" Meqa Sığorta " asc səfər Sığortası


Madda 9. Sığortaçı tərəfindən ödənilməyən xərclər



Yüklə 446,69 Kb.
Pdf görüntüsü
səhifə11/31
tarix02.01.2022
ölçüsü446,69 Kb.
#1452
1   ...   7   8   9   10   11   12   13   14   ...   31
Madda 9. Sığortaçı tərəfindən ödənilməyən xərclər 

Sığortaçı aĢağıdakı xərcləri ödəmir: 




 

“ Meqa Sığorta “ ASC                                                                                                                                                                              Səfər Sığortası 

 

 



 

9.1.Tibbi  yardımın  kəskin  ağrı  və  ya  Sığorta  olunanın  həyatının  xilas  edilməsi  ilə  bağlı  olduğu 

hallar  istisna  olmaqla,  müalicəsi  həyata  keçirilib-keçirilməməsindən  asılı  olmayaraq  sığorta 

müqaviləsi bağlanan tarixə qədər məlum olan xəstəliklərin müalicəsi ilə bağlı xərclər; 

9.2.Sığortanın baĢlanmasından əvvəl Sığorta olunan tərəfindən alınan müalicə ilə bağlı, həmçinin 

Sığorta olunanın səhhətinə görə səfər etməyə  əks göstəriĢlər olduğu hallarda baĢ verən Sığorta 

olunanın səhhətinin pisləĢməsi və ya ölümü ilə baglı yaranan xərclər; 

9.3. Qıcolma vəziyyətlərinin, sinir və psixi xəstəliklərin aradan qaldırılması və müalicə xərcləri

9.4. Onkoloji xəstəliklərdən müalicə xərcləri

9.5. Sığorta  olunanın  həyatının  xilas  edilməsi  ilə  bağlı  olan  vəziyyətlərdə  həyata  keçirilən 

təxirəsalınmaz  tədbirlər  istisna  olmaqla,  xroniki  xəstəliklərdən  müalicə  xərcləri;  Həyatın  xilas 

edilməsi  ilə  bağlı  hallarda  keçirilən  təxirəsalınmaz  tədbirlərə  görə  xərclər  sığorta  məbləğinin 

20%-i  ilə  məhdudlaĢmalı,  lakin  6  000  ABġ  dollarından/Avrodan  (müqavilənin  valyutasından 

asılı olaraq) artıq olmamalıdır. 

9.6. Qəfil xəstəlik və  ya bədbəxt hadisə ilə bağlı olmayan hallarda Sığorta olunanın aldığı tibbi 

xidmətlərə çəkilən xərclər; profilaktik tədbirlərə və ümumi tibbi baxıĢlara çəkilən xərclər; 

9.7. QĠÇS yoluxmasından və həmçinin onun nəticəsi olan xəstəliklərdən müalicə xərcləri; 

9.8. Tibbi  yardımın  həyati  amillərlə  bağlı  olduğu  hallar  istisna  olmaqla,  hamiləlik  müddətində 

məsləhətlər  və  müayinələr,  hamiləlik  dövründən  asılı  olmayaraq  hamiləliyin  kəskinləĢməsi  ilə 

əlaqədar  məsləhətlər,  müayinələr  və  müalicə  ilə  bağlı  xərclər  və  həmçinin  doğuĢ  və  uĢağa 

doğuĢdan sonrakı qayğı xərcləri; 

9.9. Əməliyyatın Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olduğu hallar istisna olmaqla, 

abortlara çəkilən xərclər; 

9.10. Əksər hallarda cinsi yolla yoluxan və həmçinin onların nəticəsi olan xəstəliklərdən müalicə 

xərcləri; 

9.11. Plastik  və  bərpaedici  cərrahiyə,  göz  və  diĢ  protezləri  də  daxil  olmaqla,  hər  növ  protez 

qoyma xərcləri; 

9.12. DiĢin  və  diĢətrafı  toxumaların  kəskin  iltihabı  və  həmçinin  bədbəxt  hadisə  nəticəsində  diĢ 

zədələndikdə  baxıĢ,  müalicə  və  tibbi  preparatlara  çəkilən  xərclər  istisna  olmaqla,  stomatoloji 

yardım göstərilməsinə çəkilən xərclər; 

9.13. Tibbi  nöqteyi-nəzərdən  zəruri  olmayan  xidmətlərin  göstərilməsi  və  ya  həkim  tərəfindən 

təyin edilməyən müalicə ilə əlaqədar xərclər

9.14. Sığorta  olunanın  sığorta  hadisəsi  ilə  əlaqədar  müraciətinə  əsasən  aldığı  həkim 

göstəriĢlərinin  yerinə  yetirilməsindən  könüllü  surətdə  imtina  edilməsi  nəticəsində  ortaya  çıxan 

xərclər; 

9.15. Qeyri-ənənəvi müalicə metodlarına çəkilən xərclər; 

9.16. Sığorta olunanın qohumları tərəfindən müalicə və qulluq olunmasına dair xərclər; 

9.17. Müvafiq lisenziyası olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyət həyata keçirmək hüququ 

olmayan Ģəxs tərəfindən göstərilən xidmətlərlə əlaqədar xərclər

9.18. Bərpaedici müalicə və fizioterapiya xərcləri; 

9.19. Ġstirahət mərkəzlərində, sanatoriyalarda, pansionatlarda, istirahət evlərində və digər bu kimi 

müəssisələrdə müalicə kursu almaqla əlaqədar xərclər; 

9.20. Bədbəxt  hadisə  və  ya qəfil xəstəliklə bağlı olmayan dezinfeksiya, profilaktik vaksinasiya, 

həkim ekspertizası, laboratoriya və diaqnostika müayinələrinin keçirilməsi ilə əlaqədar xərclər; 




 

“ Meqa Sığorta “ ASC                                                                                                                                                                              Səfər Sığortası 

 

 



 

9.21. Əlavə  rahatlıq,  yəni: 



<<

lüks


>>

tipli  palata,  televizor,  telefon,  kondisioner,  nəmləndirici, 

bərbər, masajçı, kosmetoloq, tərcüməçi və sair xidmətlərin göstərilməsi ilə əlaqədar xərclər; 

9.22. Sığorta olunan daimi yaĢadığı ölkəyə qayıtdıqdan sonra çəkilən xərclər; 

9.23.Müəyyən edilmiĢ sığorta məbləğini aĢan xərclər; 

9.24.Servis  mərkəzi  tərəfindən  sanksiyası  verilməmiĢ  stasionar  müalicə,  tibbi  daĢınma, 

ölümündən sonrakı repatriasiya xərcləri; 

9.25. Əgər  sığorta  müqaviləsində  Ģərtsiz  azadolma  məbləği  nəzərdə  tutulubsa  o,  hər  sığorta 

hadisəsi üzrə xərclər ödənildikdə tətbiq olunur. 

 


Yüklə 446,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin