 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix31.01.2017
ölçüsü7,78 Mb.
#7259
1   2   3   4   5   6   7   8   9

 

  KEŞƏLİ  kəndi  –  Borçalı  çökəyində,  Kürün  sağ  qaşında, 

rayon  mərkəzindən  25  km  gündoğarda,  Tbilisi–Sınıqkörpü 

avtomobil  yolunun  kənarında,  dəniz  səviyəsindən  320  m 

yüksəklikdə.  Dəmirçihasanlı  elatına  aiddir.  Tarixi  qaynaqlarda 

Ağkeşəli və Qarakeşəli adlarıyla anılır. Əhalisi: 1728-ci ildə 19 

ailə;  1870’də  Qarakeşəlidə  11  ailədə  74  nəfər,  Ağkeşəlidə  77 

ailədə  637  nəfər;  1886-cı  ildə  Qarakeşəlidə  12  ailədə  130 

nəfər,  Ağkeşəlidə  54  ailədə  406  nəfər;  1926’da  Böyük 

Keşəlidə  113  ailədə  602  nəfər,  Bala  Keşəlidə  24  ailədə  198 

nəfər;  2002’də  1020  ailədə  3322  nəfər  (1694  kişi,  1628 

qadın).  Məktəb  tarixi  1926’dan  başlanır,  hazırda  orta  məktəb 

(2005’də  626  şagird,  43  müəllim)  fəaliyətdədir.  Keşəi 

nəsillərindən:  Qıllıözdü,  Ələmdəri,  Əfəndiöyü  (Mollalar), 

Həbbəöyü,  Qavıllar  (Əysilli),  Qaraçuxalı,  Kosalar,  Şıxıöyü, 

Xasıllı,  Əsdəməzli,  Xələflər,  Çoyuşlar,  Hürüöyü,  Təhməzöyü 

Navağallı,  Alıbəyli  (Eminli),  Mollaöyü  (Yedyarlı),  Goyallı, 

Bağıllı, Gənəçiöyü, Cırcırlı, Kamıllı, Xaaloğlu, Xıdırlar, Bədəllər, 

Qaraçöplü,  Eycələr  vb.  Məşhurları:  ağsaqqallar  Cırcıroğlu 

Söyün,  Hacı  Qarabağ,  Yusub  Hüseynoğlu,  əmək  qəhrəmanı 

Camal  İsayev,  Səməd  Mollaəhmədoğlu,  Məhəmməd  İsaoğlu, 

İslam Yusuboğlu, el igidi İsa İsayev, şairlər Bahadır Paşaoğlu, 

"Şərəf"  ordenli  Dərviş  Osman  (Əhmədoğlu),  Əliyar  Cəlaloğlu, 

aşıq  Ziyəddin,  profesorlar  Cümşüd  Əhmədov,  Valeh  Əh-

mədov,  Gürcüstandakı  toponimlərimizin  tədqiqçisi  professor 

Mahmud Hacıxəlilli, polkovnik Yunis  Əfəndiyev, ictimaiyətçilər 

Kamandar Yusubov, Sərdar Yusubov vb. 



 

  KƏPƏNƏKÇİ  kəndi  –  Kür  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən 25 km gündoğarda, Tbilisi–Sınıqkörpü avtomobil 

yolunun kənarında, dəniz səviyəsindən 290 m yüksəklikdə. Bu 

toponimin  qədim  Pəçənək  türk  tayfasının  Kapan/Kəpən  qolu 

ilə  bağlılığı  düşünülür.  Dəmirçihasanlı  elatına  aiddir.  Tarixi 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 67 

qaynaqlarda 

Kəpənəkçi-Dəmirçihasanlı 

kimi 


soraqlanır, 

Kürüstü-Kəpənəkçi deyilir.  1950-ci  illərə qədər Dəmirçihasanlı 

nahiyəsinin  və  kənd  sovetliyinin  mərkəzi  olub.  Əhalisi:  1803-

cü  ildə  165  ailədə  500  nəfər;  1870’də  61  ailədə  409  nəfər; 

1886-cı  ildə  49  ailədə  360  nəfər;  1926’da  135  ailədə  480 

nəfər;  2002’də  318  ailədə  1383  nəfər  (711  kişi,  672  qadın). 

Orta  məktəb  (2005’də  235  şagird,  26  müəllim)  var. 

Məşhurları:  veteran 

müəllimlər  Xoca  Əfəndi,  Həmzə 

Məmmədov,  ağsaqqal  Osman  Sadıqoğlu,  Yəhya  Mehdioğlu, 

İsrafil Mehdiyev, kamil ustad aşıq Əmrah Gülməmmədov, Ka-

mandar  Əfəndiyev,  profesorlar  Cavid  Xıdırov,  Qəhrəman  Bin-

nətov, Məhəbbət Məmmədov, Aydın Məmmədov,  şair Rövşən 

Nəsiboğlu,  aşıq  Əflatun  Kamandaroğlu,  Ramin  Qarayev, 

maarifçi  İmdad  Əfəndiyev,  Bahadır  İsmayılov,  ictimaiyətçilər 

Rüstəm  Dəmirçiyev,  Suddarxan  Kazımov,  Alı  Eminov, 

xeyriyəçi  İlqar  Eminov  vb.  Dəmirçihasanlı  (Kürüstü-Kə-

pənəkçi)  elatı  barədə  "Kürüstü  Dəmirçihasannı"  etnoqrafik 

kitabı 

çap 


olunub. 

Rövşən 


Nəsiboğlunun, 

Rüstəm 


Dəmirçiyevin,  Suddarxan  Kazımovun  "Kökdən  Budağa"  kitabı 

bu kənd haqqındadır. 



 

  KİRƏC-MUĞANLI  kəndi  –  Xram  çayının  sağ  sahilində, 

Babakər  dağı  ətəklərində,  üç  cümhuriyyətin  -  Gürcüstan, 

Azərbaycan,  Ermənistanın  qovuşuq  nöqtəsində,  rayon 

mərkəzindən  40  km  güney-gündoğarda,  Marneuli–Sınıqkörpü 

avtomobil 

yolunun 


kənarında, 

Sınıq 


Körpünün 

500 


metrliyində,  dəniz  səviyəsindən  280  m  yüksəklikdə.  Əhalisi: 

2002’də  1155  nəfər  (579  kişi,  576  qadın).  Məktəb  1923-cü 

ildə  yaradılıb,  Ənvər  Hüseynov  adına  orta  məktəb  (2005’də 

211 şagird, 23 müəllim) fəaliyətdədir. Məşhurları: şairlər Molla 

Eyyub,  "Molla  Nəsrəddin"  jurnalında  satiralarıyla  çıxış  etmiş 

Mirzə  Həsən  Məcruh,  Tiflis  Qızlar  Seminaryası  məzunu  Sayalı 

Məmmədova,  ədəbi  tənqidçi  Abbas  Kirəcli,  alim  Sabir 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 68 

Məmmədov,  ictimaiyətçi  Allahverdi  İsmayılov,  şəhid  Vəfadar 

Eminov vb. 

 

 KOSALI kəndi – Borçalı çökəyində, Kür və Alget çaylarının 

qovuşuğunda, rayon mərkəzindən 30 km gündoğarda, Tbilisi–

Sınıqkörpü  avtomobil  yolunun  kənarında,  dəniz  səviyəsindən 

290 m yüksəklikdə. İki qismə bölünür: Birinci-Kosalı və İkinci-

Kosalı.  Əhalisi:  1870’də  95  ailədə  637  nəfər;  1926’da  171 

ailədə  734  nəfər;  2002’də  Birinci-Kosalıda  480  ailədə  1622 

nəfər  (801  kişi,  821  qadın),  İkinci-Kosalıda  465  ailədə  1587 

nəfər  (795  kişi,  792  qadın).  Məscid,  mədrəsə  var.  Məktəb 

1923-cü  ildə  yaradılıb,  hər  iki  kənddə  orta  məktəblər  var 

(2005’də  müvafiq  olaraq  246  şagird  və  206  şagird). 

Məşhurları:  İsa  Sultan,  Hacı  Əhməd  Sultan,  el  ağsaqqalı  Dəli 

Əhməd,  Nəsib baba, şair  Sədi bəy Arif Müftizadə,  əmək qəh-

rəmanları  Zilli  (Ziyad)  Eminov,  Mustafa  Əliyev,  veteran 

müəllimlər  Rüxsarə  Əliyeva,  Minayət  Eminova,  profesorlar 

Məhəbbət  Məmmədov,  Bilal  Əfəndiyev,  ağsaqqal  Muxtar 

Əliyev, həkim Tahir Eminov, pəhləvan Həvillah vb. 



 

  KÜRTLƏR  kəndi  –  Borçalı  çökəyində,  Xram  çayının  sol 

sahilində,  rayon  mərkəzindən  20  km  gündoğarda,  dəniz 

səviyəsindən  330  m  yüksəklikdə.  Təklə/Təkəli  tayfasının  bir 

qolu  olan  Qurdlar/Kürtlər  tirəsinin  adını  yaşadır.  Əhalisi: 

1918’də 442 nəfər; 1870’də 93 ailədə 613 nəfər; 1926’da 167 

ailədə  556  nəfər;  2002’də  450  ailədə  1711  nəfər  (839  kişi, 

872  qadın).  Məktəbin  tarixi  1920-ci  ildən  başlanır,  indi  orta 

məktəb  (2005’də  247  şagird,  37  müəllim)  fəaliyətdədir. 

Məşhurları:  Hacı  Vəli,  Mikayıl  kişi,  Ələsgər  Heydərov, 

müharibə  qəhrəmanı,  Mehdi  Hüseynzadənin  (Mixaylonun) 

silahdaşı  Şamil  Bayramov,  SSRİ  Ali  Sovetinin  deputatı  olmuş 

Tamam  Abdullayeva,  veteran  müəllimlər  Həsən  Xeyirli,  Xalid 

Hüryənov,  İsmayıl  Xanzadə,  profesorlar  Teymur  Novruzov, 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 69 

Teymur  İlyaslı,  İsmixan  Abdullayev,  Yusif  İsmayılov,  Dursun 

Hümbətov,  Bəxtiyar  Abdullayev,  aşıq  Həsrət,  jurnalist, 

"Gürcüstan"  qəzetinin  redaktoru  "Şərəf"  ordenli  Süleyman 

Süleymanlı,  jurnalist  Təhməz  Təhməzov,  həkim  Telman, 

dünya çempionu Samir İlyasov vb. 



 

  QAÇAĞAN  kəndi  –  Borçalı  çökəyində,  Dəvədöy  çayının 

sahilində,  rayon  mərkəzindən  25  km 

güney-gündoğarda,  Marneuli–Sınıqkörpü 

avtomobil  yolunun  kənarında,  dəniz 

səviyəsindən 

335 


yüksəklikdə. 

Mənşəcə qıpçaqlara bağlı Saral tayfasının 

bir  qoludur.  Yaxınlıqdakı  eneolit  dövrünə 

aid  arxeoloji  məskəndə  çiy  kərpicdən 

möhrədamlar, kiçik gil parçalardan bütöv 

antropomorfik  qadın  heykəlcikləri,  13–

14-cü  əsrlərə  aid  məskənlərdə  qıpcaq 

tipli  dairəvi  qübbəli,  günbəzli,  güney 

səmtdən  qapısı  olan  türbə  əhəmiyətlidir. 

Ərazisi:  10000  kv.km.-dən  çox.  Əhalisi: 

1728-ci  ildə  12  ailə;  1870’də  117  ailədə 

764  nəfər;  1926’da  266  ailədə  1246 

nəfər;  2002’də  3974  nəfər  (1851  kişi,  2123  qadın).  Kənddə 

dünyəvi  məktəb  1919-cu  ildə  yaradılıb,  indi  iki  orta  məktəb 

(2005’də  müvafiq  olaraq  464  şagird,  49  müəllim  və  286 

şagird,  43  müəllim)  fəaliyətdədir.  Məşhurları:  el  qəhrəmanı 

Mehdi  ağa,  ağsaqqallar  Kərbəlayı  İsmayıl,  Musa  Əliyev,  İsa 

Əliyev,  Kazım  Hüseynov,  Yunus  Hüseynov,  Həsən  Molla  Vəli-

oğlu,  Məmid  Musayev,  Koxa  Səməd,  Dünyamalı  Əmircanov, 

Fəttah  Seyidov,  şairlər,  aşıqlar  Dollu  Əbuzər,  Molla  Ağacan, 

İsa Borçalı, aşıq Göycə, aşıq Cəmil, aşıq Şahbaz, ictimai xadim 

Həsən  Seyidov,  əmək  qəhrəmanları  və  veteranları  Kəklik 

Mikiyeva,  Məhəmməd  Qocayev,  Abbasəli  Qocayev,  Hüseyn 



 

Qaçağan xalısı 

(1910) 

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 70 

Məmmədli, Tofiq Qarayev, Hüseyn Babakişiyev, Lətif Seyidov, 

Sara  Abbasova,  Səməd  Qurbanov,  İmran  Məmmədov,  Səyad 

Məsimov, 

Dursun 

Əhmədov, 



Oruc 

Bayramov, 

Səfər 

Hümbətov,  Nuru  Mikiyev,  Emilyan  Mustafayev,  Əmircan 



Əmircanov,  həkimlər  Zülal  Seyidov,  Cəlil  Əmircanov,  veteran 

müəllimlər  Sara  Bayramova,  Mirzə  Həsən  Mollayev,  Muxtar 

Qarayev, Məhərrəm Məmmədov, Seyid Nemət Mir Fəttahoğlu, 

Sahabbin Əmircanov, əməkdar müəllim Sədi Mikiyev, Mircəlal 

Seyidov,  Şahlıq  Seyidova,  Yunus  Əmircanov,  yazıçılar  Tahir 

Hüseynov, Vəli Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının 

müxbir  üzvü  Ayat  Həsənov,  profesorlar  Mahal  Məmmədli, 

Fazil  Əliyev,  Nizami  Süleymanov,  Sədi  Hacıyev,  Elbrus 

Seyidov,  Sultan  Seyidova,  Zakir  Seyidov,    ictimaiyətçilər 

Hüsən Süleymanov, İsmayıl Süleymanov, Vəzir Vəzirov, Marks 

Əliyev,  Mehdi  Topçuyev,  Fazil  Quluyev,  Dilənçi  Bayramov, 

Mircəfər 

Qasımov, 

Zahir 


Hüseynov, 

Ayat 


Göyüşov, 

polkovniklər  Ramiz  Yusubov,  Aydın  Bayramov,  Bəhlul 

Mustafayev,  Hidayət  Vəliyev,  Miraib  Seyidov,  Asif  Qocayev, 

polkovnik-şair  Kazım  Kazımov  (Qaçağanlı),  şair  Paşa  Baba-

kərli,  jurnalist  Xətayə  Sahabbin,  müğənni  Eyvaz  Həsənov  vb. 

Mahal  Məmmədlinin  "Borçalı  mahalı  və  Qaçağan  kəndi", 

müəlliflər  kollektivinin  "Qaçağan  eli"  kitabları  kəndin  tarixinə, 

etnoqrafyasına həsr olunub. 



 

  QASIMLI  kəndi  –  Borçalı  çökəyində,  rayon  mərkəzindən 

30 km güneydə, dəniz səviyəsindən 400 m yüksəkdə. Ərazisi: 

3000  kv.  km.-ə  yaxın.  Toponim  nəsil  adından  törəyib. 

Qasımıllı  da  deyilir.  Yaxındakı  arxeoloji  məskən  eneolit 

dövrünə  aiddir.  Babakər  Dağı,  Dona  Dağı,  Üç  Bulaq,  Kora 

Bulaq,  Çırçır  Bulaq,  Zoğallı  Bulaq,  Haça  Qaya,  Xınalı  Qaya, 

Xan Arxı, Canəhmədli Yeri vs toponimləri var. Əhalisi: 1870’də 

64  ailədə  422  nəfər;  1926’da  140  ailədə  688  nəfər;  2002’də 

800 ailədə 2921 nəfər (1437 kişi, 1484 qadın). Məktəbin tarixi 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 71 

1924-cü 


ildən 

başlanır, 

orta 

məktəb 


(461 

şagird) 


fəaliyətdədir.  Məşhurları:  kəndin  qurucusu  Qasım  Ağa, 

səxavətli  igid  Daşdəmir  Ağa,  “Borçalı  Koroğlusu”  ləqəbini 

almış  Səməd  Ağa,  Astan  Ağa,  Əsgər  Ağa,  İsgəndər  Ağa,  Əli 

Ağa,  İstil  İsmayıl,  təsərrüvat  veteranları  Kiçikxanım  Alı  qızı, 

Məmmədtağı  Yusifov,  Zahid  Quluzadə,  Qiymət  Topçuyeva, 

ağsaqqal İmaməli Əhmədov, aşıq Məhəmməd, aşıq Nurəddin, 

profesorlar  Novruz  Hüseynov,  Zakir  Məmmədov,  İmir  Əliyev, 

Şakir Nağıyev, rejisör-aktyör Bürcəli Əsgərov, jurnalist Azadə-

Taleh,  aşıq  Elman, aşıq  Tərmeyxan Sədioğlu, aşıq  Bəkir,  aşıq 

Həvəskar,  şairlər  Leyli  Tahar  qızı,  Əli  Həsən  oğlu,  Səyavuş 

Uyğun,  aşıq  Telli  Borçalı,  hüquq-mühafizə  işçisi  Dünyamalı 

Həsənov,  ictimaiyətçilər  Fazil  Bağırov,  Natiq  Əliyev,  həkim 

Mahir Osmanov vb. 

 

  QIRIXLI  kəndi  –  Borçalı  çökəyində,  rayon  mərkəzindən 

24  km  cənub-şərqdə,  dəniz  səviyəsindən  325  m  yüksəklikdə. 

Uruz  xan  nəslindən  Qırıxlar  tayfasının,  Orta  Asiyadakı  Kırık, 

oğuzların  Əfşar  tayfasının  bir  qolu  olan  Qırıqlı,  Qızılbaşların 

Zülqədər tayfasının bir qolu olan Qırıqlı adlarından hansısa biri 

ilə əlaqəlidir. Əhalisi: 1870’də 43 ailədə 288 nəfər; 1926’da 50 

ailədə  207  nəfər;  1926’da  89  ailədə  216  nəfər;  2002’də  340 

ailədə 1262 nəfər (605 kişi, 657 qadın). Məktəbin tarixi 1923-

dən götürülür, orta məktəb (2005’də 211 şagird, 20 müəllim) 

fəaliyətdədir. Məşhurlarından: aşıq Hüseyn Mərdanə vb. 



 

  QIZILHACILI  kəndi  –  Borçalı  çökəyində,  rayon 

mərkəzindən 

km 


günbatarda, 

avtomobil 

yolunun, 

dəmiryolunun 

kənarında, 

dəniz 


səviyəsindən 

440 


yüksəklikdə.  Toponim  Oğuz-səlcuq,  türkman  soylu  tayfanın 

adındandır;  Qızılhacılılar  qıbcaq  tirəsi  də  hesab  olunur. 

Yaxındakı  erkən  tunc  çağına  aid  arxeoloji  məskəndə  tunc 

balta  üzə  çıxarılıb.  Əhalisi:  1870’də  274  ailədə  1836  nəfər; 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 72 

1886-cı  ildə  237  ailədə  1317  nəfər;  1926’da  404  ailədə  1888 

nəfər;  1977-ci  ildə  4993  nəfər;  2002’də  7124  nəfər.  İnşaat 

daşı  karxanası  səhmdar  cəmiyəti  fəaliyətdədir.  Yerli  məktəb 

Borçalı mahalında dünyəvi məktəblərin ilkinidir, o, 1877-ci ildə 

açılıb.  Nəriman  Nərimanov  1890-cı  ildə  bu  məktəbdə  müəl-

limlik  fəaliyətinə  başlayıb.  N.  Nərimanov  Qızılhacılıyı  nəzərdə 

tutaraq belə  demişdi: «Bəşəriyətin geri qalmış hissəsinə qüv-

vəm  çatdığı  qədər  kömək  etmək  fikiri  məndə  ilk  dəfə  həmin 

kənddə  doğmuşdu».  İndi  orta  məktəb  (2005’də  605  şagird, 

47  müəllim),  təməl  məktəb  (185  şagird,  20  müəllim) 

fəaliyətdədirlər.  Məşhurları:  el  igidləri  Halay  bəy  Mursaqulov, 

Cöyrüoğlu Qara, İsmayıl ağa, Astan ağa, ağsaqqallar Hümbət 

Nəzərəlioğlu, veteran müəllimlər gimnazist Səttar Mursaqulov, 

Həsən  Mursaqulov,  Tbilisi  Dövlət  Pedaqoji  İnsititutunda 

müəllim  işləmiş  Əziz  Mursaqulov,  İmran  Kərimov,  əməkdar 

müəllim  İsgəndər  Mursaqulov,  Mahmud  Kərimov,  Sədrəddin 

Muradov,  Mehdi  Hüseynov,  Murtuz  Məmmədov,  Təhməz 

Pirverdiyev,  Şakir  Babakişiyev,  Həsrət  Gəncəyev,  Fərhad 

Gəncəyev,  Xəlil  Hüseynov,  "Şərəf"  ordenlilər  Məhəmməd 

Piriyev,  Ramiz  Mursaqulov,  Yaqub  Bayramov,  profesorlar 

Aydın Kərimov, İsmayıl Mursaqulov, Həmid Əliyev, İlqar Gən-

cəyev,  xeyriyəçi,  ictimaiyətçilər  Hacı  Zakir  Zeynalov, 

Gürcüstan  Parlamentinin  üzvü  olmuş  Zümrüd  Qurbanlı,  din 

xadimi  Məşədi  Axund  Əli  Əliyev,  Qurbanəli  Əliyev,  Firuz 

Xəlilov,  Arif  Orucov,  Fərizxan  Məmişov,  İsrafil  Bayramov, 

Fərizxan  Aslanov,  Zakir  Qurbanov,  Zöhrab  Muradov,  Rövşən 

Babakişiyev,  Borçalı  məktəbləri  tarixinin  tədqiqçisi  dosent 

Gülnarə Qocayeva-Məmmədova, jurnalist Bahəddin Oruclu vb. 

 

  QULLAR  kəndi  –  Xram  çayının  sahilində,  rayon 

mərkəzindən  22 km cənub-şərqdə, dəniz  səviyəsindən 325 m 

yüksəklikdə.  Bulqarların  qıpçaq  tirəsi  kolların,  alban  tayfası 

kellərin,  qıpçaq-qarapapaqlar  içindəki  Kul  tayfasının  (mənbə-



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 73 

lərdə:  Kulobiçi,  yəni  Kul  oba  içi)  adını  əks  etdirdiyini 

düşünmək  mümkündür.  İki  kənddir:  Yuxarı  Qullar  və  Aşağı 

Qullar.  Əhalisi:  1870’də  55  ailədə  369  nəfər;  1926’da  Yuxarı 

Qullarda  1704  nəfər,  Aşağı  Qullarda  628  nəfər;  2002’də 

Yuxarı  Qullarda  təxminən  180  ailədə  800  nəfər,  Aşağı  Qul-

larda  40  ailədə  180  nəfər.  Aşağı  Qulların  və  Yuxarı  Qulların 

hərəsində  bir  təməl  məktəb  var.  Məşhurları:  aşıq  İbrahim, 

profesör  Nizami  Nəbiyev,  Azərbaycanın  milli  qəhrəmanı  Vəzir 

Sədiyev, hərbi diktor, müğənni Şəmistan Əlizamanlı vb. 



 

 QUŞÇU kəndi – Dəvə-

döy  çayının  sağ  sahilində, 

rayon mərkəzindən 20 km 

güneydə,  avtomobil  yolu-

nun  kənarında,  dəniz  sə-

viyyəsindən  320  m  yük-

səklikdə. Qara hunlar tirə-

si  Quşan  tayfasının,  qə-

dim  Quşçu  türk  tayfasının 

adını  əks  etdirdiyi  gümanlana  bilər.  Məşhur  Ağcaqala  (Quşçu 

qalası)  bu  kənd  yaxınlığında,  Dəbəd–Borçalı  çayının  aşağı 

axarı  boyundadır.  Ağcaqala  yerindəki  qala  Qurdbasar  qalası 

da  adlanıb.  Ağcaqalayı  1488-ci  ildə  Yaqubun  tapşırığıyla  Xəlil 

bəy tikdirmişdi. Xəlil bəy Ağcaqalayı özünə  iqamətgah, dayaq 

nöqtəsi  seçmiş,  buradan  bütün  Borçalıya,  Kartliyə,  Tiflisə 

nəzarət  etmişdi.  1522-ci  ildə  Şah  İsmayıl  Xətai  Ağcaqalayı 

təzədən quraraq, onu özünə dayaq nöqtəsi seçmişdi. Müxtəlif 

vaxtlarda gürcü valisi  Konstantine,  Osmanlı  sərdarları  Əhməd 

paşa,  Fərhad  paşa,  Təbriz–Van  valisi  Cəfər  paşa,  Səfəvi 

sülaləsindən  I  Şah  Abbas,  Gəncə–Qarabağ  bəylərbəyi 

Ziyadoğlu  Uğurlu  xan  və  başqaları  bu  qalada  istehkamlar 

qurmuşdular. 

Tarixdə 

Ağcaqalanın 

idarəçisi 

Mustafa 


Sultanoğlu Əlibəy Səədli xatırlanır. 18-ci əsrdə Nadir şahın da 

 

Quşçu qalası - Ağcaqala 

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 74 

duracaq  yeri  Ağcaqala  olub.  Əhalisi:  1870’də  8  ailədə  54 

nəfər;  1926’da  29  ailədə  90  nəfər;  2002’də  130  ailədə  452 

nəfər (215 kişi, 237 qadın). İlk məktəb 1930-cu ildə yaradılıb, 

təməl  məktəb  var.  Məşhurları:  məşhur  Şenliklə  deyişmiş  şair 

Abbas Əli, şair Ağacan, aşıqlar İbrahim, İsmayıl, Məhəmməd, 

Oruc,  yüksək  vəzifələr  tutmuş  Sabit  Abbasəliyev,  Kamal 

Məmmədov, ictimaiyətçi Qasım Abbasəli vb. 



 

  LECBƏDİN  kəndi  –  Xram  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  20  km  gündoğarda,  dəniz  səviyəsindən  325  m 

yüksəklikdə. Gündoğarda Damğaçı düzündə qədim məzarlıqda 

günbəzlər,  türbələr,  hərimlər  var.  Əhalisi:  1870’də  60  ailədə 

422  nəfər;  1918’də  378  nəfər;  1926’da  95  ailədə  546  nəfər; 

2002’də  1538  nəfər  (720  kişi,  818  qadın).  Məktəbin  tarixi 

1921-ci  ildən  başlanır,  hazırda  Əliyar  Qarabağlı  adına  orta 

məktəb  (2005’də  199  şagird,  24  müəllim)  fəaliyətdədir. 

Məşhurları:  el  şairləri  Xəstə  Namaz,  Əhməd  Xançallıoğlu,  el 

ağbirçəyi  Başxanım,  profesorlar  Əliyar  Qarabağlı,  Ömər  Os-

manlı, Vəli Osmanlı,  alim Aysəba  Əlizadə, din xadimləri Molla 

Sirac  Yaqubov,  Molla  Abdulla  Qədiroğlu,  şair  İbrahimxəlil, 

Azərbaycanın  milli  qəhrəmanı  Cəlil  Səfərov,  ictimaiyətçilər 

Mahir Dərziyev, Rəhim Rəhimov, Əhməd Əhmədov vb. 



 

  MAMAY  kəndi  –  Dəvədöy  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  16  km,  Sadaxlıdan  6  km  güneydə,  dəniz  səviy-

yəsindən  410  m  yüksəkdə.  Kirovka  da  deyilir.  Yaxınlıqda 

Yaşıltəpədəki  eneolit  dövrünə  aid  arxeoloji  məskəndə  zəngin 

bəzəkli,  açıqca  süjet  qurumlu  xəttlər  diqqəti  çəkir.  Əhalisi: 

1870-cı  ildə  13  ailədə  87  nəfər;  1926’da  52  ailədə  96  nəfər; 

2002’də  180  ailədə  706  nəfər  (359  kişi,  347  qadın).  Təməl 

məktəb  fəaliyətdədir.  Məşhurları:  veteran  müəllimlər  Xozeyin 

Musayev,  Elman  Mirzəyev,  ictimaiyətçi  Vahid  Musazadə, 

xeyriyəçi Əli Rəfi oğlu vb. 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 75 

 

  MOLLAOĞLU  kəndi  –  Lök-Ləlvər  sıra  dağlarının  quzey 

yamacında,  Bənövşəsu  çayının  hər  iki  sahilində,  rayon 

mərkəzindən  35 km, Sadaxlı  kəndindən  5 km güneydə, dəniz 

səviyəsindən  560  m  yüksəklikdə.  Əvvəlki  adı  Palıdlı  olub. 

Əhalisi: 1926’da 45 ailədə 192 nəfər; 1979-cu ildə 855 nəfər; 

1989-cu  ildə  1000  nəfər;  2002’də  298  ailədə  1180  nəfər. 

Məktəb  1936-cı  ildə  açılıb,  orta  məktəb  (2005’də  235  şagird, 

25  müəllim)  var.  Məşhurları:  ağsaqqal  Məmməd  Daşdəmirli, 

Nağı  Adıgözəl oğlu,  Əsgər Daşdəmirli, ustad aşıq Məhəmməd 

Sadaxlı,  aşıq  Nadir,  aşıq  Əlyar,  şair  Qasım  Məftuni,  alimlər 

Mehralı Yusifov, Tapdıq Osmanov, ictimaiyətçilər Vaqif Musta-

fayev,  Nəsib  Cəfərov,  xeyriyəçi  İsmayıl  İmanov,  şairlər  Lətif 

Kamil, Yazıq Mehman vb. 

 

  NÖRGÜĞ  kəndi  – Bəylər səmtdə kiçik kənd. 2002’də 567 

nəfər (22 % – 124 nəfər azərbaycanlı).  



 

  SABİRKƏND  kəndi  –  Görarxı  elatına  aiddir.  Borçalı 

çökəyində,  Alget  çayının  sahilində,  rayon  mərkəzindən  5  km 

cənub-şərqdə, dəniz səviyəsindən 355 m yüksəklikdə. Adı əzəl 

qaynaqlarda  Mamgəli  (Məmgəlli)  xatırlınır.  Əhalisi:  1926’da 

155  ailədə  914  nəfər;  2002’də  756  ailədə  3713  nəfər  (1912 

kişi,  1801  qadın).  Məktəbin  tarixi  1927-ci  ildəndir,  indi  orta 

məktəb  (2005’də  319  şagird,  26  müəllim)  və  təməl  məktəb 

(133  şagird,  17  müəllim)  var.  Məşhurları:  ağsaqqallar  Carçı 

Usub,  Məhəmməd  Hacıyev,  aşıq  Almaz,  din  xadimləri  Hacı 

Faiq Nəbiyev, Məşədi Əziz Nəbiyev, Almaz vb. 



 

  SADAXLI  kəndi  –  Dəvədöy  və  Bənövşəsu  (Çaxrax)  çay-

larının  qovuşuğunda,  Sop  dağının  ətəyində,  dəniz  səviyyə-

sindən  460  metr  hündürdə,  Gürcüstanın  Ermənistanla  sər-

hədində,  dəmiryolunun  kənarında,  rayon  mərkəzindən  30  km 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 76 

güneydə.  Toponim  qədim  bulqarların  tirəsi  Sodaq  tayfasının 

vəya Satak türk tayfasının adını  əks etdirdiyini düşünürük. Bir 

tərəfi  Ləlvər  dağlarından  aşağılarda  meşələrə  söykənib.  Yax-

ındakı  arxeoloji  məskən  erkən  tunc  dövrünə  aiddir  və  günəş, 

şüa  rəmzli  bəzək  ünsürləri  maraq  doğurur.  18-ci  əsrdən 

məscid  var.  1885-ci  ildə  Hacı  Bayram  və  Hacı  Hüseynalı 

tərəfindən başqa məscid tikilib.  Ərazisi:  4552 hektar.  Əhalisi: 

1870’də  191  ailədə  1280  nəfər;  1926’da  445  ailədə  2033 

nəfər;  1979-cu  ildə  6144  nəfər;  1989-cu  ildə  7180  nəfər; 

2000-ci  ildə  2500  ailədə  9486  nəfər.  İndi  əhalisinin  sayı 

etibarilə  nəinki  Borçalı  ellərinin,  eləcə  də  bütövlükdə 

Gürcüstanın  ən  iri  kəndidir.  Dəmiryol  vağzalı,  sərhədyanı 

ticarət  mərkəzi  var.  Dünyəvi  məktəb  1903-cü  ildə  yaradılıb, 

indi Yusif Heydərov  adına 1  saylı  orta məktəb və  2  saylı orta 

məktəb  (2005’də  müvafiq  olaraq  821  şagird,  57  müəllim  və 

902  şagird,  63  müəllim)  fəaliyətdədirlər.  Toponimlərindən: 

Nəsil  adlarından:  Bayramqullu,  Adıgözəlli,  Bedilli,  Duşdurrar, 

Əzvəli,  Xudullar,Nazaröyü,  Nayfıllı,  Qaramannar,  Qaraballı. 

Məşhurları: el ağsaqqalları Boz Alı, Nağı Adıgözəloğlu, Əhməd 

Eminoğlu, İmran Kərimov, Hüseynalı Bayramov, Qori semina-

riyasının  məzunu  Mustafa  Məmmədov,  müharibə  qəhrəmanı 

Cəfər  Əliyev,  Ayvaz  İsmayılov,  Musa  Nəbi  oğlu,  əmək  qəhrə-

manları  İsa  Xəlilov,  Hacı  Osman,  Gülyaz  Xəlilova,  ustad  aşıq-

lar  Məhəmməd  Sadaxlı,  Əhməd  Sadaxlı,  Məsim,  alimlər  pro-

fessör Pənah Xəlilov, Mustafa Vəliyev, Aydın Məmmədov, Akif 

Naibov,  Əhməd  İmanov,  Ramiz  Bayramov,  Elvin  Əzizbəyov, 

Fazil  Rüstəmov,  İlqar  Mədəniyev,  jurnalistlər  Həmid  Vəliyev, 

İlyas  Adıgözəlli,  cərrah  Ramiz  Poluxov,  veteran  müəllimlər 

Musa  Ayvazov,  Sevda  Mustafayeva,  İslam  Əhmədov,  İsrafil 

Məmmədov, Yusif Heydərov,  "Şərəf" ordenli  Adil Şərifov,  icti-

maiyətçilər Polux Poluxov, Abdulla Bayramov, Ziyəddin Bayra-

mov, Lətif Bayramov, Abbas Heydarov, Bəkir Dəmirçalov, Mə-

həmməd  Alməmmədov,  Elxan  Poluxov,  Etibar  Daşdəmirov, 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 77 

şairlər  Yetim  Mahmud,  Gülməmməd,  İsmixan  Cəfərov,  Şölə 

Cəlilli,  Bəsti  Bedilli,  müğənni  Fərman  Cəfərov,  aşıq  Mehman 

vb.    İlyas  Adıgözəllinin  "Elim-obam  Sadaxlı",  Adil  Şərifovun 

"Keçmişimiz – bugünümüz" kitabları bu kənd haqqındadır. 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin