1/ 6 XƏSTƏ HÜquqlari və MƏsuliYYƏTLƏRİ



Yüklə 390,97 Kb.
Pdf görüntüsü
tarix14.01.2017
ölçüsü390,97 Kb.
#5425

 

 

Dok. No: HD.YD.01                                                            Rev. No: 0 (01.03.2016)                                                                               Yayın Tarixi:   01.03.2016



                                                             

                                                                                                                                                                                                    



16 

 

XƏSTƏ HÜQUQLARI VƏ MƏSULİYYƏTLƏRİ 

Tibb xidmətləri həyati əhəmiyyəti səbəbiylə, şəxslərin hüquq və məsuliyyətlərindən güzəşt edilən bilməz 

xüsusiyyətdədir.  Gəncə  Beynəlxalq  Xəstəxanasında  bütün  müalicə  və  tətbiqlərdə,  hüquqlarınız  və 

təhlükəsizliyiniz  əsas  görünür.  Bu  təməl  fəlsəfəyə  əsaslanaraq  sizi  -  xəstələrimizi,  hüquqlarınız  və 

məsuliyyətləriniz mövzusunda məlumatlandırmağı təşkilat olaraq vəzifə hesab edirik. 



Xəstə Hüquqları: 

1.

 

Tibb Xidmətlərindən Yararlanmaq Hüququ: 

Bütün xəstələrimizin sağlamlığını qorumaq və tibb xidmətlərindən yararlanmaq haqqı vardır.  



2.

 

Məlumat Almaq Hüququ: 

Xəstələrimiz, tibb xidmətlərindən necə faydalana biləcəkləri mövzusunda məlumat istəyə bilərlər. 

Xəstələrimizin lazımi məlumatlandırılması və istiqamətləndirilməsi həkimi, tibb bacısı və xəstə 

xidmətləri şöbəsi tərəfindən təmin olunur. 



3.

 

Həkimini və Səhiyyə Qurumunu Seçmək Hüququ: 

Butun xəstələrimi həkimlərini, müayinə və müalicə olmaq istədiyi səhiyyə qurumunu secmək və 

dəyişdirmək haqqına sahibdir. 

4.

 

Təmizlik və Gigiyena Qaydalarına Uyğun Xidmət Almaq Hüququ 

Xəstələrimiz təmiz və gigiyena qaydalarına uyğun bir mühütdə xidmət almaq hüququna sahibdir. 



5.

 

Məlumatların Gizli Saxlanılması Hüququ: 

Xəstələrimizin xəstəxanaya müraciəti, müalicəsi, sağlamlıq vəziyyəti, diagnozu, müalicə əsnasında əldə 

edilən digər məlumatlar gizlidir. Xəstənin özündən və qanuni nümayəndəsindən başqa kimsə ilə 

paylaşılmaz. 



6.

 

Konsultasiya (Həkimlə İkinci Görüş) Tələbi Hüququ: 

Xəstələrimiz əlavə ödəməni qəbul etmələri halında bir baska həkimdən görüş vaxtı almaq və şəxsi 

həkiminin də məlumatı / iştirakı ilə konsultasiya hüququna sahibdir. Ancaq konsultasiya nəticəsində 

tövsiyə edilən müalicə, xəstənin cavabdeh həkimi ilə fikir birliyi əldə olunduğu təqdirdə, xəstənin olduğu 

səhiyyə qurumu  personalı tərəfindən həyata keçirilir. Xəstələrimizin həkimlə ikinci görüş vaxtı almaq 

haqqını dəstəkləmək məqsədi ilə xəstənin sağlamlıq vəziyyəti ilə əlaqədar məlumatlar özünə verilir. 

Həkimlə ikinci görüş vaxtı almaq istəyi qətiliklə xəstə əleyhinə istifadə olunmaz. 

7.

 

Tibbi Müdaxilələrə Razılıq Vermək Hüququ: 

 



Cərrahi, anesteziya, invaziv sedasiya, qan və qan komponentlərinin istifadəsi və digər riskli müalicə 

və prosedurlardan əvvəl xəstənin razılığı alınır. 



 

 

Dok. No: HD.YD.01                                                            Rev. No: 0 (01.03.2016)                                                                               Yayın Tarixi:   01.03.2016



                                                             

                                                                                                                                                                                                    



26 

 



 

Xəstələrə həkimləri və baxımlarına cavabdeh digər mütəxəssislərin kimliyi ilə əlaqədar məlumat 

verilir. Xəstələrin bu mövzulardakı əlavə məlumat tələbləri yerinə yetirilir. 

 



Xəstənin qərarına yardım edəcək aşağıdakı məlumatlar xəstəyə verilir. 

o

 



xəstənin vəziyyəti 

o

 



tövsiyə edilən müalicə(lər) 

o

 



müalicəni təyin edən şəxsin adı 

o

 



potensial faydalar və çatışmamazlıqlar 

o

 



ola biləcək alternativlər 

o

 



müvəffəqiyyət ehtimalı 

o

 



sağalma dövrü ilə əlaqədar ola biləcək problemlər və  

o

 



müalicə olunmamağın ola biləcək nəticələri. 

8.

 

Tibbi Müdaxilədən İmtina etmək Hüququ: 

Qanunla məcburi olan hallar istisna olmaqla və yarana biləcək mənfi nəticələrin məsuliyyəti xəstəyə aid 

olmaqla; xəstə özünə tətbiq olunması planlaşdırılan və ya tətbiq olan zamanı müalicədən imtina etmək və 

ya dayandırılmasını tələb etmək hüququna sahibdir.  Bu vəziyyətdə, müalicənin tətbiq olunmamasından 

yaranacaq nəticələrin və tətbiq oluna bilən baxım və müalicə alternativlərinin xəstəyə və ya qanuni 

nümayəndələrinə və yaxud yaxınlarına izah edilməsi və bunu göstərən yazılı sənəd alınması lazımdır.  Bu 

vəziyyətdə xəstəyə Müalicə və ya Tədqiq  İmtina Aktı imzaladılır. Razılığın müdaxilə başladıqdan 

sonra geri götürülməsi tibbi tərəfdən sıxıntı olmaması şərtinə bağlıdır. Bu haqqın istifadə edilməsi, 

xəstənin səhiyyə qurumuna təkrar müraciətində xəstə əleyhinə istifadə edilə bilməz. 

9.

 

Təcili Vəziyyətlərdə Tibbi Müdaxilə Sərtləri: 

Təcili vəziyyətdə xəstənin öz vəziyyəti ilə əlaqədar qərarını bildirməsi mümkün olmadığında qərar 

xəstəxananın etik komitəsi tərəfindən verilir. Etik Komitənin yığılması mümkün olmadığı vəziyyətlərdə 

nöbətçi həkim tərəfindən qərara verilir.  

Qərar vermək səlahiyyəti olmayan və yetkinlik yaşına catmayan şəxs haqqında qərar valideyin və 

qəyyumları tərəfindən verilir. Ancaq müdaxilənin məcburi / həyati vacib olduğu vəziyyətlərdə valideyin 

və qəyyumun müalicəyə razılıq verməməsi vəziyyətində xəstəxanamız məhkəməyə müraciət edir. 

10.

 

Sağlamlıq Vəziyyəti Haqqında Məlumat Almaq Hüququ: 

Xəstələrimiz müayinə nəticəsi, diaqnozu, proqnozu, müalicə üsulları, buna bağlı risk dərəcələri

müalicənin nəticəsi və sağlamlıq vəziyyəti haqqında şifahi və yazılı məlumat almaq haqqına sahibdir. 

Xəstənin prognozunun neqativ olması vəziyyətində məlumat xəstənin birinci dərəcəli yaxınlarına və ya 



 

 

Dok. No: HD.YD.01                                                            Rev. No: 0 (01.03.2016)                                                                               Yayın Tarixi:   01.03.2016



                                                             

                                                                                                                                                                                                    



36 

 

qanuni nümayəndəsinə verilir. Xəstənin məlumat almaq istədiyi halda ehtiyatlı bir şəkildə xəstəyə 



məlumat verilir. Qərar vermək səlahiyyəti olmayan və yetkinlik yaşına catmayan şəxslərin valideyin 

və/və ya qəyyumlarına məlumat verilir. Məlumat xəstənin həkimi tərəfindən verilir. 

 Xəstə və ailəsini məlumatlandırmanın məzmunu aşağıdakı kimidir: 

 



Sağlamlıq vəziyyəti və bütün təsdiqlənmiş diaqnozlar 

 



Planlaşdırılan baxım və müalicə(lər)  

 



Məlumatlandırılmış razılığın nə vaxt lazım olacağı və razılıq vermə müddəti  

 



Baxım və müalicənin gözlənilməz nəticələri 

 



Baxım qərarlarında istədikləri qədər iştirak etmək hüquqları 

11.

 

Sağlamlıq Vəziyyəti haqqında Məlumat Veriləcək Şəxsləri Seçmək Hüququ: 

Xəstələr sağlamlıq vəziyyəti ilə əlaqədar məlumat verilməsi ücün istədiyi şəxsləri seçə bilərlər. Bu 

vəziyyətdə xəstədən Xəstə Məlumatlarının Paylasılmasıyla bağlı Razılıq Forması ilə yazılı icazə 

alınır. 


12.

 

 Dini Xidmətlərdən Faydalanma Hüququ: 

Xəstəxana  qaydaları  çərçivəsində  xəstələrimizin  dini  xidmətlərdən  və  xəstə  və  ya  yaxınının  istəyiylə 

xəstənin dini inamlarına görə bir din xadimi gətirmək haqqı vardır. Dini  qurmlarla əlaqə məlumatlarını 

xəstə xidmətləri şöbəmizdən əldə edə bilərsiniz. 



13.

 

Evtanaziya Qadağası: 

Evtanaziya qanunla qadağandır.  Tibbi ehtiyaclardan bəhs edərək və ya hər nə səbəblə olursa olsun, 

yaşamaq hüququndan imtina edilməz. Özünün və ya bir başqasının tələbi olsa belə kimsənin həyatına son 

verilə bilməz. Xəstələrimiz bioloji ölüm reallaşmadığı müddətdə yalnız  başqa bir xəstəxanaya həkimin 

qərari ilə köçürülə bilər.  Həyati funksiya yardimı alan xəstələr qəti olaraq evlərinə göndərilməz. 

Xəstələrimizin bu istiqamətdəki tələbləri qəti gəbul edilməz. 

14.

 

Organ Donorluğu: 

Klinikamızda xəstələrin və ailələrinin orqan və digər toxumalarının donorluğu mövzusunda Əhalinin 



Sağlamlığının Qorunması Qanununa görə hərəkət edilir. Xəstələrimizə orqan donorluq prosesi 

haqqında məlumat Xəstə Xidmətlərinə Məsul olan şəxs tərəfindən verilir. Orqanlarını bağışlama qərarı 

tamamilə şəxsin özünə aiddir, bu istiqamətdə heç kimə təzyiq edilməz. Orqan donorluq prosesi rəsmi 

təşkilatlar ilə əməkdaşlıq şəraitində həyata keçirilir. 



15.

 

Anonimlik Hüququ: 

 

 

Dok. No: HD.YD.01                                                            Rev. No: 0 (01.03.2016)                                                                               Yayın Tarixi:   01.03.2016



                                                             

                                                                                                                                                                                                    



46 

 



 

Xəstələrimiz,  ziyarətçilərdə  daxil  olmaqla,  səhiyyə  qurumu  ilə  rəsmi  bir  əlaqəsi  olmayan  və  ya 

səhiyyə qurumu ilə rəsmi bir əlaqəsi olmaqla birlikdə müalicəsi ilə birbaşa əlaqəsi olmayan şəxslər 

ilə danışmağı və ya bu şəxsləri görməyi rədd etmək hüququna sahibdirlər. 

 

Xəstələrimiz,  mövcud  bir  vizual  və  eşitmə  anonimliyi  təmin  edəcək  şəkildə  təşkil  edilmiş  bir 



mühitdə görüşmək və müayinə olunmaq hüququna sahibdirlər. 

 



Xəstələrimizin  sağlamlıq  vəziyyəti,  diaqnozu,  xəstəliyinin  ola  biləcək  gedişatı,  müalicəsi 

haqqındakı və şəxsin bütün xüsusi məlumatları gizli saxlanılır. Xəstənin ölüm vəziyyətində belə, bu 

məlumatların  anonimliyi  qorunur.  Ölüm  hadisəsi  anonimliyin  pozulması  haqqını  verməz.  Bu 

məlumatlar  ancaq  xəstənin  açıq  icazəsi  və  ya  məhkəmə  qərarı  ilə  əlaqədar  dövlət  orqanlarına 

açıqlana bilər. 

 



Tibbi baxımdan lazımi deyilsə diaqnoz, müalicə və baxım üçün, xəstənin şəxsi və ailə həyatı ilə 

bağli suallar verilməz. 

 

Tibbi tərəfdən sıxıntı olmayan hallarda xəstənin yanında bir yaxını olmasına icazə verilir. 



 

Səhiyyə xərclərinin mənbəyinin gizli saxlanılması hüququ vardır. 



16.

 

Təhlükəsizliyin Təmin Edilməsi Hüququ: 

 



Hər kəsin səhiyyə qurum və quruluşla təhlükəsizlik içində olmağı gözləmək və bunu tələb etmək 

hüquqları vardır.  

 

Xəstələrimizin  hər  hansı  bir  təcavüzdən  qorunması  üçün  bütün  yerlər  (xüsusilə  riskli  yerlər) 



kameralar ilə izlənilir. 

 



Şəxsi  təhlükəsizliyi  baxımından  lazımlı  olan  hallarda  xəstə,  qarşılığını  ödəmək  şərtiylə  əlavə 

qoruma tələb etmək hüququna sahibdir. 

 

Xəstəxanamızda  xəstələrimizin  və  ziyarətçilərinin  can  və  mal  təhlükəsizliklərinin  qorunması  və 



təmin edilməsi üçün lazımlı tədbirlər görülür.   

 



Xəstəxanamiz  xəstələrimizin  əşyaları  ilə  əlaqədar  məsuliyyət  daşımaqdadır.  Yanında  yaxını 

olmayan  və  özü  məsuliyyət  daşıya  bilməyən  xəstələrimizin  qiymətli  əşyaları  təhlükəsizlik 

tərəfindən qorunmaq ücün alınır.  

17.

 

Sayğılı və Mərhəmətli Baxım Almaq Hüququ: 

 



Xəstələrimiz,  hər  vaxt  və  hər  cür  şəraitdə  şəxsi  etibarı  qorunaraq  sayğılı,  şəfqətli  və  gülərüzlü 

davranışla tədqiq etdirmək və müalicə olmaq hüququna sahibdirlər. 

 

Xəstələrimizin  ağrılarının  dərəcəsinin  qiymətləndirilməsi  edilir.  Ölümqabağı  xəstələrimiz  daxil 



olmaqla bütün xəstələrimizin ağrı çəkməməsi üçün lazım olanlar təşkil olunur. 

 

 

Dok. No: HD.YD.01                                                            Rev. No: 0 (01.03.2016)                                                                               Yayın Tarixi:   01.03.2016



                                                             

                                                                                                                                                                                                    



56 

 



 

Xəstəxanamızın heç bir işçisi, xəstələrımızlə mübahisə haqqına sahib deyil. Həll edilə bilməyən hər 

hansı  bir  problem,  xəstəxanamızda  bir  üst  rəisə  çatdırılaraq  xəstəxana  siyasətimiz  və  qanuni 

tənzimləmələr çərçivəsində həll edilir. 



18.

 

Tədqiq və Müalicə Ödəmələrini Bilmək Hüququ: 

Xəstənin səhiyyə qurumundan təmin edilən xidmət qarşılığında ödəyəcəyi ödımılərinin açıq və 

ətraflı fakturasını istəmək və almaq hüququ var. 

19.

 

Hüquqi Qorunma və Şikayət Haqqı: 

 



Xəstələrimiz  şikayət  etmək,  şikayətlərinin  nəzərə  alınması  və  qiymətləndirilməsi  ilə  nəticədən 

xəbərdar edilməsini tələb etmək hüququna sahibdirlər. 

 

Xəstələrin  şikayətləri  Xəstə  Məmnuniyyət  Anketləri,  Yazılı  İrad  Formaları  vasitəçiliyi  ilə  və 



şifahi  olaraq  Xəstə  Xidmətləri  Şöbəmizə  göndərilir.  Sikayətlər  qiymətləndirilərək  şikayətin 

təcililiyinə  görə  və  araşdırılma  müddətinə  uyğun  olaraq  ən  gec  7  iş  günü  ərzində  özlərinə  geri 

bildiriş  verilir.  Şikayət  ilə  əlaqədar  problemin  həll  edilməsi  prosesinə  mümkün  olduqca 

xəstələrimizin və yaxınlarının da iştirakı təmin edilir. 

 

Xəstələrimiz,  əlaqədar  inzibati  rəhbərlər  tərəfindən  şikayətlərinin  həllini  tapa  bilməməsi  ya  da 



müraciət edən xəstənin şikayətinin həlli qəbul edilməməsi vəziyyətində, səhiyyə qurumunun olduğu 

yerin səlahiyyətli icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 

 

Xəstələrimizin  qurumumuzda  aldığı  xidmət  ilə  əlaqədar  şikayətlərini  qurumumuza  bildirdikdən 



sonra 

təmin 


olmamaları 

halında 


bu 

şikayətlərini 

JCI 

akkreditasiya 



http://tr.jointcommissioninternational.org/contact-us/report-a-quality-and-safety-issue/ 

təşkilatına 

bildirmə hüququ da var. 

XƏSTƏ MƏSULİYYƏTLƏRİ 

1.

 

Məlumat Vermək Məsuliyyəti: 

 



Xəstələrimiz,  mövcud  şikayətləri,  keçirdiyi  xəstəliklər,  xəstəxanada  yatıb  yatmadiqları,  tətbiq 

olunan müalicələr, istifadə etdiyi dərmanlar və sağlamlığı ilə əlaqədar mövzularda düzgün və tam 

məlumat verməlidirlər. 

 



Xəstələrimiz, həkiminə müalicə əsnasında və sonra vəziyyətində meydana gələn dəyişikliklər və 

gözlənilməyən dəyişiklikləri bildirməlidirlər. 

 

Xəstələrimiz,  ediləcək  prosedurlarla  əlaqədar  olaraq  onlardan  gözlənilənləri  düzgün  başa  düşüb 



düşmədiklərini bildirməlidirlər. 

2.

 

Təkliflərə Riayət Etmək Məsuliyyəti: 

 

 

Dok. No: HD.YD.01                                                            Rev. No: 0 (01.03.2016)                                                                               Yayın Tarixi:   01.03.2016



                                                             

                                                                                                                                                                                                    



66 

 



 

Xəstələrimiz, müalicəsindən cavabdeh həkim tərəfindən təklif edilən müalicə planına tabe olmaq, 

həkiminin  təlimatları  istiqamətində  tibb  bacısı  və  digər  tibb  işçilərinin  baxım  planını  yerinə 

yetirməsini qəbul etməkdə öhdəçiliklidir. 



3.

 

Planlaşdırılan Müalicəni İmtina etmək Məsuliyyəti: 

 



Planlaşdırılan müalicədən imtina və  ya həkimin  təlimatlarına riayət etmədiyi təqdirdə  yaranacaq 

nəticələrdən xəstənin özü cavabdehdir. 



4.

 

Tədqiq və Müalicə Xərclərini Ödəniş Məsuliyyəti: 

 



Xəstələrimiz,  xəstəxanamıza  müraciət  mərhələsində,  səhiyyə  xərclərinin  nə  formada  və  hansı 

qurum  tərəfindən  qarşılanacağı  barədə  məlumat  verməlidir.  Xəstələrimiz,  diaqnostik  və  müalicə 

ücün  edilən  tətbiqlərə  görə  ödənməsi  lazım  olan  miqdarı,  qurumun  təyin  etdiyi  müddət  ərzində 

qarşılamağa məsuldurlar. 



5.

 

Xəstəxana Qayda və Tətbiqlərinə Riayət Etmək Məsuliyyəti: 

 



Xəstələrimiz,  qurumumuz  tərəfindən  müəyyənləşdirilmiş  olan  qayda  və  tətbiqlərə  riayət  etməyə 

məsuldurlar. Bu qayda və tətbiqlər, yatışdan sonra tibb işçiləri tərəfindən xəstəyə bildirilir (ziyarət, 

müşayiət və s.). Xəstəxanamızda siqaret cekilməsi qəti qadağandır. 

6.

 

Sayğı Göstərmə Məsuliyyəti: 

 



Xəstələrimiz,  digər  xəstələr  və  tibb  personalının  hüquqlarını  nəzərə  almağa  məsuldur. 

Xəstəxanamızda,  xəstələri  təhlükə  altına  salan  səs-küy,  Tüstü  və  ziyarətçi  sayının  çoxluğu  kimi 

hallarda, xəstəxana rəhbərliyinin alacağı tədbirlərə uyğunlaşmalıdır. 

7.

 

Yoluxucu Xəstəliyi Bildirmə Məsuliyyəti: 

 



Yoluxucu xəstəlik diaqnozu ya da şübhəsi olan xəstələrimiz, səlahiyyətli həkimin çıxmasında sıxıntı 

olmadığını bildirən icazəsi olmadan xəstəxanadan evə yazılmanın tələb etməməlidir. 



8.

 

Uyğunsuz Tələbdə Olmamaq Məsuliyyəti: 

 



Xəstələrimiz, səlahiyyətli həkim tərəfindən uyğun görülməyən və müalicə planında olmayan hər 

hansı bir dərmanın verilməsini və ya tətbiq edilməsini tələb etməməlidirlər. 



9.

 

Ziyarət Qaydalarına Riayət Etmək Məsuliyyəti: 

 



Xəstələrimiz, ziyarətçilərini tərəfindən təyin olunan qaydalar çərçivəsində qəbul etməyə məsuldur. 

Ziyarətçilərin  hər  hansı  bir  şəkildə,  yemək,  içmək  gətirməməsi,  ziyarətçi  sayınının 

məhdudlaşdırılması, ziyarət müddətinin qısa tutulması, ziyarətçilərin xəstəyə ya da digər şəxslərə 

aid olan əşyaları istifadə etməməsi xəstənin məsuliyyətindədir. 



10.

 

Kompensasiya Etmək Məsuliyyəti: 

Xəstələrimiz, laqeyd istifadə etmək ya da qəsdən olaraq xəstəxanamızın avadanlıq və istifadə olunan 



vəsaitlərinə verdikləri zərər və ziyanı kompensasiya etməyə məsuldurlar. 

 

Yüklə 390,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin