Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 262,06 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix21.04.2017
ölçüsü262,06 Kb.
#15224
1   2   3

İSA HƏBİBBƏYLİ

Naxçıvan Dövlət Universitetinin

rektoru, akademik

    1907-ci  sənəyi-miladi  oktyabr  ayının

22-sinə  təsadüf  edirdi.  Bu  gün  Tehranda

ik mali-təhsil edərək “Darülfünuni-Nasiriy-

yə”dən şəhadətnamə əxz ilə Ordubad şəhə -

ri nə qayıtmağımın beş sənəsi tamam olurdu.

Bu münasibətlə məsləkdaşım Salman bəy

şəhər qiraətxanasında bir ziyafət, bir yadi-

garanə güşad edərək Səidlərini minnət dar

buyurmuşdular.

    Filhəqiqət, qiraətxana zalında icma edən

gənclər  yüz  nəfəri  mütəcaviz  idisə,  məs  lək

və əqidəcə yekdil-yekxəyal daha açıq müsavat

alə min də, yaxud ömür içində ən qiy mətli bir

ömür etməyə başlamışdıq. Saat 12-yə ya xın

ixvanıma (qardaşlarıma) çay və qəhvə təqdim

edilib, bədə (sonra) Tehranda müqim darül-

fünunda bir yerdə oxu du ğumuz yoldaşlarım-

dan  bu  günün  münasibəti  ilə  çəkilən  tele -

qrafnamələri Salman bəy tərəfindən oxunmağa

başlandı.

    Ən  əvvəl  kiçik  qardaşım  Mirzə  Məhəm-

mədhüseyn xan Tehranlı, İsfəndiyar xan Şirazlı

və sairlərin müfəssəl teleqrafları oxunub, ka-

fəsinin haqqında yoldaşlarım tərəfindən lazımı

təşəkkür və rizaməndi yazıldı.

    ...Bu  aralıqda  Rzayevin  fabrikası  başına

qoyulmuş  böyük  saat  uca  səs  ilə  saat  ikini

çalmaqda idi ki, qiraətxananın xadimi də sə-

rasimə  (həyəcanlı)  qapıları  açıb  içə ri  daxil

oldu. Damağıma Tehran darülfünunu, Mirzə

Məhəmmədhüseyn xanın ətir li havası to xun -

du... Bu vaxt poçta xadimi Mirzə Məmməd-

hüseyn xandan sifarişli ola raq bir məktub gə-

tirdi. Filhal (dərhal) hissiyyati-hazirəm digərgün

olduğundan məktubu açmaq istəmədimsə də,

hazır olanların xahişi üzünə məktubun açıl-

masına məcbur oldum. 

    Məktubun eyni-surətidir:

    Ordubad  şəhərində  bəradərim  Məmməd

Səidə!

    4 oktyabr 1907 – sənəyi-miladi.



    Mehriban yoldaş! Bu gün darülfünundan

qurtardığımızın beşinci sənəsinə 18 gün qal-

mışdır.  Sənənin  başında  bu  münasibət  ilə

Tehranda  olan  yoldaşların  məiy yə tində  bir

yadigaranə ziyafət güşad edib indi yaxın yer-

lərdə olan məktəb yol daş la rıma ziyafət üçün

dəvətnamələr göndəririk. Sizin hazır olmağınızı

nə qədər is tə yi riksə də, qeyri-mümkündür.

    Bəli, mümkünsüzdür. Bəli, iki saat bundan

müqəddəm (əvvəl) İsfəndiyar xan da Şirazdan

Tehrana  varid  olub.  Yanımda  hazırdır.  Bu

saat da kağızı poçta salıb iki miz də “Topxana”

meydanı tamaşasına getməliyik.

    Şah Əbdüləzim mövqifində bizimlə vida

edib Ordubada yollandığınız vaxtda alınmış

fotoqrafınız  da  yanımızda  hazırdır.  Rəsmi-

nizdən ətrinizi alırıq. Amma bir bö yük təfavüt

vardır. O isə 21 yaşınızda alınmış rəsminizdir

ki, indi 26 sinninə  çatıb sınız.

    Məktəbdə, o darülürfani-alidə keçirdiyimiz

günlərin, daha o qiymətdar sə nə lə rin xatiratı

könlümdə  o  dərəcədə  nəqşpəzir  (həkk)  ol-

muşdur ki, tərifi mümkün de yil. Yadındadır,

təhsilimizin  üçüncü  sənəsi  sentyabr  ayında

müəllim bizə nə dərs de yirdi? Yadındamı, o

halda sən mənim qulağıma nə söyləyirdin?

    Darülfünunda müəllim əfəndi madam “Das-

du”  nam  Fransa  ədibəsinin  bir  para  ədə -

biyyatını mənə tərcümə etdirib və siz məşhur

Fenelenun “Şəbabiyyət və həyat səriüzzavaldır”

ünvanlı kəlamını qalxıb oxuyandan sonra, –

təhsildən sonra hər tövr olsa Yevropaya ge-

dəcəyəm, – söylədiyin xəyalındadırmı?

    Xəyalınız var,  “Bismillah!”.

    Ziyafəti bitirəndən sonra İsfəndiyar xanın

məiyyəti ilə Yevropaya səyahətə get məliyik.

Xəyalınızda varsa, gözlərəm. Biləks (əksinə),

sənsiz Yevropa səyahətinə ge dər səm də, hic-

ranzədə yoldaşımız Məmməd Səidi fəramuş

etməyərək həftəbaşı ümum sə yahətimizə dair

məktublar ilə dərxatir etməyi vəd edirik.

    ...Məşrutə namına hər gün bir təşəbbüs,

hər  saat  bir  ictimada  (toplantıda)  olu ruq.

Məlumunuz  ola  ki,  Tehrandan  bu  axırıncı

məktubdur. Bir də məktubumu Yev ro padan

gözləyəsiniz. 



                     Baqi cənabi-həqqə əmanət ol!

Kiçik yoldaşınız Məhəmmədhüseyn Tehranlı

“Tazə həyat”, 4 mart 1908, №52, səh.3   

“Bəradərim Məmməd Səidə”

“İki çocuğun Avropaya səyahəti”: 

əski əlifbadan latına

G

G

örkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi (1872-1950) zəngin ədəbi irs qoyub getmişdir.

Böyük ədibin əsərlərinin səkkizcildliyi və bir neçə romanları ayrı-ayrı kitab halında çap olunmuşdur.

Keçən əsrin altmışıncı illərin də, 1964-1967-ci illərdə çapdan buraxılmış səkkizcildlik yazıçının əsas əsərlərini

əha   tə edir. Bu əhəmiyyətli çoxcildlikdə Məmməd Səid Orduba di nin “Dumanlı Təb      riz”, “Qılınc və qələm”,

“Döyüşən şəhər” və “Gizli Bakı” ro man ları, “Din çi lər”, “Sevgililər”, “Maral”, “Bu da bir möcüzə”, “Böyük

quru luş da” pyesləri, “Du   man lı Təbriz” romanının səhnələşdirilmiş variantı, bir çox lirik və satirik şeirləri,

xatirələri və ədəbi-tənqidi məqalələri əhatə olunmuşdur. Bu, keçən əsrin ikinci yarısında təkcə Məmməd Səid

Ordubadinin deyil, geniş mə nada, Azər bay can yazıçılarının azsaylı, bəlkə də, ilk səkkizcildliklərindən biri  idi.

Səkkizcildlik də toplanmış əsərlər Məm məd Səid Ordubadinin Azərbaycan ədəbiyyatında tari xi roman janrının

banisi  olması,  yaradıcılığının  çoxcəhətliliyi,  sənət  özünəməx sus  luğu  barəsində  kifayət  qədər  sanballı  söz

deməyə, tədqiqatlar aparmağa im kan verir. Hətta bizim fikrimizcə, Məmməd Səid Ordubadi irsindən yalnız

“Du manlı  Təbriz”  və  “Qılınc  və  qələm”  tarixi  romanları  çap  edilmiş  olsaydı  belə,  ye nə  də  o, Azərbaycan

ədəbiyyatı tarixində xüsusi mövqeyə malik görkəmli yazıçı kimi özünəməxsus böyük yer tuta bilərdi. 

Məmməd Səid Ordubadi – 140

4

İtmişdir

Hacıyev  Nurlan  Qurban  oğlunun  adına  verilmiş  sürücülük  vəsiqəsi

itdiyindən etibarsız sayılır. 

*    *    *

Naxçıvan Dövlət Universiteti tərəfindən Bağırova Zeynəb Elxan qızının

adına verilmiş tələbə bileti itdiyindən etibarsız sayılır.



Allah rəhmət eləsin

Naxçıvan Muxtar Respublikası

Dövlət Energetika Agentliyinin Baş

direktoru Yasin Səfərov və agentliyin

kollektivi iş yoldaşları

TURAL ƏLİYEVİN

vaxtsız vəfatından kədərləndiklərini

bildirir və mərhumun ailəsinə dərin

hüznlə başsağlığı verirlər.

Naxçıvan Özəl Universitetinin 

rektorluğu, professor-müəllim heyəti

Naxçıvan Muxtar Respublikası

Dövlət Gömrük Komitəsinin sədri

Asəf Məmmədova, əzizi

KÖNÜŞ XANIMIN

vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verirlər.

Yüksəkgərginlikli Elektrik 

Şəbəkəsinin direktoru Yunis Əliyev

və şəbəkənin kollektivi iş yoldaşları



TURAL ƏLİYEVİN

vaxtsız vəfatından kədərləndiklərini

bildirir və mərhumun ailəsinə dərin

hüznlə başsağlığı verirlər.

Naxçıvan Dövlət Universitetinin

Pedaqoji fakültəsinin professor-

müəllim heyəti Zəhmət

Şahverdiyevə, əzizi



MARAL XANIMIN

vəfatından kədərləndiyini bildirir və

dərin hüznlə başsağlığı verir.

Naxçıvan Dövlət Universitetinin

Ümumi tarix kafedrasının 

əməkdaşlarından Həmzə Cəfərov,

İlqar Kəngərli, İsmayıl Zeynalov,

Ələkbər Cabbarlı, Məmməd Əliyev,

Abdulla Mustafayev Zəhmət 

Şahverdiyevə, əzizi



MARAL XANIMIN

vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verirlər.

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21

Faks: 544-52-52

Nömrəyə məsul: Günay Xəlilbəyli

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur

.

Tiraj: 3646. Sifariş № 1141

Baş redaktor:

TURAL SƏFƏROV

Q

eyri-hökumət  təşkilatı  ol-

masına baxmayaraq, Qızıl

Aypara Cəmiyyəti  hər cür  dövlət

dəstəyini öz üzərində hiss edir. Azər-

baycan Respublikasının Prezidenti

cənab İlham Əliyevin “Azərbaycan

Qızıl  Aypara  Cəmiyyətinə  dövlət

qayğısının  artırılması  haqqında”

2004-cü il 31 yanvar, “Qızıl Aypara

gününün təsis edilməsi haqqında”

2008-ci il 7 aprel tarixli sərəncam-

ları buna əyani misaldır.  

    Naxçıvan  Muxtar  Respublikası

Qızıl  Aypara  Komitəsinə  də  belə

dövlət qayğısından xeyli pay düşüb.

Son  illər  komitəyə  lazımi  texniki

avadanlıqlar,  eyni  zamanda  minik

və  yük  avtomobilləri  verilib.  Föv-

qəladə  hallara  hazırlıq  məqsədilə

Əliabad qəsəbəsində yerləşən yaşayış

binasının  2000  kvadratmetr  sahəsi

olan zirzəmisi anbar kimi komitənin

istifadəsindədir.  Naxçıvan  Muxtar

Respublikası Qızıl Aypara Komitəsi

işçilərinin əməkhaqları 2008-ci ildə

25 faiz, 2010-cu və 2011-ci illərdə

isə orta hesabla 10 faiz artırılıb.

    Tərkibində 1 şəhər, 7 rayon böl-

məsi  fəaliyyət  göstərən  komitədə

578  ilk  təşkilatın  ətrafında  35698

nəfər nümayəndə birləşir.



Göstərilən qayğı müqabilində

komitə işini günün tələbləri 

səviyyəsində qura bilirmi? 

Təəssüf ki, yox.

     Komitə  muxtar  respublikada  öz

işini 4 şöbə əsasında qurur. Belə ki,

Axtarış  xidməti  şöbəsi  Stalin  rep-

ressiyası,  İkinci  Dünya  müharibəsi

və miqrasiya zamanı itkin düşənləri

axtarır, həmçinin qaçqın və məcburi

köçkünlər üçün lazımi sənədləri bərpa

edir. Gənclər və könüllülərlə iş şöbəsi

gənclər  arasında  sağlamlığın  təmin

edilməsi məqsədilə idman tədbirlə-

rinin, gigiyena, təmizlik, təbiətin mü-

hafizəsi  kimi  tədbirlərin  təşkili  ilə

məşğul olur, eyni zamanda yeniyetmə

və  gənclərə  fövqəladə  hallara,  ilk

tibbi  yardımın  göstərilməsinə  dair

məlumatlar  verir,  XX  əsrin  vəbası

adlandırılan  QİÇS  xəstə liyinə  yo-

luxmamaq üçün onlar arasında maa-

rifləndirici söhbətlər aparır. Təşkilati

iş şöbəsi muxtar respublikada fəaliyyət

göstərən idarə və müəssisələrdə ko-

mitənin ilk təşkilatlarını yaradır, Qızıl

Aypara  Hərəkatı  haqqında  seminar

və treninqlər təşkil edir. Bununla ya-

naşı, komitənin şəhər və rayon böl-

mələrinin  işinə  nəzarəti  də  həyata

keçirir. Digər şöbə isə daha çox föv-

qəladə  hallarla  bağlı  əhali  arasında

bilikləri artırmaqla və bu sahədə mü-

vafiq tədbirlər görməklə məşğul olur.

Qeyd olunanlar komitənin sədri Yaşar

Vəliyevə ünvanladığım “Komitənin

fəaliyyəti hansı şöbələr üzərində qu-

rulub  və  nədən  ibarətdir?”  sualıma

cavab olaraq onun söylədikləridir.

    Digər bir sual: 2012-ci ilin əv-

vəlindən bu günədək komitə hansı

tədbirləri təşkil edib? Suala aldığım

cavab isə belə oldu: 

    – 2  fevral  – Gənclər  Günündə

Naxçıvan şəhərindəki 8 nömrəli tam

orta  məktəbdə  bu  münasibətlə  ke-

çirilən  tədbirdə  iştirak  etmişik;  1

mart – Ümumdünya Mülki Müdafiə

Günü  münasibətilə  “Cəsurlar”  və

“Şahinlər” hərbi idman yarışlarının

təşkilinə köməklik göstərmişik; aprel

ayının 7-də Ümumdünya Sağlamlıq

Günündə Naxçıvan şəhər 1 nömrəli

tam orta məktəbdə Akademik Zərifə

Əliyeva adına Naxçıvan Şəhər Po-

liklinikası ilə birlikdə maarifləndirici

tədbir keçirmişik; 14 iyun – Ümum-

dünya Qan Donoru Günündə Diaq-

nostika-Müalicə  Mərkəzində  qan-

vermə  aksiyasında  10-a  yaxın  kö-

nüllü üzvümüz iştirak edib. 

    Verdiyim suala belə cavab aldım

və təsəvvürümdə komitənin həyata

keçirdiyi tədbirlər, layihələr, aksiyalar,

yəni ümumi “fəaliyyət”ləri haqqında

ilkin  konturlar  cızılmağa  başladı.

Qəribə fəaliyyətdir, deyə öz-özümə

düşünərək komitə sədrindən növbəti

sualıma cavab istədim:

    – Bu  ilin  iyul  ayında  Şahbuz

rayonuna yağan leysan yağışları

nəticəsində sel daşqınları baş verdi.

Xoşbəxtlikdən insan tələfatı olmasa

da, bir neçə kənddə təsərrüfatlara

ziyan dəydi. Ayrınc kəndində bir

ailə evsiz qaldı. Dövlətimizin qay-

ğısı  ilə  qısa  zamanda  həmin  ailə

üçün ev tikildi, dəymiş ziyan ara-

dan qaldırıldı. Komitə həmin təbii

fəlakət zamanı zərərçəkənlərə necə

maddi və mənəvi dəstək göstərdi? 

    Komitə  sədrinin  verdiyi  cavaba

görə, hadisə yeri və Naxçıvan Muxtar

Respublikası Fövqəladə Hallar Na-

zirliyi ilə telefon əlaqəsi saxlayıblar.

Amma fəlakətin nəticələrinin aradan

qaldırılması  istiqamətində  heç  bir

konkret fəaliyyət göstərməyiblər. Te-

lefon əlaqəsi saxlamaq hərçənd ağıllı

fikirdir, amma hesab edirəm ki, baş

vermiş hadisəni eşidən bir çox muxtar

respublika sakinləri həmin kəndlərlə

telefon əlaqəsi saxlamışdı. Belə vaxt-

larda hamıdan çox kömək göstərməli

olan bir təşkilat kimi komitənin ha-

disələri yalnız kənardan seyr etmə-

sinin heç bir izahı ola bilməz. Halbuki

komitənin  31  oktyabr  2006-cı  ildə

təsdiq edilmiş nizamnaməsinin “Ko-

mitənin  əsas  məqsəd  və  vəzifələri,

fəaliyyətinin istiqamətləri” adlanan

2-ci bəndinin ilk maddəsində yazılıb:

“Müxtəlif  təbii  fəlakətlərdən  zərər

çəkənlərə təxirəsalınmaz yardım gös-

tərir və ya bu yardımın göstərilməsini

təşkil edir”. 

    Komitə sədri bildirdi ki, 2006-cı

ilin dekabr ayında Qızıl Aypara Ko-

mitəsi Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi ilə birgə

tərəfdaşlıq  haqqında  memorandum

imzalayıb. Bildirdiyinə görə, həmin

memoranduma  əsasən,  lazımi  kö-

məklik işlərini adıçəkilən nazirlik ye-

rinə yetirib. Bu cavab üzərində azacıq

fikirləşəndə ciddi bir sual doğur: me-

morandum  təbii  fəlakətlər  zamanı

komitənin üzərinə düşən işin, vəzifənin

və məsuliyyətin də Naxçıvan Muxtar

Respublikası  Fövqəladə  Hallar  Na-

zirliyi  tərəfindən  qarşılanması  haq-

qındadırmı?  Əlbəttə  ki,  yox.  Əgər

belədirsə, komitəyə və onun fəaliy-

yətinə nə ehtiyac qalır ki? Adından

da aydın göründüyü kimi, memoran-

dum təbii fəlakətlər zamanı nazirliklə

birgə,  yəni  çiyin-çiyinə  daha  məh-

suldar fəaliyyət istiqamətlərini müəy-

yən edən bir pro qram sənədidir. 

    Yaxud başqa bir məqama diqqət



çəkmək istəyirəm: muxtar respub-

lika  ərazisində  baş  verə  biləcək

zəlzələlər,  belə  hadisələr  zamanı

insanların  nə  edəcəyi  haqqında

məlumatlandırılması  məsələsinə.

Komitə cari ildə, eləcə də bundan

əvvəlki illərdə qeyd olunan məsələ

ilə bağlı heç bir kütləvi məlumat-

landırma tədbiri keçirməyib. Hal-

buki  komitənin  ən  əsas  işlərindən

biri məhz bu olmalıdır. Çünki, bəlkə

də, komitə əməkdaşları bilmirlər ki,

Naxçıvan Muxtar Respublikası  güclü

və  dağıdıcı  zəlzələlərin  başvermə

ehtimalı yüksək olan zonalardandır.

Azərbaycanın seysmoloji xəritəsində

regionumuz 8-9 ballıq zonada yer-

ləşir. Belə bir dağıdıcı zəlzələnin is-

tənilən vaxt baş verə biləcəyini isə

heç bir aidiyyəti elmi müəssisə təkzib

etmir. Zəlzələ baş verərsə, insanların

məlumatsızlığı ucbatından məhv ol-

ması  riski  daha  da  artmış  olacaq.

Çünki  dünyanın  bir  çox  yerlərində

zaman-zaman belə hadisələr olduqda

insanların məlumatlılığının nəticələrə

ciddi  təsir  etməsi  ilə  bağlı  faktlar

var. Yəni insanlar hadisə zamanı



nə edəcəkləri barədə məlumatlan-

dırılırsa, bu, onların lazımi yerlərdə

qorunub daldalanmasına təsir edir.

Əksinə, məlumatlı deyillərsə, nə-

ticələr daha ağır olur. Nəzərə alsaq

ki, bu və digər təbii fəlakətlər ba-

rədə  insanları  məlumatlandıran

cəmi bir neçə qurumdan biri adı-

çəkilən komitədir, onda əlavə şərhə

ehtiyac yoxdur. Çünki insanların

həyatı müzakirə mövzusu deyil.  

    İkinci Dünya müharibəsi zamanı

ölənlərin və itkin düşənlərin axtarıl-

ması, sənədlərinin tapılıb bərpa edil-

məsi işi insanların baş verə biləcək

təbii fəlakətlər zamanı davranış qay-

daları ilə tanış edilməsindən, yaxud

hansısa  belə  fəlakət  zamanı  onlara

maddi  və  mənəvi  dəstək  göstəril-

məsindən, mütəmadi qanvermə ak-

siyalarının keçirilməsindən, kimsə-

sizlərə və ehtiyacı olanlara yardım-

ların  göstərilməsindən  vacib  əməl

deyil. Qeyd  olunan  ciddi  məsələ-



lərin  heç  biri  haqqında  hansısa

əməli fəaliyyətin olmaması, dövlətin

komitəyə göstərdiyi bu qədər qayğı

müqabilində fəaliyyətsizlik heç nə

ilə  izahını  tapa  bilməyəcək.  Ən

əsası burda həm də vicdan amili

var.  Çünki  çalışan,  əməkhaqqı

alan hər kəs qeyri-ixtiyari olaraq

komitənin maliyyələşməsində bə-

rabər səviyyədə iştirak edir. 

    Aydınlıq naminə, birincisi, komitə

əməkdaşlarına xatırlatmaq, ikincisi

isə vətəndaşlara bildirmək istəyirik

ki, komitənin fəaliyyət nizamnamə-

sinin  “Komitənin  əsas  məqsəd  və

vəzifələri, fəaliyyətinin istiqamətləri”

adlanan 2-ci bəndində qeyd olunan-

ların  bir  qismi  bunlardır:  müxtəlif

təbii  fəlakətlərdən  zərər  çəkənlərə

təxirəsalınmaz  yardım  göstərir  və

ya bu yardımın göstərilməsini təşkil

edir; fəlakətin vurduğu ziyanın tez

bir  zamanda  aradan  qaldırılması

məqsədilə fövqəladə hallara hazırlıq

işləri  aparır,  bu  məqsədlə  özünün

yerli  strukturlarının  maddi-texniki

bazasını yaradır və onu gücləndirir;

ilk yardım proqramını həyata keçirir,

təbii  fəlakətlər  və  münaqişələr  za-

manı  könüllü  fəaliyyət  üçün  tibb

bacıları, tibb qardaşları və tibb tə-

minatçıları  hazırlayır;  Naxçıvan

Muxtar Respublikasında məskunla-

şan  qaçqın,  məcburi  köçkün,  sığı-

nacaq axtaran və məcburi mühacir-

lərin iztirablarının azaldılmasına yö-

nələn  hüquqi  məsləhət,  psixoloji

reabilitasiya, peşəkar qabiliyyətlərin

artırılması, ictimai səhiyyə, xəstəlik

və epidemiyaların qarşısının alınması

proqramlarını  və  sair  proqramları

həyata  keçirir;  muxtar  respublika

sakinlərinin aztəminatlı təbəqələrinə

yardım  göstərilməsi  məsələləri  ilə

əlaqədar sosial təminatla bağlı dövlət

orqanları və səlahiyyətli xidmətlərlə

əməkdaşlıq  edir;  əhaliyə  ilk  tibbi

(sanitar) yardımla əlaqədar təlimləri

təşkil edir.



    Bu, fəaliyyət nizamnaməsində

olan bəzi maddələr, bu isə Naxçı-

van  Muxtar  Respublikası  Qızıl

Aypara Komitəsinin “fəaliyyəti”.

Hesab edirik ki, daha əlavə şərhə

ehtiyac qalmadı. Və ümid edirik

ki, bu yazı ilə komitə əməkdaşla-

rının  dağılmış  diqqətini  çox  mə-

suliyyətli işlərinin  icrasına yönəldə

biləcəyik.



Əzəmət HƏSƏNOV



Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi:

dövlət qayğısı müqabilində fəaliyyətsizlik

    “İcbari  sığortalar  haqqında” Azərbaycan  Respublikasının  2011-ci  il

24 iyun tarixli Qanununa əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan

hüquqi  və  fiziki

şəxslərə məxsus da-

şınmaz  əmlak  (bi-

nalar,  tikililər,  qur-

ğular) icbari qaydada

sığorta olunmalıdır.

Daşınmaz  əmlakın

icbari  sığortası  –

yanğın, zəlzələ, qa-

sırğa,  sel,  daşqın,

yer  sürüşməsi,  qaz

partlayışı,  elektrik

naqillərində baş verən qısaqapanma, su, kanalizasiya, istilik sistemlərinin

qəzası  və  digər  hadisələr  nəticəsində  daşınmaz  əmlakın  zədələnməsi,

məhv  olması,  yaxud  hər  hansı  formada  itkisi  ilə  bağlı  sahibkarlara

dəyən zərərin ödənilməsinə təminat verir.

    Sahibkarlara  məxsus  binaların,  tikililərin,  qurğuların  icbari  sığorta

məbləği və sığorta haqqı daşınmaz əmlakın orta bazar dəyərinin, fəaliyyət

sahəsinə uyğun müəyyənləşdirilmiş tarif stavkasına vurulmaqla hesablanır. 

    Binalar,  tikililər,  qurğuların  icbari  sığortası  Naxçıvan  Muxtar  Res-

publikası Dövlət Baş Sığorta Agent liyi və rayon (şəhər) Dövlət Sığorta

agentlikləri tərəfindən aparılır.

    Daşınmaz  əmlakını  icbari  sığorta  etdirməyən  sahibkarlıq  fəaliyyəti

ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur, onlara məxsus

binalar, tikililər və qurğuları icbari qaydada sığorta etdirsinlər.



    Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Baş  Sığorta  Agentliyi  sizin

etibarlı təminatçınızdır!

Əlaqə telefonları: 545-94-60, 545-14-58

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi

və fiziki şəxslərin nəzərinə

    Dünən Şərur şəhərindəki 2 nöm-

rəli tam orta məktəbdə “Biz sizdən

öyrəndik qəhrəmanlığı” devizi al-

tında  tədbir  keçirilib.  Naxçıvan

Muxtar  Respublikası  Gənclər  və

İdman Nazirliyi ilə Azərbaycan Və-

tən Müharibəsi Veteranları və Şəhid

Ailələrinin Naxçıvan Muxtar Res-

publika Təşkilatının birgə təşkil et-

diyi tədbiri məktəbin direktoru Asəf

Məmmədov  giriş  sözü  ilə  açaraq

şagirdlərlə görüşün əhəmiyyətindən

danışıb.


    Azərbaycan  Vətən  Müharibəsi

Veteranları  və  Şəhid  Ailələrinin

Naxçıvan Muxtar Respublika Təş-

kilatının  sədri  Mirməcid  Seyidov

tədbirdə  çıxış  edərək  bildirib  ki,

vətənpərvərlik tərbiyəsi Vətənə sev-

gi, məhəbbət, məsuliyyət hissinin,

hər  an  ana  torpağın  müdafiəsinə

hazır olmağın formalaşmasıdır. Bu

gün ölkəmizdə gənclərin vətənpər-

vərlik tərbiyəsi diqqət mərkəzində

saxlanılır.  Xalqımızın  hər  zaman

vətənpərvər  oğullar  yetişdirdiyini

şagirdlərin diqqətinə çatdıran Mir-

məcid Seyidov onu da vurğulayıb

ki, onlar Vətənimizi ana məhəbbəti

ilə sevib, torpaqlarımızın bütövlüyü

uğrunda şücaətlər göstəriblər. 1990-

1993-cü illərdə muxtar diyarımızın

qorunmasında,  Qarabağ  uğrunda

gedən döyüşlərdə də torpaqlarımızın

bütövlüyü uğrunda gənclərimiz bö-

yük qəhrəmanlıqlar göstəriblər.

    Tədbirdə  Şərur  şəhərindəki  2

nömrəli  tam  orta  məktəbin  tarix

müəllimi Nağı Vəliyev və Naxçıvan

Muxtar  Respublikası  Gənclər  və

İdman Nazirliyinin Gənclərlə iş şö-

bəsinin müdiri Canməmməd Can-

məmmədov çıxış edərək bildiriblər

ki, vətənpərvərlik tərbiyəsi həm də

gənc nəsildə milli kimliyini, tarixini

unutmamağı  formalaşdırır.  İyirmi

ilə  yaxındır  ki,  əzəli  düşmənimiz

olan  ermənilər  torpaqlarımızın  20

faizini  işğal  edib,  bir  milyondan

çox  soydaşımız  yurd-yuvasından

didərgin düşüb. Bütün bunları nəzərə

alaraq ümumtəhsil məktəblərimizdə

vətənpərvərlik  tərbiyəsinə  xüsusi

diqqət  yetirilir,  bununla  bağlı  ai-

diyyəti  orqanlarla  birgə  şagirdlər

arasında müxtəlif mövzularda təd-

birlər keçirilir.

    Sonda  şagirdlər  vətənpərvərlik

mövzusunda şeirlər söyləyiblər.



Naxçıvan Muxtar Respublikası 

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Biz sizdən öyrəndik qəhrəmanlığı

Yüklə 262,06 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin