43
Asiya mifindən Avropa mifinə keçdiyi düşünülən de-
monik obrazdır – A.Q.), divlər) işlənməsi ilə sehrli nağıl
mətnlərini müəyyənləşdirmək mümkündür.
Sehrli nağılların ən səciyyəvi xüsusiyyətlərindən biri
odur ki, bu nağıllarda süjet ənənəvi məkan və zaman hüdu-
dunda inkişaf edir.
Bədii nağıl məkanı real məkandan ayrılır, xəyali şahlıq
və dövlətinə bağlanır. Məsələn, firəng padşahının məmləkə-
ti, bir padşahın məmləkəti, Qaf dağının arxası, Misir pad-
şahlığı və s. nəzərdə tutulur. Sehrli nağılda həm də həqiqi
dünya – kəndlər və şəhərlər, çaylar, meşələr, şahlıqlar da
əks olunur. Bütün bu dünya da xüsusi, şərti qeyri-reallıqla
verilir.
Nağıl məkanı həmişə əsas iştirakçı ilə bağlı olur. Nağıl-
çı sanki qəhrəmanla bir sırada olur. O, görünən və eşidilən
hər şeyi təsvir edir. Qəhrəmandan xaricdə heç bir şeyi təsvir
etmir. Müxtəlif hadisələrlə bağlı qəhrəmanın yerdəyişməsi
süjet inkişafında mühüm əhəmiyyət daşıyır. Belə ki, adətən
“öz” şəhərinin kənarında qəhrəman onun düşüncələrini, is-
təyini, bütün dərdlərini aşkar duya bilən, ona doğru yol
göstərən, ona sehrli vasitələr və köməkçilər əldə etməkdə
kömək edən müdrik qoca ilə qarşılaşır. Məsələn, “gəzhagəz
gəlib çıxdı qaranlıq bir meşəyə. Gördü ki, qabaqda bir ko-
ma görünür. Qaraqaş atını sürüb çatdı komaya. Gördü ki,
burada qoca pirani bir kişi oturub qabağında manqal, əlin-
də batman kitab” (Azərbaycan..., 2005:8, II c).
Sehrli nağıllarda məkan “öz” və “özgə” şahlığına ayrılır.
Onları aralarındakı qalın meşələr, uca dağlar, dərin quyu-
lar, çaylar, dənizlər bir-birindən ayırır. Məhz “özgə” şahlıq-
44
la qəhrəman əsas sınaqlardan keçir, öz rəqibi ilə qarşılaşır,
onunla döyüşür. Çox uzaq şahlıqla qəhrəman Simurq quşu-
nun, sehrli atın və ya sehrli əşyaların köməyilə istəyinə ça-
tır, uğurla “öz” şahlığına yetir. Qəhrəman bəzən “yeraltı”
şahlığa düşür, onun yoluna keçilməz sədlər, odlu çaylar, til-
simlər çıxır, ancaq bunlar hərəkəti çətinləşdirmir, onun in-
kişafına mane olmur (Əliyev O., 2001:12). “Heç bir məsafə
nağılın inkişafına mane olmur, əksinə ona genişlik, əhəmiy-
yət, özünəməxsus pafos gətirir. Məkan isə onda baş verən
hadisənin əhəmiyyəti ilə qiymətləndirilir” (Лихачев Д.,
1971:386).
Yolda, kimsəsiz çöldə nağıl qəhrəmanı gələcək yol yol-
daşları ilə, yaxud düşmən qoşunu ilə qarşılaşır (Əliyev O.,
2001:13). Bu bütün sehrli nağıllar üçün xarakterik hal sa-
yıla bilər. Nağıl qəhrəmanı hər an öz qeyri-adiliyi ilə dinlə-
yicinin diqqətini cəlb edə bilər. Məsələn, az getdi uz getdi,
dərə-təpə düz getdi, gördü ki biyabanda bir nəfər adam hər
qolunda bir dəyirman daşı ceyran qovur (Azərbaycan... ,
1962:153).
Sehrli nağıllar üçün məkan anlayışı qeyri-adi olmalıdır.
Bu məkanın müsbət və mənfi obrazları da qeyri-adi gücə
malik olmalıdır. Məsələn, “yeraltı dünyada nağıl qəhrəmanı
qeyri-adi düşmənlərlə - div, əjdaha və digər şər varlıqlarla
qarşılaşır” (Əliyev O., 2001:13) . Nümunə üçün: Ayğır
Həsən quyunun dibində bir tərəfə getdi, gördü ki, bir ev
var. İçəri girib baxdı ki, elə həmin dev də burdadır. Ona bir
kürz vurub cəhənnəmə vasil elədi (Azərbyacan... , 1962:
158).
45
Bəzən sehrli nağıllarda qəhrəmanın uşaqlıq dövrü elə
bir əhəmiyyət kəsb etmədiyi üçün onun ayla, günlə böyü-
düyü qeyd olunaraq bu mərhələnin üstündən keçilir. Məsə-
lən: “Nağılda vaxt tez başa gələr, ay dolandı, il keçdi, İbra-
him gəlib on yaşa doldu” (Azərbaycan..., 2005:93-IV c).
Bəzən isə qəhrəmanın məhz uşaqlıq dövrü geniş təsvir edilir
və bu tərz nağıllarda qəhrəmanın gələcəkdəki şücaəti, igid-
liyinə haqq qazandırmaq üçün sanki zəmin hazırlanır. Bu,
nağıl tədqiqatçılarını fikir ayrıılığına gətirir. Belə ki, İlkin
Rüstəmzadə “Azərbaycan nağıllarının süjet göstəricisi”
(2013) kitabında sehrli nağılların məhz bu xüsusiyyətlərini
nəzərə alaraq, onları xüsusi bir qrupa – bahadırlıq nağılları
qrupuna bölmüşdür.
Qeyd etməliyəm ki, Azərbaycan sehrli nağıllarının ək-
səriyyətində qəhrəman öz qeyri-adi davranışı, gücü ilə oxu-
cunun diqqətini cəlb edə bilir. Hesab edirik ki, İlkin Rüs-
təmzadə “Bahadırlıq nağılları” bölgüsünü rus folklorşünas-
lığının təsiri ilə aparmışdır. Çünki müəllif bahadırlıq nağıl-
larına misal göstərməkdə çox çətinlik çəkir. Hətta bahadır-
lıq nağıllarının bütün xüsusiyyətlərini (İ.Rüstəmzadənin
özünün göstərdiyi xüsusiyyətləri – A.Q.) əhatə edən bir ör-
nək göstərilməmişdir. Bu isə həmin bölgünün Azərbaycan-
türk nağıllarının xüsusiyyətinə uyğun olmadığını göstərir.
Bahadırlıq nağılları bölgüsü tamamilə sehrli nağılların
xüsusiyyətlərini özündə əks etdirdiyi üçün belə bir bögünün
aparılmasına gərək yoxdur
2
.
2
Bu haqda əlavə məlumat almaq istəyirsənsə bax: Bağımsız Azerbaycan masal Ça-
lışmalarında Rus və Sovyet ideolojisinin etkisi. Toroslardan Tanrı dağlarına Türk
|