Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 262,06 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix21.04.2017
ölçüsü262,06 Kb.
#15224
1   2   3

Mehriban İMANOVA

iqtisad üzrə fəlsəfə doktoru

İnnovasiyaların uğurlu tətbiqi sahibkarlığın

inkişafına təkan verən amildir

M

üasir dünyada innovasiya dedikdə yeniliklərin, yeni tex-

nologiyaların, məhsul və xidmət növlərinin istehsal, maliyyə,

kommersiya, inzibati və digər sahələrdə təşkilati-texniki və sosial-

iqtisadi  qərarlar  şəklində  mənfəətli  istifadəsi  başa  düşülür. Azər-

baycanın iqtisadi inkişafının müasir mərhələsində innovasiya fəa-

liyyətini  həyata  keçirən  amillərdən  biri  investisiya  təminatıdır.

Dünya təcrübəsindən də məlumdur ki, cəmiyyətin iqtisadi tərəqqisində

elmtutumlu texnoloji proseslərin imkanlarının iqtisadi tələbatlarla

birləşməsinin nəticəsi olan innovasiya bazasının da rolu vardır. Bu

baxımdan inkişaf etmiş ölkələrin ixrac məhsulunun 70 faizə yaxınını

elmtutumlu yüksək texnoloji məhsullar təşkil edir.

M

M

üasir insan həyatını elektrik

enerjisi  olmadan  təsəvvür

etmək  mümkün  deyil.  Elektriklə  iş-

ləyən müxtəlif cihaz, maşın və ava-

danlıqlar  hər  yerdə  insan  həyatına

və fəaliyyətinə rahatlıq gətirir. Elektrik

enerjisinin kəsilməsi ilə yaranan prob-

lemlər bəzən ən vacib tələbatlardan

da kəskin şəkildə özünü göstərir. Bu,

həmin  problemlərdən  əziyyət  çəkən

hər bir şəxs kimi dövləti də narahat

edən məsələlərdəndir. 

    Hazırda Naxçıvan Muxtar Respub-

likasında elektrik enerjisi ilə təminatda

heç bir problem yoxdur. Bu məsələnin

həlli  heç  də  asan  başa  gəlməmişdir.

Naxçıvanın blokadaya düşməsi ilə o

zaman ittifaqda mövcud olan dairəvi

elektrik  təchizatı  sistemi  pozulmuş,

nəticədə,  muxtar respublikamız enerji

qıtlığı  şəraitində  yaşamağa  məcbur

olmuşdu. Enerjinin kəsilməsi ilə iqti-

sadiyyat iflic hala düşmüş, təhsil, sə-

hiyyə,  mədəniyyət  və  digər  mühüm

sosial sahələrdə problemlər yaranmış,

enerji  infrastrukturu  dağılmağa  baş-

lamış, əhali soyuqdan donmamaq üçün

meyvə  ağaclarını  belə  kəsib  yandır-

mışdı.  Beləliklə,  o  dövrdə  öz  daxili

enerji  mənbələri  məhdud  olan  və

ölkəmizin əsas hissəsindən aralı düş-

müş  Naxçıvan Muxtar Respublikasının

əhalisi ağır sınaq qarşısında qalmışdı. 

    Həmin  çətin  günlər  artıq  arxada

qalsa da, minbir əziyyətlə əldə olunmuş

sabit enerji təminatı sistemini qoruyub

saxlamaq,  fasiləsiz  elektrik  verilişi

kimi  mühüm  məsələdə  təbii  və  tex-

nogen  qəzaları  minimumlaşdırmaq,

elektrik enerjisindən qənaətlə istifadəyə

nəzarət etmək hər keçən gün öz əhə-

miyyətini daha da artırmaqdadır. Doğ-

rudan da, əgər 15 il bundan qabaqkı

kimi şam işığında şam yeməyi süfrə-

sində oturmaq istəmiriksə, yaxud artıq

xarici  ölkələrə  də  enerji  ixrac  edən

region kimi öz mövqeyimizi daha da

gücləndirmək  istəyiriksə,  onda  bu

vacib sahədə bütün tələb olunan şərtlərə

əməl olunmalı, xüsusən enerjiyə daha

çox tələb yaranan qış aylarında, sözün

əsl mənasında, səliqəli olmalıyıq. 

    Bütün  bu vacib məsələlərlə əlaqədar

cari ilin avqust ayının 17-də Naxçıvan

Muxtar  Respublikası Ali  Məclisində

keçirilmiş payız-qış mövsümünə ha-

zırlıqla  bağlı  müşavirədə  aidiyyəti

dövlət qurumları ilə yanaşı, Naxçıvan

Muxtar Respublikası Dövlət Energetika

Agentliyi qarşısında da mühüm vəzi-

fələr qoyulmuşdur. 

    Muxtar  respublikada    bu  sahədə

görülən  və  görüləcək  işlər  barədə

məlumat almaq üçün Naxçıvan Mux-

tar  Respublikası  Dövlət  Energetika

Agentliyinə  müraciət  etdik.  Dövlət

Energetika  Agent liyindən  bildirdilər

ki, cari ildə də istehlakçıların elektrik

enerjisi təchizatının yaxşılaşdırılması,

yaşayış  sahələrinin,  məktəblərin  və

digər sosial təyinatlı obyektlərin, yeni

tikilən  dövlət  müəssisələrinin,  hərbi

hissələrin, nasos stansiyalarının elektrik

təchizatı üçün yeni transformator ya-

rımstansiyalarının quraşdırılması, müx-

təlif gərginlikli elektrik verilişi xətlə-

rinin çəkilməsi, hava elektrik verilişi

xətlərinin kabel xətləri ilə əvəz edilməsi

davam etdirilir. 

    Agentlikdən  aldığımız  məlumata

görə, 2012-ci ilin oktyabr ayına qədər

muxtar  respublikanın  elektrik  şəbə-

kələrinə 603472226 kvt/saat elektrik

enerjisi daxil olmuşdur. Enerji təmi-

natında fasilələrə yol verməmək üçün

hazırda  İran  İslam  Respublikası  ilə

elektrik  enerjisi  mübadiləsi  aparılır,

Türkiyə Respublikasına 18-20 meqavat

gücündə elektrik enerjisi ixrac edilir.

Şübhəsiz,  bütün  bunlar  muxtar  res-

publikada  elektrik  təsərrüfatının  ye-

nidən  qurulması,  yeni  su  və  istilik

elektrik stansiyalarının istifadəyə ve-

rilməsi  hesabına  mümkün  olmuşdur.

Belə ki, hazırda Araz Su Elektrik Stan-

siyasında 6-7 meqavat, Naxçıvan Mo-

dul Elektrik Stansiyasında 45-50 me-

qavat, Biləv Su Elektrik Stansiyasında

1-2 meqavat, Heydər Əliyev Su Anbarı

üzərindəki Su Elektrik Stansiyasında

1-2 meqavat gücündə elektrik enerjisi

istehsal edilir. Bundan əlavə, Naxçıvan

Qaz-Turbin Elektrik Stansiyası da re-

jimlə əlaqədar olaraq ehtiyatda saxla-

nılır.  Bütün  bu  şərait  bir  zamanlar

enerji qıtlığı yaşayan Naxçıvanın elek-

trik enerjisinə olan tələbatının ödənil-

məsinə tam şərait yaratmışdır. 

    Naxçıvan Muxtar Respublikasında

elektrik enerjisi təsərrüfatının yenidən

qurulması müasir avadanlıqlar quraş-

dırılması  hesabına  aparılır.  Dövlət

Energetika  Agentliyindən  aldığımız

məlumatda o da bildirilir ki, son illərdə

Almaniya, Avstriya, Fransa, Finlandiya,

Türkiyə, İran, Ukrayna kimi ölkələrdən

ən müasir avadanlıqların  alınıb gəti-

rilməsi  hesabına  enerji  istehsalı  və

nəqli  infrastrukturunda  yenilənməyə

nail olunmuşdur. Müxtəlif güclü trans-

formator  yarımstansiyalarında,  elek-

trikötürmə xətlərində cari təmir işlərinin

aparılması  davam  etdirilir.  Payız-qış

mövsümünə hazırlıqla əlaqədar Nax-

çıvan  Muxtar  Respublikası  Dövlət

Energetika Agentliyi tərəfindən Nax-

çıvan Şəhər Elektrik Şəbəkəsi və rayon

elektrik şəbəkələri üzrə 252 ədəd müx-

təlif gücdə 10/0,4 kilovoltluq mövcud

transformator  yarımstansiyalarında

əsaslı təmir işləri aparılmış, 131,9 km

uzunluğunda  10  və  0,4  kilovoltluq

elektrik xətlərində əsaslı və cari təmir

işləri görülmüş, 45,4 km uzunluğunda

elektrik xətlərinin altında olan ağaclarda

budama işləri aparılmış, 23,4 km uzun-

luğunda  yeni  10  və  0,4  kilovoltluq

elektrik  verilişi  xətləri  tikilmiş,  10,3

km  uzunluğunda  yeni  kabel  xətləri

çəkilmişdir. 

    Bu müddətdə elektrik qurğularında

elektrik enerjisi itkisinin aşağı salınması

məqsədilə 17,4 km uzunluğunda möv-

cud 10 və 0,4 kilovoltluq xətlərin məf-

tillərinin  en  kəsikləri  artırılmış,  397

ədəd 0,4 kilovoltluq fiderlərdə yüklərin

bərabər  paylanması  işləri  görülmüş,

mövcud 10/0,4 kilovoltluq transformator

yarım stansiyalarında  güc  transforma-

torlarının güclərinin mövcud gücə görə

dəyişdirilməsi işləri həyata keçirilmişdir.

Bütövlükdə  isə  2012-ci  ilin  ilk  9  ayı

ərzində muxtar respublikanın şəhər və

kəndlərində 22 ədəd yeni transformator

yarımstansiyası quraşdırılmış, 53 kilo-

metr yeni 10 və 0,4 kilovoltluq elektrik

verilişi xətləri çəkilmişdir. 

    Muxtar respublikada yeni elektrik

stansiyalarının tikintisi də diqqət mər-

kəzində  saxlanılır.  Belə  ki,  Avstriya

və Fransa şirkətlərindən alınmış turbin

və  generatorların  quraşdırıldığı  20,5

meqavat  güclü  Arpaçay  Su  Elektrik

Stansiyasında tikinti-quraşdırma işləri

yekunlaşmaq üzrədir. Ordubad rayonu

ərazisində 36 meqavat güclü derivasiya

tipli stansiyanın tikintisinə isə keçən

il başlanılmışdır. Bu stansiyada il ər-

zində  190  milyon  kvt/saat  elektrik

enerjisi istehsal ediləcəkdir.

    Muxtar respublikada elektrik enerjisi

istehsalı və ötürülməsində əldə olunmuş

nailiyyətlərlə  yanaşı,  qarşıda  xeyli

işlər də durur. Naxçıvan Muxtar Res-

publikası Dövlət Energetika Agentli-

yinin  məlumatında  qeyd  olunduğu

kimi,  muxtar  respublikada  cari  və

əsaslı təmirə ehtiyacı olan yarımstan-

siyalar və enerjiötürmə xətləri ilə ya-

naşı, bu sahənin fasiləsiz işinə mane

olan digər çətinliklər hələ də qalmaq-

dadır.  Yüksək  ixtisaslı  kadrların  ça-

tışmazlığı, bir sıra yerlərdə köhnəlmiş

və qəza vəziyyətində olan elektrik da-

yaqları, elektrik xətləri toxunan ağaclar

müəyyən  çətinliklər  yaratmaqdadır.

Şəhər və kənd məhəllələrində gözdən -

uzaq  yerdə  qalmış  bəzi  transforma-

torların ətrafının lazımınca çəpərlən-

məməsi,  yaxud  eyni  dayaqdan  həm

yüksək gərginlik, həm aşağı gərginlik

və hətta telefon xətti çəkilməsi üçün

istifadə  olunan,  necə  deyərlər,  “üçü

birində”  praktikası  kimi  yolverilməz

hallar elektrik enerjisi sahəsində qışa

hazırlıq məsələlərinin nə qədər ciddi

olduğunu bir daha göstərir. 

-

Əli CABBAROV

Qışa hazırlıq: elektrik enerjisi təminatı

necə olacaq?


3

    Bütün bunlarla bərabər, Məmməd

Səid  Ordubadi  irsinin  zənginliyi

haq qında  tam  təsəvvür  yaratmaq

üçün bir sıra məlumatları da nəzərə

çarpdır ma ğı  faydalı  hesab  edirəm.

Yazıçının görkəmli tədqiqatçısı, pro-

fessor Yavuz Axund  lunun hesabla-

malarına  görə,  Məmməd  Səid  Or-

dubadi  4  mindən  çox  fel ye ton  və

şeir, 1800 məqalə yaz mış dır. Ədibin

“Qafqazın  inqilabi-əxirəsi”  əsəri,

“İn qi  labi-pərişan”,  “Dilbər”,  “İl dı -

rım Bəyazid” dramları, rus ədəbiy-

yatından etdiyi tər cümələr, bir çox

libret to ları, şeirləri və felyetonlarının

əksəriyyəti çap olun ma mışdır. Bun-

dan başqa, Məm məd Səid Orduba-

dinin  Tiflisdə  “Qeyrət”  nəşriy ya -

tında  çapdan  buraxılmış  “Qəflət”

adlı  şeir  kitabından  (1906)  yalnız

“Xabi-qəflət” əsərinin kiçik bir par-

çası, “Vətən və hür riy yət” kitabından

isə  “Və tə ni mizə  bir  neçə  söz”  və

“Qeyrəti-millət”  şeirləri  böyük  ix-

tisarla səkkizcildlik külliyyata daxil

edilmişdir.

    Məmməd Səid Ordubadinin geniş

oxucu  kütləsinə  çatdırılmamış

əsərlərin dən  biri  də  “İki  çocuğun

Avropaya səyahəti”dir. Əsər 1908-ci

ildə  Bakıda  Haşım bəy  Vəzirovun

redaktorluğu  ilə  nəşr  edilən  “Tazə

həyat”  qəzetində  çap  olun muş dur.

Yəqin ki, Qərb həyat tərzini əks et-

dirdiyinə, Avropaya rəğbətlə yazıl-

dığına görə bu əsər Sovet hakimiyyəti

illərində nəşr edilməmişdir. Elmdə

isə Məmməd Səid Ordu ba di irsinin

tədqiqatçılarından Fəridə Vəzirova

və Yavuz Axundlu, ədəbiyyat şü nas -

 lar dan  İman  Cəfərli  “İki  çocuğun

Avropaya səyahəti” əsərindən bəhs

etmiş lər. Xüsusən professor Yavuz

Axundlu “Məmməd Səid Ordubadi”

mo noqrafiya sın  da “İki çocuğun Av-

ropaya səyahəti” əsərindən bir qədər

geniş  söz  aç mış  dır.  Lakin  bu  əsər

indiyədək nə kiril, nə də latın əlif-

baları ilə çap olun muşdur.

    İranlı iki gəncin Avropaya səfəri

zamanı yazdıqları məktubları keçmiş

tə lə bə  yoldaşlarından  Ordubadda

alıb  “Tazə  həyat”  qəzeti  vasitəsilə

cəmiyyətə təq dim etmək üsulu üzə-

rində  qurulmuş  bu  səyahətnamədə

Məmməd  Səid  Ordu ba  dinin  Şərq-

Qərb müqayisəsi yolu ilə milli oya-

nışa və dirçəlişə çağırışı mo ti vi öz

ək sini tapmışdır. “İki çocuğun Av-

ropaya  səyahəti”  əsəri  XX  əsrin

əvvəllə rində Azər baycan oxucusunda

Avropa mühiti, Qərb ölkələrinin in-

kişaf  səviyyəsi  ba rədə  gerçək  tə-

səvvürlərin  formalaşmasına  imkan

yaratmaq  qayəsini  izləmişdir.  Bu

əsər Məm məd Səid Ordubadinin öz

ölkəsinin də qərbyönlü istiqamətdə

inki şaf etdirilməsinin zəruriliyi, ya-

xud  əhəmiyyəti  haqqındakı  baxış-

larını da əks et di rir.

    Müxtəlif  Avropa  ölkələrindən

göndərilmiş 10 məktub əsasında qu-

rulmuş bu əsərdə hər ölkənin pay-

taxtının ümumi mənzərəsi ilə yanaşı,

həm də məmləkət lə rin ən səciyyəvi

xüsusiyyətləri nəzərə çarpdırılmışdır.

Paris şəhərini “dünya mı zın  bir ümu-

mi mədrəsəsi” adlandıran Məmməd

Səid Or dubadi Fransa cəmiyyə tində

hürriyyət məsələsinin öndə olduğunu

diqqət mər kəzinə çəkmişdir. Ədibin

Brüsseldən yazdığı 2 məktubda Bel-

çika ticarət və dəmir yolları ölkəsi

kimi səciy yə ləndirilmişdir. Yazıçının

fikrincə,  “ticarətdə  Bel çika  xalqı

dünyaya güzgü misa lın dadır... Bel-

qiyalılar dünyanın hər tərəfində də -

miryolları, tramvaylar, elektrik, qaz

əməliyyatı icra etməkdədirlər”. Avs-

triyadan  yazılmış 2 məktubda  Vyana

şə hə ri elm və mədəniyyət mərkəzi

olmaqla bərabər, həm də bənzərsiz

parkları, xi ya  banları,  kanalları, ada-

lardakı  restoranları  ilə  xarakterizə

olunur. Məmməd Səid Ordubadiyə

görə, bütövlükdə Avstriyada “dünya

içində bir dünya yaradıl mışdır”.

    Məmməd Səid Ordubadinin “İki

çocuğun Avropaya səyahəti” əsərində

Almaniyaya daha çox yer ayrılmışdır.

Əsərdə Almaniya həyatı Berlindən

yazıl mış 3 məktubda öz əksini tap-

mışdır. Avropaya səyahətə çıxan iki

gənc  – Məhəm məd həsən  Tehranlı

və  İsfəndiyarxan  Şirazlı  öz  səya-

hətlərinə  18  noyabr  1907-ci  il də

Berlindən başlamışlar. Cəmi 26 gün

davam  edən Almaniya  səyahə tinin

15 gü nü Berlində keçmiş, 11 günü

isə Maqdenburq, Manhaym, Buxem,

Köln şəhər lə ri ni əhatə etmişdir. Ber-

lindən başlanıb Brüsseldə, sonra Pa-

risdə və Vyanada da vam edən, nə-

hayət, 20 fevral 1908-ci ildə İstan-

bulda tamamlanan 94 günlük sə ya -

hətin vaxt etibarilə ən çoxu Alma-

niyada  keçmişdir.  Məmməd  Səid

Orduba di nin səyahətnaməsində Al-

maniya XX əsrin əvvəllərində hər-

tərəfli  inkişaf  etmiş  bir  ölkə  kimi

təsvir olunmuşdur. Yazıçı bu fikir-

dədir ki, Almaniya da “tərəqqi yolu -

na çox cəsarətlə addım atılmışdır”.

Səyahətnamədə  Almaniya  həyatı,

xüsusən  də  Berlin  şəhərinin  ecaz-

karlığı “Min bir gecə” nağılları ru-

hunda təqdim edilmişdir. Hiss olunur

ki, poçtxanadan tutmuş universitet-

lərə  qədər, kənd təsərrüfatından sə-

nayeləşməyədək, təbabət, memarlıq

və muzeylər də daxil olmaqla, Al-

maniyanın çoxcəhətli inkişafı yaxşı

mənada müəllifi heyrətlən dir mişdir.

    Məmməd Səid Ordubadi “İki ço-

cuğun Avropaya səyahəti” əsərində

İstan buldan da inkişafına görə Avropa

şəhərləri səviyyəsində bəhs etmişdir.

Ədibin fikrincə, “Yevropada nə var-

dırsa,  Türkiyədə  də  mövcuddur”.

Bundan baş qa, coğrafi baxımdan da

İstanbula Avropa şəhəri kimi yana-

şılmış, hətta bu şəhərin Yevropanın

şəhərlərini üstələdiyi qeyd edilmişdir.

Məmməd Səid Ordubadi İs tan buldakı

bir çox nəhəng binaların Avropadakı

tikililərdən də gözəl və üstün ol du -

ğunu qeyd etmişdir. Əsərdə həmçinin

İstanbuldakı Asiya həyat tərzi, came -

lər, Osmanlı rejimi, mədrəsələr haq-

qında da əhəmiyyətli məlumatlar ve-

rilmişdir. Aşkar görünür ki, Avropa

şəhərlərindən fərqli olaraq, Məmməd

Səid Ordubadi İstanbulu əhəmiyyətli

bir Avrasiya şəhəri kimi təqdim et-

mişdir.  İstanbuldakı  qədim  Kons-

tantinopolun XX əsrin əvvəllərindəki

əhalisi  və  məşğu liy yəti  kimi  mə -

sələlər  də  “İki  çocuğun  Avropaya

səyahəti” əsərində əhatə olun muşdur.

Bü töv lükdə Məmməd Səid Ordubadi

“İki  çocuğun  Avropaya  səyahəti”

əsərinin  qəh rəmanlarının  dilindən

18  fevral  1908-ci  il  tarixdə  yazıb,

21  mart  1908-ci  ildə  Bakıda  çıxan

“Tazə həyat” qəzetində çap etdirdiyi

onuncu  məktub  İstanbulun  104  il

bundan əvvəlki mənzərəsini və və-

ziyyətini, inkişaf səviyyəsini bütün

yönləri ilə əks et dirir. Bu, İstanbul

haqqında çox mühüm bir elmi-ədəbi

qaynaqdır.  “İs tan   bul dan  məktub”

bölməsi o zamankı Türkiyə haqqında

da aydın təsəvvür ya ra dır.

    Elmi fikirdə Məmməd Səid Or-

dubadinin Avropa ölkəsində olması,

Qərbə  hər  hansı  bir  səfəri  barədə

heç bir qeyd belə yoxdur. “İki ço-

cuğun Avropaya səyahəti” əsərində

isə Avropa ölkələrinin paytaxtı olan

şəhərlərin küçə və mey dan ları, elm

və  təhsil  müəssisələri,  mədəniyyət

mərkəzləri o qədər real, dəqiq təs -

vir edilmişdir ki, oxucu əsərin müəl-

lifinin  həmin  yerlərdə  olmadığına

asanlıqla ina na bilməz. Heç şübhəsiz,

əsərin yazılmasında Məmməd Səid

Ordubadi tarixi-coğrafi mənbələrdən,

dövri mətbuat materiallarından fay-

dalanmışdır. Tarixi  və  coğrafi  mə-

lumatları incəliklərinə qədər öyrən-

mək və əks etdirmək bacarığı yazı -

çı nın  digər  əsərləri  üçün  də  səciy-

yəvidir. Bütün bunlarla bərabər, əsər-

də  o  qədər  ger çək  təsvirlər  vardır

ki, “İki çocuğun Avropaya səyahəti”

əsərinin  yaran ma sın da  Məmməd

Səid  Ordubadi  ilə Avropa  ölkələri

arasında Qərbdə olmuş əlaqələn di -

rici bir şəxsin olduğunu düşünmək

lazım gəlir. Və yaxud da ola bilsin

ki, ədibin müasirlərindən kimsə Av-

ropada səfərdə olmuş, ona məktublar

göndərmişdir və yazıçı həmin mək-

tubların  əsasında  ədəbi  səyahətna-

məsini formalaşdırmışdır. Hər halda

“İki  çocuğun  Avropaya  səyahəti”

əsəri bədii təxəyyüllə yanaşı, gerçək

tari xi-coğrafi reallıqları da əks etdirir.

Məmməd Səid Ordubadi irsinin təd-

qiqatçıları  məsələnin  bu  cəhətinin

aydınlaşdırılmasına  ayrıca  diqqət

yetirməlidirlər.

    Mövzu  və  ideya  etibarilə  “İki

çocuğun  Avropaya  səyahəti”  əsəri

“Bədbəxt milyonçu, yaxud Rzaqulu -

xan firəngməab” romanının müqəd-

diməsi təsiri bağış layır. “İki çocuğun

Avropaya səyahəti”ni gənc Rzaqu-

luxanın səyahətna məsi ki mi də tə-

səvvür etmək olar. Bu əsərlə dərin

daxili qatları etibarilə İran coğrafiya -

sın  dan bəhs etmək mənasında Məm-

məd  Səid  Ordubadinin  “Dumanlı

Təbriz” ro manı arasında da müəyyən

yaxınlığın, bağlı lığın mövcudluğunu

da  müşahidə  et mək  mümkündür.

Ona görə də “İki çocuğun Avropaya

səyahəti”  əsəri  Məmməd  Səid  Or-

dubadi  romançılığının,  yazıçının

bədii nəsrinin mənalı bir proloqudur.

İlk  dəfə  1908-ci  ildə  “Tazə  həyat”

qəzetində hissə-hissə çap olunan “İki

çocuğun Avropaya  səyahəti”  əsəri,

nəhayət, indi 104 ildən sonra oxu-

culara çatdırılmaqla ünvanına yetiş-

mək  baxımından  səyahətnaməsini

tamamlayır.

    “İki çocuğun Avropaya səyahəti”

əsərinin janrı haqqında da bir neçə

söz deməyə ehtiyac vardır. Mövcud

ədəbiyyatşünaslıq  əsərlərində  bu

əsərin roman janrında yazıldığı qeyd

edilmişdir.  XX  əsrin  əvvəllərində

Azərbaycan  ədəbiyya tın da  roman

janrının hələ təzəcə formalaşmaqda

olduğunu nəzərə alsaq, bu nəsr əsə-

rinin də roman adlandırılmasını başa

düşmək olar. Həmin kontekstdə ro-

man Azərbaycan ədəbiyyatında he-

kayədən  böyük  həcmə  malik  olan

nəsrlə yazılmış əsərlərə verilən ümu-

mi ad idi. Bu dövrün romanları ide-

ya-məzmunca  dərin  ictimai  möv-

zulara həsr edilmiş, formaca yığcam

əsərlərdən  ibarət  idi.  Ona  görə  də

Azər baycan romanşünaslığında XX

əsrin əvvəllərinin romanlarının janrı

təyin edilər kən “kiçik roman” for-

matına da istinad olunmuşdur. Mə-

sələn, Nəriman Nəri ma no vun “Ba-

hadır  və  Sona”  əsəri  kiçik  roman

kimi meydana çıxmışdır. Fikri miz -

cə, “İki çocuğun Avropaya səyahəti”

əsəri  həcm  etibarilə  kiçik  romana

uyğun gələn əsərlərdən də kiçikdir.

Lakin bizə görə, “İki çocuğun Av-

ropaya səyahəti” əsəri heç bir halda

hekayə sayıla bilməz. Əsərdəki bir

neçə məktub, yaxud da konkret ola-

raq ayrı-ayrı ölkələrə həsr olunmuş

məktublar cəlbedici bir hekayə təəs-

süratı yaradır. Əsər sanki eyni kom-

pozisiya  içərisində  yerləşdirilmiş,

biri digərini tamamlayan hekayələr

silsiləsi əsasında yazılmışdır. Lakin

bu heka yə lərin cəmindən yoğrulmuş

“İki  çocuğun  Avropaya  səyahəti”

əsəri roman hü dud larına çatmamışdır.

Əslində,  yazıçının  mövzuya  geniş

epik meydan açmaq niyyətində ol-

duğu  da  görünmür.  “İki  çocuğun

Avropaya səyahəti” əsəri yalnız və

yalnız əhatə etdiyi coğrafi hüdudların

genişliyinə və diqqət mərkəzinə çək-

diyi  problemin  əhəmiyyətinə  görə

roman təsəvvürü doğura bilər. Əsərdə

roman  üçün  zəruri  olan  çox planlı

sü jet  və  kompozisiya  da  yoxdur.

Eyni zamanda “İki çocu ğun Avro-

paya  səyahəti”  əsəri  surətləri  eti -

barilə də roman janrının tələblərinə

ca vab vermir. Bütün bunları nəzərə

ala raq, Məmməd Səid Ordubadinin

“İki  çocu ğun  Avropaya  səyahəti”

əsərini səya hət namə-povest, yaxud

da, sadəcə ola raq, po vest adlandır-

maq daha doğru olar. Əsər mövzusu,

əhatə dairəsi, süjet və kom po zisiyası,

surətləri etiba ri lə povestdir.

    Qeyd etdiyimiz kimi, “İki çocu-

ğun Avropaya səyahəti” povesti ilk

dəfə  1908-ci  ildə  “Tazə  həyat”qə-

zetində  əski  əlifba  ilə  hissə-hissə

çap olunmuşdur. Qərb həyat tərzini,

Avropanın  inkişafını  təsvir  etdiyi

üçün  sovet  ideologiyası  ilə  uyğun

gəlmədiyinə görə bu əsər kiril əlifbası

dövründə çap üzü görə bilməmişdir.

“İki  çocuğun  Avropaya  səyahəti”

povesti  əski  əlifba  ilə  nəşrindən

sonra ilk dəfə dir ki, latın əlifbası ilə

oxuculara çatdırılır. Bu, müstəqillik

dövrü Azərbaycan ədə bi mühitinin

nailiyyətlərindən biridir. Və “İki ço-

cuğun Avropaya  səyahəti”  povesti

müstəqil dövlətçilik dövrünün Azər-

baycan oxucusu üçün Avropa ölkə -

lə ri ilə daha yaxından tanışlıq baxı-

mından geniş imkanlar yaradır. Bu

povest-səya hət namə  Azərbaycan-

Avropa əlaqələrinin tarixini öyrən-

mək üçün də əhəmiyyətli mən bədir.

“İki  çocuğun  Avropaya  səyahəti”

povesti hazırda ölkəmizdə qərb yön -

lü  inkişaf  proseslərinin  tənzimlən-

məsinə  də  kömək  edən,  işıq  sala

bilən əsər kimi də böyük müasirlik

imkanlarına malikdir.

    Elmi-ədəbi ictimaiyyətimiz üçün

əhəmiyyətli  olacağını  nəzərə  ala -

raq,  Məm  məd  Səid  Ordubadinin

“İki  çocuğun  Avropaya  səyahəti”

əsərindən bə zi parçaları “Şərq qa-

pısı” qəzetinin oxucularına təqdim

edirəm.


Yüklə 262,06 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin