Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


   Cəlil  Məmmədquluzadə  adına



Yüklə 220,6 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix21.03.2017
ölçüsü220,6 Kb.
#12111
1   2

3

   Cəlil  Məmmədquluzadə  adına

Naxçıvan  Dövlət  Musiqili  Dram

Teatrında Əli Əmirlinin “Onun iki

qabırğası” adlı komediyasının məşq-

lərinə başlanılıb. 

    Tamaşanın  quruluşçu  rejissoru

Xalq artisti Kamran Quliyev, quru-

luşçu rəssamı Naxçıvan Muxtar Res-

publikasının Əməkdar rəssamı Əbül-

fəz  Axundov,  musiqi  tərtibatçısı

Azərbaycan Respublikasının Əmək-

dar mədəniyyət işçisi İmamqulu Əh-

mədovdur. 

    Yeni  tamaşada rolları Azərbaycan

Respublikasının Əməkdar artistləri

Əbülfəz  İmanov  və  Behruz  Hax-

verdiyev, aktyor və aktrisalar Zəminə

Baxşəliyeva, Nurbəniz Niftəliyeva,

Zakir  Fətəliyev  və  Nazlı  Hüseyn-

quluyeva  ifa  edirlər.  Komediyanın

premyerası  mart  ayının  sonlarında

nəzərdə tutulub. 

    Qeyd edək ki, bu tamaşa ilə bə-

rabər,  Naxçıvan  Dövlət  Musiqili

Dram  Teatrında  Tofiq  Seyidovun

rejissorluğu  ilə  Moris  Meterlinqin

“Göy quş” əsərinin də məşqləri da-

vam  edir.  Hər  iki  tamaşa  teatrın

builki repertuarına salınıb. Bundan

başqa, teatrsevərlər bu il Məmməd

Səid Ordubadinin “Qılınc və qələm”

əsəri və Hüseyn Cavidin “İblis” dra-

mı  əsasında  səhnələşdirilən  tama-

şalara da baxa biləcəklər.



    “Atasının, anasının əlini öpdü,

halallaşdı,  “salamat  qalın!”  –

dedi. Təpəgözün olduğu Salaxana

qayasına gəldi”.

     Sivilizasiyasının ilkinliyini bu

gün  də  qoruyub  saxlayan  çoxlu

sayda tarixi abidələr var ki, onlardan

biri də mağaralardır. Azərbaycanda

belə mağaraların sayı kifayət qə-

dərdir. Böyük və Kiçik Qafqaz sıra

dağlarının  ətəklərində,  Naxçıvan

Muxtar  Respublikasında,  Kəlbəcər,

Zəngilan, Gədəbəy, Göygöl, Şamaxı

və Füzulidə aşkar edilmiş mağaraların

yaşı minilliklərə gedib çıxır.

    Naxçıvan  Muxtar  Respublika-

sında yerləşən, qədim tarixi abidəmiz

olan, “Kitabi-Dədə Qorqud”un “Ba-

satın Təpəgözü öldürdüyü boyu”nda

adıçəkilən  Salaxana  mağarası  da

bunlardan biridir.

    AMEA-nın  müxbir  üzvü,  mər-

hum  Səfərəli  Babayevin  müəyyən

etdiyi indiki Babək və Şərur rayon-

larının qovuşduğu ərazidə yerləşən

Salaxana mağarası Naxçıvanın qədim

tarixinə nəzər salmaq üçün güzgüdür. 

    Bəzi tədqiqatçıların fikrincə, “Ki-

tabi-Dədə  Qorqud”  dastanında Tə-

pəgözün iki mağaradan – böyük və

kiçik  mağaralardan  istifadə  etdiyi

göstərilir. Akademik İsa Həbibbəyli

bu barədə yazır: “Kitabi-Dədə Qor-

qud”un  həmin  boyundakı  Basatın

oturduğu,  yəni  yaşadığı  yurd  kimi

təsvir edilən Günortac yer adının da

Salaxana – Qazma mağaraları əra-

zisinə yaxın olması bu ehtimalı daha

da dərinləşdirir. Çox ehtimal ki, Sa-

laxana  qayası,  bütövlükdə,  Təpə -

gözün oğuzların arasından qovularkən

gəlib yerləşdiyi “uca dağ məskəni”

olan ərazinin ümumi adıdır”.

    Səfərəli  Babayev  də  Babək  ra-

yonunun dağlıq sahəsində Salaxan

qayası,  Salaxan  yurdu  və  Salaxan

mağarasının olduğunu yazırdı: “Sa-

laxana  mağarası  Salaxana  qayası

ərazisində  yerləşən  bir  mağaradır.

Təpəgözün  Basatla  vuruşduğu  Sa-

laxana  mağarası  quruluşuna  görə

Qazma mağarasına bənzəyir. O biri

mağara isə Təpəgözün silah-sursat,

ərzaq anbarı təəssüratı yaradır”.

     Salaxana Babək rayonu ərazisində

təbiət  abidəsidir.  Xalq  arasında  da

bu adla tanınır. “Naxçıvan Abidələri

Ensiklopediyası”nda Salaxan yurdu

və Salaxana mağarası barəsində oxu-

yuruq:  “Salaxana  dərəsi  və  ətrafı

mürəkkəb tektonik quruluşa və relyefə

malikdir. 4 kilometrə qədər uzanan

konvoyları, çətin keçilən struktur ter-

raslı  Salaxana  dərəsi  və  onu  əhatə

edən bölgə, əsasən, sahəvi, pelitomorf,

nazik təbəqəli və gilli-qumlu əhəng-

daşlarından,  gildən  və  kon qlo me -

ratlardan ibarətdir. Vahimə doğuran

dərənin sonunda, sağ tərəfdə, qaya-

ların arasında iki mağara var”.

    “Kitabi-Dədə Qorqud” da həmin

məkanın adı belə çəkilir: “Basat de-

yir:  “Mütləq  gedəcəyəm!”  Qazan

deyir: “Özün bilərsən”. Atası ağlayıb

deyir: “Oğul, ocağımı sahibsiz qoy-

ma,  rəhm  elə,  getmə!”  Qolundan

bir tutam ox çıxardı, qurşağına ke-

çirdi. Qılıncını da qurşandı. Yayını

qoluna saldı. Ətəklərini yığışdırdı.

Atasının, anasının əlini öpdü, halal -

laşdı,  “salamat  qalın!”  –  dedi. Tə-

pəgözün olduğu Salaxana qayasına

gəldi.  Gördü  ki,  Təpəgöz  arxasını

günə verib yatır”.

     Alman şərqşünası Fridrix fon Dit-

sin qənaətinə görə, Homer Asiya sə-

yahətində Təpəgöz əfsanəsini eşidib

və  Polifemin  əsas  həyatını  oradan

alıb. Kim bilir, o, bəlkə, əfsanəni hər

hansı bir oğuz qəbiləsindən eşidib.

    Bu müqəddəs torpağın hər qarışını

gəzmək, dolaşmaq, hər daşı, qayası

tarix  olan  yerləri  görmək,  tarixin

səsinə qulaq asmaq, dövrün nəfəsini

duymaq dünənimizi öyrənmək ba-

xımından hər birimizin vətəndaşlıq

borcuna çevrilməlidir. Elə məkanlar

axtarmaq, tapmaq, qorumaq, gələcək

nəslə  ötürmək  də  eləcə.  Salaxana

mağarası  da  Naxçıvan  torpağının

böyük əhəmiyyət daşıyan tarixi mə-

kanlarından  biridir.  Bununla  fəxr

etməklə  qalmayıb,  sirli  həqiqətləri

öyrənməyə çalışmalıyıq. Çünki bu

həqiqətlər bizim şərəfli tariximizin

daş səhifələridir.

    Görkəmli Xalq rəssamları Tahir Salahovun, Toğrul

Nərimanbəyovun, Naxçıvan Muxtar Respublikasının

Əməkdar incəsənət xadimi Şamil Qazıyevin, rəssam-

lardan Eyyub Hüseynovun, Davud Kazımovun, Yuran

Məmmədovun və digərlərinin əsərləri muzeyə gələn

tamaşaçıların marağına səbəb olur.

    Bu  yazıda  yuxarıda  adları  qeyd  olunan  rəssam-

lardan  biri,  Azərbaycanın  Xalq  rəssamı  Toğrul

Nəriman  bə y ov un  qədim  diyarımıza  həsr  olunmuş

və  30  ildən  artıq  bir  müddətdə  Naxçıvan  Dövlət

Tarix  Muzeyində  qorunub  saxlanılan  və  nümayiş

etdirilən “İbtidai insanların məişəti”, “İbtidai insanların

ov  səhnəsi”,  “Əlincəqalanın  müdafiəsi”,  “Naxçıvan

orta əsrlərdə” və “Naxçıvan bazarı” adlı rəsm əsərləri

haqqında oxucularımıza məlumat verəcəyik. Əvvəlcə

bu möhtəşəm əsərlərin müəllifi Toğrul Nərimanbəyovun

kimliyi haqqında oxuculara qısa məlumat vermək istə-

yirik. İstedadlı rəssam Toğrul Nərimanbəyov 1930-cu

ildə anadan olub. 1950-ci ildə Ə.Əzimzadə adına rəs-

samlıq məktəbini, 1955-ci ildə isə Litva Dövlət Rəs-

samlıq  İnstitutunu  bitirib.  1950-ci  ildən  etibarən  bir

çox yerli və beynəlxalq sərgilərdə iştirak edib. 1955-ci

ildə  SSRİ  Rəssamlar  İttifaqına  üzv  qəbul  edilib.

1964-cü ildə Azərbaycan  SSR-in  Əməkdar,  1967-ci

ildə  isə  Xalq  rəssamı  fəxri  adlarına  layiq  görülüb.

1989-cu  ildə  SSRİ  Xalq  rəssamı  adını  alıb.  Ölkə

Prezidenti cənab İlham  Əliyevin “Toğrul Nəriman bəyovun

80  illik  yubileyi  haqqında”  imzaladığı  Sərəncam  (22

iyun 2010-cu il) rəssamın yaradıcılığına verilən yüksək

qiymətin, ona göstərilən diqqət və qayğının bariz nü-

munəsidir.  Toğrul  Nərimanbəyov  həmçinin  müstəqil

Azərbaycanın  “İstiqlal”  (2000)  və  “Şərəf”  (2010)

ordenləri ilə təltif edilib.

     Toğrul  Nərimanbəyovun  yuxarıda  adları  çəkilən

beş  rəsm  əsəri  1983-cü  ildə  Naxçıvan  Dövlət  Tarix

Muzeyinin  əsas  fondunda  qeydiyyata  alınıb.  Həmin

əsərlərin hamısı kətan üzərində yağlı boya ilə işlənib.

   Görkəmli rəssamın muzeydəki tematik tablolardan

ibarət əsərlərinə tamaşa etdikcə kompozisiya dolğun-

luğunun,  obraz  bolluğunun,  zəngin  koloritin  şahidi

oluruq.


    “İbtidai insanların məişəti” əsərində hələ ibtidai

icma  dövründə  insanların  yaşam  tərzi  təsvir  edilib.

Həmin kompozisiyada odun əldə olunması, oda sitayiş,

ibtidai insanların yaşadıqları mağaraların işıqlandırıl-

masında, ovladıqları heyvanların ətinin bişirilməsində

oddan istifadə olunduğu ön planda göstərilib. Kom-

pozisiyada ibtidai insanların od qalayıb onun əhatəsində

dövrə vurması, iki nəfərin ovladığı heyvanı mağaraya

gətirməsi nisbətən arxa planda təsvir edilib. Həmçinin

ön  planda  qaya  parçası  üzərində  yandırma  yolu  ilə

hər hansı bir hiptoqrafik işarəni həkk etməsi səhnəsi

verilib.


    Toğrul Nərimanbəyov ibtidai insanların məişəti ilə

yanaşı, onların əsas məşğuliyyətlərindən olan ovçuluğu

da kətan üzərində təsvir edib. “İbtidai insanların ov

səhnəsi” adlı əsəri bu qəbildəndir. 

    İbtidai  dövrdə  odu  əldə  edən  insanların  qidalan-

masının əsas mənbələrindən biri məhz ov zamanı qa-

zandıqları qənimətlər olub. Əsərdə insanların gecənin

qaranlığında vəhşi heyvan sürülərini odla qorxutması,

onları  qovub  dağların  başından  dərəyə  yuvarladıb

tələyə salması, sonra sümüklərdən hazırlanmış kəsici

və deşici alətlərdən istifadə etmələri kompozisiyanın

mərkəzində təsvir olunub. 

    Toğrul Nərimanbəyovun muzeyin ekspozisiyasında

nümayiş etdirilən digər bir əsəri isə “Əlincəqalanın

müdafiəsi” adlanır. Rəssamın bu tablosunda Əlincə-

qalanın  ətəyində  geniş  bir  ərazidə  döyüş  səhnəsini

görürük.  Əsərdə  14  il  Əmir Teymurun  qoşunlarının

hücumlarına qarşı mərdliklə mübarizə aparan əlincə-

lilərin  simasında  xalqımıza  məxsus  məğrurluq,  mü-

barizlik  və  vətənpərvərlik  əzmi  ifadə  olunub.  Uzun

illər yadellilərə qarşı müqavimət göstərən Əlincəqalanın

özünəməxsus  əzəməti  də  kompozisiyada  öz  uğurlu

həllini tapıb. 

     “Naxçıvan bazarı” adlı əsərində Toğrul Nəriman -

bəyov  kətan  üzərində  bazar  kompozisiyasını  can-

landırmaqla  bərabər,  burada  xalqımızın  məişətini

və etnoqrafiyasını da məharətlə göstərə bilib. Bərəkətli

Naxçıvan torpağında yetişdirilən meyvə və tərəvəz-

lərin, naxçıvanlı xalçaçılar tərəfindən toxunan xal-

çaların, kilimlərin və palazların, ustaların hazırladıqları

dulusçuluq  və  misgərlik  məmulatlarının  təsviri  bu

bölgədə sənətkarlığın inkişafından xəbər verir. Kom-

pozisiyada  yüklü  dəvələrin  təsviri  isə  İpək  Yolu

üzərində  yerləşən  Naxçıvanda  ticarətin  inkişafının

göstəricisidir.

    Rəssamın  “Naxçıvan  orta  əsrlərdə” adlı  əsəri

doğma diyarımızın qədim tarixi və mənzərəsi haqda

çox  şey  deyir  və  tamaşaçıda  bu  əfsanəvi  yurd  yeri

haqqında  gözəl  duyğular  yaradır.  Kompozisiyanın

mərkəzində  dəvə  karvanı  ilə  hərəkət  edən  sarvan

təsviri əsrarəngiz Şərq dünyasının nağılını xatırladır.

Əsərin fonunda isə qədim Şərq memarlığı üslubunda

inşa edilmiş köhnə binalarla yanaşı, Naxçıvanqala və

“İmamzadə”  kompleksi  də  təsvir  olunub.  Səmaya

ucalan dağların zirvələri buludlarla əhatələnib. Rəssam

Naxçıvan təbiətinə məxsus xüsusiyyətləri dəqiqliklə

göstərməyə çalışıb.

    Göründüyü  kimi,  Toğrul  Nərimanbəyovun  çox-

şaxəli yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer

tutur. Yuxarıda da qeyd etdiyimiz kimi, onun Nax-

çıvanla bağlı yaratdığı rəsm əsərlərində Naxçıvanqala

və  Əlincəqala  da  təsvir  olunub.  Vaxtilə  müdafiə

məqsədilə  istifadə  edilən  bu  qalalarda  son  illərdə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

müvafiq  sərəncamları  ilə  elmi-tədqiqat  və  bərpa

işləri aparılıb, onların yerləşdikləri ərazilərdə abadlıq

tədbirləri həyata keçirilib. Bu gün istər Naxçıvanqala,

istərsə də Əlincəqala ərazisində yaradılan muzeyləri

ziyarət  edən  hər  kəs  Naxçıvan  tarixində  öz  yeri

olan  bu  qalalar  haqqında  ətraflı  məlumatlar  əldə

edə bilir.

  Toğrul Nərimanbəyovun yaradıcılığını dərindən



öyrənməyə  səy  göstərən  bələdçilərimiz  muzeyə

gələn  tamaşaçılara  Naxçıvan  tarixinin  müxtəlif

dövrləri barədə verdikləri məlumatları rəsm əsərləri

ilə əlaqələndirməklə həmin məlumatları daha da

zənginləşdirməyə çalışırlar.

  1924-cü ildə yaradılan Naxçıvan Dövlət Tarix Muzeyi ötən illər ərzində formalaşaraq xeyli zənginləşdirilib.

Hazırda  muzeyin  fondunda  49  minə  yaxın  eksponat  var.  Onların  34  mindən  çoxu  əsas  fondlarda

mühafizə olunur. Muzeyin zəngin və çoxçeşidli kolleksiyaları içərisində rəsm əsərləri xüsusi yer tutur.

Muzeyin fondunda 150-yə yaxın rəsm əsəri qorunub saxlanılır və onların da bir qismi ekspozisiyada

nümayiş etdirilir. 

    Naxçıvan  Muxtar  Respublikası

Səhiyyə  Nazirliyinin  mətbuat  xid-

mətindən aldığımız məlumata görə,

2016-cı ildə Naxçıvan Muxtar Res-

publikasında əhalinin sayı  449 min

143 nəfər olub. Bu, 2015-ci illə mü-

qayisədə  1,4  faiz  artım  deməkdir.

Ötən il muxtar respublikada 6 min

510 yeni uşaq doğulub. Uşaq ölümü

kəskin şəkildə azalıb. Belə ki,  2016-

cı ildə dünyasını dəyişənlər arasında

0-17 yaşadək uşaqlar 0,3, körpə ölü-

mü isə 1,5 promilli təşkil edib. Təbii

artım 4 min 660 nəfərə çatıb. Yeni

doğulanlar arasında 52 faizlə oğlanlar

üstünlük təşkil edir. 48 faiz isə qız-

ların payına düşür. Doğum göstəri-

cisinin artması, ölüm hallarının isə

aşağı düşməsi nəticəsində təbii ar-

tımın  yüksəlməsində  muxtar  res-

publikada  tibbi  qulluq  və  səhiyyə

xidmətlərinin müasir  səviyyədə təş-

kili də əhəmiyyətli rol oynayır. Nax-

çıvan şəhərində və muxtar respub-

likanın rayonlarında hamiləliyin er-

kən qeydiyyata alınması, bu istiqa-

mətdə    göstərilən  tibbi  xidmətin

daha da yaxşılaşdırılması, bütün do-

ğuşların xəstəxanada idarə olunması

işi yüksək səviyyədə təşkil edilib.  


4

S

on zamanlar gənclər arasında bədənə

döymə, yəni tatuaj etdirmək “popul-

yarlıq”  qazanıb.  Qeyd  etmək  lazımdır  ki,

tatuaj nəinki gənclər, hətta ortayaşlı nəslin

nümayəndələri arasında da dəb halına çev-

rilib.  Təəssüf  ki,  keçmişdə  nənələrimizin

xınalı əlləri bu gün öz yerini tatuajlı əllərə

verir. Hərdən düşünürəm ki, bizə kəlağayı

kimi incə miras qoyub getmiş nənələrimiz

məsləhətli olsa idi, tatuajı da miras qoyar,

ona  sahib  çıxmağımızı  vəsiyyət  edərdi.

Başına hələ də kəlağayı örtən nənələri, gə-

linləri olan bir ölkədə tatuaj daşıyıcılarının

olması heç də arzuolunan deyil. Bəs gəlin

görək nədir bu bizim milliliyimizlə heç də

yovuşmayan tatuaj? 

    Tatuaj müxtəlif simvollar və ya şəkillərin

bədəndə əks etdirilməsidir. Bəzilərinə tatuajın

psixoloji və dini baxımdan izahı məlum ol-

masa  da,  insanların  çoxu  tibbi  baxımdan

onun  fəsadlarından  xəbərdardır.  Bəli,  tibbi

biliyinin olub-olmamasından asılı olmayaraq,

çoxları bilir ki, tatuaj zamanı bəzi təhlükəli

xəstəliklərlə üzləşmək mümkündür. Belə hal-

larda yarana biləcək xəstəliklər barədə daha

dolğun cavab almaq üçün Naxçıvan Muxtar

Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin

Dəri-zöhrəvi şöbəsinin həkimi Fatma Məm-

mədliyə müraciət etdik:

    – Aparılan tədqiqatlar nəticəsində döymənin

insan sağlamlığına, xüsusən də dəriyə vurduğu

ziyanlar aşkar edilib. ABŞ-da və Avropanın

bir  çox  ölkələrində  qalıcı,  yəni  daimi  döy-

mələrdə istifadə olunan maddələrin 40 faizdən

çoxunun  tibbi  cəhətdən  qadağan  olunduğu

ortaya çıxıb. Qeyri-peşəkar şəxslər tərəfindən

edilən döymələrdə, əsasən, avtomobil boyaları,

printer  mürəkkəbləri  kimi  kimyəvi  maddə-

lərdən istifadə edilir ki, bu da dəridə ağır də-

rəcəli yanıqların əmələ gəlməsinə səbəb olur.

    Fatma Məmmədlinin sözlərinə görə, şü-

ursuz şəkildə edilən bu əməliyyat gen muta-

siyalarına, hamilə qadınların və onların bət-

nindəki körpələrin anomaliyalarına, xərçəng

xəstəliyinə və bir çox biokimyəvi reaksiyalara

səbəb olur. Döymə QİÇS (AİDS), herpes vi-

rusu, hepatit B, hepatit C, sifilis kimi ciddi

yoluxucu  xəstəliklərin  yayılmasına  gətirib

çıxarır.  Bununla  yanaşı,  dəridə  allergik  re-

aksiyalar, limfa vəzlərinin iltihablaşması baş

verir. Metal tərkibli döymələr MRT müayinəsi

zamanı şiddətli ağrılar törədir.

    Genetik  cəhətdən  allergik  reaksiyalara

meyilli və eyni zamanda dəri ilə bağlı xroniki

xəstəlikləri olan şəxslərin döymə etdirməsi

çox risklidir. Bu cür problemləri olan xəstə-

lərdə döymədən sonra ekzema, psoriaz (pullu

dəmrov), övrə və dərialtı ödemlərin əmələ-

gəlmə ehtimalı böyükdür. 

    Psixoloq Şahnaz Məmmədova isə tatuajlı

insanların bir çoxunda psixoloji problemlərin

aşkarlandığını vurğulayır:

     – Bəzi alışqanlıqların sürətlə yayılmasına

baxmayaraq,  çox  az  adam  onların  risklərini

bilir. Dünyada hər yaşdan, hər peşədən olan

qadınlar  və  kişilər  arasında  tatuaj  artıq  dəb

halını alıb. Bu işə girişənlər bu keçici duyğunu

qalıcı  hala  saldıqlarını  bilmirlər.  Döymənin

kökünə baxsaq, görərik ki, o, nişandır. Məsələn,

əvvəllər həbsxanada olanlar, dəniz quldurları

bu işarələrlə bir-birini tanıyıb, informasiya da-

şıyıcısı kimi döymənin növündən kimin kim,

nəçi olduğunu öyrəniblər. Sonralar isə insanlar

döymədən  seçilmək,  fərqli  görünmək  üçün

istifadə  etməyə  başlayıblar.  Fərqli  görünüşə

sahib olmağa çalışan gənclərin bəzən psixoloji

vəziyyətləri  düşündüyümüz  qədər  ürəkaçan

deyil. Döymələrin şəklinə baxanda o insanların,

xüsusilə  də  gənclərin  düşüncələrini  oxumaq

çətin olmur. Bu fərqlilik onlara anormal özgüvən

verir və bəzi hallarda cəmiyyətdən təcrid olun-

mağa vadar edir. Nəticədə, onlarda özünə qa-

panma və intihara meyillilik artır. 

Şahnaz Məmmədova deyir ki, bu gün ən

çox döymə etdirənlər yeniyetmələrdir. Yeni-

yetmə isə gündə bir fikrə düşə bilər. Kimisi

fərqli  görünmək,  seçilmək  üçün,  kimisi  də

başqa bir səbəbdən döymə etdirir. Əksər tatuaj

etdirənlər  mütləq  nədənsə  əziyyət  çəkir:  al-

koqolizmdən,  yaxud  digər  asılılıq  yaradan

vərdişlərdən. Biz onların istəklərinə qarşı de-

yilik. Sadəcə, bir istək müəyyən müddətdən

sonra  narahatlıq  yaradacaq,  əzab  verəcəksə,

bunu düşünüb etmək yolunda israrlıyıq. İnsanlar

heç nəyi səbəbsiz etmirlər. Atılan hər addım,

verilən hər qərarın iç dünyamızda bir qarşılığı

var. Döymə etdirmə arzusunun da belə. Döy-

mənin ümumi məqsədi xaricdən baxanda daha

zövqlü  görünmək  olsa  da  belə,  şüur  altında

sosial-psixoloji səbəblər yatır. Döymə etdir-

məklə bağlı araşdırmalar onu göstərir ki, ilk

döymə etdirmə yetkinlik dövrünə təsadüf edir.

Döyməyə bədənin estetik gözəlliyi kimi ba-

xanlar  da  var.  Hətta  bəzi  araşdırmalarda,

xüsusilə  yetkin  yaş  dövründə  olanlara  niyə

döymə etdirdiklərini sual veriblər. Yüzdə 25-i

niyə etdirdiyini bilmədiyini, yüzdə 25-i estetik

olaraq özünə daha güvən qazandığını, yüzdə

25-i bir çox başqa səbəb söyləyib.

    Valideynlər  övladlarını  belə  bir  zərərli

vərdişdən uzaq tutmaq üçün kiçik yaşlarından

bu barədə təbliğat aparmalıdırlar. Bildiyimiz

kimi, uşaqlar bir-birlərindən davamlı olaraq

təsirlənirlər. Ən yaxşı telefona sahib olmaq,

ən  yaxşı  geyinmək  kimi  döymə  də  uşaqlar

arasında  bir  dəb  halını  almaqdadır. Ailələr

bu məqamda döymənin bəzi tibbi risklərindən

uşaqlara açıqlamalar verməklə onları bu hə-

vəslərindən  uzaqlaşdıra  bilərlər.  Bu  tibbi

risklərin içində ölümcül niyyətli QİÇS-dən

hepatit  B  və  hepatit  C,  tetanoza  qədər  bir

çox xəstəliklər haqqında danışmalı, döymə

ilə yoluxan xəstəliklər barədə məlumat ver-

məlidirlər. 

    ...Bəs gəlin görək İslam dinində bu haqda

nə deyilir? Tatuaj İslam dinində necə qəbul

edilir? Ən əsası da o, eşitdiyimiz kimi, doğ-

rudan da günah sayılırmı?

    Məsələ  ilə  bağlı  Naxçıvan  Muxtar  Res-

publikası Dini Qurumlarla İş üzrə İdarənin

əməkdaşı  Bəhruz  Gülmalıyevlə  həmsöhbət

oluruq:

    – Tatu, yəni döymə insan dərisində boya



maddəsiylə  çəkilən  qalıcı  şəkil  deməkdir.

İnsanlar  qədim  zamanlardan  bəri  bu  işlə

məşğul olublar. Keçmişdə döymə dəriyə yan-

yana  kiçik  dəliklər  açmaq  və  bu  dəliklərə

sürmə, mürəkkəb, xına və boyaq maddələri

sürtməklə  edilirdi.  Bununla  yanaşı,  döymə

etməyin bıçaqla və ya dırnaqla dəridə dərin

yarıqlar  açmaq  kimi  başqa  üsulları  da  var

idi.  Modern  döyməçilər  isə  xüsusi  olaraq

hazırlanmış  elektrik  döymə  aparatlarından

istifadə edirlər. Elektrik döymə aparatı insan

bədənində  kiçik  nöqtələr  şəklində  dəliklər

açır,  sonra  həmin  dəliklərə  müxtəlif  rəngli

boyaq maddələri sürtülür.

     Bütün səmavi dinlər döymə etdirməyi haram

buyurur.  Məsələn,  Tövratda  bədənə  döymə

etdirmək ölmüş adam üçün ağı deyib ağlayanın

dırnaqlarıyla  üzünü  yırtmasına  bənzədilib:

“Ölülər üçün bədəninizdə yara açmayacaqsınız,

özünüzə döymə işarəsi qoymayacaqsınız”.

    Ərəbcə “vaşm” sözü ilə ifadə edilən döymə

Məhəmməd  Peyğəmbər  dövründə  cahillik

çağının  bir  qalığı  olaraq,  xüsusilə  qadınlar

arasında məşhur idi. Ən gözəl şəkildə yara-

dılan insan simasının təbii görünüşünün süni

yolla dəyişdirilməsinə qarşı çıxan Məhəmməd

Peyğəmbərin bədənə edilən döymə ilə bağlı

narazılıq bildirən hədislərinə də rast gəlirik.

Döymə etdirmənin dini hökmü baxımından

qadınla kişi arasında fərq yoxdur.

    Yaxşı  ki  muxtar  respublikada  bu  halla

çox  az  qarşılaşmaq  mümkündür.  Ümumiy-

yətlə, bu coğrafi məkanın əhalisinin çox az,

hətta deyə bilərəm ki, cüzi bir hissəsi tatuaj

sahibidir. 

    Zənnimcə, muxtar respublikada yaşayan

gənclərin də bu mövzuda fikirlərini öyrənmək

lap yerinə düşər. “Gəncliyimiz gələcəyimizdir,

onların düşüncələrindən yan ötmək olmaz”, –

deyib üz tuturuq gənclərə. 

    Ziyalı gənc Vurğun Əsgərli tatuaj barədə

düşüncələrini bizimlə belə bölüşür:

    – Döymənin tarixi olduqca qədimdir. Keç-

mişdə Misir piramidalarından çıxan fironların

mumiyalanmış bədənlərində tatulara rast gə-

linib. Belə tatular qədimdə qoruyucu, sehrli

güc  kimi  qəbul  edilirdi.  Mədəni  cəhətdən

daha inkişaf etmiş qədim Yunanıstan və antik

Romada tatuaj barbarlıq nümunəsi sayılır və

bəyənilmirdi. Müasir dövrdə gənc lərin tatulara

meyil  etməsi,  onları  bəyənməsi  qəribə  və

anlaşılmazdır. Əvvəla, bu, QİÇS kimi xəstə-

liklərin yayılmasına səbəb olur. Digər tərəfdən

isə  başqalarından  fərqli  görünmək  istəyini

bu cür ucuz hərəkətlərlə təmin etməyə çalış-

maq, sadəcə, gülüncdür. Yaşadığımız həyat

bizə  xarici  görkəmində  dəyişiklik  edərək,

müxtəlif formalarda görünərək özünə sevgi,

diqqət  cəlb  etməyin  mümkün  olmadığını

sübut  edib.  Fərqlilik,  digərlərindən  öndə

olmaq  elm,  ağıl,  məntiq,  mədəniyyət  ilə

mümkündür ki, insana yaraşan da məhz bu

ali  dəyərlər  uğrunda  yaşayıb  bu  dəyərlərlə

fəxr  etməkdir.  Bundan  əlavə,  Uca Yaradan

hər bir insanı ən möhtəşəm şəkildə yaradıb.

Fikrimcə, süni dəyişikliklərə ehtiyac yoxdur. 

    Sədayə Qurbani də bu mövzuda fikirlərini

bizimlə bölüşür:

   – Dövrümüzdə, yaşadığımız mühitdə in-

sanların tatuaja baxışı o qədər də yaxşı deyil,

eləcə  də  mənim.  Buna  səbəb  kimi  bəziləri

onun dini baxımdan günah olduğunu, bəziləri

isə tibbi baxımdan fəsadlarını misal göstərirlər.

Mən  belə  düşünürəm  ki,  gənc  yaşlarında

edilən döymə bir həvəs, fərqlənmə nişanəsidir.

Bunu da nəzərə almalıyıq ki, dərimiz həmişə

indiki  kimi  təravətli  qalmayacaq.  Bu  da  o

deməkdir ki, gəncliyimizdə sevərək etdiyimiz

tatuaj  illər  sonra  dərimizin  deformasiyası

zamanı öz formasını itirərək xoşagəlməz bir

görüntü  əmələ  gətirə  bilər.  Buna  görə  də

belə qərar verməzdən əvvəl zamanı da göz

önünə gətirmək lazımdır. 

    Hazırda ən mürəkkəb təsvirləri belə, insan

bədəninin müəyyən nahiyələrinə həkk etmək

mümkündür. Digər bir məsələ isə onun rən-

gindədir.  Fikir  versək,  görərik  ki,  əvvəlki

dövrlərdəki  tatuajlar  yaşıl  rəngdə  olub.  Bir

qaynaqda deyilir ki, döymə ilə tatuaj, əslində,

fərqli anlayışlardır. Döymə hər hansı bir yerin

izi,  ləkəsi  deməkdir.  Döymə  həbsxananın,

məhəllə qarajlarının qaranlıqlarının yadigarıdır.

Amma  tatuaj  sırf  peşəkar  bir  incəsənətdir.

Yəni sözügedən tatuajların yaşıl rəngdə olması,

əslində, sübut edir ki, onlar tatuaj deyil, ondan

nisbətən  fərqlənən  döymədir.  İstəyinə  görə

vurulan piqmentin tündlüyündən asılı olaraq

sarı, qara, yaşıl, qırmızı və sair rənglərdə də

tatuaj etdirmənin mümkün olduğunu bildiyimiz

üçün bu iddia ilə tam razılaşa bilmirik. Əvvəldə

də  qeyd  edildiyi  kimi,  hər  kəsin  öz  iradəsi,

müəyyən mənada istədiyini etmək haqqı var.

Məqsədimiz tatuaj etdirmək istəyən insanları,

xüsusilə də gəncləri bu barədə maarifləndirərək

onları bu işə qərar verməzdən əvvəl bir daha

düşünməyə  vadar  etməkdir.  Atalarımız  de-

mişkən, yüz dəfə ölç, bir dəfə biç ki, sonradan

etdiyinin peşmançılığını çəkməyəsən!



Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

    Həkim  Fatma  Məmmədli: “Tatuaj  ciddi  yoluxucu  xəstəliklərin  sürətlə  yayılmasına



gətirib çıxarır”.

    Dini  Qurumlarla  İş  üzrə  İdarənin  əməkdaşı  Bəhruz  Gülmalıyev: “Bütün  səmavi



dinlər döymə etdirməyi haram buyurur”.

    Ziyalı  gənc Vurğun  Əsgərli:  “Fərqlilik,  digərlərindən  öndə  olmaq  elm,  ağıl,  məntiq,

mədəniyyət ilə mümkündür”. 

S

/№

Şəhər və rayonlar

Təbii qazın

həcmi

(kubmetr)

Təbii qazın

dəyəri 

(manat)

Daxil olan

vəsait 

(manat)

Ödənilmə 

faizi

1. Şahbuz rayonu 

1279230

130921


131551

100,5


2. Ordubad rayonu

2230256


223628

224329


100,3

3. Babək rayonu

4169036

417715


418559

100,2


4. Culfa rayonu

2320563


232219

232605


100,2

5. Şərur rayonu

3693256

370051


370499

100,1


6.

Naxçıvan şəhəri

5378263

547306


547844

100,1


7. Sədərək rayonu 

454013


45401

45422


100,0

8. Kəngərli rayonu 

1596560

159686


159697

100,0


9.

Muxtar respublikanın 

müəssisə və təşkilatları

12465855


2490936

2057270


82,6

Naxçıvan Muxtar 

Respublikası üzrə cəmi:

33587032

4617863

4187776

90,7

     Naxçıvan Şəhər Uşaq-gənclər

idman məktəbində yeniyetmələr

(2002-2004-cü illər) arasında yu-

nan-Roma güləşi üzrə Naxçıvan

şəhər açıq birinciliyi keçirilib. 

    Naxçıvan  Şəhər  Gənclər  və

İdman İdarəsinin rəisi Xəyal Qur-

banov,  Naxçıvan  Muxtar  Res-

publikası Güləş Federasiyasının

sədr  müavini  Faiq  İsgəndərov

çıxış  edərək  yarışın  qaydaları

haqqında  idmançılara  məlumat

veriblər. 

    Birincilikdə 10 çəki dərəcəsi

üzrə 50-yə yaxın güləşçi qüv-

vəsini sınayıb. Açıq birincilikdə

Naxçıvan şəhəri və Sədərək ra-

yonunun  idmançıları  iştirak

ediblər. Yarışın yekununa əsasən,

Mirsamir  Seyidov,  Turqay  Al-

lahverdiyev,  Hüseyn  Əhmədli,

Heydər  Nəcəfov,  Heydər  Hey-

dərov,  Abbas  Nəzərəliyev,  Əli

Əlioğlu, Rəvan Bayramov, Elnur

Əlizadə və Qoca Əhmədov mü-

vafiq olaraq 35, 38, 42, 46, 50,

54,  58,  63,  69  və  76  kiloqram

çəki  dərəcələrində  birinci  yerə

layiq görülüblər.

    Hər çəki dərəcəsində I, II və

III yerləri tutan idmançılara Nax-

çıvan  Şəhər  Gənclər  və  İdman

İdarəsinin  diplomları  təqdim

edilib.


    Şərur Olimpiya-İdman Kom-

pleksində qızlar üçün üzgüçülük

və  bədii  gimnastika  üzrə  böl-

mələr fəaliyyətə başlayıb. 

    Bölmələrin ixtisaslı müəllim-

lərlə  təmin  edilməsi  də  diqqət

mərkəzindədir. Buna görə Nax-

çıvan Muxtar Respublikası Gənc -

lər və İdman Nazirliyi və Azər-

baycan Respublikası Bədii Gim-

nastika Federasiyasının birgə təş-

kilatçılığı ilə Yengicə kənd tam

orta  məktəbinin  ixtisaslı  fənn

müəllimi Sevinc Nəcəfova Bakı

şəhərinə  bədii  gimnastika  üzrə

ixtisasartırma kursuna göndəri-

ləcək.  Bu  addımlar  2017-ci  il

yanvarın 14-də Naxçıvan Muxtar

Respublikası  Ali  Məclisində

“Naxçıvan Muxtar Respublika-

sında bədən tərbiyəsi və idmanın

hazırkı vəziyyəti və qarşıda duran

vəzifələr” mövzusunda keçirilən

müşavirədə verilmiş tapşırıqlara

əsasən atılıb.



İtmişdir

Orucov  Asif  Sultan  oğlunun  adına  verilmiş



sürücü lük vəsiqəsi itdiyindən etibarsız sayılır.

Yüklə 220,6 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin