 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix31.01.2017
ölçüsü7,78 Mb.
#7259
1   2   3   4   5   6   7   8   9

  SAQARECO  RAYONUNDA  –  Ölkənin  şərq  səmtində, 

paytaxtdan  47  km  aralıdadır.  1933-cü  ilədək  Qarekaxet 

adlanıb.  Ərazisindən  Yor  çayı  açır,  dəmiryolu,  Tbilisi–Balakən 

avtomobil  yolu  keçir.  Hüdudları:  cənubda  Azərbaycan 

Respublikası,  qərbdə  Qardabani  və  Msxeta  rayonları,  şimalda 

Tianeti, Axmeta, Telavi  rayonları, şərqdə  Gürcaani  və Siqnaxi 

rayonları.  Rayon  mərkəzi:  Saqareco  şəhəri.  Ərazisi:  1491,3 

kv.  km.  Əhalisi:  1989-cu  ildə  56.200  nəfər,  2002’də  59.212 

nəfər. 1 şəhəri, 42 kəndi var. Rayonun səkkiz para kəndində – 

Yor-Muğanlı,  Keşəli,  Ləmbəli,  Tüllər,  Qazlar,  Düzəyrəm,  Paldı 

(Baldoy),  Qarabağlı  kəndlərində  azərbaycanlılar  yaşayırlar  və 

buraya  Qaraçöp  deyilir  (bu  toponim  Qaracör  türk  tayfasının 

adını  da  xatırladır).  Həmçinin  Qombor  qəsəbəsində  də 

soydaşlarımız  var.  Qaraçöpdə  1979'da  13658  nəfər  (rayon 

əhalisinin  25  faizi),  1989'da  15804  nəfər  (rayon  əhalisinin 

26,3  faizi),  2002’də  18907  nəfər  (rayon  əhalisinin  31,9  faizi) 

azərbaycanlı yaşayıb. "Qaraçöp" adlı toplu nəşr edilib.  


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 90 

 

  DÜZƏYRƏM  kəndi  –  Əyrəm  də  deyilir.  Yor  yaylasında, 

Yor  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  35  km  gündoğarda. 

Əhalisi:  1886-cı  ildə  19  ailədə  130 

nəfər;  2002’də  400  ailədə  1323 

nəfər,  2006'da  1500  nəfər.  Kəndin 

məscidi  19-cu  əsrdə  tikilib.  Dünyəvi 

təhsil 


ocağı 

1921-ci 


ildən 

fəaliyətdədir,  indi  orta  məktəb  var. 

Məşhurları:  el  şairləri  Misgin  Vəli,  Molla  Qasım,  Teymur 

Qurbanov,  Həsən  Sadıqlı,  Həsənəli  Təhməzoğlu,  aşıq 

Şahhəsən,  el  ağsaqqalları  Hatəmtay  Hacı  Qəhrəman, 

İmirheydar  ağa,  Qori  seminariyasında  oxumuş  Səməd  bəy 

Mansırov,  Ağabəy  Mansırov,  profesorlar  Loğman  Məmmədov, 

Vəli  Qurbanov,  yazıçı,  jurnalist  Həmzəli  İlyas,  rəssam  Sum-

manı Məmmədov vb. 

 

  KEŞƏLİ  kəndi  –  Yor  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  37  km  gündoğarda,  dəniz  səviyəsindən  470  m 

yüksəklikdə. Əhalisi: 1886-cı ildə 67 ailədə 366 nəfər; 2002’də 

561  ailədə  2983  nəfər,  2006'da  3000  nəfər.  Məktəbin  tarixi 

1925-ci  ildəndir;  indi  orta  məktəb  (819  şagird)  var.  Məş-

hurları:  ağsaqqallar  Həmid  Əliyev,  Hacı  Cəfər,  Hacı  Xalıl,  el 

şairləri  Bağı,  Sədi  Mahmudov,  Cavad  Həsənoğlu,  profesör 

Lətif  Talıblı,  şair  Səməd  Qaraçöp,  Azərbaycanın  Gürcüstanda 

səfiri  olmuş  Hacan  Hacıyev,  vitse-polkovnik  Məhəmməd 

Talıbov, aktyor, şair İftixar Piriyev vb. 



 

  QARABAĞLI  kəndi  –  Son  vaxtlar  gürcücə  Cicmatiani 

(Vəzərili)  yazılır.  Yor  yaylasında,  Yor  çayının  sağ  sahilində, 

rayon  mərkəzindən  34  km  gündoğarda.  Əhalisi:  2002’də 

rəsmi  məlumata  görə,  643  nəfər,  2006'da  700  nəfər. 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 91 

Məşhurları:  el  şairi  Bəyzadə,  yazıçı,  kinoşünas,  "Qaraçöp" 

kitabının həmmüəllifi, tərtibçisi Nəriman Əbdürrəhmanlı vb. 

 

  QAZLAR  kəndi  –  Yor  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  40  km  gündoğarda,  dəniz  səviyəsindən  440  m 

yüksəkdə.  Xəzər  etnonimi  ilə  bağlı  ola  bilər.  Əhalisi:  2002’də 

350  ailədə  1134  nəfər  (605  kişi,  529  qadın),  2006'da  1200 

nəfər.  İbtidai  məktəb  var.  Məşhurları:  şairlər  Yetim  Musa, 

İbad, Zabit vb. 



 

  QOMBOR  kəndi  –  Yerli  camaat  Gömbər  deyir.  Qombor 

dağ  silsiləsinin  yamacında,  Qombor  çayının  sağ  sahilində, 

dəniz  səviyəsindən  1070  m  yüksəkdə.  Gürcülər  və 

azərbaycanlılar  yaşayırlar.  Əhalisi:  1926’da  204  ailədə  574 

nəfər;  2002’də  775  nəfər  (40%,  yəni  200  nəfərə  yaxın 

azərbaycanlı). 



 

  LƏMBƏLİ  kəndi  –  Yor  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  35  km  gündoğarda,  dəniz  səviyəsindən  450  m 

yüksəkdə. Əhalisi: 1886-cı ildə 116 ailədə 799 nəfər; 2002’də 

1200  ailədə  6254  nəfər,  2006'da  6500  nəfər.  Orta  məktəb 

(757 şagird) fəaliyətdədir. Məşhurları: ağsaqqallar Hacı Rəşid, 

Hacı  Vəli,  el  şairi  Mədəd,  profesorlar  Sədi  Bayramov,  cərrah 

Fərman Ceyranov, alim Qabil Gülgəzli, vitse-polkovnik Novruz 

Qəribov,  şair  Xaqani  Qayıblı,  monumentalçı  rəssam  İmran 

Kərimov, ictimaiyətçi Allahyar Abdullayev vb. 

 

  PALDI  (Baldoy)  kəndi  – Yor yaylasında, Yor çayının sağ 

sahilində,  rayon  mərkəzindən  37  km  gündoğarda,  dəniz 

səviyəsindən  470  m  yüksəklikdə.  Qədim  türkmənşəli  olub, 

özbəklərdə,  qazaxlarda  indi  də  qalan  Balda/Baltalı  tayfasıyla 

bağlı  ola  bilər.  Əhalisi:  2002’də  874  nəfər,  2006'da  1000 

nəfər. 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 92 

 

  TÜLLƏR  kəndi  –  Yor  yaylasında,  Yor  çayının  sağ 

sahilində,  rayon  mərkəzindən  43  km  şərqdə,  dəniz 

səviyəsindən 

450 


yüksəklikdə. 

Toponimin 

qədim 


türkmənşəli  tayfalardan  olub,  qazaxlarda,  başqırdlarda, 

noqaylarda, qaraqalpaqlarda indi də bu adı daşıyan Tele/Tələ 

tayfasının  adını  əks  etdirdiyi  gümanlanır.    1914-cü  ildən 

məscid var. Əhalisi: 1886-cı ildə 31 ailədə 260 nəfər; 2002’də 

550  ailədə  3698  nəfər,  2006'da  3800  nəfər.  Məktəbin  tarixi 

1918’dən  götürülür.  Məşhurları:  ağsaqqallar  Məhəmməd 

Şərifov,  Hacı  Bayram,  el  şairi  Əslioğlu  Məhəmməd,  profesör 

Həmzə  Xəlilov,  veteran  müəllimlər,  şair,  "Şərəf"  ordenli  Ağa-

bala  Azəri,  Nəsib  Xeyirxəbərov,  vitse-polkovnik  Vahid  Ocaq-

verdiyev, rəssam Zahid Şəmirli vb. 



 

  YOR-MUĞANLI  kəndi  – Yor  yaylasında, Yor çayının sağ 

sahilində,  rayon  mərkəzindən  33  km  gündoğarda,  dəniz 

səviyəsindən  460  m  yüksəklikdə.  Əhalisi:  1886-cı  ildə  76 

ailədə  463  nəfər;  1926’da  1118  nəfər;  2002’də  346  ailədə 

1830 nəfər, 2006'da 2100 nəfər. Dünyəvi təhsil ocağı 1919-cu 

ildən  fəaliyətdədir,  indi  təməl  məktəb  var.  Məşhurları:  el  ağ-

saqqalları  Hacı  Eyub,  Hacı  Hümbət,  Hüseyn  Həsənov, 

polkovnik  Nəbi  Həsənov,  alimlər  Hidayət  Novruzov,  İbrahim 

Nəbiyev,  Fərhad  Xubanlı,  jurnalist  İlqar  İlkin,  ictimaiyətçilər 

Vaqif  Yadigarov,  Oruc  Abdullayev,  Arzuman  Abbasov,  igid 

şəhidlər Ələsgər Qayıbov, Yusif Şirinov vb. 

 

 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 93 

 

 TELAVİ  RAYONUNDA – Ölkənin gündoğarında, Tbilisidən 

147  km  aralıdadır.  Rayon  mərkəzi: 

Telavi  şəhəri.  Ərazisi:  1094,5  kv. 

km.  Əhalisi:  2002’də  70.588  nəfər. 

1 şəhər, 30 kənd var. Rayonda soy-

daşlarımızın sayı: 1979-cu ildə 5698 

nəfər  (7,7%),  1989-cu  ildə  7094 

nəfər  (9,1%),  2002’də  8373  nəfər 

(rayonun 70589 nəfər əhalisinin 11,8%-i). Qaracalar kəndində 

azərbaycanlılar yaşayırlar. 



 

  QARACALAR  kəndi  –  Turdo  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  6  km  quzeydə,  dəniz  səviyəsindən  540  m 

hündürlükdə.  İndi  əvvəllər  ayrıca  kəndlər  olmuş  Kəpənəkçi, 

Qarabağlılar  ellərini  də  içinə  alır.  Məscidi  qədim  çağlardan 

qalmadır. Əhalisi: 1869-cu ildə 236 ailədə 1372 nəfər (habelə 

Kəpənəkçi  kəndində  51  ailədə  242  nəfər);  2002'də  1926 

ailədə  8270  nəfər  (4068  kişi,  4202  qadın),  2006'da  8500 

nəfər.  Gürcüstanda  azərbaycanlı  kəndləri  arasında  dünyəvi 

məktəb Qızılhacılıdan sonra 1886-cı ildə burada açılmışdı, indi 

orta  məktəbdə  35  sinifdə  1200  nəfər  şagird  təhsil  alır,  60 

müəllim  çalışır.  Məşhurları:  ağsaqqallar  Qiyas  Sofuyev,  Molla 

İdris  Əhmədoğlu,  İlyaz  ağa  Sofuyev,  Rəcəb  Məmmədov, 

veteran müəllimlər seminarya yetirməsi Əbdülmanaf Sofuyev, 

ictimaiyyətçilər  Cahangir  Qurbanov,  Musa  Aşırov,  Rəsul 

Muradov,  Şirvan  Əliyev,  Yaşar  Yusubov,  Dursun  Musayev, 

Əziz Abbasov vb. 



 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 94 

 

  ŞİDA  (daxili)  KARTLİ  DİYARINDA  –  Ölkənin  orta 

hissəsindədir. Diyarın ərazisindən Kür çayı axır, Tbilisi–Batumi 

avtomobil  yolu,  dəmiryolu  keçir.  İnzibati  mərkəzi  Qori 

şəhərindədir.  Qori,  Duşet,  Kaspi,  Msxeta,  Karel,  Xaşuri 

rayonlarının  ərazilərini  əhatələyir.  Qori,  Kaspi,  Msxeta,  Karel 

rayonlarının  bir  neçə  kəndində  soydaşlarımız  məskundurlar, 

bir  neçə  kənddə  də  gürcülər  və  azərbaycanlılar  qatışıq  yaşa-

yırlar. Diyarda azərbaycanlı əhalinin sayı: 5768 nəfər (1,8%). 

 

 

 



  KARELİ  RAYONUNDA  –  Ölkənin  orta  qismində.  Əra-

zisindən  magistral  avtomobil  yolu  keçir.  Hüdudları:  Qori, 

Xaşuri,  Znauri,  Borjomi  rayonları.  Ərazisi:  1091,9  kv.km. 

Əhalisi:  2002’də  50.422  nəfər.  1  şəhər,  1  qəsəbə,  82  kənd 

var.  Rayonda  azərbaycanlıların  sayı:  1979-cu  ildə  1148  nəfər 

(2,2%), 1989-cu ildə 1426 nəfər (2,8%), 2002’də 1183 nəfər 

(2,3%).  Buradan  soydaşlarımızın  çox  qismi  1990-cı  illərdə 

Azərbaycana  köçüblər.  İndi  Karel  şəhərində  və  Aqara 

qəsəbəsində az sayda azərbaycanlılar yaşayırlar. 

 

  KARELİ  ŞƏHƏRİNDƏ  –  Kür  çayının  sağ  sahilində, 

Tbilisidən  94  km  günbatarda,  avtomobil  yolu  və  dəmir  yolu 

kənarında,  dəniz  səviyəsindən  620  m  hündürlükdə.  150 

nəfərə yaxın azərbaycanlı yaşayır. 



 

  AQARA  QƏSƏBƏSİ  –  Kür  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  6  km  günbatarda,  dəmir  yolunun,  avtomobil 

yolunun  kənarındadır.  150  ailədə  400-ə  yaxın  azərbaycanlı 

var. 


Məktəb 

gürcü 


dilindədir. 

Məşhurları: 

şair-nasir, 

tərcüməçi, Gürcüstan Dövlət Mükafatı laureatı, "Şərəf" ordenli 

İmir Məmmədli, hüquq-mühafizə işçisi Teymur İsmayılov vb. 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 95 

 

  KVENATKOSA  kəndi  –  Suramul  çayının  sahilində,  rayon 

mərkəzindən 13 km günbatardadır. Təxminən 20 ailədə 100-ə 

yaxın azərbaycanlı yaşayır. 

 

 



  KASPİ  RAYONUNDA  –  Ölkənin  orta  qismində.  Xəzər  / 

Kaspi tayfasının adını  əks etdirir.  Ərazisi: 803,2 kv. km. Əha-

lisi:  1989'da  50.300  nəfər,  2002’də  52.217  nəfər.  Rayonda 

kənd  əhalisinin  (36984  nəfər)  8,4%-i  azərbaycanlılardır. 

