır. Nağılları digər
janrlardan fərqləndirmək üçün əvvəla onun xüsusiyyətlərini
müəyyənləşdirmək lazımdır. Bəzən bu xüsusiyyətlər birdən
çox janrda mövcud ola bilər. Məsələn, Erna Pomerantseva
belə hesab edir ki, folklorun başqa janrlarından fərqli olaraq
nağıl quraşdırılmış uydurmadır və ona uydurma kimi bax-
maq lazımdır (Померанцева Э., 1966:137). Əgər biz na-
ğıla sırf uydurma mətn kimi baxsaq, o zaman rəvayət, əfsa-
nə, dastan və s. janrlar ilə fərqləndirə bilmərik. Janrlar ara-
sındakı fərqləri qavraya bilmək üçün hər bir janrın özünə-
məxsus xüsusiyyətlərini dəqiqləşdirməliyik. Nağıllar ən çox
rəvayət, məhəbbət dastanları, qaravəlli, lətifələr ilə oxşar-
dırlar.
Maraqlıdır ki, rəvayətlər uzun müddət nağıl janrına da-
xil edilmişdir. Rəvayətlər həcmcə kiçik və yığcam olur, ta-
rixdə baş vermiş hadisələr əsasında yaranır. Nağıl ilə rəva-
yətləri fərqləndirən xüsusiyyət də məhz budur (Əfəndiyev
P., 1992:174). Əfəndiyevin fikrinə haşiyə çıxmalıyıq ki, rə-
vayətlər dini hadisələr əsasında yaxud dini şəxsiyyətlər haq-
qında yaranmış mətnlərdir. Rəvayətlərdə dinləyicini inan-
dırmaq cəhdi açıq şəkildə hiss olunur və bu onu nağıl
mətnlərindən fərqləndirən xüsusiyyətdir.
Son zamanlar dini nağıllar adlı bölgü də verilir ki, bu
rəvayət və nağıl mətnlərinin anlaşmasında qarışıqlıq yarat-
19
maqdan başqa bir şey deyil. İlkin Rüstəmzadə “Azərbaycan
nağıllarının süjet göstəriciləri” (2013) adlı kitabında “dini
nağıllar” bölgüsü aparmışdır. Burada qeyd etməliyik ki, na-
ğılların rəvayət, əfsanə və miflərlə yaxınlığı bəzən tədqiqat-
çıları da əsas fikirdən yayındıra bilər.
Qaravəlli
1
epik növün satirik, yumoristik üslubda yara-
nan bir janrıdır. Qaravəlli hadisə və əhvalatların gülməli
yumoristik yolla təsviridir. Lətifə və nağıl arasında bir janr-
dır. Qaravəllilərdə nağıllara məxsus fantastika, uydurma,
sehr olmur (Əfəndiyev P., 1992:174). Bundan başqa, bəzi
qaravəllilər satirik nağılları xatırladır. Ancaq qaravəlli real
hadisə əsasında yaranır. Həcm etibarilə lətifədən böyük
olur.
Lətifələr nağıllara nisbətən kiçikdir, əsas məqsədi gül-
dürməkdir, çox vaxt ictimai çatışmazlıqlara işarə edir. Sati-
rik nağıl ilə lətifənin əsas fərqi nağılların xüsusi formul ilə
başlaması və bitməsidir. Bundan başqa, nağıllarda süjet
xətti geniş, obrazlar müxtəlifdir. Lətifələrdə isə obraz sayı
çox olmur. Məsələn, Bəhlul Danəndə lətifələrindən “Bişmiş
yumurtadan da cücə çıxarmış” adlı məşhur lətifəni burada
misal göstərə bilərik. Lətifədə tamahkar qarı, ədalətsiz şah,
zülm edilən tacir və onlara ibrət dərsi verən Bəhlul obrazla-
rı iştirak edir. Mətndə haqsızlığa uğramış tacirə dəstək ol-
maq üçün tamahkar qarının sözünə inanmış şaha ibrət dərsi
verilir. Şah səhvini anlayır. Burada da sonda nağılda olduğu
kimi ibrətamiz nəticə çıxarılsa da, nəqlində təhkiyənin ol-
1
Nağılların giriş formulu olaraq istifadə olunan qaravəllilərdən fərqlidir. Söhbət
müstəqil folklor janrından gedir.
20
maması, formulların işlədilməməsi səbəbləri mətnin nağıl
yox, lətifə kimi qəbul olunmasına təkan verir.
Bəzi məhəbbət dastanları da satirik nağılları xatırladır,
ancaq bu iki janr arasında ciddi fərqlər var. Dastanlar mən-
zum və mənsur hissələrdən ibarət olur. Nağıllar isə əsasən
təhkiyədən ibarətdir. Bəzən nağıllarda mənzum hissə ola
bilər. Ancaq bu fərqli şeirdir. Dastanda işlənən şeir daha
çox aşıq yaradıcılığına aid olur. Bundan başqa, məhəbbət
dastanları ustadnamə ilə başlayır, duvaqqapma ilə bitir.
Məsələn, “Lətif şah” dastanı Aşıq Şennik tərəfindən nağıl
əsasında yaradılmışdır, ancaq orada nəzm hissəsinin olması,
dastanı nağıldan fərqləndirir.
Dostları ilə paylaş: |