Rayonda  azərbaycanlıların  sayı:  1979'da  2747  nəfər  (5,1%), 

1989'da 2872 nəfər (5,2%), 2002’də 3962 nəfər (7,6%).  



 

  AXALKƏLƏK  kəndi  –  Kür  çayının  sahilində,  rayon 

mərkəzindən  16  km  şərqdə.  Əvvəllər  Qızılkənd  adlanıb.  Vali 

sarayının  uçuqları  durur.  Əsasən  gürcülər,  az  sayda 

azərbaycanlılar yaşayırlar. 



 

 

AXALSOPELİ 

(Təzəkənd) 

kəndi 

– 

Axalkələk 



vadisindədir.  Əhalisi:  2002’də  105  nəfər  (bundan  35%  –  37 

nəfər azərbaycanlı). 



 

  ÇƏNGİLƏR  kəndi  –  Qarabağlılar  da  deyilir,  ən  böyük 

nəsli  Qarabağlılar  nəslidir.  Ksan  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  23  km  şərqdə,  dəniz  səviyəsindən  580  m 

hündürlükdə.  Əhalisi:  2002’də  300  nəfər.  Məktəb  gürcü 

dilindədir.  Məşhurları:  el  şairləri  Abbasəli,  Oruc,  aşıq  Məsim, 

veteran müəllim İbrahimxəlil Cəfəroğlu, ictimaiyətçi Aslanpaşa 

Abbasoğlu vb. 

 

  FERMA  kəndi  –  Ksan  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  22  km  şərqdə,  dəniz  səviyəsindən  580  m 

hündürlükdə.  Əhalisi:  2002’də  300  ailədə  1025  nəfər  (544 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 96 

kişi, 481 qadın), 2006'da 1050 nəfər. Təməl məktəbdə (gürcü 

dilində)  215  şagird  oxuyur.  Məşhurları:  Hacı  Eyvazxan, 

xeyriyəçi  Bahəddin  Əlixanoğlu,  ictimaiyətçi  Abbas  Abbasov, 

Şaxəli İsmayıloğlu vb. 

 

 

XİDİSQĞURİ 

kəndi 

– 

Gürcücə 



bu 

toponim 


«körpüqulağı»  deməkdir.  Ksan  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  27  km  gündoğarda,  Tbilisi–Batumi  avtomobil 

yolunun  kənarında.  Əhalisi:  2002’də  899  nəfər,  2006'da  900 

nəfər. Məktəb gürcü dilindədir. 



 

  KALOUBANİ  kəndi  –  Aşağı  Xəndək  vadisində  kiçik 

kənddir.  Əhalisi: 2002’də 140 nəfər (bundan 39%  – 55 nəfər 

azərbaycanlı).  

 

  KVEMO-XANDAKİ  kəndi  –  Aşağı  Xəndək  deməkdir.  Kür 

və  Kəvtür  çaylarının  qovuşduğu  yerdə,  rayon  mərkəzindən  8 

km  aralıda.  Gürcülərlə  yanaşı,  az  sayda  azərbaycanlılar  da 

yaşayırlar. 



 

  MİKELCĞARO  kəndi  –  El  içində  Cələ  deyilir.  Kürün  sol 

sahilində,  rayon  mərkəzindən  5  km  gündoğarda,  Kaspi 

calasında, dəniz səviyəsindən  530 m hündürlükdə.  Gürcülərlə 

yanaşı azərbaycanlılar da (650 nəfər) var. Məktəb gürcü dilin-

dədir. 

 

  SAKADAQİANO  kəndi  –  El  arasındakı  adı  Tatuşağıdır. 

Ksan  çayının  sağ  sahilində,  rayon  mərkəzindən  30  km 

gündoğarda, dəmiryolunun kənarında, dəniz səviyəsindən 500 

m  hündürlükdə.  Əhalisi:  2002’də  1095  nəfər  (bundan  62%  – 

678 nəfər azərbaycanlı, 32% – 417 nəfər Gürcüdür), 2006'da 

850  azərbaycanlı.  İlk  dəfə  1930-cu  ildə  Azərbaycan  məktəbi 

yaradılıb, sonra Gürcü dilli məktəbə çevrilib.  


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 97 

 

 



 

  QORİ  RAYONUNDA  – Ölkənin mərkəzi qismində. Ərazisi: 

2327 kv.km. Əhalisi: 1989'da 156.200 nəfər, 2002’də 148.686 

nəfər,  bundan  607  nəfər  azərbaycanlı.  Rayonun  bir  neçə 

kəndində  gürcülərlə  yanaşı,  soydaşlarımız  da  yaşayırlar  və 

onlar rayonun kənd əhalisinin 0,6 faizini təşkil edirlər. 

 

  LƏVİTANA  (ZEZMAN)  kəndi  –  Trialet  sıra  dağlarının 

quzey  ətəyində,  Tana  çayının  yuxarı  axarı  boyunda  sağ 

sahilində, rayon mərkəzindən 40 km cənub-qərbdədir. Burada 

yaşayan  azərbaycanlıların  babaları  19-cu  əsrin  axırlarında 

Borçaının Qızılhacılı kəndindən getmişlər. Əhalisi: 2002'də 290 

nəfər. 


 

  TEDOSMİNDA  –  Liaxvi  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  3  km  quzeydədir.  Həm  gürcülər,  həm  də 

azərbaycanlılar  yaşayırlar.  Əhalisi:  2002’də  541  nəfər,  o 

cümlədən 227 nəfər azərbaycanlı. Məktəb gürcü dilindədir. 

 

 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 98 

 

  MSXETA-MTİANETİ  DİYARINDA  –  Ölkənin  mərkəz 

hissəsində.  Axalqori,  Duşeti,  Tianeti,  Msxeta,  Kazbeqi 

rayonlarını 

əhatələyir. 

Diyarda 

azərbaycanlılar 

Msxeta 

rayonunun  bir  neçə  kəndində  məskundurlar.  Diyarda 



azərbaycanlı  əhalinin  sayı:  2002’də  2248  nəfər,  başqa  sözlə, 

diyar əhalisinin 1,7%-i.  

 

 

 



  MSXETA  RAYONUNDA  –  Ölkənin  orta  qismində, 

Tbilisidən  24  km  günbatar  səmtdə.  Ərazisi:  805,5  kv.km. 

Əhalisi:  2002’də  64.829  nəfər.  Rayonda  azərbaycanlıların 

sayı:  1979’da  1998  nəfər  (3%),  1989’da  2872  nəfər  (5,2%), 

2002’də 2236 nəfər (3,4%). 5 kənddə – Sixisdziri (Cömbərli), 

Msxaldidi  (Sxəldi),  Muxran,  Codoret,  Daha  kəndlərində  azər-

baycanlılar da məskundurlar. 

 

  AĞAYANİ  kəndi  –  Adıgözəloğullar,  yaxud  Hasanallar 

deyirlər.  Bu  deyim  Qarabağlı  Mirzə  Adıgözəl  bəyin 

"Qarabağnamə"  salnaməsindəki: «Bu  zaman Ağa Məhəmməd 

şah Şuşa qalasının üstünə gəlib mühasirəyə aldı. El və camaat 

ilə  köçüb  Gürcüstan  vilayətinə  pənah  apardıq.  O  zaman 

mərhum  vali  İrakli  xan  bizlərə  hörmət  etdi,  Sarı  kilsə  adlı 

yerləri  qışlaq  və  əkənəcək  üçün  bizlərə  verdi»  –  qeydlərini 

xatırladır. Əhalisi: 2002’də 1716 nəfər (bunun təxminən 1500 

nəfərdən çoxu gürcü, 200 nəfərə qədəri azərbaycanlı). 

 

  AQARAKİ  kəndi  –  Trialet  sıra  dağlarının  şərq 

yamaclarında,  Tbilisidən  8  km  günbatarda.  Əhalisi:  2002'də 

141  nəfər  (bunun  78-i  azərbaycanlı).  Məşhurları:  sazçalan 

Ağəli vb. 



 

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 99 

  CODORET  kəndi  –  Trialet  dağları  silsiləsinin  gündoğar 

ətəyində,  rayon  mərkəzindən  30  km  şərq-şimal  səmtdədir. 

Əhalisi:  1926’da  28  ailədə  101  nəfər;  2002’də  80  ailədə  352 

nəfər (280 azərbaycanlı, 72 gürcü). Məktəb gürcü dilindədir. 



 

  MSXALDİDİ  kəndi  –  El  arasında  Sxəldi  vəya  Sxaltı 

deyirlər.  Trialet  sıra  dağlarının  şərq  yamaclarında,  dəniz 

səviyəsindən 1140 m yüksəkdə, Tbilisidən 21 km günbatarda. 

Əhalisi: 1926’da 22 ailədə 133 nəfər; 2002-ci ilin sorğusunca, 

hamısı  azərbaycanlı  olmaqla  90  ailədə  472  nəfər  (221  kişi, 

251  qadın).  Məktəb  gürcü  dilindədir.  Məşhurları:  Qəhrəman 

kişi, Hacı Məhəmmədəli, Gürcüstan Parlamentinin üzvü olmuş, 

Gürcüstan  energetika  naziri  müavini  İsak  Novruzov,  Aslan 

müəllim. 

 

 MUXRAN  kəndi  – Bir adı 

da 


Mollalardır. 

Muxran 


çökəyində,  Ksan  çayının  sol 

sahilində, rayon mərkəzindən 

23  km  quzeydə.  Muxran 

qalası, 


Knyaz 

Muxranın 

1733-cü  ildən  qalma  imarəti 

memarlıq 

örnəyi 

kimi 


qorunur. 

Gürcülər 

və 

azərbaycanlılar 



yaşayırlar. 

Məktəb  gürcü  dilindədir.  Məşhurları:  Qara  Molla,  Hüseynalı 

Molla, Nağı Molla vb. 

 

 SİXİZDZİRİ (CÖMBƏRLİ)  kəndi  – «Sixisdziri» qaladibi, 

qalaaltı  anlamına  uyğun  gəlir.  El  arasında  Çömbərli  vəya 

Qarahasanlı  (Qarasanlı)  deyilir.  Muxran  çökəyində,  Ksan 

çayının  sol  sahilində,  rayon  mərkəzindən  21  km  gündoğarda, 

Tbilisi–Qori avtomobil yolunun kənarında. Əhalisi: 1926’da 24 

 

 

Muxran qalası 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 100 

ailədə 117 nəfər; 2002'də 1635 nəfər (61% – 997 nəfər azər-

baycanlı,  35%  –  638  nəfər  gürcü).  Məktəb  gürcü  dilindədir 

(350  şagird).  Məşhurları:  ağsaqqallar  Qara  Hasan,  Cömbər 

Məmməd,  şair  Əli  Çömbərli,  ictimaiyətçilər  Novruz  Babayev, 

Gürcüstan  Azərbaycanıları  Konqresinin  sədri  Əli  Babayev, 

Adilpaşa  Rüstəmoğlu,  Dünyamalı  Abdiyev,  İbrahim  Qasımov, 

Novruz  Məmmədov,  İlyas  Məmmədov,  Camal  Əliyev,  Teymur 

Əliyev,  müəllim  Şıxı  Kazımoğlu,  şair-tərcüməçi  Oqtay 

Kazımov,  polkovnik  Tacir  Məmmədov,  vitse-polkovnik  Yaqub 

Məmmədov vb. 

 

  TELOVAN  kəndi  –  Gürcülərlə  yanaşı,  100  nəfərə  yaxın 



azərbaycanlı da məskundur. 

 

 



 

------  ------  ------ 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin